Gün: 30 Ocak 2023

Arutunyan “Al Jazeera” kanalından nə istəyib?

Ermənistan rəsmiləri Qətər dövlətini su yoluna döndəriblər. Ötən ilin yayında Qətərə Ermənistanın baş naziri Nikol Paşinyan səfər etdi, bugünlərdə Ermənistan parlamentinin sədri Simonyan Alen Simonyan ərəb dövlətində 3 gün qalıb. İndi də Ermənistanın baş nazirinin aparat rəhbəri Araik Arutunyan Qətərə səfər edib. Arutunyan Dohada Ermənistanla Qətər arasında imzalanan sazişlərin və razılaşmaların yerinə yetirilməsi məsələlərini müzakirə edib.

Baş nazir Nikol Paşinyan əlindən gələni edir ki, Qətər əmiri Ermənistana səfər etsin. Araik Arutunyanın Qətərə səfəri zamanı başqa bir detal da diqqətimi çəkib. Deməli Araik Arutunyan məşhur “Al Jazeera” televiziya kanalında olub və bu kanalın regional hadisələrin işıqlandırılması mövzularını müzakirə edib. Görünür, Araik Arutunyan kanal rəhbərliyindən hadisələrin işıqlandırılması zamanı Ermənistanın mövqeyinin nəzərə alınmasını xahiş edib.

 

Kedmi Solovyova niyə etiraz edir?

Rusiyanın dövlət televiziya kanallarında monoloq hakimdir, qonaqların əksəriyyəti Kremlin siyasətini dəstəkləməlidir. Kremlin əsas ruporu – aparıcı Vladimir Solovyov məhz bu istiqamətdə fəaliyyət göstərir. Solovyov Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamadan əvvəl də Kiyevi aşağılayır, qonaqlarından da bunu tələb edirdi. Solovyov xarici ölkələrdən də çağırdığı qonaqları xüsusi seçirdi. Misal üçün İsrailin keçmiş deputatı və siyasi eksperti Yakov Kedmi Solovyovun proqramında uzun müddət Kremlin siyasətinə etiraz etmirdi. Ancaq son vaxtlar Kedmi ilə Solovyov arasında fikir ayrılıqları yaranıb. Bu təbiidir. Solovyov Kremlin işğalçı siyasətinin qatı təbliğatçısıdır, Kedmi isə İsrailin maraqlarını əsas tutur. Rusiya və İsrail maraqları isə tərs düşməyə başlayıb. Solovyov İrana qarşı hücumları pisləyəcəksə, Kedmi bunun tərsini əsaslandıracaq. Solovyovun “Kiyev faşist rejimidir” nağılları da qonaqları bezdirib.

 

Kremlin, Afrika kıyılarını da izliyor

Rusiya xarici işlər naziri Sergey Lavrovun bir müddət əvvəl bir neçə Afrika ölkəsinə səfəri Qərb mətbuatının diqqət mərkəzində olub. Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Kremlin Afrikaya diqqət göstərməsi suallar yaradıb. Bu gedişatdan ən çox narahat edən iki ölkə var – ABŞ və Fransa. Bu iki ölkənin Afrika ölkələrində özəl maraqları var. Ona görə də Vaşinqton və Paris Afrikada Rusiya və Çinin fəallaşmasından narahatdır. Misal üçün Burkino-Faso rəhbərliyi Fransa hərbçilərinin ölkəni tərk etməsini istəyib. Bu ölkənin yeni hakimiyyəti Fransanın əvəzinə Rusiya ilə tərəfdaşlığı seçib. Vaşinqton və Paris Afrikada Rusiya ilə maraq mübarizəsini genişləndirməyə hazırlaşırlar.

Vaşinqton və Parisin səylərinə baxmayaraq, Kreml Afrika qitəsində fəallığını azaltmır. Lavrov Afrika turnesi çərçivəsində Cənubi Afrika Respublikasına (CAR) da səfər edib. Cənubi Afrika Respublikası son illər Rusiya və Çinlə əməkdaşlığa əhəmiyyət verir. Cənubi Afrika Respublikası Rusiya və Çinlə birgə BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzvüdür. Halbuki, vaxtilə CAR ABŞ-ın Afrikadakı əsas tərəfdaşı idi. Ancaq CAR-da irqi ayrı-seçkilik əsasında  formalaşan “aparteid” rejiminə son verildikdən sonra bu ölkənin xarici siyasətində ciddi korrektələr edilib.

Rusiya Çin və Cənubi Afrika Respublikasıyla birgə hərbi təlimlər planlaşdırıb. Təlimlər CAR sahilinə yaxın sularda gerçəkləşəcək. Hərbi təlimlərin fevral ayının ortalarında keçirilməsi planlaşdırılır. Bu o deməkdir ki, Rusiya və Çin öz sahillərindən uzaq bölgədə birgə hərbi təlimlər keçirəcəklər. Bu ABŞ və Fransanın narazılığına səbəb olub. Vaşinqton və Paris ondan narahatdırlar ki, Rusiya və Çin öz planlarına digər qitələrdəki dövlətləri, o cümlədən Cənubi Afrika Respublikasını cəlb etməyə müvvəfəq olub. Halbuki, CAR Qərb ölkələriylə hərbi təlimlərə maraq göstərmir.

CAR Rusiyanın Ukrannaya qarşı işğalçı müharibəsini pisləməyən ölkələrdəndir. CAR eyni zamanda Qərbin təzyiqlərinə baxmayaraq, Rusiyaya qarşı sanksiyalara da qoşulmayıb.

"Atlas" Araştırma Merkezi

 

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 269307
tr_TRTR