Ay: Yanvar2026

Pekin Venesuellanı itirdi

ABŞ Prezdenti Donald Tramp son çıxışında Venesuelladan sonra növbənin Kuba, Meksika və Kolumbiyaya çatacağına işarə edib. Bu dövlətlər narahat olmalıdırlar. Dövlət katibi Marko Rubio Trampın özündən əvvəlki Prezidentlərdən fərqini belə qiymətləndirib: “Tramp nə deyirsə, onu da edir”.

ABŞ Kubada 1959-cu il inqilabından sonra Kastro rejimini devirmək üçün müxtəlif üsullara əl atdı, heç biri işə yaramadı, sonra SSRİ-nin “azadlıq adasından” nüvə başlıqlı raketlərini çıxarması qarşılığında Vaşinqton Kuba rejimini devirməyəcəyi vədini verdi. Ancaq bu vədlər tarixdə qalıb, SSRİ yoxdur, Kastro da, üstəgəl Kuba artıq Venesuelladan ucuz neft ala bilməyəcək və bu hal kubalıların sosial durumunu daha da ağırlaşdıracaq. Tramp və onun Kuba əsilli dövlət katibi Rubio bu durumdan öz məqsədləri üçün istifadə barədə düşünə bilərlər.

ABŞ xüsusi təyinatlıları Kolumbiyada keçmiş illərdə narkokartellərə qarşı müxtəlif əməliyyatlar həyata keçiriblər. 1990-cı illərin əvvəllərində məşhur kolumbiyalı narkobaron Pablo Eskobara qarşı əməliyyatda amerikalı hərbi mütəxəssislər də iştirak ediblər. Kolumbiyanın hazırki Prezidenti solçu və partizan hərəkatının keçmiş üzvü Qustavo Petrodur. O Venesuella Prezidenti Nikolas Maduronun oğurlanmasına ən sərt reaksiya verən dövlət başçılarındandır. Bu baxımdan Kolumbiyanı ram etmək asan olmayacaq. Meksikaya gəldikdə, ABŞ-ın bu ölkənin narkokartelləri ilə mübarizə təcrübəsi var, indinin özündə Amerika həbsxalanalrında kifayət qədər meksikalı narkotacirlər var.

Son hadisələrdən ən çox narahat olan ölkələrin başında Çin gəlir. Bunun bir neçə səbəbi var. Birincisi, Pekin Maduro ilə razılaşma əsasında Venesuella neftinin əsas alıcılarından idi. İkincisi, Çin şirkətləri Maduronin xeyri-duasıyla Venesuellanın nadir torpaq elementlərinin çıxarılması layihələrinə cəlb olunmuşdular. Pekində düşünürlər ki, Venesuellaya Amerikanın dəstək verdiyi siyasətçi rəhbər təyin olunarsa, Çin bu Latın Amerika ölkəsinin zənginliklərindən faydalana bilməyəcək. Halbuki, Tramp son çıxışında ABŞ-ın Venesuella neftinə sahib olmasından sonra bu ölkənin Çinə də neft satmaqda davam edə biləcəyini vurğulayıb. Çətin Pekin bu vədə inansın. Çünki, Trampın əsas hədəfi Rusiya deyil, Çindir və Ağ Ev sahibi müxtəlif çıxışlarında bunu gizlətməyib. Pekin Venesuella cəmiyyətinin Vaşinqtonun hökmranlığına müqavimət göstərməsini istəyir. Ancaq hələ ki, Veneseullada Amerikaya etiraz səsləri eşidilmir. Pekin başqa cəhdlərə də əl atıb. Çin Vaşinqtondan Maduro və onun həyat yoldaşını azad etməsini istəyib. Pekin baş verənlərin BMT Təhlükəsizlik Şurasında müzakirəsini də tələb edib. Pekin əlindən gələni edəcək ki, Trampın Venesuella əməliyyatı ABŞ-a siyasi və iqtisadi mənada baha başa gəlsin, bu ölkə Amerika üçün ikinci İraqa və ya Əfqanıstana çevrilsin.

Bu arada, Pekin Tayvan adası ətrafında hərbi gəmilərinin və hərbi təlimlərinin sayını artıracaq. Venesuellada baş verənlərin fonunda Çin hakimiyyəti Tayvanı nəzarətə götürmək planlarını reallaşdırmaq barədə də düşünə bilər. Məntiq sadədir: “ABŞ beynəlxalq hüquqa zidd olaraq Venesuellaya müdaxilə edirsə, Çinin də özünə aid adanı ram etmək hüququ var”. Ancaq məsələ burasındadır ki, Tramp administrasiyasi Tayvanı da özününkü sayır və adanı Çinə təhvil vermək kimi planı yoxdur.

Tramp aktivləri blokladı

Prezident Donald Tramp cümə günü ABŞ-ın fotonika şirkəti olan HieFo Corp-un Nyu-Cersi ştatında yerləşən aerokosmik və müdafiə üzrə ixtisaslaşmış Emcore şirkətində 3 milyon dollarlıq aktivlərin əldə edilməsini bloklayıb. Bu, milli təhlükəsizlik və Çinlə bağlı narahatlıqları əsas gətirərək edilib.

Ağ Ev tərəfindən dərc edilən yeni sekmənin açılışında Tramp HieFo-nun “Çin Xalq Respublikasının vətəndaşı tərəfindən idarə olunduğunu” və 2024-cü ildə Emcore-un bizneslərini satın almasının prezidentin “ABŞ-ın milli təhlükəsizliyinə xələl gətirə biləcək tədbirlər görə biləcəyinə” inandırdığını bildirib. Sərəncamda şəxsin adı və ya Trampın narahatlıqları barədə ətraflı məlumat verilməyib. “Əməliyyat bununla qadağandır”, – deyə Tramp bildirib və HieFo-ya 180 gün ərzində “Emcore Aktivlərindəki bütün maraq və hüquqlardan, harada olursa olsun, imtina etməyi” əmr edib.

Xəzinədarlıq Departamentinin Trampın əmrindən sonra verdiyi açıqlamada bildirilir ki, ABŞ-da Xarici İnvestisiyalar Komitəsi milli təhlükəsizlik riski aşkar edib və müqavilənin araşdırılmasında yeni səhifə açıb. Bəyanatda milli təhlükəsizlik riski göstərilməyib. HieFo və Emcore şirkətləri ilə dərhal əlaqə saxlanılıb və cümə günü axşam saatlarında veb saytlarında heç bir reaksiya paylaşmayıblar.

Sövdələşmə zamanı açıq şəkildə ticarət edilən və daha sonra özəlləşdirilən Emcore, HieFo-nun çip biznesini və indium-fosfid vafli istehsalı əməliyyatlarını 2,92 milyon dollara satın aldığını bildirib. HieFo o vaxt bildirmişdi ki, şirkətin həmtəsisçisi Emcore-un mühəndislik üzrə keçmiş vitse-prezidenti Genzao Zhang və LinkedIn profilində Emcore-un keçmiş baş satış direktoru kimi təsvir edilən Harry Mooredur.

Myanma enerji ehtiyatlarını artırır

Myanma təbii qaz hasilatını daha da artırmaq üçün Çin, Hindistan, Tayland, Rusiya və Yaxın Şərq ölkələri ilə əməkdaşlıq edir.

Hazırda Myanma və Tayland Ayeyawady və Mottama çöküntü hövzələrində, eləcə də Myanmanın əlaqəli dəniz ərazilərində neft və təbii qaz layihələrinə birgə investisiyaları genişləndirirlər. Bundan əlavə, Hindistanın Andaman adaları yaxınlığındakı ərazilərdə neft və qaz kəşfiyyatı və qazma işləri apardığı bildirilir.

Myanma dəniz neft və təbii qaz layihələrində Çin, Hindistan, Tayland, Rusiya və Yaxın Şərq ölkələri ilə əməkdaşlığı gücləndirir. Mənbələr bildirib ki, Myanmada, eləcə də Çin və Taylandda təbii qaza tələbat artmaqda davam etdikcə, Myanmanın dəniz bloklarından təbii qaz hasilatını daha da artırmaq üçün Çinlə texnologiya və kapital qoyuluşu sahəsində əməkdaşlıq etmək planları hazırlanır.

Qabaqcıl texnologiyaların tətbiqi ilə yetkin neft və qaz layihələrində istehsalın artırılması, Myanma-Çin xam neft boru kəməri vasitəsilə təchiz edilən xam neftdən istifadə edərək yeni neft emalı zavodunun birgə tikintisi, neft emalı zavodlarının və gübrə zavodlarının modernləşdirilməsi və tikintisi, eləcə də investisiyaların artırılması üçün şərait yaradılması ilə bağlı müzakirələr də aparılıb. Məlumata görə, Myanma və Çin hökumətləri arasında bu təşəbbüslər üzrə əməkdaşlıq çərçivələri də müzakirə olunub.

Dialoq əhəmiyyətlidir

Bu il may ayında 87 saat davam edən müharibədən sonra Hindistan və Pakistan arasında ilk yüksək səviyyəli təmas olub. Bir neçə gün əvvəl Pakistan Milli Assambleyanın spikeri Ayaz Sadiq Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla Dəkkədə Banqladeşin ilk qadın baş naziri olmuş Begüm Xalidənin dəfn mərasimində bir-birinin əlini sıxıb. Pakistan Milli Assambleyasının yaydığı məlumatda bildirilib ki, Cayşankar Sadiklə təkcə əl sıxmayıb, eyni zamanda özünü təqdim edərək spikeri tanıdığını bildirib.

Açıqlamada vurğulanır ki, bu qarşılıqlı təmas 2025-ci ilin mayında baş vermiş Pakistan–Hindistan münaqişəsindən sonra Hindistan tərəfindən təşəbbüs göstərilən ilk mühüm yüksək səviyyəli əlaqə olub.

Pakistan Milli Assambleyasının məlumatında qeyd edilir ki, İslamabad dialoqun və əməkdaşlığın, o cümlədən Pahalqamda iddia olunan təxribatla bağlı sülh danışıqları və birgə araşdırmaların aparılmasının vacibliyini ardıcıl şəkildə vurğulayaraq, gərginliyin qarşısının alınmasına çağırır.

Dehli İslamabadla dialoqun əleyhinə deyil. İki ölkə arasında münasibətlərin normallaşması hər iki ölkənin maraqlarına cavab verir. Hindistanla Pakistan arasında münasibətlərinn normallaşması Avrasiya bölgəsi üçün də əhəmiyyətlidir.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1399244
azAZ