İran İsraillə 12 günlük müharibə zamanı ağır zərbələr aldı, qonşu ölkənin həm nüvə nüvə mərkəzləri dağıldı, həm də bu sahədə çalışan alim və generalların əhəmiyyətli hissəsi öldürüldü. Buna baxmayaraq, İran əvvəlki hərbi gücünü qaytarmağa çalışır. Müxtəlif ekspertlərin rəyinə görə, ballistik raket istehsalı nüvə silahı qədər təhlükə mənbəyi sayılır. Misal üçün ABŞ Müdafiə Nazirliyinin yayımladığı son hesabata görə, Çin Monqolustan sərhədinə yaxın ərazilərdə 100-dən çox qitələrarası ballistik raket yerləşdirib. Bu Vaşinqtonu ciddi narahat edir. Təsadüfi deyil ki, İran ballistik raketlərin istehsalında Çinlə əməkdaşlıq edir. İran İsraillə müharibədən sonra hərbi gücünü bərpa etmək üçün Çindən ballistik raketlər üçün minlərlə ton komponent sifariş edib. Bu komponentlər bərk yanacaqla işləyən raketlərin istehsalı üçün istifadə olunur.
Beləliklə, raket istehsalı sahəsində Çinlə əməkdaşlıq edən İrannın hərbi dairələri İsraillə 12 günlük müharibədən sonra ballistik raket istehsalını müharibədən əvvlki səviyyəyə çatdırmağa çalışırlar. Əgər İsrailin İrana qarşı müharibəsi bu ölkənin uranın zənginləşdirməsinə mane olmaq məqsədi daşıyırdısa, bu dəfə hədəf ballistik raket istehsalına mane olmaqdır. İsrailin baş naziri Benyamin Netanyahu İranın ballstik raket istehsalını ABŞ-a növbəti səfəri zamanı Ağ Ev sahibi Donald Trampla müzakirə edəcək. Netanyahu Trampı yenidən İrana zərbələr endirməyə inandırmağa çalışacaq. Tramp fərqli fikirdədir. O hesab edir ki, ABŞ-ın zərbələrindən sonra İranın yaxın illərdə uranı zəginləşdirmək potensialı yoxdur. Tramp administrasiyasını İranın ballistik raket proqramı narahat etmir. Buna görə də, İsrail İrana qarşı növbəti həmlə planı hazırlayarsa, bunu təkbaşına reallaşdırmalı olacaq.