Çin Çexiyadan niyə narazıdır?

Çin hökuməti XIV Dalay Lama ilə görüşdüyünə görə Çexiya Prezidenti Petr Pavellə əlaqələri kəsib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan bildirib. “Bizim dəfələrlə Çexiya tərəfinə etdiyimiz müraciətlərə və Çinin qəti etirazına baxmayaraq, Çexiya Prezidenti Petr Pavel Hindistanda Dalay Lama ilə görüşməkdə israr etdi. Bu, Çexiya hökumətinin Çin hökuməti qarşısındakı siyasi öhdəliklərinin ciddi şəkildə pozulması, Çinin suverenliyinə və ərazi bütövlüyünə zərbə vurulmasıdır. Petr Pavelin təxribatçı hərəkətləri ilə əlaqədar olaraq Çin onunla heç bir əlaqə saxlamamaq qərarına gəlib”, – deyə Çin rəsmisi Çexiya liderinin səfərini şərh edərkən vurğulayıb.

Rəsmi Pekinin bu qədər həssaslıqla yanaşdığı Dalay Lama Tibet buddislərinin mənəvi liderdir və 1959 – cu Çindən qaçaraq Hindistana sığınıb. Çin hökuməti onu separatçı və siyasi alət adlandırsa da Dalay Lama Qərbdə insan hüquqlarının qoruyucusu kimi təqdim edilir. Bundan əvvəl də bir çox Qərb lideri Dalay Lama ilə görüş keçirib. Son zamanlar isə Tramp admistirasiyasının nümayəndələri buddist liderdən Çinə qarşı istifadə etmək üçün yollar axtarır. Rəsmi Pekinin ehtiyyat etdiyi məsələ Donald Trampın şəxsən Dalay Lama ilə görüşməsidir. Çexiyaya verilən sərt reaksiya həmdə ABŞ – yə mesaj xarekteri daşıyır. Çexiya prezidenti Petr Pavel isə Dalay Lama ilə görüşərək Qərb dəyərlərinə bağlılığını göstərməyə çalışır. Rəsmi Praqa hazırda Avropa İttifaqı daxilində ABŞ – nin əsas müttəfiqlərindən biridir. Çex prezidentin məqsədlərindən biri də Trampdan daha çox dəstək almaq və Avropa daxilində öz mövqelərini möhkəmləndirmək ola bilər. Hərçənd ki, Çin hökuməti Qərbin bu cür siyasətini seperatçılığa dəstək kimi dəyərləndirir. Çin bu məsələni beynəlxalq hüquqla ona görə həll edə bilmir ki, Dalay Lama sadəcə tibetlilərin ruhani lideri hesab edilir. Onun verdiyi bəyanatlar Çin tərəfindən seperatçılıq kimi qiymətləndirilirsə də Qərb bu açıqlamaların insan hüquqları barəsində verildiyini iddia edir. Çinin Çexiya üzərindən ABŞ – yə göndərdiyi mesaj əks effekt də verə bilər. Ay ev buddistlərin ruhani lideri ilə məhz bu hadisələrdən sonra Çini qıcıqlandırmaq üçün yüksək təmaslar qura bilər. İstənilən halda Praqa və Pekin arasında baş verən diplomatik qalmaqal daha böyük bir geopolitik toqquşmanın ilkin əlaməti kimi görünür.

 

Без комментариев
Оставьте свой комментарий

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Girish 1105
Сегодня 17-е
Umumi 1397708
ru_RURU