Рубрика: Информационные бюллетени

Azərbaycanın “Mərkəzi Asiya – Koreya Respublikası” formatına qatılması əhəmiyyətlidir

Seulda sentyabrın 16 və 17-də ilk dəfə “Mərkəzi Asiya – Koreya Respublikası” sammiti keçirilib. Bu sammit Cənubi Koreyanın daha əvvəl elan etdiyi “Yeni şimal siyasəti” təşəbbüsünün gücləndirilməsinə xidmət edib. Bu strategiya Avrasiyada sülh və birgə rifah konsepsiyası çərçivəsində Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın inkişafına yönəlib.

Sammitdə Mərkəzi Asiya liderləri müxtəlif təkliflər səsləndiriblər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sammitdən bir gün əvvəl Seula səfər edərək Cənubi Koreya Prezidenti Li Çje Myonq ilə iki ölkə arasında əməkdaşlığın inkişafı mövzularını müzakirə edib. İki ölkə arasında geniş iqtisadi əlaqələr mövcuddur. Təsadüfi deyil ki, Özbəkistanda Koreya kapitalı ilə 700-dən çox birgə müəssisə fəaliyyət göstərir. Özbəkistan iqtisadiyyatına qoyulan Koreya investisiyalarının ümumi həcmi 8 milyard dolları ötüb. Bundan başqa Özbəkistan və Cənubi Koreya ümumi məbləği təxminən 12 milyard dollar olan yeni layihələr hazırlayıblar. Şavkat Mirziyoyev sammitdə müxtəlif təkliflər irəli sürüb. Bunlar içərisində Mərkəzi Asiya Cənubi Koreya ilə tərəfdaşlığın strateji planlaşdırılmasını hazırlanması, Özbəkistanda Koreya ilə birgə texnoloji parkın yaradılması, nadir torpaq elementlərinin birgə istismarı kimi təkliflər var.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sammitdə sənaye və texnologiya sahəsində təşəbbüslərə üstünlük verilməsi zərurətini vurğulayıb. Qazaxıstan Prezidenti birgə istehsalın üçüncü ölkələrə ixracının təşkil edilməsinin də mümkünlüyünə toxunub. Tokayev Qazaxıstanın Koreya Respublikasına enerji nəql edə biləcəyini də vurğulayıb.

Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edib. Bu təklif Koreya Respublikasının Mərkəzi Asiya bazarlarında iştirakının möhkəmlənməsinə xidmət etməlidir. Sadır Japarov bunula yanaşı birgə pilot texnoloji platformalar şəbəkəsinin formalaşdırılmasını təklif edib. Tacikistan və Türkmənistan Prezidentləri də ölkələrinin Cənubi Koreya ilə əməkdaşlıqlarını dərinləşdirmək məqsədilə müxtəlif təkliflər səsləndiriblər.

Mərkəzi Asiya liderlərinin təkliflərini dəstəkləyən Koreya Prezidenti Li Çje Myonq əməkdaşlığın 5 sütuna söykənməsi vacibliyini bildirib. Bunlar tərəfdaşlıq, sülh, qarşılıqlı faydalı əlaqə, yeni texnologiyalar və insanlar arasında əlaqələrdir.

Koreya Respublikası Mərkəzi Asiya ilə əməkdaşlığı dərinləşdirmək istəyir. Öz növbəsində Mərkəzi Asiya ölkələri güclü iqtisadiyyatı olan və yüksək texnologiyalara malik Cənubi Koreya ilə əməkdaşlıqdan faydalanmağa çalışırlar. Cənubi Koreya və Mərkəzi Asiya ölkələri hər iki ildən bir sammit keçirməyi qərarlaşıblar. Növbəti sammit 2028-ci ildə Qazaxıstanda keçiriləcək. Həmin sammitdə Azərbaycanın da iştirakını proznozlaşdırmaq olar. Birincisi, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan) arasında əməkdaşlığı və inteqrasiyanı gücləndirən yeni 5+1 strateji əməkdaşlıq modeli formalaşıb. Mərkəzi Asiya liderlərinin iştirak etdikləri sammitlərdə Azərbaycanın da iştirakı əhəmiyyətlidir. İkincisi, Azərbaycan da Mərkəzi Asiya ölkələri kimi Koreya Respublikasıyla müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.

Özbəkistanın naziri Yeni Dehlidə müzakirələr aparıb

Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov, Hindistanın Orta Asiyadakı əsas tərəfdaşlarından biri ilə ticarət, investisiya, əlaqə, enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirməyə çalışdığı bir vaxtda Yeni Dehlidə bir sıra yüksək səviyyəli görüşlər keçirib.

Bəxtiyar Saidov ticarət, investisiya, əlaqə, enerji və regional təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək məqsədilə Yeni Dehliyə dörd günlük səfərə başladığı üçün Hindistanın Orta Asiya ilə əlaqələri yenidən diqqət mərkəzindədir. Səfər Hindistanın Avropa və Asiyanın kəsişməsində yerləşən bir bölgə ilə iqtisadi əlaqələri inkişaf etdirərkən Orta Asiyada strateji tərəfdaşlıqları gücləndirməyə çalışdığı bir vaxta təsadüf edir.

Səfər Yeni Dehli və Daşkənd arasında bir sıra yüksək səviyyəli mübadilələrə əsaslanır. Hindistan və Özbəkistan 1992-ci ildə diplomatik münasibətlər qurub və 2011-ci ildə münasibətləri Strateji Tərəfdaşlığa yüksəldiblər. Baş nazir Narendra Modi və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sonuncu dəfə 2025-ci ilin sentyabr ayında Tianjində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Toplantısı çərçivəsində görüşüblər.

Artan siyasi əlaqələrə baxmayaraq, iqtisadi əməkdaşlıq potensialdan aşağı olaraq qalır. İkitərəfli ticarət hazırda təxminən 756,6 milyon ABŞ dolları təşkil edir və Hindistan Özbəkistanın ən yaxşı 10 ticarət tərəfdaşı arasında yer alır. Hindistan əczaçılıq məhsulları, mühəndislik malları, nəqliyyat vasitələrinin komponentləri, optik avadanlıqlar, mobil telefonlar və dondurulmuş camış əti ixrac edir, eyni zamanda Özbəkistandan meyvə, tərəvəz, gübrə, şirə və sürtkü yağları idxal edir. Saidovun cədvəlinə Prezident Draupadi Murmu ilə görüş, biznes forumunda iştirak və Haydarabad Evində Xarici İşlər Naziri S. Cayşankar ilə genişmiqyaslı ikitərəfli danışıqlar daxildir. Müzakirələrin siyasi əlaqələri, iqtisadi əməkdaşlığı və ikitərəfli əlaqələri sürətləndirməyin yollarını əhatə etməsi gözlənilir. Bu ilin may ayında Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünü dəstəkləmək üçün hər iki ölkənin ikitərəfli bazara çıxış protokolu imzalamasından sonra münasibətlər daha da inkişaf edib. Bu addımın hər iki ölkədə biznes üçün yeni imkanlar yaradacağı gözlənilir. Gündəmdə ticarət, əlaqə və strateji əməkdaşlıq əsas yer tutduğu üçün səfərin Hindistanın Orta Asiyada artan əlaqələrinə daha bir qat qatacağı gözlənilir.

Yaponiya silahlanır

Pekində İkinci Dünya müharibəsinin bitməsinin və Çinin Yaponiya üzərində qələbəsinin 80 illiyi qeyd edildi. Bu məqsədlə Pekində hərbi parad keçirildi. Hərbi paradda müxtəlif ölkələrin liderləri iştirak edirdi. Qərb mətbuatının əsas diqqəti Rusiya Prezidenti Vladimir Putinə yönəlmişdi. Putin hərbi paradda Çin lideri Si Cinpinin yanında dayanmışdı. Qərb mətbuatı bunu iki ölkə arasında strateji tərəfdaşlığın tərənnümü kimi qiymətləndirdilər. Çin bu hərbi parad vasitəsilə hərbi gücünü nümayiş etdirdi. Bu amylin özü Qərb ölkələrinin paytaxtlarına narahatlıq doğurub.

Bu arada, ABŞ-ın 3-cü çoxmühitli taktiki qrupu (3rd MDTF) ilk dəfə strateji orta mənzilli atəş sistemi Typhon (SMRF)-i Yaponiyada keçiriləcək Resolute Dragon 25 hərbi təlimləri (11–25 sentyabr) çərçivəsində yerləşdirəcəyini açıqlayıb.

Məlumata görə, Typhon sistemi ABŞ-a quru bazalı Tomahawk (TLAM) qanadlı raketləri (uçuş məsafəsi 1000 mildən çox) və SM-6 raketləri (uçuş məsafəsi 300 milədək) vasitəsilə hədəfləri vurmaq imkanı verəcək. Bu isə Çini, Şimali Koreyanı və Rusiyanı birbaşa təhlükə altına salır.

Elan həm Pekin, həm də Moskvanın sərt reaksiyasına səbəb olub. Çin Müdafiə Nazirliyi və Rusiya rəsmiləri bəyanat yayaraq, Yaponiyanı İkinci Dünya müharibəsindən sonra üzərinə götürdüyü “sülhün qorunması öhdəliklərinə” sadiq qalmağa çağırıblar. Yaponiya Rusiya və Çinin bölgədə artan hərbi gücündən və bu iki ölkənin Yaponiya sahillərinə yaxın ərazilərdə birgə hərbi təlimlərindən narahatdır. Buna görə də Yaponiya müdafiə və təhlükəsizliyiə xərcləri artırmaq məcburiyyətində qalıb.

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 2044390
ru_RURU