Yazar: Şahin Elhanoğlu

Almaniya Asiyadakı tərəfdaşını seçib

Qərb ölkələrinin diplomatlarının Hindistana səfərləri artıb. ABŞ-ın müdafiə naziri Lloyd Ostin Dehlidəki görüşlərini yekunlaşdırdıqdan sonra Hindistanla strateji tərəfdaşlığı Vaşinqton üçün əhəmiyyətli olduğunu bildirib. Hindistana növbəti səfəri Almaniyanın müdafiə naziri Boris Pistorisu gerçəkləşdirib. Almaniyanın müdafiə naziri Hindistandan əvvəl Sinqapurda və İndoneziyada olub.

Almaniyanın müdafiə nazirinin Hindistana səfəri məhsuldar olub. Berlin Hindistana sualtı gəmilər satmağa hazırlaşır. Almaniya digər Qərb ölkələri kimi Hindistanın Rusiyadan silah və hərbi texnika alışını azaltmağı hədəfləyir. Boris Pistorius Dehlidə açıq deyib ki, silah və hərbi texnika təhcizatında Hindistanın Rusiyadan asılı olmasını istəmirlər. Almaniya Hindistanla yanaşı İndoneziyaya da silah və hərbi texnika satmağı planlaşdırır.

Beləliklə, Almaniya Asiyanın silah bazarında rolunu artırmağa çalışır. Boris Pistorius Hindistanın “The Indian Express” qəzetinə verdiyi açıqlamada, bir sıra Qərb ölkələrinin Hindistan bazarına fəallaşığını və Almaniyanın bu prosesdə geri qalmayacağını vurğulayıb. Boris Pistorius “The Indian Express” qəzetinə müsahibəsində Almaniya ilə Hindistanın eyni dəyərləri bölüşdüyünü belə izah edib: “Rusiya və Çinin siyasəti narahatlıq doğurur. Ona görə də Qərb ölkələri, o cümlədən Almaniya Hindistanla əməkdaşlığı gücləndirmək istəyirlər. Almaniya Hindistanla dəniz hərbi qüvvələrinin birgə təlimlər keçirəcəklər”.

Almaniyalı nazir hindli həmkarı Rajnath Singhlə bu mövzunu geniş müzakirə edib. Almaniyanın müdafiə naziri Dehlidən sonra Mumbayi şəhərindəki Hindistanın hərbi dəniz donanmasının komandanlığında görüşlər keçirib. Hindistanın müdafiə naziri Rajnath Singh almaniyalı həmkarıyla müzakirələri yüksək qüymətləndirib və “Twitter” səhifəsində bunları yazıb: “Boris Pistoriusla hərtərəfli müzakirələr apardıq, almaniyalı nazirin yoqaya marağına da yüksək qiymət veririk”.

Rajnath Singh onu da bildirib ki, iki ölkə arasında hərbi əməkdaşlığı genişləndirmək və ortaq çalışmalar həyata keçirmək üçün yaxşı zəmin var. “Bloomberg” agentliyinin məlumatına görə, Almaniya ilə Hindistan dizellə çalışan sualtı gəmilərin tikitisini üçün birgə müəssisə yaradacaqlar. Hindistan ərazisində yerləşəcək müəssisəsinin dəyəri 5.2 milyard dollar civarında olacaq. İlkin mərhələdə Hindistan üçün 6 sualtı gəmi inşa ediləcək. Hindistanın ümumilikdə 24 sualtı gəmiyə ehtiyacı var. Hindistanda hazırda 16 sualtı gəmir var, onlardan 10-unun 30 yaşı var. Bundan əvvəl də Hindistan QUAD (ABŞ, Hindistan, Avstraliya və Yaponiya) dialoq formatına və Avropa ölkələrinə müraciət edərək sualtı gəmilərə ehtiyacı olduğunu bildirmişdi.

"Atlas" Araştırma Merkezi

Fransa növbəti hədəfini seçib

Fransanın Yaponiyadakı səfiri Filipp Setton yerli “Nikkei” qəzetinə verdiyi müsahibədə deyib ki, Paris NATO-nun Tokioda ofis açmasının əleyhinədir. “The Financial Times” qəzetində yayımlanan digər məqaləyə görə Fransa NATO-nun Avropanın kənarına çıxması siyasətini dəstəkləmir. Bununla bağlı Fransa prezidenti Emmanuel Makronun açılaması var. O Şimali Atlantika Blokunun məsuliyyət zonasının Avropa olduğunu xatırladıb.

Makronun açıqlaması şübhəsiz Pekinin maraqlarına cavab verir. Pekin NATO-nun Asiya bölgəsinə genişlənməsinin əleyhinə olduğunu dəfələrlə bildirib. Odur ki, Parisin mövqeyi Pekinin mövqeyi ilə üst-üstə düşür. Səfir Filipp Setton bildirib ki, NATO-nun Tokioda ofis açması Çinin qəzəbinə səbəb ola bilər, buna yol vermək olmaz. Səfirin fikrincə, NATO Asiya bölgəsində tərəf seçə bilməz. Parisin Tokio ofisi ilə bağlı mövqeyi Pekinin diplomatik zəmində Şimali Atlantika Blokuna qarşı fəallaşmasına imkan verəcək. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib ki, NATO Asiyaya doğru genişlənmək siyasətindən əl çəkməlidir, əks halda bölgədə gərginlik artacaq.

Paris Pekinlə münasibətlərdə gərginlik yaşamaq istəmir. Paris ehtiyat edir ki, NATO Pekinlə münasibətləri gərginləşdirərsə, Çin Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya ilə daha çox yaxınlaşa bilər. Halbuki, NATO Asiyada fəallaşmadan da Pekin Kremllə əməkdaşlığı gücləndirib. İki ölkə arasında artan təmaslar və ticarət tərəfdaşlığı da bundan xəbər verir.

NATO-nun Tokioda ofis açması üçün təşkilat üzvlərinin qərarı konsensus əsasında verilməlidir. Yəni NATO üzvlərindən biri Yaponiyanın paytaxtına ofisin açılmasının əleyhinədirsə məsələ müsbət həll olunmayacaq. Bu məsələ NATO-nun Vilnyusda iyulun 11-12-də keçiriləcək sammitində müzakirə edilməli idi. Tədbirə Yaponiyanın baş naziri Fumio Kisido da dəvətlidir. Kisidonun sözlərinə görə, Yaponiya NATO üzvü olmaq istəmir. Buna baxmayaraq, Yaponiya Çinin artan gücündən ehtiyat edərək Şimali Atlantika Bloku ilə əməkdaşlığı genişləndirməyə çalışır. NATO-nun Tokioda ofis aşmaq istəyi buna xidmət etməliydi.

Parisin mövqeyi ABŞ və Yaponiyada narazılıqla qarşılanıb. Çünki ABŞ və Yaponiya Çinin bölgədə artan hərbi gücündən narahatdır. NATO-nun Tokioda ofis açması Pekinə ciddi xəbərdarlıq olmalıydı ki, Şimali Atlantika Blokunun bölgədəki tərəfdaşlarına təhlükə yaratmasın. Paris Vaşinqtonun və Tokionun planlarını pozmaq üzrədir. ABŞ müdafiə naziri Lloyd Ostin Hindistana səfəri zamanı verdiyi açıqlamada, NATO-nun Asiyaya doğru genişlənmədiyini, ancaq Şimali Atlantika Blokunun bölgə ölkələri ilə tərəfdaşlıq əlaqələrini dəstəklədiklərini vurğulayıb.

Maraqlıdır ki, Şimali Atlantika Blokunu Tokioda ofis açmasının doğru olmadığını bildirən Emmanuel Makron 2019-cu ildə “Economist” dərgisinə verdiyi müsahibədə belə demişdi: “NATO beyin ölümü keçirib. Bu səbəbdən strateji qərarların qəbulunda Fransanın ABŞ və təşkilatdakı tərəfdaşlarıyla koordinasiyası yoxdur”. Makron 4 il əvvəl NATO-nun “beyin ölümü” keçirdiyini iddia etdiyi halda indi təşkilata ağıl öyrətməyə çalışır.

"Atlas" Araştırma Merkezi

Putin Afrikaya gedəcəkmi?

Böyük Britaniyanın “Telegraph” qəzetində yayımlanan məqaləyə görə, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respbulikası) liderlər toplantısının görüş yeri dəyişə bilər. Təşkilatın liderlər toplantısı avqust ayında Cənubi Afrika Respublikasında (CAR) keçirilməlidir. Ancaq CAR-ın bir qrup naziri prezident Siril Ramafosa liderlər toplantısını Çində keçirməyə təklif etməyi məsləhət biliblər. Bunun səbəbi nədir?

Beynəlxalq Cinayət Məhkəməsi Ukrayna müharibəsinə görə Rusiya prezidenti Vladimir Putinə qarşı cinayət işi açıb. Hər hansı ölkə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul edirsə, Putini həbs etməlidir. Kreml ittihamları rədd edib. Buna baxmayaraq, Vladimir Putinin BRİKS məqsədilə CAR-a səfərinin rəsqiləri var. CAR çətin seçim qarşısında qalmaq istəmir. Cənubi Afrika Respublikasının 3 istiqamətlə – Rusiya, Çin və Qərblə tərəfdaşlıq münasibətləri var və bu münasibətləri hər hansı birinin xeyrinə dəyişdirmək istəmir.

Moskva və Pekin son illərdə iki təşkilat yaradıblar. Bunun biri Şanxay Əməkdaşlıq Təşkilatıdır, digəri BRİKS-dir. Moskva və Pekin hər iki təşkilatın gücünü artıraraq ABŞ-ın dünyadakı hegemonluğuna son qoymaq istəyirlər. Ancaq həm Şanxay Əməkdaşlıq Təşkilatında, həm də BRİKS-də Qərblə ipləri qoparmaq istəməyən dövlətlər var. Misal üçün Hindistan həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRİKS-in üzvüdür. Buna baxmayaraq, Dehli ABŞ və Avropa İttifaqı ilə də sıx tərəfdaşlığını davam etdirir. Dehli son illərdə Rusiyadan çox Qərb ölkələrindən hərbi texnika almağa başlayıb. Digər tərəfdən Hindistan iki təşkilatla Çinlə birgə iştirak etsə də, iki ölkə arasında gərginlik azalmayıb. Bu isə Şanxay Əməkdaşlıq Təşkilatının və BRİKS-in monotonluğüna kölgə salır. Çin son illərdə Afrika ölkələrinə, o cümlədən CAR-a yatırımlarını artırıb. Hazırda Çin CAR-ın əsas ticarət tərəfdaşıdır. Çin lideri Tis Cinpin bir müddət əvvəl CAR-a rəsmi səfər edib. Ancaq CAR da Hindistan kimi Amerika Birləşmiş Ştatları ilə təhlükəsizlik sahəsində əməkdaşlığını zəiflətmək istəmir.

BRİKS-ə üzv ölkələrin xarici işlər nazirləri arasında görüş iyunun 1-də CAR-da keçirilib, indi növbə liderlərindir. Vladimir Putin Ukrayna müharibəsi fonunda xarici ölkələrə səfərlərinin sayını azaldıb. Ancaq Putin BRİKS-in toplantısında iştirak etmək məcburiyyətindədir. Çünki digər liderlər toplantıya qatılsalar, Putin olmasa da, bu Kreml sahibinin həyatı üçün qorxduğu anlamına gələcək. Əlbəttə, Putin CAR əvəzinə Çinə getmək istəyərdi. Putini Pekində heç bir təhlükə gözləmir. CAR-da isə Qərbə meylli siyasi cərəyanlar çoxdur və həmin qüvvələr ölkələrinin Rusiya və Çinlə ittifaqlarını sərt tənqid edirlər. Həmin qüvvələr CAR-da korrupsiyanın geniş miqyas almasını ölkələrinin Rusiya və Çinlə sıx əməkdaşlığı ilə də əlaqələndirirlər.

"Atlas" Araştırma Merkezi

Honkonq modelini Qarabağ üçün təklif edənlər gecikiblər

Azərbaycan prezidenti İlham Əliyev müharibədən əvvəl Qarabağ üçün dünyada mövcud olan ən yüksək muxtariyyət modeli təklif edirdi. Belə modellər dünyada kifayət qədərdir. Ermənistan hakimiyyəti muxtariyyət modelini qəbul etmədi, separatçılarla birgə “müstəqillikdən” başqa heç bir “təklifi” qəbul etməyəcəklərini bildirdilər. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra özlərini qalib hiss etdiklərindən “şərtlərini” diqtə etməyə çalışırdılar. Minsk Qrupu həmsədrləri də yüksək muxtariyyət modeli təklifini müzakirə etməyə həvəsli deyildilər. Ermənistanın baş naziri Nikol Paşinyan içkili şəkildə keçmişdə işğal altındakı Şuşada yallı gedərək “Qarabağ Ermənistandır” deyib tuturdu.

İkinci Qarabağ müharibəsi reallıqları dəyişdirdi. Azərbaycan qələbə çaldı və torpaqlarının böyük hissəsini azad etdi. Hazırda şərtləri diqtə edən tərəf Azərbaycandır. Bundan sonra ermənilərə heç bir xüsusi status verilməyəcək. Bunu özləri və beynəlxalq aləm də anlayır. Qarabağ erməniləri müharibəyə qədər onlara təklif edilən yüksək muxtariyyət statusunu əldə etmək şansını itirdilər. Nikol Paşinyan da reallığı qəbul etmək məcburiyyətində qalaraq artıq “Qarabağ Azərbaycandır” deməyə başlayıb.

Buna baxmayaraq, erməni ekspertləri ara-sıra Qarabağ üçün yüksək muxtariyyət modeli haqqında fikirlər səsləndirirlər. Rusiya mətbuatında da bu mövzuda məqalələr yayımlanır. Modellərdən biri kimi Honkonqun adı çəkilir. Böyük Britaniya imperiyasının tərkib hissəsi olan Honkonq Londonla Pekin arasındakı razılığa görə, 1997-ci ildə Çinin tərkibinə qatılıb. Rusiya qəzetlərinin birində yayımlanan məqalədə Honkonq modelini Pekinin Azərbaycana təklif edə biləcəyinə eyham vurulub. Bu belə əsaslandırlıb ki, Azərbaycan və Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətlərinə malikdirlər.

Honkonq “bir ölkə, iki sistem” kursu əsasında Çinə birləşdirilib. Çində hakimiyyət birpartiyalı əsasda formalaşıb, Kommunist Partiyası ölkənin siyasi həyatına hakimdir. Honkonqda isə çoxpartiyalı sistem mövcuddur. Honkond Çinin tərkibində xüsusi idarəetmə formasına malikdir. Maliyyə müstəqilliyinə malik olan Honkonqun xarici siyasət və ordu saxlamaq hüququ yoxdur. Bunlar Çinə aiddir.

Bu model bir neçə səbəbdən Azərbaycanın işinə yaramır.

Birinci olarak, Çində və Honkonqda yaşayanlar çinlilərdir, bu səbəbdən separatçı fəaliyyət üçün zəmin yoxdur.

İkinci, prezident İlham Əliyevin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları mövcuddur, Azərbaycan qanunlarına tabe olacaq ermənilər bu çərçivədə idarəetmə hüquqlarına malik olacaqlar, hansısa geri dönüş mümkün deyil.

"Atlas" Araştırma Merkezi

Dialoq aşağı səviyyədədir

Vaşinqtonla Pekin arasında dilaoq yaxın tarixin ən aşağı səviyyəsindədir, rəsmilərin qarşılıqlı səfərləri azalıb. Sinqapurda iyunun əvvəlində keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq konfransda ABŞ və Çinin müdafiə nazirləri Llyod Ostinlə Li Şanqfu şam yeməyində qısa fikir mübadiləsi aparıblar. Halbuki, daha əvvəl müdafiə nazirlərinin geniş fikir mübadiləsi aparacaqları anons edilmişdi. Olmadı. Çin müdafiə naziri görüş keçirməkdən imtina edib. Çin müdafiə naziri amerikalı həmkarıyla telefonla danışmağı da bir neçə dəfə rədd edib.

“Şanqri-La Dialoqu” Asiya və Sakit okean regionu ölkələrinin müdafiə nazirlərinin ənənəvi görüş və müzakirə formatıdır. Tədbirə Avropadan da qonaqlar dəvət edilib. Vaşinqton bu konfrans vasitəsilə Pekinlə dialoqu bərpa etmək istəyirdi. Pekin rədd cavabı verib. Məsələ burasındadır ki, ABŞ-ın Çinin müdafiə naziri Li Şanqfuya qarşı sanksiyaları mövcuddur. Vaşinqtonun bu sanksiyaları Çinin müdafiə nazirinin Rusiyadan hərbi təyyarələr  və C-400 raket komplekslərinin alışıyla bağlıdır. Çinin müdafiə nazirinə qarşı sanksiya qərarı Donald Trampın prezidentliyi dövründə qəbul olunub. Co Bayden bu qərarı ləğv etməyib.

“Reuters” agentliyinin məlumatına görə, Sinqapurdakı toplantıda 20 ölkənin təhlükəsizlik xidmətinin yüksək rütbəli təmsilçiləri arasında qapalı şəraitdə görüş də baş tutub. Tərəflər mövcud təhlükələri müzakirə ediblər. Qapalı görüşdə Çin təmsilçisi iştirak etsə də, təhlükəsizlik məsələlərində ortaq məxrəcə gəlmək mümkün olmayıb.

Çində ingilis dilində nəşr olunan “South China Morning Post” qəzetində yayımlanan məqalədə hazırki şərtlər altında iki ölkə arasında danışıqların mümkün olmayacağı vurğulanıb. Doğrudur, kiçik ranqlı diplomatlar arasında təmaslar qeydə alınır, ancaq liderlər və nazirlər görüşmürlər. Pekin təmasların başlaması üçün Vaşinqtonun Çinə qarşı sanksiyaların ləğvini vacib sayır. Bundan başqa Pekin Vaşinqtonun bölgədə hərbi bloklar yaratmasından narahatdır. Bunlardan biri AUKUS-dur. ABŞ, Böyük Britaniya və Avstraliyanı birləşdirən bu blok bölgədə birgə hərbi təlimlərin sayını artırıb. Pekin hesab edir ki, bu fəallıq Çinə qarşı yönəlib. Bu arada, Pekin Çin şirkətlərinə ABŞ istehsalı olan “Micron” yarımkeçiricilərinin alınmasını qadağan edib. Pekin hesab edir ki, həmin yarımkeçiricilər Çinin təhlükəsizliyi üçün təhdiddir.

Vaşinqton Pekinin Ukrayna və Tayvan siyasətindən narahatdır. Bu narahatlıq ortadan qaldırılmayana qədər Vaşinqtoun Çinə qarşı sanksiyalarını yumşaldacağı problematikdir. Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini pisləmir, əksinə Rusiyanın “maraqlarının” nəzərə alınması vacibliyini bildirir. Çin lideri Tayvanı ələ keçirmək siyasətindən də əl çəkməyib. Əslində Tayvanla münaqişə birinci növbədə Çinin maraqlarına ziddir. Çinin Rusiya ilə ticarət mübadiləsi 190 milyared dollar olduğu halda Tayvan adasıyla ticarət mübadiləsinin həcmi 200 milyard dollardır. Yəni Çinin “müstəqilliyini” tanımadığı ada ilə ticarət mübadiləsinin həcmi yaxın dostu və tərəfdaşı olan ölkə ilə ticarət mübadiləsinin həcmini ötür.

"Atlas" Araştırma Merkezi

Pekin'in "yumuşak gücü" nasıl oluştu?

Çin ve ABD doğrudan savaşıyor ve her ikisinin çıkarları farklı ülkelerde çatışıyor. Libya'daki Kaddafi rejiminin ABD müttefikleri aracılığıyla devrilmesinin ardından Çinli petrol şirketleri bu ülkedeki yatırımlarının yaklaşık 50 milyar dolarını kaybetti. Veya Yemen'de iç savaş çıktığında Çin, savaş gemilerini vatandaşlarını tahliye etmek için kullandı. Yani Çin, yatırım yaptığı ülkelerde istikrarsız bir durumla karşılaştığında mali kayıplarla da karşı karşıya kalıyor. Pekin'de, Washington'ın çeşitli ülkelerde kasıtlı olarak Çin için sorun yarattığına inanıyorlar.

Çin'in bir sonraki dev projesi "Büyük İpek Yolu". Düzinelerce ülke bu ulaşım projesine katılmak istiyor. Çin, ürünlerini bu nakliye yolu üzerinden Avrupa pazarlarına ulaştıracak. Ulaşım güzergahı üzerindeki herhangi bir ülkede istikrarsız bir durum ortaya çıkarsa, bu Çin'in çıkarlarını olumsuz etkileyecektir. Çinli şirketler bazen çalıştıkları ülkede güvenlik sorunları yaşıyor. Örneğin Pakistan'da China Gezhouba Group Company Limited'in mühendislerini taşıyan bir konvoy havaya uçuruldu. Orta Asya ülkelerinde de yerel işçilerle Çinliler arasında zaman zaman gerginlikler yaşanıyor. Bu nedenle Pekin, yatırımlarını ve farklı ülkelerde çalışan çalışanlarını korumak için planlar hazırlıyor.

Çin'de askeri hazırlıklar genişledi. Pekin, bu alanda partner ülkelerle işbirliğine önem veriyor. Örneğin 107 ülkeden yaklaşık 6.000 asker Çin'in askeri merkezlerinde eğitim gördü. Çin, arkadaş sayısını artırmaya çalışıyor. Çin'de eğitim gören yabancı askeri personelden 8'i savunma bakanı olarak atandı.

Pekin'in kullandığı "yumuşak güç", ona daha fazla arkadaş kazandırmak için hesaplanıyor. Çin, ihtiyacı olan yer altı kaynaklarını farklı ülkelerde işletmekle ilgileniyor. Pekin önce o ülkeye mali destek sağlıyor, ardından yatırımları çekiyor ve üçüncü aşamada askeri işbirliği olanaklarını değerlendiriyor. Örneğin Çin, Afrika'da petrol zengini bir ülke olan Nijerya ile çeşitli alanlarda işbirliğini genişletti. Nijeryalı askerler, Çin askeri merkezlerindeki kurslara katılıyor. Çin, Nijerya ordusunu terörle mücadele operasyonları yürütmesi için eğitiyor. Bu, Nijerya ordusunun Çin'in bu ülkedeki yatırımlarını ve girişimlerini koruyabilmesi için Pekin için önemlidir. Çin, Orta Asya ülkeleriyle de aynı temelde işbirliği yapmaya çalışıyor. Orta Asya ülkeleri Çin ile ekonomik ilişkilere önem verse de Pekin askeri işbirliğinde temkinli bir pozisyonu tercih ediyor. Orta Asya ülkelerinin askeri personeli, Türkiye'deki askeri merkezlerde eğitim almakla ilgileniyor.

"Atlas" Araştırma Merkezi

Trump hızlı ilerliyor

ABD'nin 45. başkanı Donald Trump'ın notu yükselmeye devam ediyor. Trump, Başkan Biden'a karşı savaşmaya hazırlanıyor. Doğru, bunun için Trump'ın Cumhuriyetçi Parti'nin asıl adayı seçilmesi ve parti üyeleriyle girdiği mücadelede ön seçimi kazanması gerekiyor. Anketler, Trump'ın parti rakiplerinin çok önünde olduğunu gösteriyor. Örneğin, "Morning Consult" şirketinin araştırmasına göre, Trump ile ana Cumhuriyetçi rakibi Florida eyaleti valisi Ron Desantis arasında yüzde 43'lük bir fark var. Yani Trump'ın yüzde 61 desteği varsa, Desantis'in yalnızca yüzde 18 desteği var. Buna rağmen Desantis, Trump ile gelecekte bir mücadeleye hazırlanıyor.

Trump'ın sert konuşmaları onu yeniden ünlü yaptı. Trump, sıradan Amerikalıların duymak istediklerini söylüyor. Örneğin Trump, başkan olursa Rusya-Ukrayna savaşını bitireceğini veya Çin'in Tayvan'ı alamayacağını söylüyor. Trump'a göre Pekin, Washington'un şartlarını kabul edecek. Trump, Rusya Devlet Başkanı Vladimir Putin ve Çin lideri Xi Jinping ile bir dil bulacağını vurguluyor. Ancak ABD-Çin ilişkilerinde gerilim Trump'ın başkanlığı döneminde başlamış ve Beyaz Saray'ın o zamanki sahibi Çin'e karşı sert yaptırımlar uygulamıştı. Joe Biden bu politikayı sürdürmek zorunda kaldı. Çin, Tayvan'ı devralmak isterse, Trump'ın Pekin'i nasıl geride tutacağı sorusunu gündeme getiriyor. Başkanlığı sırasında Trump, Kuzey Kore'nin diktatör liderini nükleer silahlarından vazgeçmeye ikna edemedi. Başarısız olursa Pekin'i Tayvan'dan vazgeçmeye nasıl ikna edecek?

ABD'deki "The Hill" dergisinde yayınlanan bir yazıda Trump, Cumhuriyetçi rakipleriyle amansız bir mücadeleye hazırlanıyor ve kazanacağından emin. Trump, herhangi bir rakiple televizyonda tartışmaya hazır olduğunu söyledi. Genel olarak Trump, son aylarda röportaj sayısını artırdı ve hatta bir zamanlar kendisini eleştiren kanallarda konuşmalar yaptı. Başkanlık seçimleri yaklaştıkça Trump etkinliğini daha da artıracak. Eski başkan adayları Marco Rubio ve Ted Cruz da dahil olmak üzere önde gelen Cumhuriyetçi senatörler, Trump'ı desteklemeye hazırdı. Görünüşe göre her iki senatör de Trump'ın zaferi durumunda farklı pozisyonlar umuyor.

Beyaz Saray'ın şu anki sahibi Joe Biden'ın reytingi yüksek değil. Amerikalılar, Biden'ın fiziksel durumundan ve konuşmaları sırasındaki hatalarından endişe duyuyor. Bu nedenle Trump'ın bir sonraki seçimde şansı yüksek sayılabilir. Trump'ı engelleyebilecek faktörlerden biri, ona karşı herhangi bir dava olabilir. Ancak Trump, bu tür imtihanları başarıyla atlatabilen bir siyasetçi. Amerikan tarihinde, bir zamanlar başkan olan biri, iddiasını genellikle sonraki yıllarda ileri sürmez. Trump, başkanlığını sürdürmek için rakibi Biden'a yenildi. Bununla birlikte, Trump geleneksel politikacılardan biri değil ve gelecekteki mücadeleye odaklanmış durumda.

"Atlas" Araştırma Merkezi

"Dörtlü" NATO'ya benzer mi?

"Hindustan Times" dergisinde yayınlanan bir makalede, Hindistan ve Avustralya'nın "büyük yedili" içinde yer almamalarına rağmen Japonya'daki toplantıya davet edildikleri ve bunun bölgede yeni bir güvenlik formatının kurulmasıyla ilişkilendirildiği belirtildi. . Bununla birlikte, "Dörtlü" ülkeler (ABD, Hindistan, Avustralya ve Japonya'nın üye olduğu bir güvenlik diyaloğu) Japonya'nın Hiroşima kentinde görüş alışverişinde bulunmaya devam etti. Örgüt çerçevesinde askeri işbirliğinin genişletilmesi gündeme gelmiştir. "Quad" üyesi ülkelerin genelkurmay başkanları arasındaki temasların sayısı arttı. Toplantılara İngiltere'nin üst düzey askeri personeli de katılıyor. Üye ülkelerin ordusu toplantılarda olası provokasyonlara karşı ortak hareket mekanizmalarını tartışıyor.

"Dörtlü" diyalog formatı 2004 yılında oluşturulmuştur. O yıl Hint Okyanusu'nda meydana gelen tsunami sonucunda çeşitli kıyı ülkelerinde yaklaşık 200.000 kişi öldü. Diyalog formatının amacı, acil durumlarda ortak işbirliğini organize etmekti. "Dörtlü", 2017'ye kadar aktif bir biçim değildi. Örgüt, ilerleyen yıllarda ABD'nin eski başkanı Donald Trump tarafından faaliyete geçirildi. Trump yönetimi, Çin'in artan gücüne karşı "Quad"ı bir formata dönüştürme kararı aldı. Trump'ın ardından Başkan Joe Biden bu politikayı sürdürme kararı aldı. Pekin ve "Quad" arasındaki çatışma arttı.

Hindistan genellikle askeri bloklara katılmaz. Ancak son yıllarda Hindistan'ın Çin ile ilişkilerinde artan gerilim ve sınır çatışmaları da Delhi'yi Quad'a üye olmaya teşvik etti. Hindistan, son yıllarda Batı ülkelerinden askeri teçhizat alımını artırdı. Ancak Delhi son yıllara kadar Rusya'dan daha çok askeri teçhizat alıyordu. Ancak Ukrayna savaşı, Rus askeri teçhizatının kalitesi hakkında ciddi soruları gündeme getirdi. Bu nedenle Delhi, Rusya ile işbirliğini sürdürürken Batı teknolojilerine öncelik vermeye başladı.

Böylece "Dörtlü" NATO'ya benzemeye başladı. "Dörtlü" çerçevesinde hiçbir güvenlik belgesinin imzalanmadığı veya NATO'nun aksine bu diyalog formatında ortak bir savunma politikasının olmadığı doğrudur. Yine de Washington, Asya kıtasındaki ortaklarıyla ittifakını güçlendirmek için bölgesel bloklar oluşturmakla ilgileniyor.

"Atlas" Araştırma Merkezi

Pekin Ankara'nın yerini alabilir mi?

Rusya'nın Bakhmut'u işgali savaşı uzatacaktır. Ukrayna bu şehri kaybetmesine rağmen karşı saldırı operasyonlarından vazgeçmedi. Böyle bir durumda taraflar arasındaki müzakereler gerçekçi değildir. Türkiye savaşı durdurmak için arabuluculuk yapmışsa da savaşın artan yoğunluğu karşısında geri çekilmiştir. İstanbul'da birkaç görüşme yapılmasına rağmen bir sonuç alınamadı. Ankara'nın arabuluculuğundaki asıl başarı "tahıl anlaşması" oldu. Ancak her seferinde anlaşmayı uzatma ihtiyacı olduğu için müzakerelerin ilerlemesi zor.

Bu arada Pekin, Ankara'nın yerini almaya çalışıyor. Çin Devlet Başkanı Xi Jinping, iki günlük Rusya ziyaretinin ardından Ukrayna Devlet Başkanı Volodymyr Zelensky ile telefonda görüştü. Ancak bu arabulucu olmak için yeterli değildir. Bu nedenle Tsi Jinpin, Kiev'e bir temsilci gönderdi. Çin'in Avrasya İşlerinden Sorumlu Özel Temsilcisi Li Huin, Kiev'de görüşmelerde bulundu. Çinli diplomat, Kiev'in ardından Ukrayna'daki savaşa çözüm bulmak amacıyla Polonya, Fransa, Almanya ve Rusya'da görüşmelerde bulundu. Li Huin bir zamanlar Çin'in Rusya büyükelçisiydi.

Pekin'in bu girişimlerine rağmen bir sonuç yok. Pekin'in birkaç ay önce savaşı bitirmeye yönelik 12 maddelik teklif paketi işe yaramadı. Bu önerilerin en büyük kusuru, Rus ordusunun Ukrayna topraklarını terk etmesiyle ilgili bir cümle bile olmaması. Batı ülkeleri Pekin'in samimiyetine inanmıyor. Fransa Cumhurbaşkanı Emmanuel Macron, Ukrayna'daki savaş nedeniyle Rusya'nın fiilen Çin'in bir tebaası haline geldiğini söyledi. Japonya'daki "Büyük Yediler" toplantısında liderler Çin'e çağrıda bulundular ve savaşı durdurmak için Pekin'in Kremlin'in politikası üzerindeki etkisinin önemini vurguladılar. Pekin'in savaşı ve işgali durdurmak için Kremlin'i etkilemeye niyeti yok. "Büyük Yedi", BM Güvenlik Konseyi'nin daimi üyesi olan Çin'in savaşı durdurma fırsatına sahip olduğuna inanıyor, ancak Pekin bu fırsatı kullanmak istemiyor.

Washington ve Brüksel, Pekin'in Rusya ile Ukrayna arasında arabuluculuk yapmasına izin vermeyecek. Kiev, Çin'in Ukrayna'nın toprak bütünlüğüne verdiği desteği memnuniyetle karşılasa da, Ukrayna Batı'nın mali ve askeri yardımına bağımlı. Kiev, Washington ve Brüksel'in görüşlerini dikkate almak zorunda.

"Atlas" Araştırma Merkezi

Çin Hazar Denizi'ni de seçti

"Çin-Orta Asya" zirvesinde Çin'in Orta Asya ülkelerine 3,7 milyar dolar yardım yapması kararlaştırıldı. Çin Devlet Başkanı Xi Jinping'e göre Çin, Orta Asya ile yoksulluğun azaltılması alanında bilimsel ve teknolojik bir işbirliği planı oluşturacak ve Çinli şirketleri bölgede daha fazla istihdam yaratmaya teşvik edecek. Zirveye Çin liderinin yanı sıra Kazakistan Devlet Başkanı Gasim-Jomart Tokayev, Kırgızistan Devlet Başkanı Sadir Japarov, Tacikistan Devlet Başkanı İmamali Rahman, Özbekistan Devlet Başkanı Şavkat Mirziyayev ve Türkmenistan Devlet Başkanı Sardar Berdimuhamedov katıldı. Çin lideri Xi Jinping, 2013 yılında ilk kez Orta Asya ülkelerini ziyaret etti ve o zamandan bu yana ziyaretlerin sayısı arttı.

İlginçtir ki bu ülkelerin çoğu Şanghay İşbirliği Örgütü üyesidir. Böyle bir durumda Çin neden Orta Asya ülkeleriyle özel bir format oluşturma gereği duyuyor?

Birinci olarak, Şanghay İşbirliği Örgütü'nün üyeleri arasında Rusya ve Hindistan da bulunuyor. Çin'in Hindistan ile sınır sorunu var, Pekin'in Orta Asya mücadelesindeki ortağı Kremlin'i rakip olarak görüyor. Pekin, Şanghay İşbirliği Örgütü'nde Orta Asya ile entegrasyonunu güçlendiremediği için bölge ülkeleri, Rusya ve Hindistan'ı içine almayan bir formata ihtiyaç duydu.

İkinci, Amerika Birleşik Devletleri de Orta Asya mücadelesine katıldı. Washington, Orta Asya ülkeleri ile ortak bir “5+1” formatına sahiptir. ABD Dışişleri Bakanı, Orta Asya dışişleri bakanlarıyla yılda bir kez ortak toplantı yapıyor. Bu toplantıda Washington ile Orta Asya ülkeleri arasındaki siyasi, ekonomik ve askeri işbirliği konuları ele alındı. Bu durum Rusya'da olduğu kadar Çin'de de endişe yaratıyor.

üçüncü olarak, Orta Asya ülkeleri zengin enerji ve maden yataklarına sahiptir. Bu büyük bir potansiyel. Mali durumu yıldan yıla büyüyen Çin'in daha fazla enerjiye ve maden zenginliğine ihtiyacı var. Bu nedenle Pekin, Orta Asya ülkelerine yatırım ve yardım ayırıyor. Rusya ve ABD, Orta Asya ülkelerine yönelik yatırım ve yardım hacminde Çin'in gerisinde kalıyor. "Reuters" ajansına göre Orta Asya ülkeleri ekonomisi bu yıl yüzde 4,2 büyüyecek. Bu rakam Uluslararası Para Fonu tarafından da doğrulandı. Çin bu potansiyeli kullanmaya çalışıyor. Orta Asya'nın petrol ve doğal gaz boru hatlarının bir kısmı Çin'e yöneliyor. 2022'de Çin'in Orta Asya ülkeleriyle ticareti 70 milyar dolara ulaşacak.

dördüncü olarak, Çin'in "Büyük İpek Yolu" projesinin ana ana hattı Orta Asya'dan geçmekte ve geçmelidir. Pekin, "Büyük İpek Yolu" projesine tüm Orta Asya ülkelerini dahil etmek istiyor. Bu arada Pekin, Orta Asya ülkelerinin çeşitli güzergâhlarla Hazar Denizi üzerinden Azerbaycan ve Türkiye'ye ulaşması konusunda da olumlu. Ayrıca Çin, İran ve Ermenistan ile işbirliği yapmakla ilgileniyor. Hazar Denizi'ni geçen rota Azerbaycan, Gürcistan ve Türkiye'den Avrupa'ya uzanıyor. Diğer güzergahın ise Türkmenistan'dan kara yoluyla İran ve Ermenistan'a gitmesi planlanıyor. Azerbaycan ve Ermenistan anlaşmaya varırsa Zengezur koridoru "Büyük İpek" yolunun bir parçası olacak. Pekin bununla Avrasya bölgesindeki ülkelerin mutlak çoğunluğunu "Büyük İpek Yolu" projesine çekmeye çalışıyor.

Bununla birlikte, Çin'in bölgede artan faaliyetinin de riskleri var. Pekin, Orta Asya ülkelerinin içişlerine karışmamakla birlikte, bu ülkelerin dış ve güvenlik politikalarında bir denge sağlamalarını istemekte, yani bu ülkelerin ABD ve Rusya ile yakınlaşmasına karşı çıkmaktadır. Ayrıca Orta Asya ülkeleri Çin'den daha fazla borçlandıkça Pekin'e bağımlı hale geliyor. Çin rejiminin baskısından kaçan Uygurlar ağırlıklı olarak Orta Asya ülkelerine yerleşiyor. Bu faktör Pekin'i de endişelendiriyor.

"Atlas" Araştırma Merkezi

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1433663
tr_TRTR