Израиль также обеспокоен

İsrailin müdafiə naziri Yoav Qallant fevralın 1-də Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng edib. Nazirlər regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər. İsrailin müdafiə naziri daha sonra Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə telefonla danışıb. Bu telefon danışığında isə tərəflər sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

İsrailin müdafiə nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsiylə bağlıdır. İrandakı dairələrin Azərbaycana qarşı növbəti təxribat planları İsraili də narahat edir. İsrail İrandakı hərbi müəsssisələrə zərbələr endirib. Tehran cavab aksiyası barədə düşünür. Tehran İsraillə yanaşı Tel-Əvivin bölgədəki tərəfdaşlarına qarşı da təxribat planları hazırlaya bilər. Bu səbəbdən Azərbaycanın həm təhlükəsizlik tədbirlərini artırmağa, həm də bu sahədə tərəfdaşlarıyla əməkdaşlığı genişləndirməsinə ehtiyacı var. Azərbaycanda İranın casus şəbəkəsi neytrallaşdırılır. Ancaq İranın 30 ildə Azərbaycanda casus şəbəkəsi ilə yanaşı “yatmış hücrələr” formalaşdırdığı da istisna deyil. Azərbaycan 30 ilə yaxındır İran agenturasıyla mübarizə aparır, nə qədər həbslər həyata keçirilib, ancaq bu hələ də son deyil.

 

Без комментариев
Оставьте свой комментарий

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Запись 202
Сегодня 4
Umumi 253650
ru_RURU