Yeni Zellandiya nədən narahatdır?

ABŞ-ın müdafiə naziri Pete Hegseth iyun ayında Çinin qaçılmaz təhlükə olduğunu söylədi və Hind-Sakit okean ölkələrini hərbi xərcləri ÜDM-in 5%-nə qədər artırmağa çağırdı. FTB direktoru Kash Patel, Okeaniya ölkəsində yeni bir ofisin açılmasının Çinin təsirinə qarşı durmaq məqsədi daşıdğını bildirib. Yeni Zelandiyada mövcud vəziyyətdən narahatlıq var. Patel FTB-nin Yeni Zelandiyada ilk müstəqil ofisini açmaq və yüksək vəzifəli məmurlarla görüşmək üçün paytaxt Vellinqtonda görüşlər keçirib. Bu tənzimləmə Yeni Zelandiyanı Böyük Britaniya, ABŞ, Kanada və Avstraliyanın da daxil olduğu “beş Göz”ün kəşfiyyat məlumatlarını paylaşan digər dövlətlərdəki FTB missiyaları ilə uyğunlaşdırır.

Vellinqton ofisi 2017-ci ildən bəri Avstraliyanın nəzarəti altında fəaliyyət göstərən FTB əməkdaşları üçün yerli missiya təmin edəcək. ABŞ səfirliyi tərəfindən yayımlanan bir videoda etdiyi şərhdə Patel, ofisin Çin Kommunist Partiyasının mübahisəli Cənubi Sakit Okeanda təsirinə qarşı kömək edəcəyini söyləyib. Yeni Zelandiyaya səfər etmək üçün Tramp administrasiyasının ən yüksək rütbəli rəsmisi Patellə görüşən Yeni Zelandiya nazirləri onun iddialarını bölüşməyiblər. Bəyanatda  Çindən bəhs edilmədən uşaqların onlayn istismarı və narkotik qaçaqmalçılığı kimi cinayətlərə qarşı birgə səylər vurğulanıb. Yeni Zellandiya xarici işlər naziri Uinston deyib ki, Çin məsələsi müzakirə olunmayıb. Təhlükəsizlik Xidmətləri Naziri Judith Collins isə diqqətin transmilli cinayətlərə yönəldiləcəyini söyləyib. Jurnalistlər Patelin Çindən bəhs etdiyini qeyd edərkən, “Mən başqalarının press-relizlərinə cavab vermirəm” dedi.

Pekin Patelin şərhlərini pisləyib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun Patelin sözlərinə belə reaksiya verib: “Çin hesab edir ki, ölkələr arasında əməkdaşlıq heç bir üçüncü tərəfi hədəf almamalıdır. Çinlə mübarizə bayrağı altında kiçik qruplar yaratmaqla mütləq təhlükəsizlik deyilən şey axtarmaq Asiya-Sakit Okeanı və bütövlükdə dünyanı dinc və sabit saxlamağa kömək etmir”.

“Beş Göz” alyansındakı ən kiçik tərəfdaş olan Yeni Zelandiya Pekin ilə münasibətləri diqqətlə tarazlayarkən ABŞ-ın ən böyük ticarət tərəfdaşı olan Çinlə bağlı mövqeyinə uyğunlaşmaq üçün təzyiqlə üzləşib. Analitiklər bildiriblər ki, FTB rəhbərinin şərhləri bu səyləri alt-üst edə bilər. Vellinqton Viktoriya Universitetinin beynəlxalq əlaqələr üzrə dosenti Ceyson Yanq, bunları deyib: “Bizim ortaq problemlərimizlə məşğul olmaq üçün daha çox hüquq-mühafizə fəaliyyətinin olması Yeni Zelandiyanın marağındadır. Bunu Çinlə rəqabət aparmaq üçün etdiyimizi söyləmək bəlkə də Yeni Zelandiyanın marağında deyil”. Yeni Zelandiyada heçd ə hamı FTB-nin genişlənməsini alqışlamayıb. Qəzəbli şərhlər yazanlar var.

Yorum yok
Yorum bırak

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Girish 1325
bugün 20.
Umumi 1394723
tr_TRTR