День: 17.02.2023

Lavrov Bakıya niyə gəlir?

Rusiya xarici işlər naziri Sergey Lavrovun yaxın günlərdə Azərbaycana səfəri iki ölkə arasında “müttəfiqlik sazişinin” imzalanmasının bir illiyi ilə bağlıdır. Həmin saziş fevralın 21-də Moskvada Azərbaycan və Rusiya prezidentlər arasında imzalanmışdı. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariyz Zaxarova bu gün keçirdiyi brifinqdə həmin sazişi tarixi sənəd kimi qiymətləndirib. Mariya Zaxarovanın sözlərinə görə, bu sənəddə ölkələr arasındakı münasibətlərin yeni keyfiyyəti qeyd olunub.

Bu bir ildə Moskvanın Azərbaycana qarşı müxtəlif açıq və gizli təxribatlarını nəzərə alaraq həmin sənədin Zaxarovanın təbirincə desək keyfiyyəti şübhə doğurur. Qarabağ separatçılarının “liderlərini” tez-tez Moskvaya çağıran, onlara təlimat verən, Laçın yolundan separatçıların silah, sursat, mina daşınmasına şərait yaradan mərkəz Azərbaycana “strateji müttəfiq” ola bilməz. Ona görə də Sergey Lavrovun Bakıda deyəcəyi sözləri deyil, onun və ona əmr verənlərin əməlini qiymətləndirmək lazımdır.

 

Может ли Евросоюз заменить Россию в Армении?

Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin sonunda Brüsseldən xahiş etdi ki, Azərbaycanla təmas xəttinə müşahidəçilər göndərsin. Brüssel iki aylığına təmas xəttinə müşahidəçilər göndərdi. Moskva əvvəlcə buna etiraz etmədi. Ancaq iki ay bitdikdən və Paşinyan Avropa İttifaqının müşahidə missiyasının müddətini və sayını artırmaqla bağlı Brüssellə razılığa gəldikdən sonra Kreml narahat olmağa başladı. Hazırda Moskvada hesab edirlər ki, Avropa İttifaqı Rusiyanın Ukraynada başının qarışmasından istifadə edərək Cənubi Qafqazda, o cümlədən Ermənistanda hərbi nöqteyi nəzərdən möhkəmlənmək istəyir. Bu mümkündürmü?

Birincisi, Avropa İttifaqı NATO-dan fərqli olaraq hərbi struktur deyil, hər hansı ölkədə hərbi baza yarada bilməz. Misal üçün Avropa İttifaqı Rusiyanın Gümrüdəki hərbi bazasını əvəz edə bilməz. Bu praktik baxımdan mümkün deyil.

İkincisi, Avropa İttifaqına üzv dövlətlərinin bir qisminin Cənubi Qafqazda maraqları olsa da, Cənubi Qafqazda Rusiya ilə toqquşmaq istəmirlər.

Üçüncüsü, Avropa İttifaqına üzv dövlətlər arasında Azərbaycanla strateji tərəfdaş olanlar da var, enerji əməkdaşlığı mövcuddur. Həmin dövlətlər Avropa İttifaqının müşahidəçi missiyasının tərkibində yer almağa tələsməyəcəklər. Avropa İttifaqının Ermənistana göndərəcəyi müşahidəçi missiyasında əsasən Fransa nümayəndələri yer alacaqlar. Əslində Kreml Avropa İttifaqından çox Fransanın Ermənistanla sıx əlaqələrindən narahat olmalıdır.

 

Вашингтон хочет заменить Пекин Дели

Vaşinqton Dehli ilə əlaqələri genişləndirməyə çalışır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla Hindistan baş nazirinin təhlükəsizlik müşaviri Adcit Dovalla Vaşinqtonda keçirilən görüşündə hərbi əməkdaşlığını genişləndiriməsi yolları müzakirə olunub. Tərəflər super bilgisayarlar və yüksək texnologiyalar sahələrində əlaqələrin genişlədirilməsini vacib olduğunu bildiriblər. ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri baş nazir Narendra Modi daha əvvəl bu barədə razılığa gəliblər.

“New York Times” qəzetində yayımlanan məqalədə Ağ Evin vaxtilə bu sahələrdə Çinlə əməkdaşlığa üstünlük verdiyi yazılıb. Həmin dövr geridə qalıb. Hazırda Çin və ABŞ yüksək texnologiyalar sahəsində rəqib ölkələrdir. Vaşinqton müxtəlif texnologiyaların istehsalında liderliyi Çindən Hindistana keçməsinə çalışır. Bu asan olmayacaq. Çin yarımkeçiricilərin istehsalında liderliyini qoruyur. Digər tərəfdən Çin az qala dünyanın yarısına 5G texnologiyalarını ixrac edir. Çini bu sahədə sıxışdırmaq çətin olacaq.

Buna baxmayaraq, ABŞ-ın böyük şirkətləri Çindən Hindistana və Vyetnama köçməyə başlayıblar. Ancaq həmin şirkətlər bəzi problemlərlə üzləşiblər. Hindistanda və Vyetnamda istehsalı artırmaq üçün müasir infrastruktur yaradılmalıdır, şirkətlər bürokratik əngəllərlə üzləşməməlidirlər.

ABŞ süni intellektin yaradılması çalışmalarında da Hindistanla əlaqələri genişləndirməyə çalışır. Bundan başqa iki ölkə hərbi texnika üçün birgə mühərrik istehsalına başlamağı nəzərdə tuturlar. Bu işə Amerikanın məşhur “General Electric” şirkəti cəlb olunacaq. ABŞ Hindistan vətəndaşlarınz tətbiq etdiyi viza sistemini yumşaltmalıdır. Çünki hazırki məhdudiyyətlə proqram tərtibatçısı olan hindlilər ABŞ-da çalışa bilmirlər.

Vaşinqton Dehli ilə hərbi əməkdaşlığın qarşılığında Hindistanın Rusiyadan hərbi texnika alışını azaltmasını istəyir. Bunun üçün Hindistan-ABŞ hərbi əməkdaşlığı o səviyyədə genişlənməlidir ki, Dehli eyni adlı hərbi texnikanı ABŞ-dan ala bilsin. Hindistan mikro çiplərin istehsalı məsələsində Amerikadan dəstək gözləyir.

Исследовательский центр "Атлас"

 

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 269473
ru_RURU