Почему не будет реализован проект «Закаспий»?

Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində “Transxəzər” layihəsinin reallaşmasının çətin olmasıyla bağlı fikirləri də bir çox ölkəyə mesaj əhəmiyyəti daşıyırdı. Birincisi, layihə ilə bağlı danışıqlarda nəticə yoxdur. “Transxəzər” layihəsinin kimin maliyyələşdirəcəyi və texniki əsaslandırılması bəlli deyi. İkincisi, bu layihə təsdiq olunsa belə Türkmənistan qazını Avropaya çatdırmaq üçün Azərbaycan üzərindən yeni boru xəttinin tikintisinə ehtiyac yaranacaq. Bunun kimlər tərəfindən maliyyələşdiriləcəyinə və qazın alınmasıyla bağlı Avropa dövlətləri ilə ilkin razılaşmalara ehtiyac var. Bu Azərbaycanın görəcəyi iş deyil. Azərbaycan öz qazını mövcud boru xətləriylə nəql edir və həmin xətlər getdikcə yüklənəcək.

Buna baxmayaraq, İlham Əliyev “Transxəzər” layihəsini dəstəklədiyini, sadəcə təşəbbüskar olmadığını xatırlatdı. Rəsmi Bakı layihəni strateji müttəfiqi Türkiyənin dəstəklədiyini nəzərə alır. Ancaq layihənin əsas təşəbbüskarı Türkmənistan olmalıdır. Çünki bu boru xəttiylə Türkmənistan qazı bölgə ölkələri üzərindən Avropaya nəql olunmalıdır. Ancaq Türkmənistan hakimiyyəti “Transxəzər” layihəsinə maraq göstərmir, əksinə bu ölkənin prezidenti bir neçə gün əvvəl Çinə səfər edərək bu ölkəyə əlavə qaz nəql etmək üçün yeni boru xəttinin tikintisiylə bağlı razılıq əldə edib. Türkmənistan qazının böyük həcmini Çinə nəql edəcəksə, “Transxəzər” boru xəttinə ehtiyac qalacaqmı? Belə olan halda Azərbaycan bu layihəyə görə Rusiya ilə münasibətləri gərginləşdirməyəcək. Çünki “Transxəzər” layihəsinin də adından göründüyü kimi Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Rusiyanın buna mane olacağı aşkardır. Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək. Ankara “Transxəzər” layihəsini gündəmdə saxlamaq istəyən əsas dövlətdir. Ancaq Aşqabad layihəyə həvəssiz yanaşırsa, Türkmənistanı idarə edənlər “Avropa ölkələri bizim qazı sahilimizdən alsınlar” fikrini ifadə edirlərsə, “Transxəzər” layihəsinin reallaşması çətin olacaq.

 

Ильхам Алиев направил послание в Кремль

Prezident İlham Əliyev televiziya kanallarına verdiyi geniş müsahibədə Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının 2025-ci ildə başa catacağını bir daha xatırladıb. Bununla İlham Əliyev həm Moskvaya, həm İrəvana, həm də Qarabağdakı separatçılarına mesaj göndərib ki, rəsmi Bakı Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmayacaq və onlar siyasətlərini Bakının bu qərarına görə müəyyənləşdirməlidirlər.
İlham Əliyevin bu yanaşması Kremlin xoşuna gəlməyəcək. Moskva Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmaq istəyir. Ancaq Moskva başqa bir dilemmayla da üzləşib. Qarabağda Rusiya hərbi kontingentini Ermənistanın baş naziri Nikol Paşinyan da istəmir, ancaq onun arqumenti fərqlidir. İlham Əliyevin açıqlamasıyla eyni gündə Nikol Paşinyan Qarabağdakı Rusiya hərbi kontingentinin beynəlxalq qüvvələrlə əvəz olunmasını təklifini təkrarlayıb. Bu da Kremlin xoşuna gəlməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov deyib ki, Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər. Peskov bu cümləsiylə Rusiya prezidenti Vladimir Putinin mesajını Paşinyana ünvanlayıb. Bu məsələdə Moskva ilə Bakının maraqları üst-üstə düşür.
Kreml İlham Əliyevin “Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının vaxtı 2025-ci ildə başa catacaq” fikrinə münasibət bildirməzkən, Nikol Paşinyanın “Rusiyanı BMT əvəz etsin” fikrinə dərhal cavab verib. Məsələ sadəddir. Azərbaycanın 2020-c il 10 noyabr bəyanatına görə Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmamaq səlahiyyəti var və Kreml buna qarşı rəsmi etiraz bildirmir, Ermənistanın isə Rusiyanı BMT ilə əvəz etmək səlahiyyəti yoxdur. Ancaq bu bizi rahatlatmamalıdır. Kremlin Rusiya hərbi kontingentinin bölgəni tərk etməməsi üçün erməni separatçılarıyla və Qarabağa göndərdiyi Ruben Vardanyanla birgə Azərbaycana qarşı müxtəlif təxribatlar hazırlayacağı istisna deyil. Bütün hallarda Azərbaycanda vahid mövqe formalaşıb: Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk etməlidir!
Elçin Mehrəliyev, Cahangir Nifteliyev və başqa 63 nəfər

 

Каковы 5 основных проблем, с которыми столкнется мир?

ABŞ 2023-cü il üçün hərbi büdcəsini artırıb. Vaşinqton bu il ərzində Rusiya ilə savaşı davam etdirən Ukraynaya maliyyə və hərbi dəstəyini bir neçə dəfə artıracaq. Vaşintonda beynəlxalq aləmdə başqa problemlərin yaranacağı barədə də müxtəlif proqnozlar səslənir və yazılır.

ABŞ-ın məşhur “The Hill” nəşrində yayımlanan məqalədə 2023-cü ildə Amerika ilə Rusiya və Çinlə münasibətlərdəki gərginliyin bir neçə dəfə artacağı, hətta toqquşma həddinə yaxınlaşacağı proqnozlaşdırılıb. Məqalənin müəllifi Pol Starsın fikrincə, ABŞ bu il Rusiya və Çinlə hərbi qarşıdurma ilə üzləşə bilər. Onun sözlərinə görə, vəziyyət o qədər gərginləşə bilər ki, Amerikanın eyni zamanda həm Rusiya, həm də Çinlə toqquşma ehtimalı var.

Pol Starsın analizində ABŞ-ın il ərzində üzləşə biləcəyi 5 təhlükə bu şəkildə sıralanıb. Во-первых, Koreya yarımadasında vəziyyət gərgiləşəcək. Второй, İsraillə İran arasında toqquşma ehtimalı artacaq. в-третьих, Hindistanla Pakistan arasında müharibə başlaya bilər. В-четвертых, Çinlə Hindistan arasındakı sərhəddə yeni gərginlik olacaq. Пятый, Tayvan adası ətrafında gərginlik növbəti mərhələyə daxil olacaq. Analitik məqalədə nüvə silahının yayılmasının və iqlim dəiyşikliyinin də Amerika üçün ciddi təhdid olduğu yazılıb.

“Daily Mail” nəşrində yayımlanan digər məqalədə Amerikada 2023-cü ildə inflyasiyanın və artan qiymətlərin də Vaşinqtona ciddi problemlər yaradacağı bildirilib. Keçirilən sorğular da göstərir ki, 10 amerikalıdan 8-i 2023-cü ildə qiymət artımı, büdcə kəsiri və vergi artımı ilə üzləşəcəyini proqnozlaşdırıb. Bundan başqa pandemiya yenidən qayıdıb, Çində və Amerikada yeni virus növləri aşkarlanıb. Bununla da 2023-cü ildə mübarizə aparılmalıdır.

Beləliklə, 2023-cü ilin Amerika üçün ağır olacağı barədə proqnozların sayı artıb. Ancaq sadalanan problemlər yalnız Amerika üçün deyil, müxtəlif müharibə ehtimalları bölgə ölkələri üçün də ciddi təhdiddir. Misal üçün İranın nüvə silahı əldə etməsi və ya İsraillə toqquşma ehtimalı Avrasiya bölgəsini qarışdıracaq. Və ya iki nüvə dövləti olan Hindistanla Pakistan arasındakı qarşıdurma yalnız Amerikanın problemi olmayacaq.

Исследовательский центр "Атлас"

 

Можно ли перевозить оружие армянским сепаратистам на автомобилях?

Qarabağdakı qızıl və mis yataqlarında monitorinq tələbi ilə bir aydır davam edən aksiyamızın şübhəsiz müsbət nəticələri var. Ermənistan hakimiyyətinə, erməni separatçılarına, Rusiyaya və Qərbə göstərdik ki, Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürmək hüququmuz var.  Ancaq hadisələrin gedişatı göstərir ki, bu kifayət etməyəcək, Laçın yolundakı hədəflərimizi böyütmək məcburiyyətindəyik.

Rusiya hərbi kontingentinə məxsus yük maşınları Şuşa-Xankəndi yolundan sərbəst şəkildə keçərək, Qarabağdan Ermənistana, Ermənistandan Qarabağa maneəsiz hərəkət edirlər, təkcə bir gün ərzində 25 nəqliyyat vasitəsi yoldan maneəsiz şəkildə keçid edib. Azərbaycanın siyasi və ekspert dairələrində bir sualın aktuallığı artıb: Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində erməni separatçılarına silah, sursat və mina daşına bilərmi? Bu suala birmənalı şəkildə “xeyr, belə yüklər daşına bilməz” cavabını vermək mümkün deyil. Çünki həmin nəqliyyat vasitələrində nələrin daşındığı barədə dəqiq məlumat yoxdur. Rusiya hərbi kontingentinin komandanlığı yalandan deyə bilər ki, nəqliyyat vasitələrində yalnız onlar üçün lazımı vasitələr daşınır. Ancaq o nə yükdür ki, bir gün ərzində Ermənistandan Qarabağa 25 nəqliyyat vasitəsi keçib?

Həmin nəqliyyat vasitələrində erməni separatçılarına silah, sursat və mina daşındığını vurğulamaq çətindir, ancaq tərsini də söyləmək mümkün deyil. Məsələ burasındadır ki, Rusiya hərbi kontingentinin yolda postlarının mövcud olduğu iki il müddətində Ermənistandan Qarabağa silah, sursat və mina daşınıb, rusiyalı hərbçilər bunun qarşısını almayıblar, əksinə Xankəndidə separatçılarla əl-ələ verərək əməkdaşlıq ediblər. Belə olan halda Rusiya hərbi kontingentinin erməni separatçılarından üz döndərdiyi inandırıcı deyil.

Separartçılar rusiyalı hərbçilərin psixologiyasını yaxşı mənsimsəyiblər. Ermənilərin separatçılığa başladıqları 1988-cildən bu yana rusiyalı hərbçiləri pulla ələ almaq təcrübələri var. Tutaq ki, Rusiya hərbi kontingentinin komandanı Andrey Volkov nəqliyyat vasitələrində erməni separatçılarına silah daşınmasının əleyhinədir. Erməni separatçıları Rusiya hərbi kontingentinin aşağı rütbəli hərbçilərinə hər ay bir neçə min dollar ödəməklə nəqliyyat vasitələrinin içərisində  silah daşıya bilərlər. Əsaslı olan bu şübhələrə son qoymaq üçün etirazın davamı kimi Laçın yolunda sərhəd və gömrük xidmətinin yaradılmasına keçid edilməsi zərurəti yaranıb, bundan sonra istənilən yük yoxlanılacaq və separatçılara silah və sursat daşınması imkanı ortadan qaldırılacaq.

Исследовательский центр "Атлас"

 

Чем Макрон отличается от Шарля де Голля?

Fransa prezidenti Emmanuel Makron siyasi naşılığını bir daha biruzə verib. Makron Rusiya prezidenti Vladimir Putinin paradoksal şəxs olduğunu belə izah edib: “Mən onunla görüşəndə onun pis adam olduğu təəssüratı yaranmır, paradoks bundadır”. Aydındır ki, daxili hisslərini məharətlə gizlədən Putin istənilən lider kimi qonaqlarını gülərüz şəkildə qəbul edib və beləcə yola salır. Putin Makronun üstünə qışqırıb, “baxarsız başınıza nə oyun açacam” deməliydi? Görünür Makron gözləyirmiş ki, əgər Putinlə Moskvada və Parisdə saatlarla söhbət edib, gülüb, hətta bir-birlərinə lətifə danışıblarsa Rusiya prezidenti Ukraynaya qarşı işğalçı müharibə başlamamalıydı. Bu ona bənzəyərdi ki, Fransanın əfsanəvi lideri Şarl de Qol Moskvada Stalinlə görüşdən sonra ətrafındakılara deyərdi ki, “Stalin pis adama bənzəmir”. Halbuki, milyonlarla günahsız insanın qətl əmrini verən, İkinci Dünya müharibəsindən əvvəl Hitlerlə anlaşma imzalayan və onunla 1939-cu ildə Polşanı parçalayan Stalin idi və bunu Şarl de Qol bilməmiş deyildi. Təsadüfi deyil ki, Şar de Qol 1944-cü ildə Moskvada Stalinlə görüşdən sonra xatirələrində bunları yazırdı: “Qarşımda xalqının qanını sovurmağa hazır olan tiran dayanmışdı”. Şarl de Qol Stalinin gülüşünə Makron kimi aldanmamışdı.

 

 

Пашинян организовал протест против России

Nikol Paşinyan polisə Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada iştirak edənləri həbs etmək əmri verməklə Kremlə göstərmək istəyib ki, guya onun bu aksiya ilə əlaqəsi yoxdur. Ancaq Kreml və onun Ermənistandakı əlaltısı olan “Qarabağ klanı” fərqli düşünür. “Qarabağ klanı” simasında müxalif siyasətçilər açıq bildiriblər ki, Rusiyanın hərbi bazası qarşısında aksiyanı birbaşa Paşinyan təşkil etməsə də, Ermənistanın baş naziri etiraza şərait yaradıb. Bunda həqiqət payı var. Birincisi, Paşinyan istəsəydi etirazın qarşısını etirazçılar hərbi bazaya yürüşə başlayarkən ala bilərdi. İkincisi, Paşinyan Rusiya hərbi kontingentinin Laçın yolunu açmamasından narazıdır. Paşinyan istəyinə nail olmadıqda Gümrüyə gedən erməni etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlamağa cəhd ediblər. Sanki Paşinyan Moskvaya demək istəyib ki, “biz də sizin yolunuzu bağlaya bilərik”. Üçüncüsü, Gümrü hərbi bazasının qarşısındakı şüarlarda Rusiya və Kreml sahibi Vladimir Putin əleyhinə aşağılayıcı şüarlar səsləndirib. “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” bağıran etirazçılar Paşinyanın düşündüyünü dilə gətiriblər.

Bu etirazla Paşinyan Kremlə demək istəyib ki, Laçın yolunu açmasaz Ermənistanda Rusiya əleyhinə narazılıq artacaq. Rusiyadakı siyasi dairələr Nikol Paşinyanın ABŞ və Fransa ilə daha da yaxınlaşmaq üçün Rusiya əleyhinə bəhanə axtarmasından şübhəlidirlər. Növbə Kremlindir, Rusiyadakı dairələrin Nikol Paşinyanı cəzalandırmağın yeni üsulları barədə düşündüklərini ehtimal etmək olar. Kremlin Rusiya hərbi kontingentinin Qarabağdakı sılahiyyətlərini tədricən Azərbaycan ordusuna təhvil verməsi Paşinyana ən ağır zərbə olar.

 

Почему Туркменистан выбрал Китай?

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov bir neçə gün əvvəl Çinə səfəri zamanı bu ölkənin lideri Si Tsinpinlə görüşüb. İki ölkənin lideri Çinlə Türkmənistan arasındakı münasibətlərin hərtərəfli strateji tərəfdaşlığa yüksəldildiyini elan ediblər. Bu Pekin üçün vacib gedişatdır. Bir çox ölkənin Çinin siyasəti ilə bağlı ciddi sualları olarkın Pekinin əlavə strateji tərəfdaşlara ehtiyacı var.

Sərdar Berdiməhəmmədov Pekində bildirib ki, Türkmənistan-Çin boru kəməri ilə bütün istismar müddəti ərzində 350 milyard kubmetrdən çox qaz tədarük edilib. İki ölkə arasında əməkdaşlığının ən perspektivli sahələrindən biri yanacaq-energetika sektorudur. Bunu liderlər də görüş zamanı vurğulayıblar.

Sərdar Berdiməhəmmədov Si Tsinpinlə Türkmənistandan Çinə dördüncü qaz boru xəttinin tikintisini də müzakirə ediblər. Bu Çinin maraqlarına cavab verir. Çin qaz nəqlində yalnız Rusiyadan asılı olmaq istəmir. Çin Türkmənistandan qaz nəqlini artırarsa Rusiyadan aldığı qazın qiymətini endirməyə nail olacaq.

Rusiya Ukrayna müharibəsinə görə öz qazını Avropaya sata bilmir. Bu vəziyyətdə Rusiyanın iki alternativi var. Moskva Avropaya sata bilmədiyi qazı Türkiyəyə və Çinə satmağı planlaşdırır. Türkiyə Rusiyadan alacağı əlavə qazı Avropaya satacaq. Ancaq bunun reallaşması üçün bir neçə il lazımdır. Birincisi, Türkiyə ərazisində qaz paylaşdırıcı mərkəzlər inşa olunmalı, ikincisi qazı alacaq Avropa dövlətləri ilə danışıqlar aparılmalıdır. Buna isə vaxt lazımdır. Çinə isə bütün bunlar lazım deyil. Çin iqtisadiyyatı ildən ilə böyüyür və daha böyük enerji resurslarına ehtiyacı var. Rusiya Çinə ikinci boru xəttini də tikir. Çin Rusiya qazını alacaq, ancaq qiyməti ucuzlaşdırmaq məqsədilə başqa ölkələrdən, o cümlədən Türkmənistandan da qaz alacaq.

Türkmənistan prezidentinin Pekinlə razılaşması və Çinə daha çox qaz nəql etmək istəyi Ankarada suallar yaradıb. Çünki Türkiyə Türkmənistan qazının bir hissəsisinin Azərbaycan üzərindən Türkiyəyə nəqlini də istəyir və bu məqsədlə danışıqlar davam edir. Ancaq əgər Türkmənistan Çinə əlavə qaz nəql edəcəksə Türkiyə üzərindən Avropaya qaz nəqlinin aktuallığı azalacaq.

Исследовательский центр "Атлас"

 

Erməni separatçıları arasında fikir ayrılığı var

Vitaliy Balasanyan Qarabağ separatçıları arasında “əmrə” tabe olmayanlardandır. İddialı Balasanyan Qarabağ separatçılarının lideri olmaq istəyirdi, ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın dəstəyi ilə Araik Arutunyan Qarabağ separatçılarının “lideri” təyin olundu. Ancaq Balasanyanın bekar qalmaması və Araik Arutunyana mane olmaması üçün onu separatçıların “Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin” etdilər.

Vitaliy Balasanyan 2020-ci ilin müharibə dövründə ortada yox idi. Onun müharibədə döyüşlərdə iştirakında dair xəbər yoxdur. Balasanyan müharibə bitdikdən sonra yenidən fəallaşdı və elə həmin dövrdən başlayaraq onunla Araik Arutunyan arasında fikir ixtilafı barədə xəbərlər yayılmağa başladı.

Vitaliy Balasanyan Paşinyanın rəqibi Robert Köçəryanın kadrıdır. Qarabağ separatçılarının keçmiş lideri və Ermənistanın eks-prezidenti Robert Köçəryan Nikol Paşinyanın siyasətini sərt tənqid edir. Onun kimi Balasanyan da Paşinyanı tənqid edir. Digər tərəfdən erməni milyarder Ruben Vardanyanın Moskvadan gətizdirilib Xankəndidə Balasanyana “rəhbər” təyin edilməsi də ikincinin narazılığına səbəb oldu. Bu vəziyyətdə Arutunyan-Vardanyan cütlüyü Balasanyanı “vəzifəsindən” kənarlaşdırmağa qərar verdilər.

Köçəryanın dostu olan Vitaliy Balasanyanın Rusiyanın hərbi dairələri ilə sıx əlaqələri var. Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbərliyi Balasanyanla əməkdaşlıq edir. Separatçıların “Təhlükəsizlik Şurasının katibi vəzifəsinə” Ararat Melkumyan “təyin” olunub. Rusiya hərbi kontingentinin komandanlığı yeni “katiblə” təmas qursalar da, Balasanyanla əlaqəni davam etdirəcəklər. Rusiyadakı siyasi dairələr Balasanyandan lazımi məqamlarda Nikol Paşinyana və Araik Arutunyana qarşı istifadə edəcəklər.

Separatçılar arasındakı “yerdəyişmələrin” Azərbaycana dəxli olmasa da, nəzarətimizdən kənardakı bölgəni diqqətdə saxlamağa məcburuq. Separatçılar arasında fikir ixtilafları müharibənin ermənilər üçün ağır nəticəsinə və Laçın yolunu nəzarətə götürdüyümüzə görə baş verir. Demək rəsmi Bakı bu alətlərdən istifadə etməlidir.

 

Laçın yolundakı etiraz aksiyası nə qədər davam edəcək?

Laçın yolundakı etiraz aksiyası birinci ayına yaxınlaşır. Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücləriylə müxtəlif dövlət və beynəlxalq təşkilatların yoldakı aksiyaya görə Azərbaycana təzyiq etməsinə çalışsalar da, “yol bağlıdır”, “xəstələrimiz dərmansız qalıb”, “Qarabağ erməniləri acdırlar” kimi dezinformasiyalar yaysalar da, nəticə hasil etmədilər. Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə çalışmaları da nəticə vermədi.

Aksiyanın əsas hədəfi işğal altındakı qızıl və mis yataqlarında monitorinqə imkan yaradılmasıdır. Buna nail olunmayıb. Belə olan halda “aksiya hələ nə qədər davam edəcək” sualı aktuallaşıb. Bu sualın bir neçə cavab variantı var:

Первый вариант: Qarabağdakı erməni separatçıları məcburiyyət qarşısında qızıl və mis yataqlarında azərbaycanlı məmurların monitorinqinə imkan yaradırlar. Bu halda azərbaycanlı məmurlar yataqlarda monitorinq aparır və yoldakı etiraz dayandırılır. Ancaq monitorinqlə məsələ bitməyəcək, dövlətin yataqları və əldə edilən gəlirin nəzarət altına alması mövzusu aktuallaşacaq.

Второй вариант: Qarabağdakı erməni separatçıları azərbaycanlı məmurların monotirinqinə icazə vermirlər və etiraz qeyri-müəyyən müddətə qədər davam edir.

Üçüncü variant: Azərbaycanın məqsədi yalnız yataqların monitorinqi deyil. Digər məqsəd Ermənistanla Qarabağı birləşdirən yolu nəzarətə götürməkdir. Bir müddətdən sonra ekoloqların etirazına fasilə verilsə belə fəalların  əvəzinə yolun həmin hissəsində Azərbaycan hərbçiləri post qururlar və Qarabağa daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamağa başlayırlar. Bu 2020-ci ilin 9 noyabr bəyanatına zidd deyil, yol bağlanmır, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzarətə götürülür.

Исследовательский центр "Атлас"

 

Rusiya və Çin Böyük Britaniya qonşu olmaq istəyir

Şotlandiyada müstəqillik haqqında referendum 2014-cü ilin sentyabr ayında keçirilib. Referendumun nəticəsinə görə şotlandiyalıların yarıdan çoxu müstəqlliyə deyil, Böyük Britaniyanın tərkibində qalmağa səs veriblər. Buna baxmayaraq, Şotlandiyada millətçi qruplar müstəqillik ideyasından imtina etməyiblər. Böyük Britaniyanın Avropa İttifaqından ayrılması bir qrup şotlandiyalının xoşuna gəlməyib.

Şotlandiya millətçiləri yeni referendum tələb edirlər. Böyük Britaniyada ehtiyat edirlər ki, yeni referendumda nəticə fərqli ola bilər və Şotlandiya əhalisinin yarıdan çoxu bu dəfə müstəqilliyə səs verə bilər. London başqa bir amildən də ehtiyat edir.

Şotlandiya müstəqillik qazanarsa Rusiya və Çin bundan öz məqsədləri üçün istifadə edəcəklər. Bəzi ingilis ekspertlərin sözlərinə görə, Şotlandiya müstəqllik qazandıqdan sonra böyük şirkətlər Şotlandiyanı tərk edəcəklər. Bu halda Şotlandiyanın iqtisadi dəstəyə və kreditlərə ehtiyacı olacaq. Rusiya və Çin Avropada yeni tərəfdaş qazanmaq üçün Şotlandiyaya iqtisadi dəstək vədi verəcəklər. Moskva və Pekin Qərbin müxtəlif sanksiyaları ilə üz-üzədirlər. Buna baxmayaraq, həm Rusiyanın, həm də Çinin kifayət qədər maliyyə resursları var və onlar bu resurslarla tərəfdaşlarının sayını artırmaq istəyirlər. Buna görə də Moskva və Pekin diqqətlərini müstəqil Şotlandiyaya yönəldəcəklər.

London Şotlandiyanın müstəqilliyinin əleyhinədir və yeni referendum istəmir. Ancaq Böyük Britaniyada müxtəlif ssenarilər barədə düşünür və təhlükələrlə üzləşməməyə çalışırlar. Belə bir təhlükədən biri Putin Rusiyası və kommunist Çinin tərəfdaşı ilə qonşu olmaqdır.

Исследовательский центр "Атлас"

 

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 1395676
ru_RURU