Birləşmiş Ərəb Əmirlikləri alternativlər axtarır

Amerika Birləşmiş Ştatları İranla müharibə zamanı Körfəz ölkələrindəki müttəfiqlərinin tam qoruya bilmədi. Körfəz ölkələri İranın raket və dron zərbələrinə tuş gəldilər. Digər tərəfdən Vaşinqton Körfəz ölkələri liderlərinin “müharibəyə başlamayın” çağırışlarını qulaqardına vurdu. Çünki, həmin ölkələr müharibə zamanı İranın onlara zərbə endirəcəyini proqnozlaşdırırdılar. Həqiqətən müharibə günlərində ABŞ hərbçiləri itki vermədi, əsas olaraq Körfəz ölkələrinin əraziləri zərbə altında qaldılar. Buna görə də müharibə davam edərkən, Körfəz ölkələri təhlükəsizlik təminatı baxımından alternativlər barədə düşünmək məcburiyyətində qaldılar. Misal üçün müharibə günlərində Səudiyyə Ərəbistanında bölgə ölkələri rəsmilərinin görüşü keçirildi. Bu müzakirələr gələcəkdə genişlənə bilər.

Alternativ axtarışına çıxan ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Çünki, İranın raket və dron zərbələrinə ən çox məruz qalan məhz bu ölkə idi. Bu səbəbdən Birləşmiş Ərəb Əmirlikləri İsraillə hərbi əməkdaşlığı genişləndirdi. ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsrailin İranla yaşanan müharibə zamanı Birləşmiş Ərəb Əmirliklərinə “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemləri və bu sistemləri idarə edəcək heyət göndərdiyini açıqladı. Vaşinqton Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında artan hərbi əməkdaşlığı dəstəklədi. İki ölkə arasındakı normallaşma prosesi Donald Trampın ilk prezidentlik dövründə, 2020-ci ildə imzalanan “İbrahim razılaşmaları” ilə başlamışdı.

Birləşmiş Ərəb Əmirlikləri hazırda İsraillə hərbi əməkdaşlıqla kifayətlənməyib. “Röyters” agentliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri Hindistanla hava müdafiə sistemlərinin alınmasıyla bağlı danışıqlara başlayıb. Birləşmiş Ərəb Əmirlikləri Hindistanda istehsal olunan müxtəlif tip raketlərə də maraq göstərir.

Hindistanın İranla iqtisadi münasibətlərinə baxmayaraq, Körfəz ölkələri ilə də əməkdaşlığa xüsusi əhəmiyyət verir. Hindistan Körfəz ölkələrindən yanacaq alır. Digər tərəfdən Birləşmiş Ərəb Əmirlikləri Hindistana 75 milyard dollar həcmində yatırım qoymağı planlaşdırır. Bu səbbədən Yeni Dehli Körfəz ölkələri ilə hərbi əməkdaşlıəa da genişləndirməyə hazırdır. Hindistanın baş naziri Narendra Modinin müharibədən əvvəl Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə səfəri zamanı Körfəz siyasətinin onun üçün prioritet olduğunu nümayiş etdirmişdi.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 494
Bugun 17
Umumi 1385788
azAZ