Day: March 3, 2023

Lavrov, who did not go to Yerevan, found his Armenian counterpart in Delhi

Rusiyanın xarici işlər naziri adətən bölgəyə səfər edəndə balans naminə Azərbaycanda və Ermənistanda olar. Lavrov bu dəfə ancaq Azərbaycana səfər etdi, Ermənistana getmədi, bəziləri bunu Moskvanın İrəvanı cəzalandırması anlamına gəldiyini bildirdi. Lavrovun və onun Kremldəki sahibinin Ermənistanın baş naziri Nikol Paşinyandan və onun siyasətindən xoşları gəlmir. Ancaq bu Kremlin Ermənistandan imtinası demək deyil. Belə də oldu.

Lavrov İrəvana getməsə də erməni həmkarı Ararat Mirzoyanla uzaq Hindistanda görüşdü. Dehlidə görüş təsadüfə oxşamırdı. Sergey Lavrov Hindistanda G20 XİN rəhbərlərinin görüşündə iştirak edirdi, Ararat Mirzoyan isə “Risin dialoqu” konfransında iştirak etmək üçün Dehlidə işgüzar səfərdə idi və necə oldusa iki nazir bir-birini uzaq ölkədə tapdı. Lavrovla Mirzoyanın görüşü əvvəlcədən planlaşdılmışdı. Əgər Lavrov Paşinyanın siyasətindən və komandasından narazıdırsa, İrəvana getmədiyi kimi Mirzoyanla uzaq Dehlidə görüşməməli idi. Ancaq bu bizim yaxşı tanıdığımız Lavrovdur…

Kemal Kılıçdaroğlu or one of the two mayors?

İyi Partiyanın sədri Meral Akşener Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəkləmək məsələsində tərəddüd keçirir. Meral Akşener İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlunun və ya Ankara bələdiyyə başçısı Mənsur Yavaşın Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla mübarizədə Kamal Kılıçdaroğludan daha çox səs toplaya biləcəklərini ehtimal edir. Ancaq Kamal Kılıçdaroğlu belə düşünmür və partiyasına aid bələdiyyə başçılarının görəvlərinə davam etməsini istəyir. Belə olan halda hadisələr necə inkişaf edə bilər?

Birinci variant Meral Akşenerin “altılı masadan” – “Millət ittifaqından” ayrılıb öz namizədi ilə prezident seçkisinə qatılmasıdır. Bu az ehtimal olunan variantdır. Çünki Meral Akşener 2018-ci ildə prezident seçkisində kifayət qədər səs toplaya bilmədi. O namizədliyini yenə irəli sürsə Rəcəb Tayyib Ərdoğana məğlub olacaq. Digər tərəfdən Meral Akşener “altılı masanı” tərk etməklə müxalifətin birliyini pozacaq. İyi parti lideri dağıdıcı olmaq istəməyəcək.

İkinci variant Meral Akşener Kamal Kılıçdaroğlunun namizədliyi üzərində dayanacaq, ancaq bu güzəştinin qarşılığını istəyəcək. Meral Akşener mümkün Konstitisiya dəyişikliyindən və yenidən parlament respublikasına keçiddən sonra baş nazir olmaq istəyir. Bu parlamentdə İyi Partinin CHP ilə koalisiyanı davam etdirəcəyi halda reallaşa bilər.

Bütün hallarda Meral Akşener müxalifətin vahid namizəd prosesini gecikdirib. Əgər Kamal Kılıçdaroğlu Rəcəb Tayyib Ərdoğana məğlub olarsa, “altılıq masa” dağılacaq və tərəflər bir-birlərini ittiham edəcəklər. Meral Akşener deyəcək ki, “Mən ona görə Kamal Kılıçdaroğlunun yerinə başqa namizədin irəli sürülməsini istəyirdim”, Kamal Kılıçdaroğlunun tərəfdarları isə məğlubiyyətə görə Meral Akşeneri bu şəkildə ittiham edəcəklər: “Meral xanım prosesi gecikdirdiyindən məğlub olduq”.

 

What did Ruben Vardanyan spend 4 million dollars on?

“Dövlət naziri” vəzifəsindən uzaqlaşdırılan Ruben Vardanyan Qarabağı tərk etmək istəmir, əksinə “Bizim dağlar” adında fond təsis edərək işğal altındakı ərazilərimizdə fəaliyyətini genişləndirməyi planlaşdırır. Vardanyan Azərbaycana qarşı mübarizəsini davam etdirəcəyini bildirib. Qarabağda sosial sahəyə, təhsilə və mülki müdafiə sisteminin təkmilləşməsinə dəstək verəcəyini söyləyən Vardanyan bölgəyə gəldiyi gündən bu yana haqqında danışdığı çalışmalara 4 milyon dollar xərcləyib.

Beləliklə, Ruben Vardanyan yenidən hamıya mesaj verib ki, o Qarabağda müxtəlif layihələri reallaşdırmaqda davam edəcək. Separatçıların bir qismi Vardanyana rəqib kimi baxmaqla yanaşı onun maliyyəsindən və əlaqələrindən ehtiyat edir. Ancaq bu qorxu separatçılara Vardanyanı bölgəni tərkinə kifayət edəcəkmi? Ruben Vardanyan Azərbaycana əvvəlkitək təhlükə mənbəyidir. Onun maliyyəsiylə bölgəyə silah və sursat daşınması istisna deyil. Üstəgəl Ruben Vardanyan dünyanın müxtəlif ölkələrində yaşayan imkanları ermənilərdən bir qismini bölgədə yerləşməyə dəvət edə bilər.

 

The G20 is not giving up on Russia

Hindistanın paytaxtı Dehlidə 1-2 mart tarixlərində “böyük iyirmilərin” (G20) xarici işlər nazirlərinin görüşü keçirildi. G-20-yə hazırda Hindistan sədrlik edir. Bu toplantıda Ukraynadakı müharibənin müzakirəsi və Rusiyanın ittiham olunacağı ehtimal edilirdi. Bu müzakirə toplantıda gərginlik yarada bilərdi. Ev sahibi kimi Hindistan toplantıda gərginlik istəmirdi. Hindistanın baş naziri Narendra Modi və xarici işlər naziri Subrahmanyam Caişankar G20-nin yekun sənədində Rusiya əleyhinə ifadələrin salınmasının əleyhinəydi. Modi yekun bəyanatda terrorla mübarizə, iqlim dəyişikliyi və kasıb dövlətlərin borclarının həlli bəndlərinin salınmasının tərəfdarı idi. Subrahmanyam Caişankar bu mövzuda ayrılıqda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla və ABŞ dövlət katibi Entoni Blinkenlə müzakirə apardı.

Buna baxmayaraq, toplantıda Ukraynayla bağlı fikir mübadiləsi aparıldı. Çünki G-20-yə daxil olan ölkələrin xarici işlər nazirləri bu haqda danışmaya bilməzdilər. Çıxış edənlər Rusiyanı işğalçı müharibəni dayandırmağa və Ukrayna ərazisini tərk etməyə çağırdılar. Rusiya və Çin təmsilçiləri bu şəkildə toplantının yekun bəyanatını imzalamaqdan imtina etdilər. Dehli yekun bəyanatın qısa xülasəsini dərc etdi.

Dehli G-20-lərdən başqa Şanxay Əməkdaşlıq Təşkilatına da sədrlik edir. Təşkilatın sentyabrda Hindistanda növbəti toplantısı keçiriləcək. G-20-lərdən fərqli olaraq Şanxay  Əməkdaşlıq Təşkilatının toplantısında Ukraynan məsələsi qaldırılmayacaq. Dehli Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Qərbin Rusiyaya qarşı sərt siyasətinə qoşulmaq istəmir.

G-20-lərin toplantısı çərçivəsində nazirlər arasında müxtəlif ikitərəfli görüşlər keçirildi. Dehliyə 40 ölkədən nümayəndə heyəti gəlmişdi. Hindistan ev sahibi kimi lazım bildiyi dövlətlərin təmsilçilərini də toplantıya dəvət etmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dehliyə birbaşa Bakıdan uçmuşdu. O əvvəlcə çinli həmkarı Tsin Qanla görüşdü, daha sonra türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə fikir mübadiləsi apardı. Bundan başqa Lavrov hindistanlı və braziliyalı həmkarları ilə də görüşdü. Aydındır ki, Qərb ölkələrinin xarici işlər nazirləri Lavrola görüşmədilər, sadəcə ABŞ dövlət katibi rusiyalı həmkarı ilə ayaqüstü bir neçə dəqiqəlik söhbət etdi. Rusiya və Çin xarici işlər nazirləri strateji tərəfdaşlığı davam etdirəcəklərini bir daha bəyan etdilər.

Qərb ölkələri Rusiyanı Ukrayna müharibəsinə görə tənqid edir və Moskvaya  qarşı sanksiyalar tətbiq ediblərsə, nədən Rusiyanın G-20-lərdən çıxarılması məsələsini qaldırmırlar? Misal üçün Rusiya “böyük səkkizlərdən” çıxarıldı və təşkilat yenidən “böyük yeddilərə” çevrildi. Məsələs burasındadır ki, G-20-lərin üzvləri arasında Rusiya ilə tərəfdaşlıq münasibətlərini davam etdirən dövlətlər var və onlar Ukrayna müharibəsinə görə Rusiyanı cəzalandırmaq istəmirlər. Digər tərəfdən Qərb ölkələrinin özləri də Rusiya ilə dialoq imkanlarını tam ortadan qaldırmağı doğru saymırlar.

"Atlas" Research Center

 

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 268775
en_USEN