Gün: 11 Kasım 2026

Qara dənizdə təhlükısizliyinin təmini Azərbaycan üçün də əhəmiyyətlidir

Rusiya ilə Ukrayna arasında müharibənin Qara dənizə yayılması bölgədə gərginliyin miqyasını artırmaqla yanaşı qlobal ərzaq təhcizasına da mənfi təsir edib. Müharibəyə qədər Ukrayna Qara dəniz vasitəsilə qlobal buğda ixracının onda birini, qarğıdalı ixracının isə 15 faizini təmin edirdi. Təchizat zəncirindəki pozulmalar ən çox ərzaq idxal edən ölkələrə, xüsusilə Afrika və Asiyanın bəzi hissələrinə ağır zərbə vurub. Qara dəniz qarşılıqlı liman müharibəsi meydanına çevrilib. Rusiya Ukraynanın taxıl ixracının təxminən 90 faizinin həyata keçirildiyi Odessa limanlarına zərbələri gücləndirib, Ukrayna isə öz növbəsində Rusiyanın taxıl terminallarını hədəf alıb. “Reuters” agentliyinin məlumatına görə, avqustun ortalarına qədər gəmilərə qarşı həyata keçirilən hücumlar Rusiya və Ukraynanın Azov və Qara dəniz hövzələrindəki taxıl ixracı imkanlarının 97 faizdən çoxunun dayanmasına səbəb olub. Birləşmiş Millətlər Təşkilatı və Türkiyənin vasitəçiliyi ilə əldə edilmiş “Qara dəniz taxıl təşəbbüsü” razılaşma çərçivəsində, 2022-ci ilin iyul ayından etibarən Ukraynanın üç limanından təxminən 33 milyon ton ərzaq məhsulu ixrac edilib, ancaq bir il sonra Rusiya bu razılaşmadan geri çəkilib.

Ukrayna Prezidenti Vladimir Zelenski noyabrın 9-da Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığından sonra bildirib ki, Yeni Dehli Qara dəniz vasitəsilə “ərzaq dəhlizləri”nin yaradılmasına vasitəçilik etməyə hazırdır. Bu bəyanat, ABŞ-ın vasitəçiliyi ilə Əbu-Dabidə keçiriləcək danışıqlar ərəfəsində səslənib. Qara dənizdəki gərginlik Hindistana da ziyan vurur. Noyabrın 3-də Qara dənizdə ticarət gəmilərinə edilən hücumlar nəticəsində beş Hindistan vətəndaşı həlak olub, daha iki nəfər isə itkin düşüb.

Qara dənizdəki gərgin vəziyyət həmçinin Hindistanda günəbaxan yağının çatışmazlığına səbəb olub. Hindistan dünyanın ən böyük bitki yağı idxalçısıdır və günəbaxan yağının böyük hissəsini Rusiya və Ukraynadan alır. Sentyabr ayında ölkənin bitki yağı idxalı 7 faiz azalıb. “Reuters”in məlumatına görə, bu 2022-ci ilin aprelindən bəri qeydə alınan ən aşağı göstəricidir. Oktyabr ayında liman infrastrukturuna dəymiş ziyan səbəbindən Rusiyadan Hindistana göndərilməli olan yüklərin böyük hissəsinin daşınması ləğv edilib, digər yüklərin çatdırılması isə gecikdirilib.

Zelenski və Modi Rusiyanın Qara dənizdə taxıl ixracını bloklaması məsələsini müzakirə ediblər. Yeni Dehli Qara dəniz mövzusunu Kremllə də mütəmadi müzakirə edir. Ancaq hələ ki, nəticə yoxdur. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar sentyabr ayında Kiyevə səfəri zamanı Qara dənizdə gəmiçiliyə və enerji infrastrukturuna zərbələrin dayandırılması vacibliyindən danışıb. Hindli diplomat oktyabrın 4-də Hindistanın həm Rusiya, həm də Ukrayna ilə gəmiçiliyin təhlükəsizliyi, taxıl və enerji ixracı, eləcə də “hücumların dayandırılması imkanları” barədə danışıqlar apardığını açıqladı. “Beynəlxalq Böhran Qrupu”nun (International Crisis Group) Hindistan üzrə baş analitiki Praveen Donthi “Al Jazeera”ya bildirib ki, “Hindistan son vaxtlar səssizcə fəallaşıb”. O əlavə edib ki, əvvəllər Hindistan “vasitəçilik rolu oynamaqdan çəkinirdi” və yalnız “diplomatiya və dialoqa dair ritorik çağırışlarla” kifayətlənirdi. Onun sözlərinə görə, Cayşankarın sentyabr ayındakı səfəri ölkənin daha fəal mövqe tutduğunun göstəricisidir.

Kiyev oktyabr ayının əvvəlində Hindistan, Türkiyə, Misir və ABŞ-dan atəşkəslə bağlı dörd təklif alıb. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Hindistanın təklifini “ən əhatəli” adlandırmışdı, çünki bu təklif həm Qara dənizi, həm də enerji infrastrukturunu əhatə edir.

Yeni Dehlinin vasitəçilik təşəbbüsləri ilə çıxış etməsinin bir səbəbi də var. ABŞ Prezidenti Donald Tramp “Hindistanı Rusiya neftini almaqla Rusiyanın müharibə səylərini maliyyələşdirməkdə” ittiham edib. Hindistan Rusiyanın ucuz neftindən imtina etmək istəmir. Hindistan Rusiya neftini almaqla yanaşı müharibənin dayadırımasında maraqlı olduğunu göstərməyə çalışır. Yeni Dehli müharibənin dayandırılması məqsədilə konkret təkliflər irəli sürməklə Hindistanın geosiyasi çəkisini artırmaq istəyir.

Qara dənizdə gəmiçiliyin və yük daşımalarının təhlükəsizliyinin təmin edilməsi Azərbaycan üçün də əhəmiyyətlidir. Qara dənizdə yük daşıyan gəmilərdə Azərbaycan vətəndaşlarının da sayı az deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin dəfələrlə edilmiş xəbərdarlıqlarına baxmayaraq, Azərbaycan vətəndaşlarının riskli ərazilərdə fəaliyyət göstərmələri, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınmaqda davam edir. Digər tərəfdən Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə alternativ enerji mənbələrini məhz Qara dəniz dibi ilə Avropa ölkələrinə nəql etməyi planlaşdırır. Bu baxımdan Qara dənizdə təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün də həyati əhəmiyyəti daşıyır.

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 2071777
tr_TRTR