Kategori: Açıklamalar

Domatesle savaş yerini tanklara bıraktı

Kremldə Rusiya prezidenti Vladimir Putin üçün çıxış mətnlərini hazırlayanlar özlərinə çox əziyyət vermirlər. Onlar bəzən mətndə yalnız bir sözü dəyişməklə mətnin hədə hissəsinə toxunmurlar. Kreml sahibi dünən Volqoqradda çıxış zamanı Ukraynaya tank verən Qərb ölkələrini bu sözlərlə hədələyib: “Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək”.

Türkiyə 2015-ci ildə sərhədi pozan Rusiya təyyarəsini vurmuş və bundan sonra iki ölkə arasında münasibətlər gərginləşmişdi. Putin o zaman Türkiyəni bu sözlərlə hədələmişdi: “Türkiyə yalnız pomidorla canını qurtara bilməyəcək”. Putin pomidoru ona görə xatırlatmışdı ki, Rusiya Türkiyənin əsas kənd təssərrüfatı məhsulunun Rusiyaya ixracına qadağa qoymuşdu.

Putin 8 il əvvəl Türkiyə pomidorlarıyla mübarizə aparırdı, bu dəfə Qərb tanklarını seçib. Daha sonra Türkiyə pomidoru Rusiya bazarına yol tapdı və Putin dediklərini unutdu. Qərb tanklarıyla bağlı dediyi sözləri də bir gün unutmaq məcburiyyətində qalacaq.

 

Azerbaycan çöp sahası değil

Deməli İran rəsmiləri açıqlama veriblər ki, İsrail İrandakı hərbi mərkəzlərə hücumu İraqın şimalından həyata keçirib, erməni “ekspertləri” isə elə hey bildirirlər ki, “İsrail Azərbaycan ərazisindən istifadə edib”. Ermənistandakı dairələrin məqsədi aydındır, İrəvan yaydığı dezinformasiyalar vasitəsilə İran-Azərbaycan münasibətlərindəki gərginliyin daha artmasına çalışır. Əlbəttə, İranın siyasətini sərt tənqid edirik, ancaq Ermənistandan ötürülən dezinformasiya tələsindən özümüzü qorumalıyıq. Azərbaycan başqa dövlətlərin mübarizə poliqonu deyil və olmayacaq, bunu İrandakı dairələr də anlayırlar, sadəcə iranlı “ekspertlər” də erməni qardaşlarıyla birləşərək ölkəmiz əleyhinə təxribatlarını davam etdirirlər.

 

 

 

 

Putin Batı tanklarıyla nasıl savaşacak?

Rusiya prezidenti Vladimir Putin Ukraynaya tank tədarük edən Avropa ölkələrini bu sözlərlə təhdid edib:  “Avropa ölkələrini məsuliyyətsizcəsinə Rusiya ilə yeni müharibəyə cəlb edənlər, görünür, başa düşmürlər ki, Rusiya ilə müasir müharibə tamamilə fərqli olacaq. Biz onların sərhədlərinə tank göndərmirik, lakin zirehli texnika təhlükəsi yaranarsa, Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək”.

Putinin “Rusiya ilə müharibə tamamilə fərqli olacaq” və “Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək” sözlərini necə başa düşmək lazımdır? Bir neçə variant mümkündür: 1. Rusiya Ukraynaya qarşı total müharibəyə keçəcək, raket zərbələrinin coğrafiyasını genişləndirəcək; 2.Rusiya Qərb tankları Ukraynaya çatdırılana qədər onları Polşa-Ukrayna sərhədində raket zərbələri ilə məhv etməyə çalışacaq; 3.Rusiya Ukraynanın qonşularının, o cümlədən Polşa və Baltik  ölkələrinin ərazilərindəki hərbi obyektləri hədəf seçəcək; 4. Rusiya ordusu Ukraynaya verilən tankların hücumları qarşısında geri çəkilərsə, Qərb ölkələrini yenə nüvə silahıyla təhdid edəcək.

Putin geri çəkilməyəcək. Kreml sahibi hədəfinə çatmayana qədər Ukraynaya qarşı müharibəni davam etdirəcək. Ukraynaya verilən Qərb tankları Putinin işğal planlarına ciddi maneədir. O bu maneəni aşmaq üçün istənilən risqi planı həyata keçirməyə çalışacaq.

 

Kremlin Bakü'yü durduramayacak

Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya-24” telekanalına müsahibəsində “Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. Azərbaycan torpaqlarını geri qaytardı” cümlələrini işlədib. Doğrusu bunu Lavrovun dilindən ilk dəfədir eşidirəm. Azərbaycan torpaqlarının 27 illik işğalı dövründə Lavrov və digər rusiyalı rəsmilər həqiqəti söyləmədilər, işğal barədə cümlə işlətmədilər. Lavrov müsahibəsində Ermənistanın ünvanına başqa tənqidi fikirlər də söyləyib.

Bu fikirlər Lavrovun Azərbaycana dəstəyindən və ya simpatiyasından irəli gəlmir. Sadəcə, Kremlin hazırda Ermənistan hakimiyyətindən ciddi narazılığı var, baş nazir Nikol Paşinyanı cəzalandırmağın yollarını arayırlar. Paşinyanı cəzalandırmağın ən münasib yolu Azərbaycana hədəflərinə çatmaqda mane olmamaqdır. Bütün hallarda Lavrovun torpaqlarımızın işğaldan azad edilmsəyilə bağlı fikirləri erməni saytlarında da yayılıb. Lavrovun açıqlamasını oxuyan ermənilər nəhayət anlamalıdırlar ki, Ukraynada müharibə aparan Rusiya Azərbaycana yaxın iki ildə Qarabağın tamamında suverenliyinin bərpasında mane ola bilməyəcək və ya mane olmaq istəməyəcək.

 

 

Netanyahu Tehrana və Kremlə hansı mesajı göndərib?

İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın “CNN” televiziya kanalına müsahibəsində deyib ki, ölkəsi İran istehsalı olan pilotsuz uçuş aparatlarının Ukraynaya qarşı istifadəsinin qəti əleyhinədir. Bununla Netanyahu Tehran və Moskvaya mesaj göndərib. Onun Tehrana mesajı budur ki, “İranın dron istehsal edən mərkəzlərini İsrail vurub”, Kremlə mesajı isə budur ki, “İsrail İran istehsalı olan dronların Rusiyaya ötürülməsinə mane olacaq”.

Maraqlıdır ki, Rusiya rəsmiləri Netanyahunun açıqlamasına və İranda dron istehsal edən mərzəklərinı vurulmasına münasibət bildirməyiblər. Halbuki, Kreml də anlayır ki, ABŞ-İsrail tandemi birgə hərəkət edərək İranın Rusiyaya hərbi texnika verməsinə mane olmağa çalışır. Buna baxmayaraq, İsrail Vaşinqtondan fərqli olaraq Rusiya-Ukrayna müharibəsində tərəf tutmur, Kremlin işğalçı siyasətini pisləmir. Benyamin Netanyahu İranı başlıca düşmən adlandırsa da, Kreml sahibi Vladimir Putinlə isti münasibətləri var. Misal üçün Netanyahu Kiyevin hərbi yardım xahişlərinə müsbət cavab verməyib.

 

Soydaşlarımıza necə yardım edə bilərik?

İranda zəlzələ nəticəsində evləri dağlan və soyuqda açıq havada gecələyən və ərzaq qıtlığı ilə üzləşən soydaşlarımıza necə kömək edə bilərik? Bu sual çoxlarımızı narahat edir. Azərbaycanın İranla münasibləti gərgindir, terror hücumu nəticəsində Tehrandakı səfirliyimiz fəaliyyətini dayandırıb. Buna baxmayaraq, soydaşlarımıza kömək üçün İran hakimiyyətinə müraciət oluna bilər. Belə bir müraciət olunub, Tehran yardım təklifimizi rədd edib. Başqa alternativ yardımlarımızı Türkiyə üzərindən İrandakı soydaşlarımıza çatdırmaq olardı. Ancaq Tehran Türkiyənin də yardım təklifindən imtina edib. Nə özləri vətəndaşlarına kömək edir, nə də bizə imkan verirlər ki, yardım çatdıraq. Tehranın Urmiya gölünün qurumasına və ekoloji fəlakətə seyrçi qalmasıyla zəlzələ qurbanlarına münasibətində heç bir fərq yoxdur. Eyni siyasətdir.

Daha nə edə bilərik? Variantlardan biri Araz çayının şimal sahilində müvəqqəti çadır şəhərciyi quraraq zəlzələ qurbanı olan soydaşlarımıza sahib çıxmaqdır. Ancaq bunun reallaşması üçün sərhədi müvəqqəti açmalı və zəlzələdən zərər çəkən soydaşlarımızı ölkəmizə dəvət etməliyik. İran buna da mane olarsa Tehranın vətəndaşlarını ölümə məhkum etdiyi aydınlaşacaq.

 

 

Vaşinqton Minsk Qrupundan imtina edib

ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edən Laura Lokman Bakıya gəlib. O həm Azərbaycan rəsmiləri ilə görüşəcək, həm də  IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak edəcək. Vaşinqton əvvəlkitək Azərbaycanın enerji layihələrinə dəstək verir. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Avropanın Azərbaycanın resurslarına ehtiyacı artıb. Avropanın Rusiyanın enerji asılılığından azalmasında Azərbaycanın artan rolu ABŞ-ın maraqlarına cavab verir.

ABŞ-dan Azərbaycanla bağlı daha bir xəbər gəlib. Dövlət katibi Entoni Blinken Luis Bononu ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edib. Luis Bono yeni vəzifəsinə qədər ABŞ-ın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında missiya rəhbərinin müavini olub. Bundan başqa Lusi Bono ABŞ-ın Avropa İttifaqındakı və BMT-dəki nümayəndəliklərində, həmçinin Berlin və İslamabaddakı ABŞ səfirliklərində də çalışıb. Vaşinqton Minsk Qrupundan imtina edib, Qarabağla məşğul olmaq istəmir, əsas istəyi Azərbaycanla Ermənistan arasında barış əldə etməkdir. Bu Azərbaycanın da maraqlarına uyğundur.

 

 

Astana ticarət nümayəndəliyini qapadır

Qazaxıstan Rusiyada ticarət nümayəndəliyini qapatmağı planlaşdırır. Bundan əvvəl isə Astana Rusiya vətəndaşlarına Qazaxıstanda istehsal olunan “KİA” markalı maşınların satışını qağadan edib. Astananın bu qərarları Kremldə suallar doğurub. Böyük ehtimalla Rusiyanın müxtəlif qurumları Qərbin sanksiyalarından qurtulmaq üçün müxtəlif ölkələrin, o cümlədən Qazaxıstanın bank sektorundan və iqtisadi  imkanlarından istifadə etmək istəyiblər. Qazaxıstan isə Qərbin Rusiyaya qarşı sanksiyalarından özünü qorumağa çalışır. Çünki, Qərb yalnız Rusiyaya qarşı deyil, bu ölkənin müxtəlif dövlət şirkətlərilə əməkdaşlıq edənlərə qarşı da sanksiya tətbiq edəcək. Qazaxıstan isə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin qurbanı olmaq istəmir. Qazaxıstan ABŞ-la hərtərəfli əməkdaşlıqda maraqlıdır.

 

 

İsrail də narahatdır

İsrailin müdafiə naziri Yoav Qallant fevralın 1-də Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəng edib. Nazirlər regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər. İsrailin müdafiə naziri daha sonra Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə telefonla danışıb. Bu telefon danışığında isə tərəflər sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

İsrailin müdafiə nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsiylə bağlıdır. İrandakı dairələrin Azərbaycana qarşı növbəti təxribat planları İsraili də narahat edir. İsrail İrandakı hərbi müəsssisələrə zərbələr endirib. Tehran cavab aksiyası barədə düşünür. Tehran İsraillə yanaşı Tel-Əvivin bölgədəki tərəfdaşlarına qarşı da təxribat planları hazırlaya bilər. Bu səbəbdən Azərbaycanın həm təhlükəsizlik tədbirlərini artırmağa, həm də bu sahədə tərəfdaşlarıyla əməkdaşlığı genişləndirməsinə ehtiyacı var. Azərbaycanda İranın casus şəbəkəsi neytrallaşdırılır. Ancaq İranın 30 ildə Azərbaycanda casus şəbəkəsi ilə yanaşı “yatmış hücrələr” formalaşdırdığı da istisna deyil. Azərbaycan 30 ilə yaxındır İran agenturasıyla mübarizə aparır, nə qədər həbslər həyata keçirilib, ancaq bu hələ də son deyil.

 

Tehran yardımdan niyə imtina edib?

Tehranın Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin Cənubi Azərbaycanda – Xoyda baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardımla bağlı kömək təklifini qəbul etməyəcəyi gözlənilən idi. Tehran Türkiyənin və Azərbaycanın insani yardımını özü üçün təhlükə kimi görür. Yəqin hesab edirlər ki, qonşu dövlətlərin yardımı mərkəzi hakimiyyətin zəifliyini nümayiş etdirəcək. Onsuz da İranın dövlət qurumları ya bacarıqsızlıqlarından, ya da bilərəkdən zəlzələ nəticəsində evləri dağılan, ərzaq çatışmazlığı yaşayan və soyuqdan əziyyət çəkən vətəndaşlarına yardım etməyə tələsmirlər, başqalarına da yardıma imkan vermirlər. Bu bir daha İrandakı rejimin vəətndaşlarına qeyri-insani münasibətindən xəbər verir. Zəlzələ baş verən ərazi Azərbaycan və Türkiyəyə yaxındır, normal dövlət qonşularının yardımına etiraz etməməliydi.

 

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1398111
tr_TRTR