Day: January 31, 2023

Why did Tehran refuse aid?

Tehranın Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin Cənubi Azərbaycanda – Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı kömək təklifini qəbul etməyəcəyi gözlənilən idi. Tehran Türkiyənin və Azərbaycanın insani yardımını özü üçün təhlükə kimi görür. Yəqin hesab edirlər ki, qonşu dövlətlərin yardımı mərkəzi hakimiyyətin zəifliyini nümayiş etdirəcək. Onsuz da İranın dövlət qurumları ya bacarıqsızlıqlarından, ya da bilərəkdən zəlzələ nəticəsində evləri dağılan, ərzaq çatışmazlığı yaşayan və soyuqdan əziyyət çəkən vətəndaşlarına yardım etməyə tələsmirlər, başqalarına da yardıma imkan vermirlər. Bu bir daha İrandakı rejimin vəətndaşlarına qeyri-insani münasibətindən xəbər verir. Zəlzələ baş verən ərazi Azərbaycan və Türkiyəyə yaxındır, normal dövlət qonşularının yardımına etiraz etməməliydi.

 

What did Pashinyan ask Putin?

Ermənistanın baş naziri Nikol Paşinyan yenə telefona sarılıb, bu gün Rusiya prezident Vladimir Putinlə telefonla danışıb. Mövzu bəllidir. Paşinyan artıq necənci dəfədir Putinə Laçın yolunun “açılması” və Rusiyanın bu istiqamətdə gərəkli addımlar atması vacibliyini vurğulayıb. Putin Paşinyanı yola verməklə məşğuldur. “Ermənistan KTMT təlimlərində iştirak etməyəcək”, “Rusiyanın Ermənistandakı hərbi varlığı təhdiddir” deyən Paşinyanın xahişini Putin niyə yerinə yetirməlidir? Putin Ukraynada genişmiqyaslı hücum hazırlayır, o cümlədən İsrailin İrana zərbələr endirməsi də Kremli sahibini düşündürüb. Kreml sahibinin fikri başqa yerdədir. Rusiyanın nəqliyyat vasitəsiləri Laçın yolundan istədikləri kimi istifadə edirlər, başqa məsələlər onları maraqlandırmır.

 

What will Armenia do?

Erməni saytları və erməni lobbisinə bağlı mərkəzlər Azərbaycana qarşı növbəti dezinformasiya yayıblar, guya İsrail İrana qarşı hücumlarda Azərbaycan ərazisindən istifadə edib. Bu xəbərləri erməni saytları və İrandakı radikal dairələr keçmiş illərdə də tirajlayırdılar, ancaq ortada heç zaman fakt olmayıb. Dezinformasiyanın məqsədi İran-Azərbaycan münasibətlərinin hazırki gərginliyini iki ölkə arasında qarşıdurma səviyyəsinə çatdırmaqdır. Azərbaycan İran münasibətləri gərgin olsa da, biz heç bir dövlətin Azərbaycan ərazisindən İrana qarşı istifadəsinə imkan vermərik. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Erməni ekspertlər isə açıq bildirirlər ki, Azərbaycana qarşı mübarizədə İranı informativ dəstəyi artırmaq lazımdır. Bunlar “İrana informativ dəstək” dedikdə Azərbaycana qarşı təxribatçı xəbərlərə əsaslanan  informasiya müharibəsini nəzərdə tuturlar.

Əslində biz ermənilərin bu yanaşmasından öz məqsədlərimiz üçün istifadə edə bilərik. Biz bölgədə müharibənin əleyhinəyik. Ancaq əgər İrana qarşı koalisiya formalaşdığı halda Ermənistan İrana dəstəyini artırarsa Qərb ölkələrində Ermənistanın mövqeyinin zəifləməsinə nail ola bilərik. Bunun üçün diplomatik fəallığı artırmaq lazım gələcək.

İsrailin İrana zərbələri Ermənistanın siyasi dairələrini çətin duruma salıb. Rəsmi İrəvan baş verənlərə hələ ki, münasibət bildirmir. Ancaq vəziyyətin gərginləşəcəyi halda Tehran İrəvandan qəti mövqe tələb edəcək. Tehran Ermənistana illərdir verdiyi dəstəyin, Zəngəzur dəhlizinə yaratdığı əngəlin əvəzini istəyəcək. Ermənistan baş naziri Nikol Paşinyan İranla sıx münasibətlər fonunda ABŞ və Fransa ilə münasibətlərin inkişafına ümidlidir. İrana qarşı koalisiya formalaşarsa Paşinyan böyük ehtimalla neytral mövqedə qalmağa çalışacaq. Bu isə nə Vaşinqtonun, nə də Tehranın xoşuna gələcək.

“Atlas” Araşdırmalar Mərkəzi

 

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 270073
en_USEN