Day: January 11, 2023

Ilham Aliyev sent a message to the Kremlin

Prezident İlham Əliyev televiziya kanallarına verdiyi geniş müsahibədə Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının 2025-ci ildə başa catacağını bir daha xatırladıb. Bununla İlham Əliyev həm Moskvaya, həm İrəvana, həm də Qarabağdakı separatçılarına mesaj göndərib ki, rəsmi Bakı Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmayacaq və onlar siyasətlərini Bakının bu qərarına görə müəyyənləşdirməlidirlər.
İlham Əliyevin bu yanaşması Kremlin xoşuna gəlməyəcək. Moskva Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmaq istəyir. Ancaq Moskva başqa bir dilemmayla da üzləşib. Qarabağda Rusiya hərbi kontingentini Ermənistanın baş naziri Nikol Paşinyan da istəmir, ancaq onun arqumenti fərqlidir. İlham Əliyevin açıqlamasıyla eyni gündə Nikol Paşinyan Qarabağdakı Rusiya hərbi kontingentinin beynəlxalq qüvvələrlə əvəz olunmasını təklifini təkrarlayıb. Bu da Kremlin xoşuna gəlməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov deyib ki, Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər. Peskov bu cümləsiylə Rusiya prezidenti Vladimir Putinin mesajını Paşinyana ünvanlayıb. Bu məsələdə Moskva ilə Bakının maraqları üst-üstə düşür.
Kreml İlham Əliyevin “Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının vaxtı 2025-ci ildə başa catacaq” fikrinə münasibət bildirməzkən, Nikol Paşinyanın “Rusiyanı BMT əvəz etsin” fikrinə dərhal cavab verib. Məsələ sadəddir. Azərbaycanın 2020-c il 10 noyabr bəyanatına görə Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmamaq səlahiyyəti var və Kreml buna qarşı rəsmi etiraz bildirmir, Ermənistanın isə Rusiyanı BMT ilə əvəz etmək səlahiyyəti yoxdur. Ancaq bu bizi rahatlatmamalıdır. Kremlin Rusiya hərbi kontingentinin bölgəni tərk etməməsi üçün erməni separatçılarıyla və Qarabağa göndərdiyi Ruben Vardanyanla birgə Azərbaycana qarşı müxtəlif təxribatlar hazırlayacağı istisna deyil. Bütün hallarda Azərbaycanda vahid mövqe formalaşıb: Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk etməlidir!
Elçin Mehrəliyev, Cahangir Nifteliyev və başqa 63 nəfər

 

What are the 5 main challenges the world will face?

ABŞ 2023-cü il üçün hərbi büdcəsini artırıb. Vaşinqton bu il ərzində Rusiya ilə savaşı davam etdirən Ukraynaya maliyyə və hərbi dəstəyini bir neçə dəfə artıracaq. Vaşintonda beynəlxalq aləmdə başqa problemlərin yaranacağı barədə də müxtəlif proqnozlar səslənir və yazılır.

ABŞ-ın məşhur “The Hill” nəşrində yayımlanan məqalədə 2023-cü ildə Amerika ilə Rusiya və Çinlə münasibətlərdəki gərginliyin bir neçə dəfə artacağı, hətta toqquşma həddinə yaxınlaşacağı proqnozlaşdırılıb. Məqalənin müəllifi Pol Starsın fikrincə, ABŞ bu il Rusiya və Çinlə hərbi qarşıdurma ilə üzləşə bilər. Onun sözlərinə görə, vəziyyət o qədər gərginləşə bilər ki, Amerikanın eyni zamanda həm Rusiya, həm də Çinlə toqquşma ehtimalı var.

Pol Starsın analizində ABŞ-ın il ərzində üzləşə biləcəyi 5 təhlükə bu şəkildə sıralanıb. Firstly, Koreya yarımadasında vəziyyət gərgiləşəcək. Second, İsraillə İran arasında toqquşma ehtimalı artacaq. thirdly, Hindistanla Pakistan arasında müharibə başlaya bilər. Fourthly, Çinlə Hindistan arasındakı sərhəddə yeni gərginlik olacaq. Beşincisi, Tayvan adası ətrafında gərginlik növbəti mərhələyə daxil olacaq. Analitik məqalədə nüvə silahının yayılmasının və iqlim dəiyşikliyinin də Amerika üçün ciddi təhdid olduğu yazılıb.

“Daily Mail” nəşrində yayımlanan digər məqalədə Amerikada 2023-cü ildə inflyasiyanın və artan qiymətlərin də Vaşinqtona ciddi problemlər yaradacağı bildirilib. Keçirilən sorğular da göstərir ki, 10 amerikalıdan 8-i 2023-cü ildə qiymət artımı, büdcə kəsiri və vergi artımı ilə üzləşəcəyini proqnozlaşdırıb. Bundan başqa pandemiya yenidən qayıdıb, Çində və Amerikada yeni virus növləri aşkarlanıb. Bununla da 2023-cü ildə mübarizə aparılmalıdır.

Beləliklə, 2023-cü ilin Amerika üçün ağır olacağı barədə proqnozların sayı artıb. Ancaq sadalanan problemlər yalnız Amerika üçün deyil, müxtəlif müharibə ehtimalları bölgə ölkələri üçün də ciddi təhdiddir. Misal üçün İranın nüvə silahı əldə etməsi və ya İsraillə toqquşma ehtimalı Avrasiya bölgəsini qarışdıracaq. Və ya iki nüvə dövləti olan Hindistanla Pakistan arasındakı qarşıdurma yalnız Amerikanın problemi olmayacaq.

"Atlas" Research Center

 

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 270056
en_USEN