Месяц: Март 2026

Vasitəçi hansı dövlət olacaq?

ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin 4 və ya 5 həftə çəkəcəyini söyləmişdi. Müharibənin 4 həftəsi geridə qalıb. Bu hesabla müharibə aprelin ayının ortalarına qədər bitməlidir. Donald Tramp öldürülən ali dini lider və onun ətrafını nəzərdət tutaraq “İranda bir neçə dəfə rejimin dəyişməsinə nail olmuşuq” deyib. Halbuki, ali dini lider və xeyli general öldürülsə də, rejim dəyişməyib. İranı idarə edənlərin isə Vaşinqtonla danışıqlara hələ marağı yoxdur.

Bu arada, müharibənin dayandırılması üçün vasitəçi axtarışına başlanılıb. Ən çox Pakistanın adı çəkilir. Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir xarici işlər nazirlərinin bir neçə gün əvvəl İslamabadda görüşü də bundan xəbər verir. Pakistanın xarici işlər naziri İshaq Darın sözlərinə görə, ABŞ və İran Pakistanın vasitəçiliyinə müsbət yanaşırlar. Halbuki nə Vaşinqton, nə də Tehran İslamabadın potensial vasitəçi kimi rolunu təsdiqləyib. Ancaq mümkündür ki, Vaşinqton müharibəni dayandırmaq üçün yazılı təkliflərini İslamabadın vasitəçiliyi ilə Tehrana göndərib. Tehran həmin təklifləri rədd edib.

Pakistan Səudiyyə Ərəbistanının hərbi-siyasi müttəfiqidir. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif 2015-ci ilin sentyabr ayında “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar. Bu saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə mübarizəni gücləndirmək məqsədi daşıyır. Sazişə görə, tərəflərdən birinə qarşı hər hansı bir hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. Bu o deməkdir ki, İran Səudiyyə Ərəbistanı ərazisinə raket atırsa, İslamabad bunu birmənalı şəkildə pisləyərək Ər-Riyadın yanında yer almalıdır. Səudiyyə Ərəbistanının ABŞ-ın İrana qarşı hərbi əməliyyata dəstək verəcəyi barədə xəbərlər yayılıb. Bu baş verərsə, İslamabad Səudiyyə Ərəbistanını dəstəkləmək məcburiyyətində qalacaq. Bu səbəbdən İran İslamabadın vasitəçilik təşəbbüslərinə müsbət cavab verməyə tələsmir.

Yaxın Şərqdə gərginliyin azalması Pakistanın həyati maraqlarına cavab verir. Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) tam gücüylə işləməsi və gəlir gətirməsi üçün bölgədə sabitliyin bərqərarı vacibdir. Sabitliyin bərqərarı Çin üçün də əhəmiyyətlidir. İrana qarşı müharibə və Yaxın Şərqdə artan gərginlik Çinin neft resurslarına çıxışı imkanlarını məhdudlaşdırıb. Pakistanla Əfqanıstan arasındakı gərginlik də Çini ciddi narahat edir. Çünki, Çin Pakistanla strateji tərəfdaş olmasıyla yanaşı Əfqanıstanın nadir torpaq elementlərinin işlədilməsi məqsədilə bu ölkəyə yatırımlarını artırıb. İki ölkə arasında toqquşmalar baş verdikdə, Pekin bölgənin resurslarından istifadə edə bilmir.

Yaponiya Ukraynadan dron texnologiyaları alacaq

Rusiya 2022-ci ilin fevral ayında Ukraynaya qarşı işğalçı müharibəyə başlayanda Kiyevin dronları yox idi. Ukrayna ona lazım olan dronları müharibənin ilk ilində Türkiyədən alırdı. Müharibə beşinci ilinə keçib və Ukrayna müxtəlif modifikasiyalı dron istehsalına görə dünya liderləri sırasındadır. Bundan başqa Ukrayna Rusiya dronları ilə mübarizədə böyük təcrübə qazanıb. Məhz buna görə İranın dron hücumlarına məruz qalan Körfəz ölkələri Ukraynanın bu təcrübəsindən faydalanmağa qərar veriblər. Ukrayna Prezidenti Volodimir Zelenskinin Körfəz ölkələrinin hər birinə səfəri uğurlu olub. Körfəz ölkələri Ukraynadan İranın pilotsuz uçuş aparatları ilə mübarizə qabiliyyətinə malik dronlar alacaqlar.

Bu arada, dünyanın inkişaf etmiş ölkələrindən Yaponiya da Ukrayna ilə dron istehsalı sahəsində əməkdaşlıq etməyə qərar verib. ABŞ və İsrailin İrana qarşı müharibəsi göstərir ki, bahalı hava müdafiə sistemləri böyük maliyyə xərci tələb etməyən dronlara qarşı mübarizədə tam effektiv deyillər. Ona görə Yaponiya Körfəz ölkələri kimi həm dron istehsalı, həm də dronlarla mübarizə texnolgiyası sahəsində Ukrayna ilə əməkdaşlıq edəcək. Ukrayna bununla həm etibarlı tərəfdaşlar, həm də Rusiya ilə mübarizədə dron istehsalını genişləndirmək üçün maliyyə əldə edəcək.

Ümumiyyətlə Yaxın Şərqdəki müharibələr, o cümlədən Asiya bölgəsində Çin və Şimali Koreyanın hərbi gücünü artırması Yaponiya hökumətini İkinci Dünya müharibəsindən sonra qəbul olunan sülhpərvər Konstitusiyanı dəyişdirməyə vadar edəcək. Hazırki Konstitusiya Yaponiyaya hərbi xərcləri artırmağı və modern hərbi texnika istehsalını qadağan edir. Ancaq dünya dəyişib və vaxtilə Tokioya sülhpərvər Konstitusiyanı qəbul etdirən Vaşinqtonun özü Tokioya hərbi qüdrətini artırmağı məsələhət bilir.

Yaponiyanın baş naziri Sanae Takaiçi Çinlə konstruktiv əlaqələrin tərəfdarı olsa da, iki ölkə arasındakı gərginliyin artmasından narahatdır. Birincisi, Tokio Çinin Tayvan adasını nəzarətə götürmək istəyinin Yaponiyanın təhlükəsizliyinə ciddi təhdid olacağı qənaətindədir. İkincisi, Çinin Yaponiya sahillərinə yaxın adalara iddialı olması, o cümlədən Çinin Rusiya ilə birgə adalar ətrafında artan hərbi təlimləri Tokionu adekvat addımlara məcbur edir.

Bu arada, Sanae Takaiçi xarici kəşfiyyata şəxsən nəzarət etmək qərarına gəlib. Bu addım İranla müharibənin ön cəbhəsindən gələn böyük məlumat axını ilə əlaqədardır. Buna görə də, iki qurumun – Kəşfiyyat Katibliyinin və Milli Kəşfiyyat Şurasının yaradılmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb. Birincisi müxtəlif qurumlar arasında məlumatların yayılmasını əlaqələndirəcək, ikincisi isə yalnız yaxın gələcək üçün deyil, həm də orta və uzunmüddətli perspektiv üçün strategiya hazırlayacaq. Qanun layihəsinin bu ilin iyul ayında qüvvəyə minməsi planlaşdırılır. Əsas məqsəd effektiv işə mane olan idarələrarası maneələri aradan qaldırmaqdır. Əvvəllər baş nazir xarici siyasət və daxili təhlükəsizlik cəbhələrində fəaliyyətə birbaşa nəzarət edirdi. İndi isə kabinet rəhbəri həm də xarici kəşfiyyata cavabdeh olacaq.

 

Pakistan vasitəçi olmaq istəyir

ABŞ Prezident Donald Tramp hər çıxışında “İran bizimlə danışıqlar aparmaq istəyir”, hətta “danışıqlar üçün bizə yalvarırlar” kimi ifadələr işlətsə də, qarşı tərəf Vaşinqtonla heç bir dialoqun olmadığını vurğulayır. Tərəflərin masada oturduqlarına dair məlumar yoxdur. Halbuki, bir neçə dövlət, o cümlədən Türkiyə və Pakistan vasitəçilik təşəbbüsləriylə çıxış ediblər. Pakistanın baş naziri Nəvaz Şərif ölkəsinin ərazisində görüşlər təşkil edə biləcəyini açıqlayıb. Ancaq Vaşinqton və Tehran Nəvaz Şərifin təklifinə müsbət reaksiya verməyib. Bunun əvəzinə Pakistanda bu ölkənin, o cümlədən Türkiyə və Misir xarici işlər nazirlərinin görüşü planlaşdırılıb. Bu 3 dövlət müharibəni dayandırmaq üçün müzakirələr aparacaqlar. Ancaq bu müzakirələrin də müharibə aparan tərəfləri masaya oturmağa sövq edəcəyini söyləmək çətindir.

Məsələni qəlizləşdirən Pakistanın özünün də Əfqanıstanla münaqişə içərisində olmasıdır. Türkiyə bu iki dövlət arasında bir neçə dəfə vasitəçilik etsə də, gərginlik azalmayıb. İki ölkə arasında silahlı toqquşmalara ara verilsə də, İslamabadla Kabil arasındakı mübahisəli məsələlər həll olunmayıb. Digər tərəfdən İslamabad Səudiyyə Ərəbistanının strateji müttəfiqidir və İranın bu ölkəyə qarşı raket zərbələrini qətiyyətlə pisləyib. Yəni Vaşinqton hansısa məqamda İslamabadınn vasitəçiliyini qəbul etəs belə, Tehranın müzakilərin Pakistanda həyata keçirilməsinə razılaşacağı sual altındadır.

Yaxın Şəqdəki müharibələr müxtəlif dövlətləri hərbi xərcləri artırmağa vadar edib. Bu arada, Pakistanın rəqibi Hindistan Rusiyadan yeni S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünü də əhatə edən təxminən 25 milyard dollar dəyərində hərbi satınalma planını təsdiqləyib. Maraqlıdır ki, Hindistan Fransanın Rafael qırıcı təyyarələrinin, o cümlədən Boeing P-8I kəşfiyyat təyyarələinin alınması üçün 40 milyard dollar dəyərində sazişi də təsqiqləyib. Bunn baxmayaraq, Hindistan Rusiyadan hava müdafiə sistemləri ilə yanaşı bu ölkədən pilotsuz uçuş aparatları almağı da planlaşdırır. Eyni ilə Çin də həm hərbi büdcəsini artırır, həm də hərbi texnika istehsalını modernləşdirməyə çalışır.

Hindistan Rusiya ilə yaxınlaşsa da, Qərbdən də imtina etmir

Rusiya və Hindistan, Qərb yarımkürəsindən gələn radikal dəyişikliklər və siyasi təzyiqlər fonunda əməkdaşlığı genişləndirməyə qərar veriblər. Misal olaraq martin 23-də ikinci dəfə “Rusiya və Hindistan: İkitərəfli münasibətlər üçün yeni gündəliyə doğru” adlı konfransın keçirilməsini göstərmək olar. Rusiya və Hindistanın akademik, ekspert və diplomatik dairələrinin bir araya gəldiyi konfransda ikitərəfli münasibətlərin mövcud vəziyyətinə qiymət verilib və qarşıdakı bir neçə ildə siyasi tədbirlərin davam etdirilməsi üçün zəruri olan yeni addımların vacibliyi  vurğulanıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov konfrans iştirakçılarına video müraciətində bildirib ki, ölkəsi Hindistanla münasibətlərinin inkişafını xarici siyasətdə əsas prioritetlərdən biri hesab edir. Lavrov çıxışında Hindistanın ünvanına başqa tərifli sözlər də söyləyib. O Yeni Dehlinin müstəqil xarici siyasət yürütməsini və milli maraqları daim birinci yerə qoymasının dərin hörmətə layiq olduğunu vurğulayıb. Konfransda Yaxın Şərqdəki vəziyyət ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsinin qlobal təsirləri də müzakirə olunub.

Yeni Dehlinin Moskva ilə strateji tərəfdaşlığını gücləndirməsi Hindistanın xarici siyasət prioritetləri arasında qalır. Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ilin dekabr ayında Yeni Dehliyə səfəri zamanı strateji tərəfdaşlığı gücləndirən sazişlər imzalanıb. Öz növbəsində Kreml Hindistanın baş nazir Narendra Modinin bu il ərzində Moskvaya səfər edəcəyini gözləyir. 2025-ci ildə ikitərəfli ticarətin həcmi təxminən 60 milyard dollar olub. Liderlər 2030-cu ilə qədər bu rəqəmin 100 milyard dollara çatdıılması məqsədini təsdiqləyiblər. Maraqlıdır ki, hər iki tərəf ticarətdə dollardan imtina etməyə çalışırlar. İki ölkə arasında ticarətin 96 faizi milli valyutalarda aparılır.

Moskva ilə Yeni Dehli BRİCS təşkilatının gücləndirilməsi qənaətindədirlər. Narendra Modi hesab edir ki, BRİCS Yaxın Şərqdə müharibələrinin dayandırılması üçün diplomatik fəallığını artırmalıdır. Çünki, Yaxın Şərqdə gərginlik və müharibələr BRİCS üçün ciddi problemlərə səbəb olub. Bölgədəki müharibələr nəqliyyat yollarından istifadəyə və gəmiçiliyə ciddi əngəllər yaradıb. Narendra Modi bu mövzunu İran Prezident Məsud Peşeşkianla telefon söhbətində də müzakirə edib.

Yeni Dehlinin Moskva ilə strateji tərəfdaşlığı gücləndirməsinə baxmayaraq, Hindistan hökuməti xarici siyasətdə strateji muxtariyyət kursundan da imtina etmir. Bu o deməkdir ki, Yeni Dehli ABŞ və Avropa İttifaqı ilə müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlıdır. ABŞ və Avropa İttifaqı ölkələri Hindistanın əsas ticarət tərəfdaşlarıdır. Ona görə də Hindistanın Rusiya ilə yaxınlığı Qərbə qarşı yönəlməyib.

Tramp may ayının ortalarına qədər müharibəni bitirmək istəyir

ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibəni bitimək haqqında düşünür. Ancaq müharibənin bitirilməsi üçün tərəflər masa arxasında oturmalıdırlar. Bu isə indiki şərtlər altında mümkün deyil. ABŞ raket zərbələri ilə İranın uranı zənginləşdirmək imkanlarını məhdudlaşdırsa da, bu ölkədə hakimiyyət dəyişikliyinə nail olmayıb. Bu əvvəldən də bəlliydi ki, yalnız hava zərbələri ilə hakimiyyət dəyişikliyinə nail olmaq çətindir.

Donald Tramp bu ayın sonunda Çinə səfərini İranla müharibəni başa çatdıra bilməcəyinə görə təxirə salıb. Yeni xəbər isə bundan ibarətdir ki, ABŞ Prezidenti Çinə mayın 14-də səfər etməyi planlaşdırır. Bu o deməkdir ki, müharibə həmin tarixə qədər bitməlidir. Tramp Çinə həmin tarixdə müharibənin qalibi kimi getmək istəyir. Pekin bu müharibədə ABŞ-ın qələbəsini istəmir. Çin lideri Si Cinpin Donald Trampı Pekində qalib kimi qarşılamağın tərəfdarı deyil.

Çinlə yanaşı Hindistan da Yaxın Şərqdə gərginliyin qısa müddətdə bitməsini arzulayır. Çinin və Hindistanın bölgədə iqtisadi, enerji və nəqliyyat layihələri mövcuddur. Təsadüfi deyil ki, Hindistanın baş naziri Narendra Modi mövcud vəziyyəti müzakirə etmək məqsədilə martın 24-də telefonla ABŞ Prezidenti Donald Trampla danışıb. Aydındır ki, Tramp gələcək planları barədə telefonla danışdığı liderlərə məlumat verməyəcək. Ancaq Trampla mütəmadi telefon danışıqları müxtəlif ölkələrin liderlərinə ona görə lazımdır ki, ABŞ Prezidenti müharibənin davam etdirilməsinin beynəlxalq aləm üçün mənfi nəticələrini anlasın. Müharibə fonunda Çin və Hindistan Rusiyadan ucuz neft alışını artırıblar. Bu iki dövlət Rusiya neftini alarkən, dollara alternativ valyutalarla ödəmə həyata keçirməyə çalışır.

 

 

 

Çin ABŞ-dan fərqli olaraq müxtəlif bölgələrdə mövqeyini iqtisadi layihələr və yatırımlar vasitəsilə gücləndirməyə çalışıb. Ancaq ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi kampaniya Pekinin on illər ərzində diqqətlə qurduğu tarazlığı pozmaq təhlükəsi yaradıb. Yaxın Şərqin gələcəyi sual altındadır. Halbuki, Yaxın Şərq bölgəsi Çinin qlobal strategiyasının tərkib hissəsidir. Enerji təhlükəsizliyi Çinin regiondakı mövcudluğunun əsas hərəkətverici qüvvəsidir. Dünyanın ən böyük xam neft idxalçısı olan Çin Fars körfəzindən enerji təchizatından çox asılıdır. Səudiyyə Ərəbistanı, İran və İraq kimi ölkələr Çin iqtisadiyyatını dəstəkləyən əsas təchizatçılar arasındadır və bu da regional sabitliyi Pekinin uzunmüddətli enerji ehtiyacları üçün vacib edir. Eyni zamanda, Yaxın Şərq Asiyanı Avropa və Afrika ilə birləşdirən geniş infrastruktur və ticarət yolları şəbəkəsi qurmağa çalışan Pekinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə mərkəzi yer tutur. Çin limanlara, enerji obyektlərinə və logistika dəhlizlərinə investisiyalar qoymaqla regionu daha geniş Avrasiya iqtisadi şəbəkəsinə inteqrasiya etməyi hədəfləyir.

Pekin həmçinin son illərdə Yaxın Şərqdəki diplomatik rolunu gücləndirməyə çalışıb. Buna Çinin vasitəçiliyi ilə 2023-cü ildə Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətləri bərpasını misal göstərmək olar. Bu təşəbbüs Çinin ABŞ-ın dominantlıq etdiyi bir bölgədə etibarlı diplomatik aktyor və potensial olaraq alternativ vasitəçi kimi təqdim etmək ambisiyasını göstərib.

Çin üçün İran Yaxın Şərqdəki ən vacib geosiyasi qovşaqlardan birini təmsil edir. İkitərəfli iqtisadi əlaqələrdən başqa, iki ölkə arasındakı münasibətlər Pekinin həyata keçirdiyi daha geniş geoiqtisadi və strateji məqsədlərlə bağlıdır. Enerji baxımından İran Çinin mühüm neft tədarükçüsü olaraq qalır. Son illərdə Tehrana tətbiq edilən beynəlxalq sanksiyalara baxmayaraq, iki ölkə arasında enerji əməliyyatları, çox vaxt dolayı ticarət mexanizmləri vasitəsilə davam edib. İranın coğrafi mövqeyi ona əhəmiyyətli strateji dəyər verir. Ölkə Orta Asiyanı, Fars körfəzini və Aralıq dənizinə aparan dəniz yollarını birləşdirən əsas ticarət dəhlizlərinin kəsişməsində yerləşir. Bu, İranı Çinin “Bir Kəmər, Bir Yol” Təşəbbüsü vasitəsilə təşviq etdiyi nəqliyyat şəbəkələri daxilində potensial olaraq vacib bir mərkəzə çevirir. Eyni zamanda, İran-Çin tərəfdaşlığı Pekinin Yaxın Şərqdəki varlığını iqtisadi və siyasi əməkdaşlıq vasitəsilə gücləndirmək üzrə uzunmüddətli strategiyasına uyğun gəlir. Buna görə də ABŞ və İsrailin İran qarşı müharibəni davam etdirmələri Pekinin qlobal strategiyası üçün ciddi çətinliklər yaradıb. Fars körfəzindəki qeyri-sabitlik Çinin Yaxın Şərqlə enerji və ticarət əlaqələrinə əhəmiyyətli dərəcədə təsir göstərib. Digər tərəfdən Çin münaqişənin həllinin kənarında qalıb. İranla sıx iqtisadi əlaqələrə baxmayaraq, Pekin özünü gərginliyin azaldılması üçün diplomatik çağırışlarla məhdudlaşdırıb. Çinin imicinə İrana satdığı hərbi texnikanın müharibə zamanı dağıdılması da təsir edib. ABŞ və İsrail Çinin İrana satdığı hava müdafiə sistemlərini məhv edib. Bu müdafiə sistemləri Venesuela səmasını da ABŞ təyyarələrinin və helikopterlərinin hücumlarından qoruya bilmədi. Buna baxmayaraq, müharibə bitdikdən sonra İranın daha çox hərbi texnikaya ehtiyacı olacaq və Tehran yenidən Moskva və Pekinə üz tutmaq məcburiyyətində qalacaq.

Yaxın Şərqdə gərginlik Çinin maraqlarına ziddir

Çin və Hindistan Yaxın Şərqdə yaranan gərgin vəziyyətdən narahatdırlar. Hər iki dövlətin bölgədə iqtisadi, enerji və nəqliyyat layihələri mövcuddur. Təsadüfi deyil ki, Hindistanın baş naziri Narendra Modi mövcud vəziyyəti müzakirə etmək məqsədilə martın 24-də telefonla ABŞ Prezidenti Donald Trampla danışıb. Aydındır ki, Tramp gələcək planları barədə telefonla danışdığı liderlərə məlumat verməyəcək. Ancaq Trampla mütəmadi telefon danışıqları müxtəlif ölkələrin liderlərinə ona görə lazımdır ki, ABŞ Prezidenti müharibənin davam etdirilməsinin beynəlxalq aləm üçün mənfi nəticələrini anlasın.

Çin ABŞ-dan fərqli olaraq müxtəlif bölgələrdə mövqeyini iqtisadi layihələr və yatırımlar vasitəsilə gücləndirməyə çalışıb. Ancaq ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi kampaniya Pekinin on illər ərzində diqqətlə qurduğu tarazlığı pozmaq təhlükəsi yaradıb. Yaxın Şərqin gələcəyi sual altındadır. Halbuki, Yaxın Şərq bölgəsi Çinin qlobal strategiyasının tərkib hissəsidir. Enerji təhlükəsizliyi Çinin regiondakı mövcudluğunun əsas hərəkətverici qüvvəsidir. Dünyanın ən böyük xam neft idxalçısı olan Çin Fars körfəzindən enerji təchizatından çox asılıdır. Səudiyyə Ərəbistanı, İran və İraq kimi ölkələr Çin iqtisadiyyatını dəstəkləyən əsas təchizatçılar arasındadır və bu da regional sabitliyi Pekinin uzunmüddətli enerji ehtiyacları üçün vacib edir. Eyni zamanda, Yaxın Şərq Asiyanı Avropa və Afrika ilə birləşdirən geniş infrastruktur və ticarət yolları şəbəkəsi qurmağa çalışan Pekinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə mərkəzi yer tutur. Çin limanlara, enerji obyektlərinə və logistika dəhlizlərinə investisiyalar qoymaqla regionu daha geniş Avrasiya iqtisadi şəbəkəsinə inteqrasiya etməyi hədəfləyir.

Pekin həmçinin son illərdə Yaxın Şərqdəki diplomatik rolunu gücləndirməyə çalışıb. Buna Çinin vasitəçiliyi ilə 2023-cü ildə Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətləri bərpasını misal göstərmək olar. Bu təşəbbüs Çinin ABŞ-ın dominantlıq etdiyi bir bölgədə etibarlı diplomatik aktyor və potensial olaraq alternativ vasitəçi kimi təqdim etmək ambisiyasını göstərib.

Çin üçün İran Yaxın Şərqdəki ən vacib geosiyasi qovşaqlardan birini təmsil edir. İkitərəfli iqtisadi əlaqələrdən başqa, iki ölkə arasındakı münasibətlər Pekinin həyata keçirdiyi daha geniş geoiqtisadi və strateji məqsədlərlə bağlıdır. Enerji baxımından İran Çinə mühüm neft tədarükçüsü olaraq qalır. Son illərdə Tehrana tətbiq edilən beynəlxalq sanksiyalara baxmayaraq, iki ölkə arasında enerji əməliyyatları, çox vaxt dolayı ticarət mexanizmləri vasitəsilə davam edib. İranın coğrafi mövqeyi ona əhəmiyyətli strateji dəyər verir. Ölkə Orta Asiyanı, Fars körfəzini və Aralıq dənizinə aparan dəniz yollarını birləşdirən əsas ticarət dəhlizlərinin kəsişməsində yerləşir. Bu, İranı Çinin “Bir Kəmər, Bir Yol” Təşəbbüsü vasitəsilə təşviq etdiyi nəqliyyat şəbəkələri daxilində potensial olaraq vacib bir mərkəzə çevirir. Eyni zamanda, İran-Çin tərəfdaşlığı Pekinin Yaxın Şərqdəki varlığını iqtisadi və siyasi əməkdaşlıq vasitəsilə gücləndirmək üzrə uzunmüddətli strategiyasına uyğun gəlir. Buna görə də ABŞ və İsrailin İran qarşı müharibəni davam etdirmələri Pekinin qlobal strategiyası üçün ciddi çətinliklər yaradıb. Fars körfəzindəki qeyri-sabitlik Çinin Yaxın Şərqlə enerji və ticarət əlaqələrinə əhəmiyyətli dərəcədə təsir göstərib. Digər tərəfdən Çin münaqişənin həllinin kənarında qalıb. İranla sıx iqtisadi əlaqələrinə baxmayaraq, Pekin özünü gərginliyin azaldılması üçün diplomatik çağırışlarla məhdudlaşdırıb. Çinin imicinə İrana satdığı hərbi texnikanın müharibə zamanı dağıdılması da təsir edib. ABŞ və İsrail Çinin İrana satdığı hava müdafiə sistemlərini məhv edib. Bu müdafiə sistemləri Venesuela səmasını da ABŞ təyyarələrinin və helikopterlərinin hücumlarından qoruya bilmədi.

Hindistan müharibənin bitməsini istəyir

Moskva Pekinlə yanaşı Yeni Dehli ilə də strateji əlaqələrini gücləndirməyə çalışır. Buna misal olaraq “Rusiya və Hindistan: İkitərəfli münasibətlər üçün yeni gündəliyə doğru” konfransın keçirilməsini göstərmək olar. Rusiya xarici işlər naziri Sergey Lavrov konfrans iştirakçılarına video müraciətində bildirib ki, ölkəsi Hindistanla münasibətlərinin inkişafını xarici siyasətdə əsas prioritetlərdən biri hesab edir. Lavrov çıxışında Hindistanın ünvanına başqa tərifli sözlər də söyləyib. O Yeni Dehlinin müstəqil xarici siyasət yürütməsini və milli maraqları daim birinci yerə qoymasının dərin hörmətə layiq olduğunu vurğulayıb.

Hindistanın baş naziri Narendra Modi bir neçə aydan sonra Rusiyaya səfər edəcək. Bu səfər zamanı iki ölkə arasında enerji əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunacaq. ABŞ Ukrayna müharibəsinə görə Rusiyanın enerji daşıyıcılarına tətbiq etdiyi sanksiyaları yumşaltdıqdan sonra Hindistan Rusiyadan daha çox ucuz neft almağa başlayıb. Rusiyanın neftlə dolu tankerləri Hindistanın limanlarına istiqamətləniblər. Moskvada müzakirə olanacaq mövzular arasında BRİCS də olacaq. Hindistan BRİCS üzvləri arasında əməkdaşlığın genişlənməsində maraqlıdır. Modi hesab edir ki, BRİCS Yaxın Şərqdə müharibələrinin dayandırılması üçün diplomatik fəallığını artırmalıdır. Çünki, Yaxın Şərqdə gərginlik və müharibələr BRİCS üçün ciddi problemlərə səbəb olub. Bölgədəki müharibələr nəqliyyat yollarından istifadəyə və gəmiçiliyə ciddi əngəllər yaradıb. Narendra Modi bu mövzunu İran Prezident Məsud Peşeşkianla telefon söhbətində də müzakirə edib.

Bu arada, Narendra Modinin müharibədən bir neçə gün əvvəl İsrailə səfəri ətrafında müzakirələr səngimir. Hindistanın İsraillə sıx tərəfdaşlığının BRİCS ölkələrinin birliyinə mənfi təsir edə bilərmi? Çünki, BRİCS-in digər üzvləri ABŞ və İsrailin İrana qarşı müharibəsini qətiyyətlə pisləyirlər. İsrailə qarşı ən sərt mövqedən çıxış edən BRİCS ölkələrindən biri Cənubi Afrika Respublikasıdır. Hindistanın İsraillə sıx tərəfdaşlığına baxmayaraq, Yeni Dehli balansı qorumağa, çoxqütblü xarici siyasətini davam etdirməyə çalışır. Hindistanın İsraillə müdafiə texnologiyası, kənd təsərrüfatı və innovasiya sahəsində tərəfdaşlığını gücləndirməsiylə yanaşı ərəb dünyası və İranla dərin iqtisadi və enerji əlaqələrini davam etdirir. Misal üçün ABŞ və İsrailin İrana qarşı müharibəsi davam etsə də, Hindistan İranın Çohbahar limanının icarəsindən imtina etməyib. Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Hindistan limanı idarəçiliyə götürməklə Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyirdi. Bu səbəbdən bölgədəki müharibə Hindistanın enerji təhlükəsizliyinə, ticarət yollarına və Körfəz ölkələrində yaşayan və işləyən milyonlarla hind vətəndaşının durumuna birbaşa təsir edib. Ona görə  Yeni Dehli də müharibənin qısa müddətdə bitməsini istəyir.

BRİCS müharibəni dayandıra biləcəkmi?

Rusiya, Çin və Hindistan ABŞ və İsrailin İrana qarşı müharibəsini diqqətlə izləyir və yaranan fürsətlərdən istifadə etməyə çalışırlar. Birincisi, ABŞ-ın İrana qarşı müharibə fonunda Vaşinqton Rusiyaya qarşı sanksiyaları yumşaldıb. Bundan istifadə edən Rusiya dünya bazarlarına daha çox neft ixrac etməyə başlayıb. Rusiya nefti ilə dolu tankerlər Asiya ölkələrinin limanlarına yaxınlaşırlar. İkincisi, İrana qarşı müharibə və Hörmüz boğazındakı gərginlik neftin qiymətlərinin qalxmasına da səbəb olub ki, bu Rusiyanın gəlirlərini artırıb. Üçüncüsü, ABŞ Hindistana Rusiyadan neft almağa qoyduğu qadağını müvəqqəti dondurub. Bu isə Hindistanın işinə yarayıb. Çinə gəldikdə, bu ölkə də Rusiyadan enerji ixracatını artırıb. Çin 2026-cı ilin ilk ayında Rusiyadan neft idxalının son 11 ilin ən yüksək səviyyəsinə qaldırıb. Çin yanvar və fevral aylarında Rusiyadan 161 milyon barel neft alıb. Bu gündəlik 2.7 barel deməkdir. Beləliklə, Hinidtan kimi Çin də ABŞ-ın Rusiya neftinə sanksiyaların yumşalmasından istifadə edib.

Bu arada, Rusiya Prezidenti Vladimir Putinin Çinə səfər hazırlaşdığı xəbəri yayılıb. Əslində Çinə bu ayın sonunda ABŞ Prezidenti Donald Tramp səfər etməlidi. Ancaq İranla müharibənin davam etməsi səbəbindən Tramp Çinə səfərini ən azı bir ay təxirə salıb. Görünür, Putin Trampın Çinə səfərini təxirə salmasından öz məqsədləri üçün istifadə edərək Ağ Ev sahibindən əvvəl Pekinə getmək istəyir. Putinin Çin lideri Si Cinpinlə müzakirə edəcəyi mövzular arasında Yaponiyanın hərbi gücünü artırması mövzusu da olacaq. Yaponiya Çin və Şimali Koreya təhlükəsi qarşılığında hərbi büdcəsini və raket istehsalını artırmağı planlaşdırır. Bu Moskva ilə Pekinin narahatlığına səbəb olub. Rusiya və Çin hesab edirlər ki, Yaponiya İkinci Dünya müharibəsindəki məğlubiyyətindən sonra qəbul etdiyi sülhpərvər Konstitusiyasının bəndlərinə riayət etməlidir. Halbuki, bölgədə reallıqlar dəyişib və Tokio mövcud təhlükələr qarşılığında hərbi gücünü artırmaq məcburiyyətindədir.

Rusiya Çinlə yanaşı Hindistanla da əməkdaşlığı genişləndirməyi planlaşdırır. Hindistanın baş naziri Narendra Modinin yaxın aylarda Rusiyaya səfəri reallaşacaq. Bu səfər zamanı iki ölkə arasında enerji əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunacaq. Narendra Modi BRİCS təşkilatının rolunun artırılmasında maraqlıdır. Modi hesab edir ki, BRİCS Yaxın Şərqdə müharibələrinin dayandırılması üçün diplomatik fəallığını artırmalıdır. Çünki, Yaxın Şərqdə gərginlik və müharibələr BRİCS üçün ciddi problemlərə səbəb olub. Bölgədəki müharibələr nəqliyyat yollarından istifadəyə və gəmiçiliyə əngəllər yaradıb. Narendra Modi bu mövzunu İran Prezident Məsud Peşeşkianla telefon söhbətində də müzakirə edib. Pezeşkianın mövqeyi belə olub ki, bölgədə gərginliyin aradan qaldırılması üçün ABŞ və İsrailin İrana təcavüzü dayandırılmalıdır. Pezeşkian həmçinin, Qərbi Asiya ölkələrindən ibarət təhlükəsizlik çərçivəsi ideyasını isrəli sürüb. Ancaq Pezeşkianın təkliflərinin reallaşması çətindir. Çünki, İran qonşu ölkələrə də raket və dron zərbələrini davam etdirir. Belə şəraitdə İranın iştirakı ilə yeni regional ittifaqların formalaşması problematikdir.

Atəşkəs müvəqqətidir

Pakistan Ramazan bayramı ilə əlaqədar Əfqanıstanda həyata keçirdiyi hərbi əməliyyatları müvəqqəti olaraq dayandırıb. İslamabad Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin atəşkəslə bağlı müraciətlərinə müsbət cavab verib. Atəşkəsin uzun çəkəcəyini söyləmək çətindir, bayramdan sonra iki ölkə arasında döyüşlərin yenidən başlayacağı ehtimalı yüksəkdir.

Asiyada ən böyük gərginlik uzun illər Hindistanla Pakistan arasında olub. İki ölkə arasında bir neçə dəfə müharibə olub, on minlərlə insan həlak olub, yüzminlərlə insan qaçqına çevrilib. Hindistanla Pakistan arasında Kəşmirə görə ara-sıra yenə də münaqişə baş verir. Ancaq artıq Pakistanla Əfqanıstan arasında tez-tez baş verən toqquşmalar Hindistan-Pakistan gərginliyini arxada qoyub. Bunun səbəblərindən biri hər iki ölkənin nüvə silahına malik olması və müxtəliq növ hərbi təyyarələrə malik olmalarıdır. Güclər təxminən bərabərdir. Pakistan-Əfqanıstan müharibəsində isə İslamabad havada üstünlüyə malikdir. Əfqanıstanın qırıcı təyyarələri yoxdur, hava müdafiə sistemləri zəifdir. Pakistan bundan istifadə edərək Əfqanıstan ərazisindəki silahlı qrupların mərkəzləşdiyi yerlərə zərbələr vurur. Taliban paytaxt Kabili ələ keçirdikdən sonra iki ölkə arasında gərginlik daha da artıb. Halbuki, Taliban vaxtilə elə Pakistan ərazisində formalaşıb.

Pakistanla Əfqanıstan arasında gərginliyin iki səbəbi var. Birinci səbəb Pakistan və Əfqanıstan arasında 2600 kilometrlik Durand Xəttidir. Əfqanıstan vaxtilə ingilis müstəmləkiçələrinin müəyyənləşdirdiyi bu xətti mübahisəli hesab edir. İki ölkə arasındakı gərginliyin ikinci səbəbi Əfqanıstan ərazisindəki Pakistan hakimiyyətinə müxalif olan silahlı qrupların varlığıdır. Bu iki məsələ həll olunmadan Pakistanla Əfqanıstan arasında atəşkəslər müvəqqəti xarakter daşıyacaq. Hava üstünlüyü Pakistanın tərəfində olsa da, Əfqanıstanın hərbi gücləri qonşu ölkənin sərhədəki məntəqələrinə hücumlar təşkil etmək gücündədir. Müharibənin davamı bölgədə yeni qaçqın axınına səbəb olacaq.

Yaponiyanın ABŞ-ın hərbi dəstəyinə ehtiyacı var

ABŞ Prezidenti Donald Trampın Çinə səfərini ən azı altı həftə təxirə salması İrana qarşı müharibənin yekunlaşmaması ilə əlaqəlidir. Donald Trampın martın sonlarında, aprel ayının ilk günlərində Çinə səfər edəcəyi barədə xəbər ABŞ-ın İrana müharibəyə başlamadan öncə yayılmışdı. Görünür, Tramp və onun ətrafı düşünürdü ki, Çinə səfərə qədər İran təslim olacaq. İran zəifləsə də, müqavimətini davam etdirir. Belə vəziyyətdə Donald Tramp İranla məsələləri bitirmədən Çinə səfərin doğru olmayacağı qənaətinə gəlib.

Tramp Çinə səfərin təxirə salındığını martin 19-da Ağ Evdə Yaponiyanın baş naziri Sanae Takaiçi ilə görüş zamanı bildirib. “Çinə səfərim zamanı Yaponiyanı tərifləyəcəyəm” – deyən Tramp Pekinlə Tokio arasında gərginliyin qaldığını vurğulayıb. Tramp bunu ona görə xatırladıb ki, bu gərginliyi də yalnız o aradan qaldıra bilər.

ABŞ Prezidenti ilə Yaponiyanın baş naziri iki ölkə arasında iqtisadi əməkdaşlığı dərinləşdirəcəkləri barədə razılığa gəliblər. Sanae Takaiçi Yaponiyanın ABŞ iqtisadiyyatına 73 milyard dollar yatırım qoyacağını vəd edib. Bundan başqa Yaponiya ABŞ-dan idxal etdiyi neftin həcmini artıracaq. İki ölkənin liderinin görüşündə beynəlxalq mövzular da müzakirə edilib. Sanae Takaiçi İran məsələsində ABŞ-ı dəstəklədiyini bildirib. Yaponiyanın baş naziri Hörmüz boğazındakı mürəkkəb vəziyyətin Yaxın Şərqlə yanaşı Hind və Sakit Okean bölgəsinə də mənfi tsətirləri olduğunu söyləyib.

Donald Tramp Hörmüz boğazı məsələsində Tokiodan əməli dəstək gözlədiyini gizlətməyib. “Yaponiyanın 45 min hərbçisi var” – deyən Tramp yaponiyalı hərbçilərin Hörmüz boğazının təhlükəsizliyində iştirakını arzuladığını bildirib. Tokio üçün bu məsələdə qərar vermək çətindir. Yaponiyanın baş naziri sözdə ABŞ-ı dəstəklədiyini bildirsə də, İrana qarşı müharibədə rol almaq istəmir. Ancaq Tokionun manevr imkanları məhduddur. Tokio Trampın dəstək çağırışlarına səssiz qalarsa, ABŞ-ın Yaponiyanı hərbi sahədə dəstəyi zəifləyə bilər. Bu isə bölgədə hərbi gücünü artıran Çinin işinə yarayacaq ki, bu halda Yaponiya üçün ciddi təhlükəsizlik problemi yaranacaq. Tokio həm də ondan narahatdır ki, Donald Tramp Çinə səfəri zamanı Yaponiyanın maraqlarını arxa plana ata bilər. Çinin hərbi gəmiləri Yaponiya sahillərinə yaxın sularda hərbi təlimlərinin sayını artırıb. Çinin Tayvanı nəzarətə götürmək siyasəti də Tokionu ciddi narahat edir. Yaponiya təkbaşına Çinin artan gücü ilə bacarmayacaq. Tokionun Vaşinqtonun dəstəyinə ehtiyacı var. Belə olan halda Tokio Vaşinqtonun istəklərini nəzərə almaq məcburiyyətindədir.

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 1392641
ru_RURU