Author: Sahin Elkhanoglu

ABŞ Ukraynanın resurslarını qorumalıdır

ABŞ-la Ukrayna arasında imzalanan və qısa adı “resurs anlaşmasına” müxtəlif şərhlər verilir. Bir qismi bu anlaşmanın Ukraynanın zərərinə, digərləri xeyrinə olduğunu vurğulayır. Fikrimcə, həqiqət hardasa bu iki yanaşmanın ortasındadır. Hər halda yeni anlaşmanın şərtləri ilə tanış olduqda, bu sazişin əvvəlkindən Ukrayna üçün daha münasib olduğu qənaətinə gəlmək olar. Tramp administrasiyasının əvvəl təklif etdiyi sazişdə Ukraynanın resurslarının tamamı Amerikanın nəzarətinə keçirdi və resursların istifadəsindən Amerikaya borcun qaytarılması nəzərdə tutulurdu. Yeni sazişin mətnində Ukrayna üçün bu ağır bəndlər yoxdur. Tramp Ukraynanın Amerikaya 500 milyard dollar borcunun olduğunu iddia edirdi. Halbuki, bu rəqəm xeyli şişirdilib. Buna görə də Ukrayna Prezidenti Volodimir Zelenki havadan götürülən borcla razılaşmadı və Vaşinqtonun təzyiqinə baxmayaraq, saziş üzərində işin davam etdirilməsini lazım bildi və ortaya yeni saziş sənədi çıxdı.

Yeni sazişin praktik necə həyata keçiriləcəyi də sual altındadır. Birincisi, Ukraynanın böyük yeraltı resurslara malik olması barədə səhih məlumat yoxdur. İkincisi, Ukraynanın əsas yeraltı resursları işğal altındakı ərazilərdədir, bu halda ABŞ-la Ukrayna həmin resursları necə istismar edəcəklər? Üçüncüsü, resursların istismarı üçün müharibə ya başa çatmalı, ya da uzun müddətli atəşkəs elan edilməlidir. Rusiya isə istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır.

Buna baxmayaraq, yeni razılaşmanın Ukrayna üçün müsbət tərəfləri də var. Bu saziş ABŞ-ın Ukraynanın işğal edilməyən ərazisinə təhlükəsizlik təminatı verməsi anlamına gəlir. Çünki, ABŞ bundan sonra Ukraynanın yeraltı resurslarını öz resursları kimi qorumalıdır. Bundan başqa Tramp sazişdən çıxış edərək Ukraynaya hərbi yardımı davam etdirmək məcburiyyətindədir. Kiyevə elə bu lazımdır ki, Vaşinqton Ukraynaya hərbi yardımı dayandırmasın.

Top Rusiyanın meydanındadır. Bundan sonra Tramp Zelenskiyə deyil, Rusiya Prezidenti Vladimir Putinə təzyiq etməlidir. Çünki, müharibə dayanmadan ABŞ şirkətlərinin Ukraynada çalışması çətindir. Ancaq müharibə bitmədən ABŞ-ın bir neçə şirkəti Ukrayna ərazisində fəaliyyətə başlayarsa, bu dəfə Putinin işi çətinləşəcək. Çünki, Rusiya Ukraynadakı hədəflərini vurarkən, raketlərdən hər hansı biri ABŞ-ın çalışmağa başladığı məntəqəyə dəyərsə, Moskva artıq qarşısında ABŞ-ın görəcək.

"Atlas" Research Center

Vasitəçi kim olacaq?

Hindistan-Pakistan sərhədində gərginlik davam edir. İki nüvə dövlətinin qarşıdurması bölgədə gərginliyi artırıb. Beynəlxalq aləm yeni müharibə istəmir. Bəs iki dövlət arasında mövcud gərginliyi hansı dövlət və ya təşkilat azalda və ya vasitəçi rolunda çıxış edə bilər?

Hindistan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Ancaq Dehli bu təşkilatın vasitəçiliyini qəbul etməyəcək. Çünki, təşkilatın digər dövləti olan Çin Pakistanı dəstəkləyir. Digər üzv dövlət olan Rusiya isə ehtiyatlı mövqedən çıxış edib. Kreml sadəcə gərginliyin azalmasıyla bağlı bəyanat yayımlayıb. Bu arada, Hindistanın baş naziri Narendra Modinin Moskvada 9 May paradında iştirak etməyəcəyi açıqlanıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Hindistan başqa səviyyədə paradda təmsil olunacaq.

Belə vəziyyətdə yük yenə ABŞ-ın üzərinə düşəcək. Doğrudur, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi və İran mövzusuyla məşğul olarkən üçüncü problemin həllinə vaxt ayırmaq istəmir. Ağ Ev sahibi sadəcə, Hindistan və Pakistan liderlərinin münaqişəni bu və ya digər şəkildə həll edə biləcəklərinə əmin olduğunu bildirib. “Pakistan və Hindistan arasında çoxlu gərginlik var, lakin bu, həmişə belə olub” – deyən Tramp bununla bu məsələ ilə məşğul olmaq istəmədıyinə eyham vurub.

Buna baxmayaraq, Vaşinqton iki nüvə dövləti arasında müharibə ehtimalının artmasına da seyrçi qala bilməz. Bu səbəbdən ABŞ dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subramanyan Cayşankarla telefonla danışıb. Tərəflər regionda təhlükəsizlik məsələlərini və terrorizmlə mübarizədə əməkdaşlığı müzakirə ediblər. Rubio vurğulayıb ki, ABŞ Cənubi Asiyada təhlükəsizlik və sabitliyin təmin edilməsində Hindistanın etibarlı tərəfdaşı olaraq qalır. O, həmçinin Dehlini ölkələr arasında gərginliyi azaltmaq və regionda sülhü möhkəmləndirmək üçün Pakistanla əlaqə saxlamağa çağırıb.

Hindistanla Pakistan arasında gərginlik də göstərir ki, Donald Tramp bir çox dünyəvi məsələlərin həllindən uzaqlaşmağa çalışsa da, elə problemlər var ki, orada Vaşintonun vasitəçiliyinə ehtiyac duyurlar. Çin və Rusiya nə qədər çoxqütblü dünyanın formalaşmasına çalışsalar da, hazırda Hindistanla Pakistan arasında gərinliyi azaltmaq imkanına malik deyillər.

"Atlas" Research Center

Brüsselin Çin siyasətində dəyşiklik yoxdur

Pekin Avropa İttifaqı millət vəkillərinə qarşı bəzi sanksiyaları yumşaltmağa hazırlaşdığı bir vaxtda Avropa İttifaqı Sincan-Uyğur Muxtar Bölgəsində insan haqları pozuntuları ilə əlaqəli Çin rəsmilərinə tətbiq etdiyi sanksiyaları ləğv etməmək qərarına gəlib.

Avropa İttifaqının diplomatik orqanının nümayəndəsi cümə axşamı günü Çinin uzaq qərb bölgəsində şəraitin yaxşılaşmadığını əsas gətirərək, qarşılıqlı planların olmadığını açıqlayıb. Bildirilib ki, “Avropa İttifaqı Sincanda insan hüquqlarının vəziyyətində heç bir dəyişiklik görməyib. Beləliklə, Brüssel Sincanla bağlı sanksiyaları dəstəkləməyə davam edir”. Sanksiya mübadiləsi 2021-ci ilin martında Brüsselin bir neçə Çin rəsmisinə və bir quruma viza qadağası və aktivlərin dondurulması ilə bağlı ABŞ, Böyük Britaniya və Kanadaya qoşulması ilə başlayıb. O zaman Avropa İttifaqı sanksiyaların “Çində ciddi insan hüquqları pozuntularına, xüsusən də uyğurlara və digər müsəlman etnik azlıqlara qarşı geniş miqyaslı əsassız həbslərə və ləyaqəti alçaldan rəftara” cavab olduğunu bildirmişdi.

Brüsselin hesabatlarında yazılıb ki, “Çinin Sincan bölgəsində azlıq təşkil edən etnik qrup olan uyğur xalqı Çin hökumətinin siyasəti nəticəsində ciddi təqiblərlə üzləşib”. Söhbət məcburi əmək, geniş nəzarət, dini məhdudiyyətlərdən gedir. İnsan haqları təşkilatları və beynəlxalq qurumlar bu hərəkətləri insanlığa qarşı cinayət, bəzi hallarda isə soyqırım kimi qiymətləndiriblər. Uyğurların ana dillərində danışmaq və ya mədəni kimliklərini qorumaq üçün hədəfə alındığı yazılıb. Qlobal səviyyədə qınaqların artmasına baxmayaraq, Çin hökuməti öz hərəkətlərini terrorla mübarizə səylərinin bir hissəsi kimi qələmə verərək, hər hansı bir qanunsuzluğu rədd edib.

"Atlas" Research Center

Tramp tarif siyasətini korrektə edəcəkmi?

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çinə tətbiq edilən tariflərdə istənilən azalma onun liderlərinin hərəkətlərindən asılı olacaq. O, çərşənbə günü Oval Ofisdə çıxış edərkən, “tariflərin nə qədər tez enə biləcəyi Çindən asılıdır” deyib. Ağ Ev sahibi əlavə edib ki, o, yaxın iki-üç həftə ərzində Çinə qarşı son tarif rəqəmini müəyyən edəcək və buna uyğun saziş imzalayacaq. Bu həftənin əvvəlində o, Çin idxalına olan 145 faizlik tarifini əhəmiyyətli dərəcədə azaldacağına işarə etsə də, konkret rəqəm açıqlamayıb. Hələlik, ABŞ Çinə 145 faiz idxal vergisi, Çin isə ABŞ mallarına 125 faiz rüsum tətbiq edib. Pekin bildirib ki, Tramp administrasiyası ticarət tərəfdaşını təhqir etmək və şantaj etmək cəhdlərini dayandırmalıdır. Çin rəsmiləri ABŞ-ın tariflərinin “əsas iqtisadi qanunlara və sağlam düşüncəyə” zidd olduğunu bildiriblər. Ağ Ev Çin idxalında əhəmiyyətli dərəcə endirimini müzakirə etməyə açıq olduğunu bəyan etsə də, bu məsələdə irəliləyiş yoxdur.

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, ABŞ və Çin arasında yüksək tariflər davamlı deyil. Maraqlıdır ki, Donald Tramp Çin lideri Si Cinpinlə daima əlaqədə olduğunu bildirib. Tramp hər dəfəsində “biz Çinlə ədalətli razılaşma əldə edəcəyik” fikrini səsləndirir. Buna baxmayaraq, iki ölkə arasında əldə olunacaq razılaşma ilə əlaqədar çox az aydınlıq var. Skott Bessent, ABŞ Prezidentinin bu ilin üçüncü rübündə tariflərinin son səviyyəsinə aydınlıq gətirmək üçün “məqbul hesablama” apardığını söyləyib. Hələliksə, polad, alüminium və avtomobillərə daha yüksək rüsumlar qüvvədədir. ABŞ Prezidenti eyni zamanda onlarla ölkəyə qarşı iyulun 9-dək ünvanlı tariflərin tətbiqini dayandırıb. Çünki, Trampın tarif siyasəti maliyyə bazarlarını sarsıdıb və dünya iqtisadiyyatında tənəzzül qorxusunu artırıb. Beynəlxalq Valyuta Fondu tariflərin artırılmasının dünyada borc yükünü artıracağını bəyan edib. Misal üçün aprel ayında  ABŞ-da biznes fəaliyyəti aprel ayında 16 ayın ən aşağı səviyyəsinə enib, mal və xidmətlərin qiymətlər isə yüksəlib. Bu arada, ABŞ daxilində gərginlik artıb. ABŞ-ın müxtəlif ştatları Tramp administrasiyasını məhkəmə ilə hədələyirlər. Onlarla ştat ABŞ-ın Nyu Yorkdakı Beynəlxalq Ticarət Məhkəməsində Tramp administrasiyasını ABŞ iqtisadiyyatına xaos gətirdiyini bildirərək tarif siyasətini dayandırmaq üçün məhkəməyə müraciət ediblər. Arizona ştatının baş prokuroru Kris Mayes isə daha sərt açıqlama verərək Donald Trumpın tarif sxemini “dəlilik” adlandırıb.

"Atlas" Research Center

Мир через дипломатию

Авторская колонка Посла Украины в Азербайджанской Республике Юрия Гусева по случаю Международного дня многосторонности и дипломатии ради мира (ООН)

В мире, где глобальные вызовы обрели беспрецедентный масштаб — от войн, ежедневных российских обстрелов мирных городов Украины и терроризма до климатических кризисов и энергетической нестабильности — роль многосторонности и дипломатии выходит далеко за рамки протокола. Это уже не просто инструменты международного общения, а, прежде всего, средства выживания человечества. Поэтому сегодня особенно актуально то, что 24 апреля мы отмечаем Международный день многосторонности и дипломатии ради мира, провозглашённый Генассамблеей ООН в знак признания их ключевой роли в сохранении мира, безопасности и развития.

Украина, противостоящая масштабной вооружённой агрессии со стороны Российской Федерации, ценность справедливого мира имеет особую значимость. Этой ночью российская комбинированная атака на мирный Киев забрала жизни 9 людей, более 70 человек пострадали, в том числе 6 детей. Мы хорошо знаем, что мир — это не просто тишина после артобстрелов. Это справедливость. Это восстановление суверенитета и территориальной целостности. Это наказание за преступления и гарантии недопущения повторения агрессии. Вместе с международным сообществом этого мы добиваемся на всех глобальных площадках, где украинская дипломатия вместе с друзьями и партнёрами отстаивает принципы международного права. Основная стратегическая задача международной дипломатии на сегодняшний день – осуждение ядерного шантажа со стороны РФ, выдвижение требований прекратить угрозы применения ядерного оружия, а также демилитаризировать находящуюся на временно оккупированной Россией территории Украины Запорожскую АЭС ради гарантии ядерной безопасности всей Европы.

Многосторонность сегодня — это не только глобальные форумы и многосторонние дипломатические мероприятия. Это арена ежедневной борьбы за моральный компас мира. И именно здесь проявляется истинная солидарность: через резолюции Генассамблеи ООН, которые призывают к прекращению грубых нарушений международного права; через санкционные механизмы; через гуманитарную помощь тем, кто в ней нуждается. Мы глубоко благодарны Азербайджанской Республике за последовательную поддержку нашего государства, за гуманитарные инициативы и за уважение к нормам и принципам международного права. Это пример ответственного подхода к глобальным вызовам и пример того, как настоящая дипломатия работает ради мира. Многосторонняя координация также должна включать противодействие использованию химического оружия и гибридным кибератакам, которыми Россия ежедневно подрывает наши государственные институты и угрожает безопасности гражданского населения.

Мировая дипломатия может и, на наш взгляд, должна доказывать свою жизнеспособность не только в торжественных речах, но и в практических решениях и шагах, за которыми следуют действия. Ведь именно в такие моменты, как сегодня, проверяется, действительно ли многосторонность — это щит для справедливого мира, арбитр для споров и путь к примирению.  Мы благодарны руководству и народу Азербайджанской Республики за последовательную поддержку территориальной целостности и суверенитета Украины, за гуманитарную помощь, которую наш народ получает с первых дней полномасштабного российского вторжения. Мы очень ценим эту руку помощи и солидарности.

Во времена глобальных вызовов день, когда весь мир вспоминает о силе диалога, а Киев и другие мирные города Украины находятся под российскими ракетными обстрелами, достижение справедливого и устойчивого мира ради будущего является самой главной целью и общей задачей для всего человечества.

С Международным днем многосторонности и дипломатии ради мира!

Pekin Amerikalı konqresmenlərə sanksiya tətbiq edib

Çin ABŞ-ın keçən ay materik və Honq-Konqdakı altı məmuruna sanksiya tətbiq etməsinə cavab olaraq, aprelin 21-də bəzi ABŞ konqres üzvlərinə, hökumət rəsmilərinə və qeyri-hökumət təşkilatlarının rəhbərlərinə “Honq Konqla bağlı məsələlərdə kobud davranış” adlandırdığına görə sanksiyalar elan etdi.

Daha əvvəl oxşar şəkildə Çin aprelin 1-də Tibet və Çinin işinə qarışdıqları iddiası ilə ABŞ rəsmilərinə qarşı sanksiyalar elan etmişdi. Bu, Dövlət Katibi Marko Rubionun hakimiyyəti altında olan Tibet ərazilərinə qarşılıqlı girişi rədd etməkdən məsul olan naməlum Çin rəsmilərinə viza məhdudiyyətlərini bir gün əvvəl elan etməsindən sonra olub. Çinin Xarici İşlər Nazirliyi tərəfindən elan edilən son sanksiya qərarı, Vaşinqtonun Honq Konqun demokratiya tərəfdarı olan fəalları hədəf alan “transmilli repressiya”da iştirakına görə altı yerli və materik məmuruna sanksiya tətbiq etməsindən sonra gəldi.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun sanksiyaları açıqlayarkən ABŞ-ın sanksiyalarını “beynəlxalq hüququn prinsiplərinin və beynəlxalq münasibətlərin əsas normalarının ciddi şəkildə pozulması” kimi qiymətləndirib. Aprelin 21-də mətbuat brifinqində Guo-dan sitat gətirərək əlavə təfərrüatlar təqdim etmədən, Çin ABŞ-ın qərarını “qətiyyətlə pisləyir” və “Honq Konq məsələlərində kobud davranan Konqres üzvlərinə, rəsmilərə və QHT rəhbərlərinə sanksiya tətbiq edəcək”.

İnvesting.com saytı aprelin 21-də Guo-dan sitat gətirib: “Honq-Konqla bağlı məsələdə ABŞ tərəfinin atdığı hər hansı səhv addım Çin tərəfi tərəfindən qətiyyətli və qarşılıqlı reaksiya ilə qarşılanacaq”.

Bundan əvvəl, 31 mart tarixli qərarında Vaşinqton yarı muxtar şəhərin milli təhlükəsizlik qanunlarından “demokratiya tərəfdarı olan 19 fəalı qorxutmaq, susdurmaq və təqib etmək üçün xaricdən” istifadə etdiyi güman edilən milli təhlükəsizlik və digər yüksək rütbəli məmurlara qarşı sanksiyalar elan etmişdi.

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, sanksiyalara məruz qalanlar  “Çinin öhdəliklərinə zidd olaraq və transmilli repressiya aktları ilə əlaqədar olaraq Honq-Konqun muxtariyyətini daha da pozmaq təhlükəsi yaradan hərəkət və ya siyasətlə məşğul olmaqda” ittiham ediliblər.

"Atlas" Research Center

 

Çin tayvanda kəşfiyyat işini genişləndirib

Çin 23 milyon əhalisi olan Tayvan adasını ələ keçirmək üçün bütün imkanlardan istifadə etməyə çalışır. Çin ada ətrafında hərbi gücünü artırmaqla yanaşı Tayvanda kəşfiyyat işini də genişləndirib. Tayvan təhlükəsizlik nazirinin köməkçisi Çin kəşfiyyatı ilə əlaqəsi olduğuna görə həbs olunub. Bundan əvvəl Çin kəşfiyyatı ilə əlaqəsi olduöuna görə Tayvanın 3 məmuru həbs olunmuşdu. Tayvanın müxalifət Qomindan Partiyası hökumətu adanı kommunistlərdən qoruya bilməməkdə ittiham edib.

Çin üçün Tayvanda kəşfiyyat işini genişləndirmək çətin deyil. Tayvan əhalisi də çinlilər olduğundan Pekin adaya daha çox nüfuz etməyə çalışır. Çinin özündə on minlərlə tayvanlı yaşayır, onların bis qismi sahibkardır. Çin bu amildən də faydalanır. Çində fəaliyyət göstərən tayvanlı iş adamları yüksək texnologiyalarla bağlı biglilərini çinli həmkarlarıyla bölüşüblər. Pekinin iddiasına görə, Tayvan kəşfiyyatı da Çin ərazisində fəaldır, dövlət sirlərini oğurlamağa çalışır.

Tayvan prezidenti Lai Çinq Çinin demokratik adaya təsir etmək və nüfuz etmək üçün kampaniyalarını gücləndirdiyini, Pekinin Tayvanı “udmaq” cəhdlərini aradan qaldırmaq üçün tədbirlər görəcəyini vəd etdiyini bildirib. “Amerikanın Səsi”nin məlumatına görə, Tayvan Çini son illərdə adanı Çinin suverenlik iddialarını etiraf etməyə məcbur etmək məqsədi daşıyan hərbi təlimləri, ticarət məhdudiyyətlərini və təsir səylərini gücləndirməkdə ittiham edib.

Hökumət statistikasına toxunan Lai, keçən il 64 nəfərin Çin casusluğuna görə ittiham edildiyini, bunun 2021-ci ildən üç dəfə çox olduğunu qeyd edib. O, onların əksəriyyətinin ya indiki, ya da keçmiş hərbi qulluqçular olduğunu vurğulayıb. “Çoxları bu təsir kampaniyaları və manipulyasiyalar səbəbindən ölkəmizin çətinliklə qazanılmış azadlıqlarının, demokratiyasının və rifahının tədricən məhv olacağından narahatdır” deyib Lai.

"Atlas" Research Center

“Newsweek” Azərbaycanı niyə Rusiyaya təslim etdi?

Nüfuzlu “Newsweek” dərgisi dünyanın ABŞ, Çin və Rusiyanın maraq dairəsinə bölünəcəyini əks etdirən xəritə dərc edib. Dərgi bu 3 ölkə arasında şahmat oyununa bənzər mübarizə getdiyini yazıb. Dərginin bölgüsünə görə, Çinin təsir dairəsi Cənub-Şərqi Asiyanı, o cümlədən Pakistan, Hindistan və Yaponiyanı əhatə edəcək. ABŞ “Monro doktrinasına” görə Şimal Amerikaya, o cümlədən Qrenlandiyaya hakim olacaq. Dərginin Rusiyaya verdiyi “pay” da maraqlıdır. Dərginin məntiqinə görə, Avropanın tamamı, Türkiyə və Cənubi Qafqaz ölkələri Rusiyanın təsir dairəsində olacaq. Maraqlıdır ki, dərgidəki məqalədə Mərkəzi Asiya, Yaxın Şərq, o cümlədən Afrika, Avstraliya və Cənubi Amerika ABŞ, Çin və Rusiya arasında bölüşdürülməyib.

“Newsweek” kimi ciddi dərginin dünyanı 3 ölkə arasında bölüşdürüləcəyini ehtiva edən məqaləsi ABŞ-dan çox Rusiya və Çinin maraqlarına cavab verir. Çin və Rusiya dərgidə onlara aid edilən ölkələri “pay” almağı məmnuniyyətlə qəbul edərdilər. Ancaq Yaponiya və Hindistan heç zaman öz istəkləri ilə Çinin təsir dairəsinə düşməzlər, əksinə Tokio və Dehli Çinin regonda möhkəmlənməsini təşəbbüslərinə qarşı müqavimətlərini davam etdirirlər. Təsadüfi deyil ki, ABŞ Hindistan və Yaponiyanın iştirakı ilə müxtəlif əməkdaşlıq formatları təsis edib. Çinin iqtisadi gücü ilə mübarizə aparan ABŞ-ın hazırki Prezidenti Donald Tramp da Hindistan və Yaponiyanın Pekinin təsiri altına düşməsinə imkan verməz.

Avropanın tamamını, Türkiyəni və Cənubi Qafqazı Rusiyaya “pay” verən ABŞ dərgisinun bu “məntiqi” də mübahisə predmetidir. Əlbəttə, Rusiya Ukrayna müharibəsini öz xeyrinə bitirərsə, başqa planlarını həyata keçirməyə çalışacaq. Bu sırada Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqazda möhkəmlənməsi istəyi dayanacaq. Ancaq Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri Rusiya ilə normal münasibətlərin tərəfdarı olsalar da, keçmiş imperiyanın hər hansı başqa formada qayıtmasına razılaşmazlar. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri məhz elə buna görə, Rusiya və Çinlə yanaşı digər nüfuzlu ölkələrlə də sıx əlaqələr qurublar. Avropaya qaldıqda, köhnə qitə bu gün Ukraynanı məhz ona görə dəstəkləyir ki, Rusiyanın qələbəsi rəsmiləşməsin və Kreml bu bataqlıqdan çıxa bilməsin. Avrasiya bölgəsinin aparıcı ölkələrindən birinə çevrilən Türkiyənin Rusiyanın təsiri altına düşməsi isə xam xəyala bənzəyir.

Rusiya Çin vətəndaşlarından Ukraynaya qarşı istifadə edir

Çin vətəndaşlarının Ukraynada müharibədə iştirak etməsi Qərb mətbuatının  diqqətini cəlb edib. Böyük BritaniyanınThe Times” dərgisində yayımlanan məqalədə Kiyevə istinadən Rusiya ordusunda 150-yə yaxın Çin vətəndaşının olduğu yazılıb. Onlar Ukraynaya qarşı savaşda iştirak edirlər. Britaniya nəşri Çinin Şimali Koreyadan sonra Rusiya tərəfindən müharibəyə daxil olan başqa bir ölkə olduğunu bildirib. Ancaq Şimali Koreya ilə Çin arasında fərq var. Şimali Koreya hərbçiləri Rusiya ərazisi olan Kurska Ukrayna ordusuna qarşı müharibədə iştirak edirlər. Çin hərbçiləri isə Ukrayna ərazisindəki müharibədə iştirak edirlər. Bu isə o deməkdir ki, Çin hərbçiləri Ukraynanın işğalında iştirak edirlər.

Ukrayna ordusu aprelin 8-də iki Çin vətəndaşını Donetsk bölgəsində əsir götürüb. Ukrayna ordusunu əsir götürdüyü çinli hərbçilərdən birinin 33 yaşı var. O, Çinin Henan əyalətindəndir. O, Rusiya ordusunda xidmət etmək üçün bir illik müqavilə imzalayıb. Digər sənəd onun fevralın 8-də Moskvaya gəldiyini göstərir. Fevralın 17-də vergi kodu və sosial sığorta nömrəsi almaq üçün qeydiyyatdan keçib. Çin vətəndaşının hərbi müqaviləni nə vaxt imzaladığı məlum deyil, amma vizası 16 günlük olub. Çinli hərbçilərə ayda təxminən 2500 dollar maaş verildiyi güman olunur. Digər çinli əsirin adı Jou Jiqiandır. O Rusiyanın bu sözlərlə tənqid edib: “Ruslar bizi insan kimi görmürlər, kamikadzelər kimi döyüşürük, ölməyimiz və ya yaralanmağımız veclərinə deyil”.

Beləliklə, Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə müharibəyə Çin vətəndaşlarını cəlb edib. Bu Ukrayna ilə Çin arasında münasibətləri gərginləşdirəcək. Ukrayna Prezidenti Volodimir Zelenski Çini Ukraynaya qarşı müharibəyə girməkdə ittiham edib. Çin Xarici İşlər Nazirliyi Zelenskinin bəyantını əsassız adlandırıb. Ancaq fakt ortadadır, Rusiya ordusu Ukraynaya qarşı müharibədə Çin vətəndaşlarından da istifadə edir. Pekin Çin vətəndaşlarını müharibəyə cəlb edən Rusiyaya xəbərdarlıq etməlidir. Ancaq Pekin Moskva ilə münasibətləri pisləşdirmək istəmir.

"Atlas" Research Center

Çin vətəndaşları müharibədə iştirak edirlər

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfində vuruşan iki Çin vətəndaşının əsir götürüldüyünü bildirib. Ukrayna lideri özünün “Telegram” kanalında əsir götürülmüş Çin vətəndaşının görüntülərini yayıb. Ukrayna Prezidentinin sözlərinə görə, Çin vətəndaşları Donetsk vilayətinin ərazisində əsir götürülüblər. Onlardan sənədləri və bank kartları götürülüb. Əsir götürülmüş Çin vətəndaşları Ukrayna Təhlükəsizlik Xidmətindədirlər. Zelenski qeyd edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin bölmələrində Çin vətəndaşlarının sayının “ikidən xeyli çox” olduğu barədə məlumat var. “Mən Ukraynanın xarici işlər nazirinə dərhal Pekinlə əlaqə saxlamağı və Çinin buna necə reaksiya verəcəyini öyrənməyi tapşırmışam”, – Zelenski əlavə edib.

Bu arada, Çinin Ukraynadakı səfiri Xarici İşlər Nazirliyinə çağrıldı. Bu məsələyə Vaşinqton da münasibət bildirib. ABŞ Dövlət Departamenti Ukrayna tərəfindən iki Çin vətəndaşının əsir götürülməsi ilə bağlı yayılan xəbərləri ilk dəfə olaraq rəsmi şəkildə şərh edib. Dövlət Departamentinin sözçüsü Təmmi Bryus bildirib ki, bu məsələ ciddi narahatlıq doğurur: “Çin hərbçilərinin əsir düşməsi narahatedicidir. Bizə Ukraynanın Rusiya tərəfində döyüşən iki Çin vətəndaşını ələ keçirməsi barədə məlumat verilib. Çin Ukrayna müharibəsində Rusiyanın əsas müttəfiqidir.”

Təmmi Bryusun bu açıqlaması, xüsusilə Çin tərəfinin indiyədək Rusiya-Ukrayna müharibəsində birbaşa hərbi iştirakı ilə bağlı xəbərləri inkar etdiyi bir vaxtda, beynəlxalq medianın diqqətini çəkib. Çin və Rusiya son illərdə iqtisadi və hərbi sahədə əməkdaşlığı gücləndirib. Çin hökuməti isə Ukrayna müharibəsində neytrallığını bəyan etsə də, Qərb dövlətləri Pekini gizli şəkildə Moskvanı dəstəkləməkdə günahlandırır.

Çin tərəfi hələlik rəsmi olaraq Ukraynada hərbçilərinin əsir düşməsi faktını təsdiqləməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir. Buna baxmayaraq, Çin vətəndaşlarının əsir götürüldüyü faktdır və Pekin məsələyə aydınlıq gətirmək məcburiyyətindədir.

"Atlas" Research Center

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 1439810
en_USEN