Gün: 12 Ocak 2023

Ruben Vardanyan yakında Karabağ'dan ayrılmalı

Əslində Ruben Vardanyan biz deyəni təkrarlayır, Qarabağ erməniləri üçün 3 yoldan ikisini səsləndirir və bu Azərbaycanın mövqeyini əks etdirir: “Qarabağ erməniləri ya Azərbaycan qanunlarına tabe olmalıdırlar, ya da tabe olmaq istəmirlərsə Qarabağı tərk etməlidirlər”. Bizim bir başqa vəzifəmiz qanunlarımıza tabe olmayan Ruben Vardanyanın Qarabağı tərk etməsini sürətləndirməkdir. Ruben Vardanyanın gəldiyi yerə qayıtması saman çöpündən də yapışmağa cəhd edən erməni separatizminə və separatizmə dəstək verən digər ermənilərə ağır zərbə olacaq. “Əgər Rusiya ilə sıx bağlılığı olan Ruben Vardanyan kimi birisi də Qarabağı tərk etmək məcburiyyətində qalıbsa, biz Azərbaycan qanunlarına tabe olmadan burada necə yaşayacağıq” – bu Qarabağ ermənilərinin özlərinə verməli olan suala çevriləcək. Ruben Vardanyan bölgəni bu il tərk etməsə belə bunu 3 il sonra Rusiya hərbi kontingenti ilə birgə reallaşdırmaq məcburiyyətində qalacaq. Ancaq biz elə etməliyik ki, Ruben Vardanyan daha tez qərar versin ki məsələlərimizin həllini sürətləndirək.

 

"Transcaspian" projesi neden gerçekleştirilmeyecek?

Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində “Transxəzər” layihəsinin reallaşmasının çətin olmasıyla bağlı fikirləri də bir çox ölkəyə mesaj əhəmiyyəti daşıyırdı. Birincisi, layihə ilə bağlı danışıqlarda nəticə yoxdur. “Transxəzər” layihəsinin kimin maliyyələşdirəcəyi və texniki əsaslandırılması bəlli deyi. İkincisi, bu layihə təsdiq olunsa belə Türkmənistan qazını Avropaya çatdırmaq üçün Azərbaycan üzərindən yeni boru xəttinin tikintisinə ehtiyac yaranacaq. Bunun kimlər tərəfindən maliyyələşdiriləcəyinə və qazın alınmasıyla bağlı Avropa dövlətləri ilə ilkin razılaşmalara ehtiyac var. Bu Azərbaycanın görəcəyi iş deyil. Azərbaycan öz qazını mövcud boru xətləriylə nəql edir və həmin xətlər getdikcə yüklənəcək.

Buna baxmayaraq, İlham Əliyev “Transxəzər” layihəsini dəstəklədiyini, sadəcə təşəbbüskar olmadığını xatırlatdı. Rəsmi Bakı layihəni strateji müttəfiqi Türkiyənin dəstəklədiyini nəzərə alır. Ancaq layihənin əsas təşəbbüskarı Türkmənistan olmalıdır. Çünki bu boru xəttiylə Türkmənistan qazı bölgə ölkələri üzərindən Avropaya nəql olunmalıdır. Ancaq Türkmənistan hakimiyyəti “Transxəzər” layihəsinə maraq göstərmir, əksinə bu ölkənin prezidenti bir neçə gün əvvəl Çinə səfər edərək bu ölkəyə əlavə qaz nəql etmək üçün yeni boru xəttinin tikintisiylə bağlı razılıq əldə edib. Türkmənistan qazının böyük həcmini Çinə nəql edəcəksə, “Transxəzər” boru xəttinə ehtiyac qalacaqmı? Belə olan halda Azərbaycan bu layihəyə görə Rusiya ilə münasibətləri gərginləşdirməyəcək. Çünki “Transxəzər” layihəsinin də adından göründüyü kimi Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Rusiyanın buna mane olacağı aşkardır. Türkmənistanın əvəzinə heç bir dövlət Xəzərin dibi ilə boru xəttinin çəkilməsi mövzusuna görə Moskva ilə üz-üzə gəlmək istəməyəcək. Ankara “Transxəzər” layihəsini gündəmdə saxlamaq istəyən əsas dövlətdir. Ancaq Aşqabad layihəyə həvəssiz yanaşırsa, Türkmənistanı idarə edənlər “Avropa ölkələri bizim qazı sahilimizdən alsınlar” fikrini ifadə edirlərsə, “Transxəzər” layihəsinin reallaşması çətin olacaq.

 

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 269400
tr_TRTR