День: 06.01.2023

Laçın yolundakı etiraz aksiyası nə qədər davam edəcək?

Laçın yolundakı etiraz aksiyası birinci ayına yaxınlaşır. Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücləriylə müxtəlif dövlət və beynəlxalq təşkilatların yoldakı aksiyaya görə Azərbaycana təzyiq etməsinə çalışsalar da, “yol bağlıdır”, “xəstələrimiz dərmansız qalıb”, “Qarabağ erməniləri acdırlar” kimi dezinformasiyalar yaysalar da, nəticə hasil etmədilər. Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə çalışmaları da nəticə vermədi.

Aksiyanın əsas hədəfi işğal altındakı qızıl və mis yataqlarında monitorinqə imkan yaradılmasıdır. Buna nail olunmayıb. Belə olan halda “aksiya hələ nə qədər davam edəcək” sualı aktuallaşıb. Bu sualın bir neçə cavab variantı var:

Первый вариант: Qarabağdakı erməni separatçıları məcburiyyət qarşısında qızıl və mis yataqlarında azərbaycanlı məmurların monitorinqinə imkan yaradırlar. Bu halda azərbaycanlı məmurlar yataqlarda monitorinq aparır və yoldakı etiraz dayandırılır. Ancaq monitorinqlə məsələ bitməyəcək, dövlətin yataqları və əldə edilən gəlirin nəzarət altına alması mövzusu aktuallaşacaq.

Второй вариант: Qarabağdakı erməni separatçıları azərbaycanlı məmurların monotirinqinə icazə vermirlər və etiraz qeyri-müəyyən müddətə qədər davam edir.

Üçüncü variant: Azərbaycanın məqsədi yalnız yataqların monitorinqi deyil. Digər məqsəd Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir. Bir müddətdən sonra ekoloqların etirazına fasilə verilsə belə fəalların  əvəzinə yolun həmin hissəsində Azərbaycan hərbçiləri post qururlar və Qarabağa daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamağa başlayırlar. Bu 2020-ci ilin 9 noyabr bəyanatına zidd deyil, yol bağlanmır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzarətə götürülür.

Исследовательский центр "Атлас"

 

Rusiya və Çin Böyük Britaniya qonşu olmaq istəyir

Şotlandiyada müstəqillik haqqında referendum 2014-cü ilin sentyabr ayında keçirilib. Referendumun nəticəsinə görə şotlandiyalıların yarıdan çoxu müstəqlliyə deyil, Böyük Britaniyanın tərkibində qalmağa səs veriblər. Buna baxmayaraq, Şotlandiyada millətçi qruplar müstəqillik ideyasından imtina etməyiblər. Böyük Britaniyanın Avropa İttifaqından ayrılması bir qrup şotlandiyalının xoşuna gəlməyib.

Şotlandiya millətçiləri yeni referendum tələb edirlər. Böyük Britaniyada ehtiyat edirlər ki, yeni referendumda nəticə fərqli ola bilər və Şotlandiya əhalisinin yarıdan çoxu bu dəfə müstəqilliyə səs verə bilər. London başqa bir amildən də ehtiyat edir.

Şotlandiya müstəqillik qazanarsa Rusiya və Çin bundan öz məqsədləri üçün istifadə edəcəklər. Bəzi ingilis ekspertlərin sözlərinə görə, Şotlandiya müstəqllik qazandıqdan sonra böyük şirkətlər Şotlandiyanı tərk edəcəklər. Bu halda Şotlandiyanın iqtisadi dəstəyə və kreditlərə ehtiyacı olacaq. Rusiya və Çin Avropada yeni tərəfdaş qazanmaq üçün Şotlandiyaya iqtisadi dəstək vədi verəcəklər. Moskva və Pekin Qərbin müxtəlif sanksiyaları ilə üz-üzədirlər. Buna baxmayaraq, həm Rusiyanın, həm də Çinin kifayət qədər maliyyə resursları var və onlar bu resurslarla tərəfdaşlarının sayını artırmaq istəyirlər. Buna görə də Moskva və Pekin diqqətlərini müstəqil Şotlandiyaya yönəldəcəklər.

London Şotlandiyanın müstəqilliyinin əleyhinədir və yeni referendum istəmir. Ancaq Böyük Britaniyada müxtəlif ssenarilər barədə düşünür və təhlükələrlə üzləşməməyə çalışırlar. Belə bir təhlükədən biri Putin Rusiyası və kommunist Çinin tərəfdaşı ilə qonşu olmaqdır.

Исследовательский центр "Атлас"

 

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 270104
ru_RURU