Gün: Yanvar 29, 2023

İran nüvə silahı əldə edərsə…

Dövlətlər nüvə silahından təhlükəsizlik sığortası kimi istifadə edirlər. Nüvə silahını ilk əldə edən ölkə 1945-ci ildə ABŞ olub. Əgər SSRİ ABŞ-dan bir neçə il sonra nüvə silahı əldə etməsəydi, iki ölkə arasında “soyuq müharibə” nüvə müharibəsinə  çevrilə bilərdi. Hər ikisində nüvə silahının varlığı böyük müharibənin qarşısını aldı.

SSRİ dağıldıqdan sonra Ukrayna nüvə silahından Rusiyanın xeyrinə imtina etməsəydi, Kreml sahibi Krımı ilhaq etməyə və Ukraynaya qarşı işğalçı müharibəyə başlamağa risq etməzdi. Hindistanla Pakistan nüvə silahına malik olduqlarını eyni gündə açıqladılar. Nüvə silahı bu iki dövləti bir-biri ilə böyük müharibədən çəkindirən amildir. Doğrudur, Çin və Hindistan sərhədin dağlıq hissələrində ara-sıra gərginlik yaşayırlar. Ancaq hər ikisinin nüvə silahı olmasaydı, toqquşmanın miqyası daha böyük olacaqdı. Şimali Koreya uzun illərdir nüvə başlıqlı raketlərin istehsalıyla məşğuldur. Bu təhlükə Cənubi Koreyanı da nüvə silahına malik olmaq fikrini gücləndirib.

İran rəsmiləri və din xadimləri nüvə silahının İslama zidd olduğunu vurğulasalar da, uranı zənginləşdirməklə məşğuldurlar. Məqsəd nüvə silahına yiyələnməkdir. Ona görə də İsrail tələsir. İran nüvə silahı əldə etdikdən sonra bu ölkə ilə müharibə hamı üçün təhlükəli olacaq.

 

 

Kreml Vaşinqtondan şübhələnir

Kremlə yaxın ekspertlər iddia edirlər ki, İsrailin İrana zərbə endirməsini Vaşinqton təşviq edib. Misal kimi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uliyam Börnsün və ABŞ prezidentinin millit təhlükəsizlik üzrə müşaviri Cek Sallivanın İsrailə səfərlərini göstəriblər. Yəqin Kremldə hesab ediblər ki, Vaşinqtonun əsas məqsədi İranın Rusiyaya pilotsuz uçuş aparatlarının ixracını durdurmaq olub. Həqiqətəən İsrail İranda pilotsuz uçuş aparatları istehsal edən müəssisəyə də zərbə endirib. Bu Kremldə suallar doğurmamış deyil. Çünki İsrail İranın nüvə çalışmalarından narahatdır və normalda həmin mərkəzlər hədəf götürülməli idi. Ancaq nüvə mərkəzləri hücuma məruz qalmayıb, Rusiyanı dron və hərbi sursatla təhciz edən mərkəzlər hədəf götürülüb. Bu da Kremldə belə bir şübhə yaradıb ki, hücum ya Vaşinqtonun təlimatıyla həyata keçirilib, ya da elə hücum dronları Amerikaya məxsus olub.

 

İsrail İrana niyə zərbə endirdi?

İsrail rəsmiləri İrana zərbə endirəcəklərini heç zaman istisna etməyiblər. Tel-Əviv arqumentini iki amillə izah edir. Birincisi, İran nüvə çalışmalarından əl çəkməyib. İkincisi, İran İsraili hədəf alan regional terrorçu qruplaşmaları maliyyələşdirir və silahlandırır. Bu iki amil İsrail təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi sayılır. Bunun nəticəsi olaraq İsrail yanvarın 29-da gecə saatlarında İran ərazisinə zərbələr endirib. Bu zərbələr ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün İsrailə səfər ərəfəsinə təsadaf edib. Böyük ehtimalla bu zərbələr ABŞ-la razılaşdırılıb. Təsadüfi deyil ki, ABŞ prezidenti Co Bayden son açıqlamalarında İranla qarşıdurmanın baş verəcəyini istisna etməyib.

İsrail Təbriz yaxınlığındakı dron zavodunu, İsfahandakı hərbi müəssisəni və Malard şəhərinfəki hərbi təhcizat anbarını vurub. Tehran İsrailə qarşı cavab aksiyası həyata keçirməyə çalışacaq. İsrail İran raketlərini havada neytrallaşdıracaq. İranın birbaşa İsrailə əli çatmayacaq. Ona görə yenə maliyyələşdirdiyi və silahlandırdığı qrupları hərəkətə gətirəcək. Aydındır ki, İsrail bu hücumdan sonra təhlükəsizlik tədbirlərini daha da artıracaq. Regional qarşıdurmanın yeni mərhələsinə qədəm qoyuruq.

 

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 270188
azAZ