После Вашингтона Брюссель...

Vaşinqton estafeti Brüsselə verib, Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə bu həftənin sonunda Belçika paytaxtında görüşəcək. Əslində bu görüş ötən ilin dekabrında olmalı idi, Fransa prezidenti Emmanuel Makron işi pozdu. Makron görüşə qatılmaq istədi. Azərbaycan prezidenti Makronun ermənipərəst açıqlamalarına görə dördlü görüşdən imtina etdi.
İlham Əliyev və Nikol Paşinyan Brüsseldən sonra Avropa İttifaqının toplantısı çərçivəsində iyunun 1-də Kişinyovda görüşəcəklər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın erməni mediasına verdiyi açıqlamaya görə, Kişinyovdakı görüşə Emmanel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaqlar. Rəsmi Bakı bu xəbəri hələ təsdiq etməyib. Əgər xəbər doğrudursa, Almaniya kanslerinin görüşə qatılması rəsmi Bakının təklifinə oxşayır. Fransa prezidenti israrla görüşdə iştirak etmək istəyirsə və Avropa İttifaqının rəhbəri Şarl Mişel buna etiraz edə bilmirsə, məsələlərə nisbətən neytral mövqedən yanaşan Almaniyanın qatılması alternativ variantlardan biridir. Əlbəttə, Azərbaycanın Avropada Polşa və Macarıstan kimi strateji tərəfdaşları var, bu ölkələrdən birinin liderinin Makronla yanaşı oturması bizim üçün daha faydalı olardı. Ancaq Almaniya Avropa İttifaqının lokomotivlərindən biridir və masada Makron varsa, yanında Olaf Şolts oturmalıdır. Ancaq beşli – İlham Əliyev, Nikol Paşinyan, Şarl Mişel, Emmanuel Makron və Olaf Şolts formatında keçiriləcək görüşdən nəticə gözləməyə dəyməz. Ən yaxşısı tərəflər arasında birbaşa dialoqdur ki, Nikol Paşinyan bundan yayınır.
Без комментариев
Оставьте свой комментарий

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Girish 447
Сегодня 10
Umumi 255647
ru_RURU