Trampın xarici siyasətində nə dəyişəcək?

Demokratlar Partiyasının Konqresə ara seçkilərdə qələbəsi və nəticədə Nümayəndələr Palatasıyla Senatda üstünlük qazanması Prezident Donald Trampın və ümumilikdə Respublikaçılar Partiyasının gələcək planlarına göz gəzdirməyə məcbur edəcək. Əlbəttə, Tramp Konqresin müxtəlif qərarlarına veto qoymaq səlahiyyətinə malikdir, ancaq bu ona və Respublikaçılar Partiyasına əlavə problemlər yaşadacaq.

Konqresin daxili siyasətdən fərqli olaraq xarici siyasətə müdaxilə etmək imkanları geniş olmasa da, Demokratlar Partiyası Donald Trampın Rusiya-Ukrayna müharibəsi və İranla bağlı planlarına təsir etməyə çalışacaq. Misal üçün Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq edir ki, o torpaqlarının itkisiylə barışın və Kremlin şərtlərini qəbul etsin. Demokratlar Partiyası isə əksinə Rusiya Prezidenti Vladimir Putinə təzyiqin tərəfdarıdır. Tramp siyasətində bunu nəzərə almaq məcburiyyətində qalacaq. Demokratlar Partiyası Trampın İrana qarşı növbəti müharibəsinə başlamasının da əleyhinədir. Konqresə ara seçkilərə qədər Tramp İrana qarşı yeni müharibəyə başlaya biləcəyini söyləyirdi. Demokratlar Partiyasının qələbəsindən sonra Tramp müharibə mövzusunda ehtiyatlı ifadələr işlətməyə başlayıb.

Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinin Donald Trampla dialoqu davam etdirəcəklər. Ancaq Putin və Cinpin də anlayırlar ki, Konqresə seçkilərin nəticələri Donald Trampın mövqelərini zəiflədib. Putin və Cinpin Trampla əlaqələrdə bu amili nəzərə alacaqlar. Misal üçün Si Cinpin Pekində Oman Sultanı Heytəm bin Tariq əl-Səidi qəbul edərkən, Fars körfəzinin geosiyasi mübarizə zonasına çevrilməsinin qəbuledilməz olduğunu bildirib. Çin lideri Fars körfəzinin böyük dövlətlərin rəqabəti və geosiyasi münaqişələr meydanına çevrilməməsi gərəkliyini vurğulayıb. Bu Si Cinpinin Vaşinqtona mesajıdır ki, İrana qarşı yeni müharibə bölgədə vəziyyəti daha da gərginləşdirəcək. Bu Si Cinpinin Donald Trampa mesajıdır. Çinin Şençjen şəhərində 18-19 noyabr tarixlərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) növbəti sammitində Si Cinpinin Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşü planlaşdırılır. Trampın Konqresə ara seçkilərində məğlubiyyətindən sonra bu görüşün əhəmiyyəti azalıb. Çünki Demokratlat Partiyasının qələbəsindən sonra Donald Trampın çinli və rusiyalı həmkarlarına verəcəyi hər hansı vədin yerinə yetirilməsi ehtimalı xeyli azalıb.

Без комментариев
Оставьте свой комментарий

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Girish 115
Bugun 115
Umumi 2042747
ru_RURU