Ay: Dekabr2025

Sibiqa Rusiyanın dezinformasiya yaydığını bildirib

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa yayımladığı bəyanatda ölkəinin Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum etmədiyini və Kremlin dezinformasiya yaydığını bildirib. “Belə bir hücum baş verməyib” deyən Sibiqa Kremlin “Putinin iqamətgahına hücumla” bağlı heç bir inandırıcı dəlil təqdim etmədiyini vurğulayıb. Ukrayna xarici işlər naziri bir sıra ölkənin əslində baş verməmiş hücumla bağlı narahatlıqlarını ifadə edən açıqlamalarının Kiyevi məyus etdiyini söyləyib.

Bu Kremlin yeni taktikasıdır. Rusiya hakimiyyəti baş verməyən hücumla bağlı dezinformasiya yaymaqla həm danışıqlar prosesini pozmaq, həm də beynəlxalq aləmdə Ukraynanı nüfuzdan salmağa çalışır. Putin buna görə müxtəlif dovlət liderlərinə zəng edib. Halbuki, bu ilin sentyabrın 7-də Rusiya raketlə Ukraynanın hökuməti binasına zərbələr endirmişdi və ortada dağıntını əks etdirən dəlillər mövcud idi.

Bundan sonra nə olacaq? Birincisi, Rusiya Ukraynanın şəhərlərinə daha çox zərər vurmağa çalışacaq. İkincisi, Rusiya Vaşinqtonun hazırladığı və düzəlişlərə məruz qalan həll planını arxa plana atacaq. Putin hesab edir ki, Rusiya ordusu yaxın aylarda işğal zonasını genişləndirə biləcək və bu səbəbdən Ukrayna daha ağır şərtlərlə daxilində həll planını qəbul etmək məcburiyyətində qalacaq. Ancaq generalları Putinə yalan məlumat verirlər. Rusiya ordusu elan etdiyi şəhərləri işğal edə bilməyib və cəbhə bölgəsində ağır döyüşlər davam edir. Kreml artıq müqavilə əsasında müharibənin başlanğıcında olduğu kimi cəbhə bölgəsinə planlaşdırdığı qədər muzdlu göndərə bilmir. Buna baxmayaraq, Putin sülhə hazır deyil, ümumiyyətlə o özünü və ölkəsini elə bir tələyə salıb ki, Rusiyanı müharibə aparmadan təsəvvür edə bilmir. Rusiya siyasəti, iqtisadiyyatı və ordusu 4 ildir ki, müharibə şəraitində varlığını davam etdirir, bütün resurslar buna fokuslanıb, geri qayıdışın daha ağır çətinlikləri olacaq. Birinci Dünya müharibəsi də 4 il çəkdi və nəticədə Rusiya imperiyası çökdü…

Tayvan ətrafında vəziyyət gərgindir

“Reuters” agentliyinin məlumatına görə, Çin Xalq Azadlıq Ordusunun şərq qoşunları Tayvan adasının ətrafında “Ədalət missiyası 2025” adlı genişmiqyaslı hərbi təlimə başlayıb. Adanın şimal, şərq, cənub, cənub-qərb və cənub-şərq hissəsində keçirilən təlimlərə quru, dəniz, hava və raket qüvvələrinin bölmələri cəlb olunub. Çin Xalq Azadlıq Ordusunun yaydığı məlumatda deyilir ki, təlimlər zamanı dənizdə və havada döyüş hazırlığının təmin edilməsi, hərtərəfli üstünlüyün birgə ələ keçirilməsi, əsas limanların və ərazilərin blokadası, eləcə də ada zənciri xaricində hərtərəfli çəkindiricilik məsələlərinə diqqət yetiriləcək.

“Tayvan adasına fərqli istiqamətlərdən gəmilərin və təyyarələrin yaxınlaşması ilə müxtəlif növ qoşun bölmələri birgə əməliyyatlar aparmaq imkanlarını yoxlamaq üçün ortaq şərti hücumlar həyata keçirirlər”, – deyə ÇXAO-nun Şərq komandanlığının sözçüsü Şi İ bildirib. O, təlimlərin “Tayvanın müstəqilliyi”ni müdafiə edən separatçı qüvvələrlə və xarici müdaxilələrə qarşı sərt bir xəbərdarlıq olduğunu deyib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Szyan brifinqdə bildirib ki, Çinin Xalq Azadlıq Ordusunun Tayvan sahillərində keçirdiyi təlimlər ölkənin suverenliyini qorumaq üçün zəruri tədbir və xarici qüvvələrin müdaxiləsinə birbaşa cavabdır. “Bunlar dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün zəruri tədbirlərdir, həmçinin Tayvandan Çinin qarşısını almaq üçün istifadə etməyə çalışan, adanı silahlandıran və boğazdakı vəziyyəti təhlükəli müharibə həddinə çatdıran xarici qüvvələrin hərəkətlərinə qəti cavabdır”, – o vurğulayıb.

Beləliklə, Pekin ilin sonuda Tayvana və Vaşinqtona xəbərdarlıq mesajı göndərib. Çin ada ətrafında hərbi təlimlər vasitəsilə Tayvana dəniz yolu ilə hərbi texnikanın daşınmasının qarşısını almağa çalışır. Digət tərəfdən Çin Tayvana hərbi texnika satan ABŞ-ın 10 şirkətinə qarşı sanksiya tətbiq edib.

Tayvan hökuməti Çinin təzyiqinə adekvat cavab verəcəyini açıqlayıb. Tayvan Pekini bölgədə sabitliyi pozmaqda ittiham edib. Mövcud vəziyyət Tayvanla yanaşı ABŞ və bölgə ölkələrini də narahat edir.

Lavrov Avropanı hədələdi

Rusiya xarici işlər naziri Sergey Lavrov ilin son müsahibəsində də hədələyici tonundan imtina etməyib. O Avropanın Rusiyaya hücum edəcəyi halda köhnə qitənin dəhşətli zərbələrlə üzləşəcəyini bildirib. Lavrov lideri Vladimir Putin kimi Avropanı qorxutmağa çalışır. Rusiya rəsmiləri bir ara Avropanı nüvə mühariəsiylə hədələyirdilər, bu hədələrin işə yaramadığını anladıqdan sonra başqa hədələrə keçiblər. Bəllidir ki, Avropa İttifaqı ölkələrinin Ukrayna ilə birgə Rusiyaya qarşı müharibəyə qoşulması kimi planı yoxdur. Avropa İttifaqı və NATO sadəcə Ukraynanı ayaqda saxlamağa çalışır. Bu məqsədlə Ukraynaya maliyyə və hərbi texnika göndərilir. Buna rəğmən, heç bir dövlət Ukraynaya ordu birlikləri göndərməyi planlaşdırmır. Bunu Kreml də bilir, sadəcə Rusiya rəsmiləri qabaqdangəlmişlik edərək Avropa ölkələrini Ukraynaya dəstəyi artırmaqdan çəkindirməyə çalışırlar. Ancaq bu alınmır. Rusiyanın Ukraynaya qarşı beşinci ilinə keçəcək müharibə Avropa təhlükəsizliyinə əsas təhdiddir və Rusiyanın işğalçı planlarından qorunmağın yolu Ukraynaya dəstəyin artırılmasından keçir.

Kreml ABŞ Prezidenti Donald Trampın siyasətindən məmnundur. Rusiya Prezidenti Vladimir Putin Ağ Evin müharibənin dayandırılmasıyla bağlı irəli sürdüyü 28 bəndlik planı müzakirə etməyə hazır idi. Ancaq Kiyev və Brüssel həmin plana zəruri düzəliş və dəyişikliklər etdi. Kreml yeni planı rədd etdi. Lavrov müsahibəsində müharibənin dayandırılmasına guya Avropanın əngəl olduğunu bildirib. Yəni bu məntiqə görə, Kiyev və Brüssel Ağ Evin irəli sürdüyü palana dəyişikliklər etməsəydilər, Moskva müharibəni dayandırmağa hazır idi.

Sergey Lavrovun müsahibəsində Tayvanla bağlı sözləri də diqqəti çəkib. O deyib ki, əgər Çin Tayvanı ələ keçirmək çün hərbi müdaxiləyə başlayarsa, Rusiya müttəfiqinin yanında olacaq. Kreml bununla Çini Tayvanı ələ keçirmək siyasətinə dəstəyini nümayiş etdirib. Görünür, Çinin Tayvana ələ keçirmək məqsədilə müharibəyə başlaması Rusiyanın maraqlarına cavab verir. Kremldə hesab edirlər ki, Asiya qitəsində yeni müharibə böyük dövlətlərin diqqətini həmin bölgəyə yönəldəcək və Qərb ölkələrinin Rusiya-Ukrayna müharibəsinə diqqətinin azalmasıyla müşahidə olunacaq. Buna baxmayaraq, Pekinin Tayvanı ələ keçirmək məqsədilə müharibəyə başlamağa risk etmir. Çünki, bu müharibənin Çin iqtisadiyyatı üçün ciddi problemlər yarada biləcəyinin fərqindədir. Putin Ukraynaya qarşı işğalçı müharibəyə başaldıqda iqtisadi riskləri hesablamadı.

Bu arada, Rusiya Prezidenti Vladimir Putinin ilin sonuna yaxın Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevlə görüşü diqqəti çəkib. Bunu Putinin Qazaxıstanın hazırki Prezidenti xəbərdarlıq mesajı kimi qiymətləndirmək olar. Kasım-Jomart Tokayev Rusiya ilə tərəfdaşlığı davam etməklə yanaşı Türk dövlətlərin arasında inteqrasiyaya, ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsinə maraq göstərir. Bu isə imperiya təfəkkürünə sahib olan Rusiya Prezidentinin xoşuna gəlmir. Ancaq Putinin “mesajları” mövcud durumu dəyişmək iqtidarında deyil. Putin Ermənistanın baş naziri Nikol Paşinyanın acığına köhnə dostu Robert Köçəryanla da görüşürdü, ancaq Kreml sahibi bununla istədiyi nəticəni əldə edə bilmədi.

Yaponiya müdafiə büdcəsini niyə artırıb?

Yaponiya Nazirlər Kabineti dekabr;n 26-da qarşıdan gələn maliyyə ili üçün rekord büdcəni təsdiqləyib.122,3 trilyon yen (782 milyard dollar) məbləğində büdcəyə müdafiə üçün 9 trilyon yendən çox vəsait daxil olacaq və bu, bütün zamanların rekordunu qıracaq. Bu, Tokionun bölgədəki artan gərginlik səbəbindən sahil müdafiəsini gücləndirməyə çalışması və silahlara xərclərini ümumi daxili məhsulun 2%-nə çatdırmağa çalışması ilə əlaqədardır. Rəsmi olaraq aprel ayında başlayacaq və hələ də parlamentin təsdiqini tələb edən 2026-cı il üçün büdcə layihəsi 2025-ci illə müqayisədə 9,4% artıb.

Yaponiya niyə müdafiə büdcəsini artırır?

Yaponiya hökuməti, müttəfiqi ABŞ-ın təzyiqi səbəbindən, planlaşdırılandan iki il əvvəl, mart ayına qədər 2% hədəfinə çatacağına söz verib. Yaponiya Müdafiə Nazirliyinin brifinq sənədində deyilir ki, Tokio İkinci Dünya Müharibəsinin sonundan bəri “ən ağır və mürəkkəb təhlükəsizlik mühiti ilə üzləşir” və müdafiə qabiliyyətlərini “kökündən gücləndirmək” üçün tələb olunan vəziyyətləri də əlavə edir. Yaponiyanın ordusunun heyətlə təmin edilməsi ilə bağlı çətinlikləri səbəbindən ölkə müdafiə səyləri üçün pilotsuz silahları vacib hesab edir və dronlar mühüm rol oynayır.

Sürətli silah tədarükünü təmin etmək üçün Tokio, potensial olaraq müttəfiqləri Türkiyə və ya İsraildən idxala etibar etməyi planlaşdırır. Ölkənin silahlanma yarışının əsas səbəbi Çinin Tayvana qarşı hərbi əməliyyatlar keçirməsi riskidir. Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib ki, əgər Pekinin özünüidarəetmə adasında hakimiyyətini zorla tətbiq etmək barədə açıqlamaları gerçəkləşərsə, Tokio müdaxilə edə bilər.

Bu ayın əvvəlində Çin təyyarədaşıyan gəmisinin Yaponiyanın cənub-qərb hissəsi yaxınlığında keçirdiyi hərbi təlimlər etirazla nəticələndi. Çin təyyarəsi radarını Yaponiya təyyarəsinə bağladı və bu, atəş açmağa hazırlıq hesab edildi. Tokionun 2022-ci ildən etibarən hazırkı müdafiə strategiyasında Çin ölkənin ən böyük strateji problemi kimi göstərilir.

Bu arada, Çin hərbi texnologiyalar sahəsində növbəti mühüm addım ataraq DF-27A hipersəs raketini sınaqdan keçirib. Raketin maksimum uçuş məsafəsi 8 min kilometrə çatır və sürəti 8.6 Maxa bərabərdir. Sınaq zamanı raket 2100 kilometrlik məsafəni cəmi 12 dəqiqəyə qət edib. DF-27A raketinin inkişaf etdirilməsində əsas məqsəd Çin hərbi qüvvələrinin uzaqmənzilli və sürətli hücum qabiliyyətini artırmaqdır. Hipersəs raket texnologiyası dünya hərbi gücləri üçün strateji əhəmiyyət kəsb edir, çünki bu cür raketlər müdafiə sistemləri tərəfindən izlənməsi və məhv edilməsi baxımından çətinliklər yaradır. Çin bu sınaqla həm də regional və qlobal hərbi balansda mövqeyini gücləndirməyə çalışır.

Vaşinqton diqqətini Mərkəzi Asiyaya yönəldib

ABŞ Prezidentin Donald Trampın Avropa bölgəsinə marağı azalıb. Ağ Ev sahibi Avropa İttifaqını zəif təşkilat, Avropa liderlərini isə cəsarətsiz siyasətçilər kimi qiymətləndirib. Trampın bu yanaşmasının səbəbi Avropa İttifaqının müxtəlif məsələlərin həllində qəti addımlar ata bilməməsi və qitənin təhlükəsizliyinə diqqət yetirməməsiylə bağlıdır. Avropa ölkələri uzun illər təhlükəsizliklərini ABŞ-a həvalə ediblər, bu dövlətlər büdcələrini orduların saxlanılmasına deyil, insanlarının rifah hallarının yüksəlməsinə yönəldiblər. Bu Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə balşamasına və Tramp Prezident seçilənə qədər davam edib. Vaşinqton artıq Avropa İttifaqının təhlükəsiliklər bağlı maliyyə yükünü daşımaq istəmir.

Bu arada, Tramp administrasiyasının diqqəti Avrasiya qitəsinə, o cümlədən Mərkəzi Asiyaya yönəlib. Ağ Ev sahibinin Azərbaycanla Ermənistanı barışdırmaq və “Tramp yolu” layihəsinin reallaşması istəyinin əsas hədəflərindən biri məhz Mərkəzi Asiyaya çıxış imkanı əldə etməkdir. Təsadüfi deyil ki, tarixdə ilk dəfə Mərkəzi Asiya liderləri 5+1 formatında Ağ Evdə ABŞ Prezidenti ilə görüşüblər. Vaşinqtonda 5+1 formatında keçirilən görüş çərçivəsində ABŞ-la Qazaxıstan arasında 17 milyard dollar civarında 30-a yaxın saziş imzalanıb. Özbəkistan isə yaxın illərdə ABŞ-dan dəyəri milyardlarla dollar olan 22 “Boeing” təyyarəsi alacaq. Tramp bununla kifayətlənməyərək, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevla telefonla danışaraq hər iki lideri gələn il Amerika Birləşmiş Ştatlarında keçiriləcək G20 sammitinə dəvət edib.

Trampın hədəfləri praqmatikdir. Qazaxıstan və Özbəkistan dünya uran ehtiyatlarının yarısına malikdirlər. Bundan başqa Mərkəzi Asiya ölkələri nadir metallara malikdirlər. Smartfonlar, elektrik avtomobilləri və külək turbinləri başda olmaqla digər texnoloji avadanlıqların istehsalında nadir torpaq elementlərindən istifadə edilir. Keçmiş illərdə Çin nadir torpaq elementlərini ABŞ və Avropa dövlətlərinə ixrac edirdi. Ancaq Çin bu ixaracatı kəskin şəkildə azaldıb. Pekinin məqsədi bu yolla rəqiblərinin istehsalını zəiflətmək, eyni zamanda öz məhsullarının dünya bazarlarında satışını artırmaqdır. Çindən əlləri üzülən Qərb ölkələri, o cümlədən ABŞ diqqəti Mərkəzi Asiyaya yönəldib.

ABŞ Qazaxıstanla nüvə enerjisi sahəsində də əməkdaşlığı genişləndirib. ABŞ Qazaxıstanda modul tipli reaktorlar quraşdıracaq. Bu məqsədlə ABŞ Almatı şəhərində tədris mərkəzi açıb. Bu mərkəzdə modul tipli reaktorları çalışdıracaq mütəxəssislər hazırlanacaq. ABŞ bu sahədə Rusiya ilə rəqabətə girəcək. Məsələ burasındadır ki, Rusiyanın Rosatom şirkəti Qazaxıstanda atom elektrik stansiyasının tikintisini həyata keçirir. ABŞ isə Qazaxıstanda daha kiçik tutumlu atom elektrik stansiyalar inşa edəcək. Özbəkistan rəhbərliyi Qazaxıstandan nümunə götürərək ölkədə atom elektrik stansiyasının tikintisi planlaşdırır. Böyük ehtimalla Vaşinqton Özbəkistanda da modul tipli reaktorların tikintisini Daşkəndlə müzakirə edəcək.

Qazaxıstan və Özbəkistan ABŞ-la iqtisadi əlaqələri gücləndirməklə Çinin inhisarından qurtulmağa çalışırlar. Çin Mərkəzi Asiyada böyük layihələr həyata keçirir və bu ölkərə böyük miqdarta kreditlər verib. Bu kreditlər Mərkəzi Asiya ölkələrinin Çinə borclarının artmasına səbəb olub. Nəticədə Çinin Mərkəzi Asiya ölkələrinə təsir gücü artıb. Bunun təhlükəsizliklərinə xələlə gətirdiyini anlayan Mərkəzi Asiya ölkələri ABŞ-la əməkdaşlığı genişləndirmək hesabına Pekin və Moskva ilə münasibətlərində balans yaratmağa çalışırlar.

İran ballistik raket istehsalını artırıb

İran İsraillə 12 günlük müharibə zamanı ağır zərbələr aldı, qonşu ölkənin həm nüvə nüvə mərkəzləri dağıldı, həm də bu sahədə çalışan alim və generalların əhəmiyyətli hissəsi öldürüldü. Buna baxmayaraq, İran əvvəlki hərbi gücünü qaytarmağa çalışır. Müxtəlif ekspertlərin rəyinə görə, ballistik raket istehsalı nüvə silahı qədər təhlükə mənbəyi sayılır. Misal üçün ABŞ Müdafiə Nazirliyinin yayımladığı son hesabata görə, Çin Monqolustan sərhədinə yaxın ərazilərdə 100-dən çox qitələrarası ballistik raket yerləşdirib. Bu Vaşinqtonu ciddi narahat edir. Təsadüfi deyil ki, İran ballistik raketlərin istehsalında Çinlə əməkdaşlıq edir. İran İsraillə müharibədən sonra hərbi gücünü bərpa etmək üçün Çindən ballistik raketlər üçün minlərlə ton komponent sifariş edib. Bu komponentlər bərk yanacaqla işləyən raketlərin istehsalı üçün istifadə olunur.

Beləliklə, raket istehsalı sahəsində Çinlə əməkdaşlıq edən İrannın hərbi dairələri İsraillə 12 günlük müharibədən sonra ballistik raket istehsalını müharibədən əvvlki səviyyəyə çatdırmağa çalışırlar. Əgər İsrailin İrana qarşı müharibəsi bu ölkənin uranın zənginləşdirməsinə mane olmaq məqsədi daşıyırdısa, bu dəfə hədəf ballistik raket istehsalına mane olmaqdır. İsrailin baş naziri Benyamin Netanyahu İranın ballstik raket istehsalını ABŞ-a növbəti səfəri zamanı Ağ Ev sahibi Donald Trampla müzakirə edəcək. Netanyahu Trampı yenidən İrana zərbələr endirməyə inandırmağa çalışacaq. Tramp fərqli fikirdədir. O hesab edir ki, ABŞ-ın zərbələrindən sonra İranın yaxın illərdə uranı zəginləşdirmək potensialı yoxdur. Tramp administrasiyasını İranın ballistik raket proqramı narahat etmir. Buna görə də, İsrail İrana qarşı növbəti həmlə planı hazırlayarsa, bunu təkbaşına reallaşdırmalı olacaq.

Pekin Qərb texnologiyalarına üstünlük verir

Çin əsas texnoloji sahələrdə hətta ABŞ-la rəqabət apara biləcək yüksək texnologiyalı supergücə çevrilib. Bununla belə, Qərb mətbuatı Çinin yüksəlişinin əsas səbəbi kimi Amerika və Avropanın klonlaşdırma texnologiyaları və imkanları üzərində qurulduğunu göstərib. Hətta bu gün belə, daxili innovasiya və istehsalın artmasına baxmayaraq, Çin bəzən Qərbdən texnologiyaları və platformaları kopyalamaq istəyir.

Görünür, Pekin bu yaxınlarda Almaniyanın Boxer çoxməqsədli zirehli maşını ilə məhz bunu edib. Çinlilər Alman Boxer-ə bənzəyən – V-gövdə dizaynı, modul quruluşu və zirehli sürücü kabinəsi ilə təchiz olunmuş zirehli personal daşıyıcısı (APC) hazırlayıblar. Bu, Çinin Baotou Sənaye Bölgəsində sınaqdan keçirilən maşının görüntülərinə əsasən təsdiqlənib.

Bu Alman nüsxəsinin uğurla sınaqdan keçirildikdən sonra Çinin böyüyən (və getdikcə rəqabətli olan) silah ixracı sənayesi üçün ixrac modeli kimi istifadə ediləcəyi ehtimal edilir. Sənaye nəşri olan Defence-Blog iddia edir ki, “platforma beynəlxalq müştərilər tərəfindən idarə olunan Boxer variantları ilə uyğun qüllə və silah sistemləri üçün modul sınaq meydançası kimi xidmət edə bilər”.

Beləliklə, Çinin daha bahalı Qərb rəqiblərindən – bu dəfə Alman silah istehsalçılarından – geri qaldığını və bazarı Alman sisteminə ucuz nüsxələrlə çökdürməyə çalışdığının klassik bir nümunəsi budur. (Çin versiyasının Alman orijinalı qədər yaxşı olması ehtimalı azdır; Alman mühəndisliyi hələ də ən yaxşısıdır).

Lakin bu sistemi və onun komponentlərini Alman sistemi ilə eyniləşdirməklə, Pekinin silah sənayeçiləri oxşar məhsulu daha ucuz qiymətə təklif etməklə Yaxın Şərqdə eksklüziv bazar payı uğrunda mübarizə aparmağa ümid edirlər.

Yuxarıda qeyd olunan V-gövdə dizaynı da daxil olmaqla, nəqliyyat vasitəsinin xarici dizaynı Alman sisteminin güzgü görüntüsüdür. Lakin adsız Çin APC ilə German Boxer arasındakı bu səthi oxşarlıqlardan başqa, Çin platformasının daxili hiylələri haqqında az şey məlumdur. Məsələn, Çin sistemində işarələrin və ya korporativ loqotiplərin nəzərəçarpacaq dərəcədə çatışmazlığı var idi – yəni nəqliyyat vasitəsi hələ də çox eksperimentaldır və hələ də kütləvi istehsal mərhələsinə çata bilməz.

Konqresmenlər Pentaqona müraciət etdilər

Doqquz ABŞ qanunvericisindən ibarət qrup bu həftə ABŞ Müdafiə Naziri Pit Heqsetə məktub göndərərək Pentaqonu Çin ordusuna kömək etdiyi iddia edilən qurumların siyahısına bir sıra Çin texnologiya şirkətlərini əlavə etməyə çağırdı.

ABŞ Prezidenti Donald Trampın 1 trilyon dollarlıq hərbi xərclər qanun layihəsini qanuna çevirməsindən sonra cümə axşamı günü göndərilən məktubda Heqsedən süni intellekt şirkəti DeepSeek, smartfon istehsalçısı Xiaomi və elektron displey istehsalçısı BOE Technology Group-u 1260H Bölməsi kimi tanınan siyahıya daxil etməsi xahiş olunur.

Həmin siyahıya artıq Çinin ən böyük texnologiya şirkətlərindən biri olan Tencent Holdings və elektrikli nəqliyyat vasitələri sənayesində əsas batareya istehsalçısı olan CATL kimi böyük Çin şirkətləri daxildir.

1260H siyahısı Çin şirkətlərini rəsmi olaraq sanksiyalaşdırmasa da, təchizatçılara Hərbi Nazirliyinə və digər ABŞ hökumət qurumlarına ABŞ ordusunun şirkətlər haqqında rəyi barədə mesaj göndərir, bəziləri isə ABŞ-ı daxil etmələri ilə bağlı məhkəməyə verib.

Tramp Müdafiə Nazirliyinə özünü Hərbi Nazirliyi adlandırmağı əmr edib ki, bu dəyişiklik Konqres tərəfindən tədbir görülməsini tələb edəcək.

Reuters iyun ayında yüksək vəzifəli bir ABŞ rəsmisinin DeepSeek-in Çin ordusuna kömək etdiyini və ABŞ ixrac nəzarətindən yayındığını bildirdiyini bildirmişdi. iPhone istehsalçısı Apple-ın təchizatçısı olan BOE, ABŞ qanunvericilərinin Pentaqondan 2030-cu ilə qədər təchizat zəncirindən çıxarmasını istədiyi bir sıra Çin displey şirkətləri arasında idi.

Qanunvericilər – hamısı Respublikaçılar və bir neçə əsas Konqres komitəsinin rəhbərləri – WuXi AppTec, GenScript Group, RoboSense, Livox, Unitree Robotics, CloudMinds, Hua Hong Semiconductor, Shennan Circuit Co və Kingsemi Co.-nun da əlavə edilməsini tövsiyə etdilər.

Məktubu imzalayan qanunvericilər Miçiqandan olan nümayəndə Con Mulenar, Floridadan senator Rik Skott, Arkanzasdan nümayəndə Rik Krouford, Nyu-Yorkdan nümayəndə Endryu Qarbarino, Virciniyadan nümayəndə Rob Vittman, Miçiqandan nümayəndə Bill Huizenqa, Cənubi Dakotadan nümayəndə Dasti Conson, İllinoysdan nümayəndə Darin LaHood və Tennessidən nümayəndə Endi Ogles idi.

Hindistan yeni bazarlar axtarır

Hindistan, artan qlobal ticarət qeyri-müəyyənlikləri zamanı ABŞ-ın kəskin idxal tariflərinin təsirini kompensasiya etmək və ixrac istiqamətlərini genişləndirmək üçün növbəti bir neçə ay ərzində bir neçə sərbəst ticarət müqaviləsini yekunlaşdırmaq üçün səylərini sürətləndirib.

Təfərrüatlar hələ açıqlanmadığı üçün anonimlik şərti ilə danışan Hindistan rəsmilərinin sözlərinə görə, Yeni Dehli Avropa Birliyi, Yeni Zelandiya və Çili ilə qabaqcıl danışıqlar aparır və bu həftə Omanla yenilənmiş səylər çərçivəsində ilk müqaviləsini imzalamağa hazırlaşır. Rəsmilər bildiriblər ki, cümə axşamı Hindistan-Oman azad ticarət müqaviləsi və ya FTA imzalanarkən Baş nazir Narendra Modinin Omanın paytaxtı Maskatda olması gözlənilir. Rəsmilər bildiriblər ki, müqavilə ikitərəfli ticarəti artırmağı və Hindistanın mühəndislik malları, tekstil, əczaçılıq və kənd təsərrüfatı məhsulları ixracını təşviq etməyi hədəfləyir.

FTA müqavilələri qlobal təchizat zəncirlərinə daha dərin inteqrasiya, daha güclü ixrac artımı və davamlı iş yerlərinin yaradılması axtardığı üçün Hindistanın iqtisadi strategiyasının mərkəzi sütunudur. Tarifləri aşağı salmaqla və proqnozlaşdırıla bilən ticarət qaydalarını müəyyən etməklə, müqavilələr Hindistan bizneslərinin rəqabət qabiliyyətini qorumağa və yeni bazarlara çıxışı genişləndirməyə kömək edəcək.

Qlobal ticarətin getdikcə tarif mübahisələri və geosiyasi gərginliklər tərəfindən formalaşdığı bir vaxtda Hindistan daha geniş ticarət müqavilələri şəbəkəsinin xarici şokları yumşaltmağa və ixrac ambisiyalarını möhkəmləndirməyə kömək edəcəyinə bahis edir.

Tayvan ətrafında vəziyyət gərginləşir

Tayvanın silahlı qüvvələri Çinin “istənilən gözlənilməz hücumuna” tez bir zamanda cavab verə biləcək, çünki bütün bölmələr yuxarıdan əmr gözləmədən mərkəzləşdirilməmiş komanda rejimində fəaliyyət göstərə bilir. “Reuters” agentliyinin məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin ada parlamentinə təqdim etdiyi hesabatda deyilir.

Tayvan administrasiyası dəfələrlə Çinin müntəzəm təlimlərini qəfildən aktiv döyüş rejiminə keçirməyə cəhd edə biləcəyi ilə bağlı narahatlıqlarını bildirib. Agentliyin məlumatına görə, Çin qoşunları “demək olar ki, hər gün Tayvan ətrafında fəaliyyət göstərir”.

Tayvan təlimləri faktiki döyüşə səbəb olmayan, lakin adanın silahlı qüvvələrini yormağa yönəlmiş “boz zona təqibi və təzyiq kampaniyasının” bir hissəsi kimi qiymətləndirir. Onların daim hazırlıqlı olmağa məcbur olduqları deyilir. Tayvanın müdafiə naziri Vellinqton Ku çərşənbə günü hesabatla bağlı qanunvericilərin suallarını cavablandıracaq.

15 dekabrda Çin Müdafiə Nazirliyi Tayvanın baş naziri Lay Cinqdenin “Çinin yaratdığı təhlükəni şişirdir” və “hərbi qorxuları alovlandırdığını” bildirib. Bəyanatda ümid ifadə olunur ki, “Tayvanlı həmvətənlərimizin geniş kütlələri Tayvan hakimiyyətinin “müstəqillik müharibəsi” üçün qızğın hazırlıqlarının ifrat təhlükəsini və zərərliliyini aydın şəkildə başa düşürlər”.

Bu arada, Çin Xarici İşlər Nazirliyi Yaponiya Özünümüdafiə Qüvvələrinin Birgə Qərargah Rəislərinin keçmiş rəisi Şigeru İvasakiyə qarşı sanksiyalar elan etdi. “Bloomberg” agentliyinin məlumatına görə, sanksiyalar onun “Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr”lə əlaqələrinə görə tətbiq edilib.

Sanksiyalara Çində daşınan və daşınmaz əmlakın dondurulması, hüquqi və fiziki şəxslərin İvasaki ilə əməliyyatlar aparmasının qadağan edilməsi və onların Çinə girişinin qadağan edilməsi daxildir.

Şigeru İvasaki 2012-ci ildən 2014-cü ilə qədər Yaponiya Özünümüdafiə Qüvvələrinin Qərargah rəisi vəzifəsində çalışıb. Daha sonra o, Tayvan administrasiyasına müşavir təyin edilib.

Sanksiyalar Yaponiyanın Baş naziri Sanae Takaiçinin Tayvanda hərbi böhran baş verərsə, “mövcudluq təhlükəsi” barədə açıqlamasından sonra Pekin və Tokio arasında münasibətlərin pisləşməsi ilə bağlıdır. O, daha sonra Yaponiyanın “kollektiv özünümüdafiə” hüququnu elan etdi.

 

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1400280
azAZ