Haqqımızda

section-889e563

Haqqımızda

Atlas Araşdırmalar Mərkəzi

 

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Elxan Şahinoğlu uzun illər mediada çalışıb, 2000-ci illərin əvvəllərində Türkiyənin TRT televiziyasının və “Anadolu” agentliyinin Bakı bürolarında işləyib. Müxtəlif qəzetlərdə çalışan və köşə yazarlığı olan Elxan Şahinoğlu xarici siyasət mövzularında yazılar yayımlayıb, Qarabağ münaqişəsinə xüsusi diqqət ayırıb, 30 il ərzində aparılan danışıqları izləyib. Elxan Şahinoğlu Qarabağ mövzusuna həsr edilmiş “Muxtariyyət modelləri”, “Aprel atəşkəsi” və “Dəmir yumruq” adlı kitabların müəllifidir. 2014-cü ildə Rusiya Krımı ilhaq edərək Donbasda separatçı bölgə yaratdıqda Elxan Şahinoğlu dəfələrlə Kiyevdə olub və bu mövzuda araşdırmalar aparıb, işğalın ilk aylarında Donetskdə baş verən hadisələri yerində izləyib. Bu müşahidələrin və görüşlərin nəticəsi olaraq rus dilində “Maydandan Maydana” kitabını yazıb. Bu kitabın həm Bakıda, həm də Kiyevdə təqdimatları keçirilib. Mərkəzin rəhbəri İran-Azərbaycan münasibətlərini araşdırmaq məqsədilə 2019-cu ildə Tehran və Təbrizdə müxtəlif ekspertlərlə görüşmüş, İran parlamenti deputatlarının mövzuyla bağlı fikirlərini öyrənmişdir. Mərkəz bu səfərin nəticəsi və müşahidələr əsasında geniş analiz hazırlamışdır. İranın siyasəti və bu ölkədəki vəziyyət “Atlas” Araşdırmalar Mərkəzinin diqqət mərkəzindədir.

Elxan Şahinoğlu münaqişələrin həlli mövzularında müxtəlif illərdə bu ölkələrdə səfərdə olub: ABŞ (1999), Misir (1999), Ukrayna – Krım (2000), Belçika – NATO (1998, 2002 və 2005), Livan (2001),Almaniya (2005), Gürcüstan (1998, 2004, 2010), Ermənistan (1998, 2000).

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri 2002-ci ildə Helsinki Vətəndaş Assambelyasının Bakı bürosunun, 2005-ci ildə “Yeni Nəsil” birliyinin və İnsan Hüquqları İnstitutunun Bakı Bürosunun, 2017 və 2022-ci illərdə Ukraynanın Azərbaycandakı səfirliyinin mükafatlarına layiq görülüb.

Elxan Şahinoğlunun bir qrup ekspertlə birgə təsis etdiyi “Atlas” Araşdırmalar Mərkəzi Azərbaycanda və Cənubi Qafqazda baş verən əsas hadisələri analiz edir. Əsas tədqiqat mövzularından biri Qarabağdır. Bundan başqa, “Atlas” Araşdırmalar Mərkəzi Azərbaycanın qonşu ölkələrlə – Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistanla münasibətlərini tədqiq edir. Mərkəz qonşu ölkələrdəki siyasi ekspertlərlə əməkdaşlıq edir və əldə etdiyi informasiyalar əsasında analizlər hazırlayır.

“Atlas” Araşdırmalar Mərkəzi həftəlik analitik hesabatlar hazırlayır və həftənin ilk günü bülletenləri abunəçilərinə e-mail vasitəsilə göndərir. Mərkəz analitik hesabatlarını 4 dildə - Azərbaycan, ingilis, türk və rus dillərində yayır.

“Atlas” Araşdırmalar Mərkəzi analitik hesabatlardan başqa xüsusi sifarişlər əsasında "policy paper"-lər də hazırlayır.

“Atlas” Araşdırmalar Mərkəzi media ilə sıx əməkdaşlıq edir, analizlər mütəmadi olaraq sosial şəbəkələrdə və saytlarda yayımlanır. Mərkəzin rəhbəri internet televiziya kanallarına, o cümlədən qəzet və saytlara müxtəlif mövzularda müsahibələr verir, xarici ölkələrdə təşkil edilən konfrans və seminarlara qatılır.

 

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 4718
Bugun 8
Umumi 1385058
azAZ