Ay: İyun2026

Birgə hərbi təlimlər və Avropanı gözləyən təhlükə

Rusiya və Çinin Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Yapon dənizində birgə hərbi təlimləri Tokionun narahatlığına səbəb olub. Rusiya və Çin hər ilin bu vaxtı Yapon dənizində birgə hərbi təlimlər keçirir və bu təlimlər hər dəfəsində Yaponiyanın narahatlığına səbəb olur. Çünki, təlimlər Yapon sahillərinə yaxın ərazilərdə keçirilir.

Rusiya və Çinin hərbi gəmiləri ilə yanaşı iki ölkənin hərbi təyyarələri də təlimlərdə iştirak edib. Yaponiya bu səbəbdən qırıcı təyyarələrini havaya qaldırmaq məcburiyyətində qalıb. Rusiya və Çinin hərbi təyyarələri Yaponiyanın Sikoku adasına yaxınlaşıblar. Rusiya-Çin birgə hərbi təlimləri Yaponiya ilə yanaşı Cənubi Koreyanı da narahat edib. Rusiya və Çinin hərbi təyyarələri hərbi təlimlər zamanı Cənubi Koreyanın da hava sahəsinə yaxınlaşıblar. Cənubi Koreya Rusiya və Çinə rəsmi etirazını bildirib. Rusiya və Çinin Müdafiə Nazirlikləri birgə hərbi təlimlərin üçüncü dövlətlərə qarşı yönəlmədiyini söyləsələr də, hərbi gəmilərin və hərbi təyyarələrin bölgə ölkələrinin sərhədlərinə yaxınlaşdıqlarına görə, bu, gərginliyin artmasına səbəb olub.

Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın Asiya və Sakit Okean bölgəsində Çinlə birgə hərbi təlimlər keçirməsinin birinci səbəbi Pekinlə hərbi tərəfdaşlığı gücləndirmək, ikinci səbəbi ABŞ-ın bölgədəki müttəfiqlərini qorxutmaqdır.

Pentaqon Rusiya və Çin birgə hərbi təlimlərini diqqətlə izləyir. ABŞ bu təlimlərdən ehtiyatlanan ölkələrin müdafiəsini gücləndirməkdədir. ABŞ bugünlərdə Filippinə dəniz dronları verib. Bu isə Pekinin narahatlığına səbəb olub. Çünki, Çinlə Filippin arasındakı münasibətlərdə problemlər var. İki ölkənin hərbi gəmiləri Cənubi Çin dənizində bir-birinə yaxın məsafələrdə üzürlər və bunun nəticəsində gərginlik yaranır. “Bloomberg” agentliyinin yaydığı məlumata görə, ABŞ Filippinə hərbi dəstəyini artırmaqda davam edəcək. Penqaton bu dəstəyin bölgədə sabitliyə xidmət etdiyini bəyan edib. Bu o deməkdir ki, ABŞ-Filippin hərbi müttəfiqliyi Çini bölgədəki hərbi planladırdan çəkindirməlidir.

Buna baxmayaraq, Tayvanla bağlı vəziyyəti gərginliyini qoruyur. Pekin Tayvanı Çinə birləşdirmək planlarından imtina etməyib. Mövcud vəziyyət bölgə ölkələri və ABŞ-la yanaşı Avropa İttifaqını da narahat edir. Brüssel bölgədəki qeyri-müəyyənlikdən ehtiyat edir. Avropa rəsmiləri ABŞ və Çin liderləri arasında yaxınlaşmanın çəkindirməni zəiflədə biləcəyindən və Pekinin Tayvana qarşı mövqeyini gücləndirə biləcəyindən narahatdırlar. Bəzi avropalı siyasətçilər Trampın ABŞ-Çin münasibətlərini sabitləşdirmək səylərinin bir hissəsi olaraq Si Cinpinlə daha geniş danışıqlar apara biləcəyindən qorxurlar. Brüsseldəki narahatlıq diplomatik əlaqələrin özündən daha çox onun potensial nəticələri ilə bağlıdır. Avropa ABŞ-Çin münasibətlərində mərkəzi rol oynamasa da, köhnə qitənin istehsal sektoru və təchizat zəncirləri zərər görə bilər. Tayvanla bağlı münaqişə baş verərsə, Avropa ən böyük iqtisadi şoklarından biri ilə üzləşəcək. Avropa Birliyi üçün Tayvan Hind-Sakit Okean regionunda uzaq təhlükəsizlik problemindən daha çox məna kəsb edəcək. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ və Çin arasında Tayvan uğrunda müharibə Avropa İttifaqına yalnız ilk il ərzində təxminən 2 trilyon dollar iqtisadi itkiyə səbəb olacaq. Tayvan Avropa istehsalını dəstəkləyən təchizat zəncirlərinin mərkəzində yerləşir, Almaniyanın ixrac yönümlü sənaye modeli isə Şərqi Asiya istehsal şəbəkələri ilə dərin inteqrasiya olunmuş olaraq qalır. Tayvan boğazındakı bir pozuntu logistika, sənaye girişləri və texnologiya təchizat zəncirlərində əks-səda verəcək və Avropa istehsalı üçün dərhal nəticələrə səbəb olacaq.

Müharibələr qənaət rejimini diqtə edir

Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik enerji daşıyıcılarının qiymətlərinə təsir etməklə yanaşı, bir sıra ölkəni qənaət rejiminə keçməyə vadar edib. Misal üçün Qazaxıstan üçüncü ölkələrdən yanacaq idxalına rüsumları bir il müddətinə ləğv etməyi planlaşdırır. Bu barədə ölkənin ticarət və inteqrasiya nazirinin müavini Janel Kuşukova məlumat verib. O, bunun ilk növbədə Çinlə bağlı olduğunu və Astananın Rusiyadakı vəziyyətə görə bu addımı atdığını söyləyib.

Qazaxıstanda müəyyən növ neft məhsullarının avtomobil yolu ilə ixracına qadağa qoyulub. Həmin məhsullar dəmir yolu ilə də ixrac edilə bilməz. Qazaxıstanın baş naziri Oljas Bektenov ixrac səbəbindən yanacaq çatışmazlığının qarşısını almaq üçün sərhəd nəzarətinin daha sərtləşdirilməsini tələb edib.

Bu arada, dünyanın nə böyük neft alıcısı ölkəsi olan Çin neftdən asılılığı azaltmaq istəyir. Bunun səbəbi regional müharibələrdir. Pekin Yaxın Şərq böhranının Asiya ölkələrinin enerji strategiyalarının zəif cəhətlərini üzə çıxardığı qənaətindədir. Hörmüz boğazından neft və qaz tədarükündən yüksək asılılıq Asiya-Sakit okean ölkələrində yanacaq qiymətlərinin sürətlə artmasına səbəb olub. “Reuters” agentliyinin məlumatına əsasən Asiya ölkəsinin beş illik inkişaf planında neftdən asılılığını azaltmaq hədəfi var. Çin 2030-cu ilə qədər elektrik enerjisinin 50 faizini alternativ mənbələrdən əldə etməyi hədəfləyir. Çin hakimiyyəti İranda uzun sürən müharibənin yaratdığı yanacaq böhranından sonra enerji keçidini sürətləndirməyə çalışır. Həmin vaxta qədər neft də daxil olmaqla ənənəvi xammalın payının azalacağı gözlənilir. Çində kömür istifadəsi 2030-cu ildə pik həddə çatacaq, bundan sonra onun payı tədricən azalacaq.

Beləliklə, iqtisadi artım səbəbindən enerjiyə böyük tələbatları olan Çin və Hindistan da daxil olmaqla Asiya ölkələri enerji keçidini sürətləndirməyi planlaşdırırlar. Bu ölkələr günəş və külək enerjisinin payını artırmaqla optimal enerji strategiyası formalaşdıracaqlar. Bu günün reallığıdır. Çin İrandakı müharibədən əvvəl də dünyanın ən böyük neft ehtiyatını yaratmışdı. Ancaq böhran uzandıqca ehtiyatlar da tükənməyə başlayıb.

Украина активизировала свою политику в Центральной Азии и на Южном Кавказе

Заместитель Министра иностранных дел Украины Олександр Мищенко на этой неделе совершил очередное региональное турне странами Центральной Азии, осуществив визиты в Таджикистан и Туркменистан. Ранее, в апреле текущего года, Олександр Мищенко посетил две другие центрально-азиатские страны: Казахстан и Узбекистан.

Киев делает акцент на углубление партнерств со странами Центральной Азии, исходя из значительного потенциала для расширения взаимовыгодного сотрудничества не только со странами региона, но также с другими региональными партнерами.

Следует отметить, что 16 ноября 2025 года на VII Консультативной встрече глав государств Центральной Азии Азербайджан стал полноправным участником формата Центральная Азия +, что позволило укрепить отношения между Центральной Азией и Южным Кавказом. Недавний визит Президента Туркменистана Сердара Бердымухамедова в Азербайджан еще больше способствовал сближению двух государств и укреплению взаимодействия между двумя соседними регионами.

Украина имеет колоссальный неиспользованный потенциал в отношениях со странами региона. Следует напомнить, что только лишь с одним Туркменистаном Украина имела объем двустороннего товарооборота в 2006 году около 6 миллиардов долларов США, прежде всего за счет значительных поставок туркменского газа в Украину.

Это лишь один пример из значительного количества сегментов, где имеется существенный потенциал для активизации сотрудничества.

Украина, которая за последние несколько недель перебрала стратегическую инициативу в противодействии широкомасштабной российской агрессии, продолжает наращивать взаимовыгодные отношения со странами Южного Кавказа и Центральной Азии.

На это есть несколько причин.

Во-первых, несмотря на продолжение экономического сотрудничества с Китаем и Россией, страны Центральной Азии и Южного Кавказа выражают последовательную поддержку суверенитета и территориальной целостности Украины. Киев много раз выражал искреннюю благодарность за эту позицию, а также за предоставление гуманитарной помощи, восстановление энергетики, оздоровление украинских детей и другую помощь от государств Центральной Азии и Южного Кавказа. Важной составляющей также является взаимная поддержка в рамках международных организаций, где наметились позитивные тенденции.

Во-вторых, страны региона заинтересованы в развитии новых транспортных коридоров через Украину на европейские рынки, что позволяет существенно нарастить объемы торговли, а также получить инвестиции и технологии от европейских партнеров. Именно поэтому, Олександр Мищенко детально обсудил в Душанбе и Ашхабаде возможности для более эффективного использования Транскаспийского коридора.

В-третьих, центрально-азиатские страны заинтересованы в расширении работы украинских компаний, которые много лет успешно работают в странах региона и реализовали много масштабных проектов, от строительства аэропортов, мостов, эстакад, дорог до возведения высокотехнологичных заводов. Договоренности Олександра Мищенко с таджикскими и туркменскими партнерами о возобновлении работы совместных межправительственных комиссий и деловых советов направлены на активизацию деловой активности и использование значительного потенциала в этой сфере.

В-четвертых, Азербайджан, а также страны Центральной Азии, прежде всего Казахстан и Туркменистан, обладают огромными запасами нефти и газа, что делает их естественными партнерами Украины в энергетической сфере.

В-пятых, традиционно Украина выступала основным поставщиком зерна и продуктов питания в страны Центральной Азии и Южного Кавказа, поскольку украинская продукция пользуется большим спросом в жителей региона. Очевидно, настало время возобновить и нарастить объемы поставок украинских товаров и продуктов в страны региона.

Безусловно, важным направлением развития отношений между странами является активизация политических контактов, а также культурно-гуманитарное сотрудничество.

Таким образом, региональное турне Олександра Мищенко в Таджикистан и Туркменистан создало условия для организации визитов более высокого уровня.

С уверенностью можно сказать, что активизация экономического сотрудничества, развитие транспортных коридоров, участие украинских компаний в масштабных инфраструктурных проектах, а также углубление культурных связей будет способствовать формированию новых мостов дружбы между Украиной и странами Южного Кавказа и Центральной Азии. Именно через дружбу, взаимоуважение и поддержку друг друга Украина и ее партнеры в регионе способны обеспечить долгосрочные взаимовыгодные отношения, стабильность и процветание.

Визиты заместителя министра Олександра Мишенко в страны региона отражают взгляд Киева в плане сотрудничества на текущий период, а также на послевоенный. Украина планирует расширять сотрудничество со странами Южного Кавказа и Центральной Азии, не дожидаясь окончания войны. Киев осознает роль Азербайджана как моста между Южным Кавказом и Центральной Азией. Украина заинтересована  в использовании энергетических и транспортных возможностей Азербайджана, своего главного партнера на Южном Кавказе. Это также отвечает интересам Азербайджана. Впереди еще много работы, но приложив необходимые усилия стороны смогут существенно расширить взаимовыгодные отношения и реализовать значительный потенциал и неиспользованные возможности.

Россия уже пятый год разрушает украинские города, села и деревни, убивая людей и разрушая инфраструктуру. Украина продолжая  сопротивление агресии России, в то же самое время предпринимает необходимые меры по восстановлению разрушенной инфраструктуры. 25 июня в польском городе Гданьске, состоялась Конференция по восстановлению Украины. На конференции было объявлено, что Европейский Союз в 2026-2027 годах привлечет 90 миллиардов евро для финансирования Украины. В конференции также принял участие министр иностранных дел Джейхун Байрамов. Это означает, что Азербайджан также примет участие в восстановлении разрушенных городов и инфраструктуры Украины.

 

 

Ukrayna Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini fəallaşdırıb

Böyük dövlətlərin Mərkəzi Asiyaya marağı artdığı dönəmdə, Ukrayna da bölgə ölkələri ilə əməkdaşlığı genişləndirməyə çalışır. Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonun bir neçə gün əvvəl Türkmənistan və Tacikistana səfəri bundan xəbər verir. Türkiyə və Azərbaycanda səfir işləmiş Mişenko aprel ayında Qazaxıstan və Özbəkistana səfər etmişdi. Mişenkonun Astana və Daşkənddə müzakirə etdiyi əsas mövzular nəqliyyat xətləri, o cümlədən Ukrayna ilə ticarət əlaqələrinin inkişafı olmuşdu.

Kiyev Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığın dərinləşdirilməsinə qərar verib. Azərbaycan 16 noyabr 2025-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Mərkəzi Asiya formatının tamhüquqlu iştirakçısına çevrilib və bu amil Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında münasibətləri daha da gücləndirib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana son səfəri iki dövlət arasında tərəfdaşlığat əhəmiyyətli töhfə verib və bu hal iki qonşu bölgə arasında əməkdaşlığı gücləndirib. Bu prosesi Ukraynanın siyasi dairələrində diqqətlə izləyirlər.

Ukraynanın region ölkələri ilə münasibətlərində istifadə olunmamış böyük potensialı var. Ukraynanın 2006-cı ildə təkcə Türkmənistanla təxminən 6 milyard dollar dəyərində ikitərəfli ticarəti olub ki, bu da əsasən Türkmənistan qazının Ukraynaya əhəmiyyətli dərəcədə tədarükü ilə bağlı idi. Bu, əməkdaşlığın intensivləşdirilməsi üçün əhəmiyyətli potensialın olduğu bir sıra sahələrin yalnız bir nümunəsidir. Rusiyanın genişmiqyaslı təcavüzünə qarşı strateji təşəbbüsü ələ keçirən Ukraynanın ABŞ və Avropa ilə yanaşı Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı faydalı münasibətlər qurmasının bir neçə səbəbi var.

Birincisi, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri Çin və Rusiya ilə iqtisadi əməkdaşlıqlarına baxmayaraq, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl dəstək ifadə edirlər. Kiyev bu mövqeyə, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərindən aldığı humanitar yardım, enerji avadanlıqları, ukraynalı uşaqlar üçün səhiyyə və digər yardımların göstərilməsinə görə tərəfdaşlarına minnətdardır. Ukrayna Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin artırılmasından da məmnundur.

İkincisi, bölgə ölkələri Ukraynadan Avropa bazarlarına yeni nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində maraqlıdırlar ki, bu da ticarət həcmini əhəmiyyətli dərəcədə artıracaq və Avropa tərəfdaşlarından investisiya və texnologiya cəlb edəcək. Bu səbəbdən Aleksandr Mişenko Düşənbə və Aşqabadda Transxəzər Dəhlizindən daha səmərəli istifadə imkanlarını ətraflı müzakirə edib.

Üçüncüsü, Kiyev Mərkəzi Asiya ölkələri uzun illərdir regionda uğurla fəaliyyət göstərən və hava limanlarının, körpülərin, yol ötürücülərinin və yolların tikintisindən tutmuş yüksək texnologiyalı fabriklərin tikintisinə qədər çoxsaylı irimiqyaslı layihələr həyata keçirən Ukrayna şirkətlərinin bölgə ölkələrində çalışmalarını genişləndirmələrində maraqlıdır. Oleksandr Mişşenko Tacikistan və Türkmənistan tərəfdaşları ilə hökumətlərarası komissiyaların və biznes şuralarının bərpası ilə bağlı razılaşmaları, biznes fəaliyyətini stimullaşdırmaq və bu sahədə əhəmiyyətli potensialdan istifadə etməyi müzakirə edib.

Dördüncüsü, Azərbaycan, eləcə də Mərkəzi Asiya ölkələri, əsasən Qazaxıstan və Türkmənistan geniş neft və qaz ehtiyatlarına malikdir və bu da onları Ukrayna üçün enerji sektorunda təbii tərəfdaşlara çevirir.

Beşincisi, Ukrayna ənənəvi olaraq Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə taxıl və ərzaq məhsullarının əsas təchizatçısı olub. Ukrayna mal və məhsullarının Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə ixracını artırmağı planlaşdırır. Ukrayna məhsullarına yüksək tələbat var. Kiyev eyni zamanda bölgə ölkələri ilə mədəni və humanitar əməkdaşlığın intensivləşdirilməsini də əsas istiqamət kimi görür.

Beləliklə, nazir müavini Oleksandr Mişenkonun bölgə ölkələrinə səfərləri Kiyevin indiki dövrlə yanaşı post-müharibə dövrünə baxışını təcəssüm etdirir. Ukrayna müharibənin nə zaman sona çatacağı tarixi gözləmədən Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Kiyev Azərbaycanın Cənubi Qafqazla Mərkəzi Asiya arasında körpü rolunu oynadığının fərqindədir. Ukrayna Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Azərbaycanın enerji və nəqliyyat imkanlarından daha çox faydalanmaq istəyir. Bu Azərbaycanın da maraqlarına uyğundur. Qarşıda hələ çox iş var, tərəflər qarşılıqlı faydalı münasibətləri əhəmiyyətli dərəcədə genişləndirə və istifadə olunmamış imkanları reallaşdıra bilərlər.

Rusiya beşinci ildir ki, Ukraynanın şəhərlərinə, qəsəb və kəndlərinə dağıdıcı zərbələr endirir, nəticədə insanlar ölür və infrastruktur sıradan çıxarılır. Ukrayna Rusiyaya qarşı müqavimətini davam etdirməklə yanaşı eyni zamanda, dağıdılmış infrastrukturun bərpası üçün lazımi tədbirlər görür. Bu səbəbdən 25 iyunda Polşanın Qdansk şəhərində Ukraynanın Bərpa Konfransı keçirilib. Konfransda Avropa İttifaqının Ukraynanın 2026-2027-ci illərdə maliyyələşdirilməsinə 90 milyard avro cəlb ediləcəyi açıqlanıb. Həmin konfransda xarici işlər naziri Ceyhun Bayramov da iştirak edirdi. Bu o deməkdir ki, Ukraynanın dağıdılmış şəhələrinin və infrastukturunun bərpasında Azərbaycan da iştirak edəcək.

Marko Rubio Trampın Hindistana gələcək səfərini hazırlayır

ABŞ dövlət katibi Marko Rubionun verdiyi açıqlamaya görə, Prezident Donald Tramp gələn ilin əvvəlində Hindistana səfər edəcək. Halbuki, Trampın səfəri daha erkən tarixdə gönlənilirdi. Rubio onu da deyib ki, Trampdan əvvəl o Hindistana səfər edərək Prezidentin Yeni Dehlidə müzakirə edəcək mövzuları müəyyənləşdirməlidir.

İki ölkə arasında ticarət sazişinin imzalanması yubanıb. Rubio bu mövzuya da toxunaraq saziş üzərində çalışmaların davam etdiyini bildirib. Rubio danışıqlarda irəliləyişin əldə edildiyini vurğulayıb. Ticarət sazişinin imzalanmasının gecikməsinə baxmayaraq, dövlət katibi ölkəsinin Hindistanla münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini söyləyib. Hindistanın baş naziri Narendra Modi bir neçə gün əvvəl Fransada “böyük yeddilərin” toplantısı çərçivəsində Donald Trampla görüşmüşdü. Ağ Ev sahibi həmin görüşdən məmnun qaldığını söyləmişdi. Yeni Dehli ABŞ-la ticarət sazişinin imzalanmasında maraqlıdır. Çünki saziş imzalanmadıqca iki ölkə arasında münasibətlərdə inamsızlıq mühiti davam edəcək. Yeni Dehli Trampın Hindistan məhsullarına yüksək gömrük rüsumlarını tətbiq edəcəyindən və Pakistanla tərəfdaşlığı gücləndirməsindən narahatdır. Əslində dövlət katibi Marko Rubio bir neçə ay əvvəl Hindistana səfər edərək, münasibətlərdəki gərginliyi azaltmağa çalışımışdı. Ancaq ABŞ Hərbi Dəniz Qüvvələrinin Körfəzdə açdığı atəş nəticəsində üç hindli dənizçisinin həlak olması münasibətləri yenidən gərginləşdirmişdi. Hindistan Xarici İşlər Nazirliyi ticarət gəmisinə edilən hücumla bağlı ABŞ-nin müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq rəsmi etirazını bildirmişdi.

Yeni Dehli Vaşinqtonun siyasətindən narazı qaldığı kimi, Vaşinqton da Hindistanla Rusiya arasında enerji əməkdaşlığından narahatdır. Bunun səbəbi Yaxın Şərqdə gərginləşən vəziyyətdir. Hindistan Körfəz ölkələrindən ala bilmədiyi nefti Rusiyadan alır və bu həcm getdikcə artır. Hindistan iyun ayında Rusiyadan gündəlik 2.55 milyon barel neft alıb. Bu Hindistanın may ayında Rusiyadan aldığı neftin həcmindən çoxdur. Rusiyanın Hindistanın ümumi neft idxalında payı tədricən 50 faizə yaxınlaşıb. Yaxın Şərqdəki gərginlikdən əvvəl əvvəl bu rəqəm orta hesabla cəmi 23 faiz təşkil edirdi. “Röyters” agentliyinin məlumatına görə, Rusiyanın Hindistana kömür ixracı da artıb. Hindistan polad istehsalı üçün metallurgiya kömürünə xüsusi maraq göstərir. Bu, Hindistanın 2035-ci ilə qədər polad istehsalını ildə 168 milyon tondan 400 milyon tona qədər artırmaq planları ilə əlaqədardır.

Vaşinqton İran müharibəsindən əvvəl Hindistanın Rusiyadan neft alışını azatmasını istəmişdi. Ancaq müharibə zamanı enerji qıtlığı səbəbindən Vaşinqton Hindistanın Rusiyadan neft alışına etiraz etmədi. Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ölkəsinin Rusiyadan neft alışını davam etdirəcəyini bildirib. Hindistanın Rusiyadan neft alışını azaltması üçün Yaxın Şərqdə vəziyyət sabitləşməli, gəmilərin Hörmüz boğazına rahat girişi və çıxışı təmin edilməlidir. Bu baş verməyənə qədər Hindistan Rusiyadan enerji daşıyıcıları almaqda davam edəcək. Vaşinqton bu gedişatdan narahat olsa da, reallığı qəbul edib ki, Prezident Donald Tranmpın Yeni Dehliyə səfərinə hazırlıq işləri gedir.

Sanae Takaiçi Hindistana səfərə hazırlaşır

Yaponiyanın baş naziri Sanae Takaiçi iyulun əvvəlində Yeni Dehlidə hindistanlı həmkarı Narendra Modi ilə görüşəcək. Yaponiya baş nazirinin üç günlük səfəri zamanı iki hökumət arasında anlaşma memorandumu mübadiləsi imzalanacaq. Müzakirələrin Hindistanın şimal-şərqindəki Assam əyalətinin böyük şəhəri olan Quvahatidə keçirilməsi planlaşdırılır.

Yaponiya və Hindistan hökumətləri ekoloji cəhətdən təmiz enerji mənbəyi kimi qəbul edilən bioqazla işləyən nəqliyyat vasitələrinin təşviqi üçün bir çərçivə yaradacaqlar. Tərəflər Hindistanda sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələri üçün fermentləşdirilmiş inək peyinindən metan istehsal edən zavodların sayını 1000-ə çatdırmağı hədəfləyəcəklər. Hindistanın minik avtomobilləri bazarında ən böyük paya sahib olan Yaponiyanın Suzuki Motor şirkəti bu çərçivədə əməkdaşlıq edəcək. Hindistanda Suzuki Yaponiya hökumətinin Global South subsidiyaları ilə bioqaz istehsalına başlayıb. Şirkət Hindistanda yeni avtomobil satışlarının 20%-dən çoxunu təşkil edən sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələrini daha da təşviq etməyi hədəfləyir.

Təxminən 1,4 milyard əhalisi olan Hindistan, Çin və ABŞ-dan sonra dünyanın üçüncü ən böyük enerji istehlakçısı ölkəsidir, lakin xam neft idxalından çox asılıdır. Buna görə də, Hindistan hökuməti ümidlərini Suzuki-nin təşəbbüsünə bağlayır. Takaiçinin ötən ilin oktyabr ayında vəzifəyə başlamasından bəri ilk səfəri olan Hindistana səfəri, iki ölkə liderlərinin qarşılıqlı səfərlərindən ibarət “məkik diplomatiyası”nın bir hissəsi olacaq. O, ABŞ prezidenti Donald Tramp administrasiyasının beynəlxalq əməkdaşlıq etmək istəməməsi və Çinin artan iddialılığı fonunda Yaponiya və Hindistan arasında əməkdaşlığı gücləndirməyi hədəfləyir. “Biz iqtisadi təhlükəsizlik və iqtisadi artım üçün əməkdaşlığı təşviq etməklə Hindistanla strateji münasibətlərimizi daha da gücləndirmək istəyirik”, – deyə Baş Nazirlər Kabinetinin katibi Minoru Kihara cümə günü keçirilən mətbuat konfransında bildirib. Yaponiya və Hindistan hökumətləri əvvəlcə sammiti çərşənbə günü keçirməyi planlaşdırırdılar, lakin ertəsi günə təxirə salındı. Məkanın dəyişdirilməsinin Hindistan tərəfi tərəfindən tələb olunduğu deyilir.

Komandanlığın adı niyə dəyişdirilib?

Pentaqon Hind-Sakit Okean Komandanlığının adını Sakit Okean Komandanlığı  olaraq dəyişdirib. Bu haqda ABŞ Müharibə Nazirliyi açıqlama verib. Bununla Pentaqon 2018-ci ildə Komandanlığı Hind-Sakit Okean adlandırması qərarından imtina edib. Halbuki, Pentaqon rəhbərliyi 8 il əvvəl Komandanlığın adına “Hind” ifadəsinin əlavə olunmasını iki böyük okean arasında sıx bağlantı ilə izah etmişdi. Adın dəyişdirilməsində digər amil ABŞ-ın Hindistanla hərbi sahədə əməkdaşlığı genişləndirməsi istəyi ilə əlaqəli idi. Hind Okeanında 3 dövlətin – ABŞ, Çin və Hindistanın strateji maraqları mövcuddur. Dünyada konteyner daşımasının təxminən yarısına qədəri bu ərazidən həyata keçirilir. Bundan əlavə, bölgə karbohidrogen xammalının dəniz nəqliyyatı ilə daşınmasının təxminən 70%-ni təşkil edir. Çin və Hindistan iqtisadiyyatları sabit artım nəzərə alındıqda bu rəqəmlər getdikcə artacaq.

1947-ci ildə ABŞ-ın o zamankı Prezidenti Harri Trumenin fərmanıyla qurulan Sakit Okean Komandanlığı ABŞ-ın Qərb sahilindən Hindistanın qərb sahilinə qədər uzanır. İkinci Dünya müharibəsindən sonra qurulan Sakit Okean Komandanlığı ABŞ-ın Koreya və Vyetnam müharibələrində başlıca rol oynayıb.

Komandanlığın adın “Hind” sözünün çıxarılması Yeni Dehlidə narazılıqla qarşılanıb. Hindistanın siyasi dairələrində hesab edirlər ki, Pentaqonun bir neçə il əvvəl Sakit Okean konsepsiyasına “Hind” sözünün daxil edilməsi sadəcə coğrafi adla bağlı olmayıb. Bu, Hindistanın Asiya və Hind okeanının gələcək strateji arxitekturasında əvəzolunmaz rolu ilə əlaqələndirilirdi. Vaşinqton bununla Sakit okean və Hind okeanlarının bir-biri ilə əlaqəli strateji məkana çevrildiyini və Hindistanın onun daxilində tarazlığı qorumaqda mərkəzi rol oynadığını qəbul edirdi. Buna görə də Komandanlıq adından “Hind” sözündən çıxarılması Yeni Dehlidə Hindistanın Amerika strategiyasındakı rolunun bir növ ikinci dərəcəyə keçdiyinin işarə kimi qiymətləndirilib.

Çin Hind və Sakit okeanda hərbi gücünü artırmaqdadır. Çin limanlardan və logistika qurğularından tutmuş dəniz infrastrukturuna qədər dəniz yollarını nəzarətini gücləndirməyə çalışır. Bu gedişat Vaşinqtonu narahat edir. ABŞ belə vəziyyətdə bölgədə daha çox tərəfdaş lazımdır. Yeni Dehlidə hesab edirlər ki, ABŞ bu çərçivədə Hindistanla da strateji tərəfdaşlığı gücləndirməlidir. Ancaq Donald Tramp ikinci müddətə Prezident seçildikdən sonra Vaşinqtonun Yeni Dehli ilə münasibətlərdə müəyyən suallar yarandı. Tramp Hindistan məhsullarına qarşı gömrük rüsumlarını artıracağını bəyan etdi, ticarət anlaşmasının imzalanması uzandı. Görünür, Hind-Sakit Okean Komandanlığının adından “Hind” ifadəsinin çıxarılması da ikitərəfli əlaqələrin bugünkü vəziyyəti ilə bağlıdır. Trampdan sonrakı dövrdə ABŞ-Hindistan əlaqələrinin yenidən strateji səviyyəyə qalxması mümkündür. Bu zaman Komandanlığın adı yenidən dəyişə bilər.

BRİCS sammitə hazırlaşır

BRİCS təşkilatına üzv dövlətlərin təhlükəsizlik şuraları rəhbərlərinin iyunun 24-də Hindistanın paytaxtı Yeni Dehlidə görüşü keçirilib. Bu görüş həm də sentyabr ayında təşkilatın sammmitinə hazırlıq məqsədi daşıyıb. Hindistanın baş naziri Narendra Modi toplantıda çıxış edərək terrorizm, kibertəhlükəsizlik və inkişaf etməkdə olan texnologiyalar kimi məsələlərdə BRICS üzvləri arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb. Modi geosiyasi və texnoloji çətinliklərin inkişaf etməyə davam etdiyi bir vaxtda BRICS-in əsas təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın gücləndirilməsində mühüm rol oynadığını söyləyib. O həmçinin Hindistanın qruplaşmaya qarşıdakı sədrliyi üçün prioritetləri açıqlayıb və Yeni Dehlinin üzv dövlətlər arasında praktik əməkdaşlığın inkişaf etdirilməsinə və Qlobal Cənubun maraqlarının təşviqinə diqqət yetirəcəyini bildirib.

Narendra Modidən sonra çıxış edən Hindistanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval BRİCS təşkilatının sülh və inkişaf tərəfdarı olduğunu bildirib. “BRİCS sülh və inkişafa inanan dövlətlərin birliyidir” – deyən hindli rəsmi təşkilatın gündən-günə gücləndiyini bildirib. Ajit Doval təşkilatın qlobal Cənubun rolunun güclənməsində əhəmiyyətli rol oynadığını sözlərinə əlavə edib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə BRICS ölkələrində fövqəladə hallar üçün cavab mexanizmlərinin və ehtiyatların yaradılmasının vacibliyini bildirib. Şoyqu beynəlxalq vəziyyətin pisləşdiyini bildirərək BRİCS üzvlərinin birgə resurs ehtiyatlarının formalaşdırılması vacibliyini səsləndirib. Görünür, Şoyqu “birgə resurs ehtiyatlarının formalaşdırılması” dedikdə üzv dövlətlərin bu sahədə inteqrasiyasının sürətləndirməsini nəzərdə tutub. Ancaq bunun reallaşması çətindir. Çünki, Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya ilə bu dövlətə tərəfdaş olanlar belə Moskva ilə  “birgə resurs ehtiyatlarının formalaşdırılmasına” razı olmazlar. Buna baxmayaraq, Sergey Şoyqu Çinin xarici işlər naziri Van İ ilə görüşündə irəli sürülən təşəbbüslərin praktik məzmunla zənginləşdirmək üçün çalışacaqlarını vurğulayıb. Şoyqu “bu məsələlərdə çinli dostlarımızın dəstəyinə güvənirik” ifadəsini işlətməyi də unutmayıb. Şoyqunun Çinə ümidləri özünü doğrultmayacaq. Çin Rusiyanın strateji tərəfdaşı sayılsa da, Pekin yüksək texnologiyalarını tərəfdaşıyla paylaşmağı düşünmür.

Toplantı çərçivəsində Çinin xarici işlər naziri Van İnin Ajit Dovalla görüşü də diqqəti çəkib. Çin və Hindistan münasibətlərini normallaşdırmağa çalışırlar. Bu iki dövlət arasında mübahisələrin həlli hər iki dövlətin maraqlarına xidmət edir. Çinlə Hindistan arasında geosiyasi rəqabət davam etsə də, Pekin və Yeni Dehli bunun gərginliyə səbəb olmaması gərəkliyi fikrindədirlər. Əks halda artan gərginlik BRİCS-in fəaliyyətinə də mənfi təsir edəcək. Kremli hesab edir ki, ABŞ Çinlə Hindistan arasında gərginliyin mövcud olmasında maraqlıdır. Rusiyalı rəsmilərin və ekspertlərin fikrincə, Vaşinqton Yeni Dehlini Çinin əleyhinə formalaşan bloklarda görmək istəyir. Reallıq fərqlidir. Donald Trampın Prezidentliyi dönəmində Hindistanla münasibətlərdə suallar əmələ gəlib.

ABŞ müharibə naziri Pit Heqset mayın sonunda Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumunda çıxışında ölkəsinə protektoratlar deyil, tərəfdaşlar lazım olduğunu söyləmişdi. Heqset alyansların yalnız qarşılıqlı məsuliyyət əsasında işləyə biləcəyini vurğulamışdı: “Müttəfiqliklər yalnız həqiqi tərəfdaşlıq olduqda işləyir. Bu, ikitərəfli hərəkət küçəsidir. Hər kəs özünü riskə atmadan güclü alyans ola bilməz. Burada havayı sərnişinlərə yer yoxdur”. Pit Heqset Amerikanın Hind-Sakit Okeandan geri çəkilmədiyini, ancaq ölkəsinin artıq bölgənin təhlükəsizlik yükünü təkbaşına daşımayacağını söyləmişdi. Vaşinqtonun mesajı budur ki, sabit güc balansı və etibarlı çəkindirmə istəyən ölkələr bu balansın maddi təməllərini qurmağa kömək etməlidirlər və bunlara gəmilər, radarlar, dronlar, təhlükəsiz rabitə, birgə təlim və müdafiə hazırlığı daxildir. Odur ki, Vaşinqtonun planlarında Hindistanla Çin arasında gərginliyin artırması kimi bənd yoxdur.

İsrail – Hindistan hərbi əməkdaşlığı genişlənib

İsrail hökuməti və cəmiyyəti ABŞ-İran razılaşmasından narahatlığını bildirərkən, Tel-Əvivin Avropa İttifaqı ilə münasibətlərində də gərginlik yaşanır. İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla bütün əlaqələri kəsməsini bildirməsi buna sübutdur. İsrailin xarici işlər naziri Kaya Kallasın Meksikaya səfəri zamanı İsraili Cənubi Afrikada mövcud olmuş irqçi aparteid rejimi ilə müqayisəsi narazı salıb.

Bundan iki ay əvvəl isə İsrail Müdafiə Nazirliyi Fransanın öz hava məkanını İsrail təyyarələri üçün açmaqdan imtina etməsinə cavab olaraq bu ölkədən bütün hərbi satınalmaları dayandırdığını açıqlayıb. Həmin təyyarələr İran əleyhinə əməliyyat üçün nəzərdə tutulan silahların daşınmasında istifadə olunmalı idi. Buna görə də İsrail Müdafiə Nazirliyinin baş direktoru, general-mayor Amir Baram Fransadan müdafiə sahəsində alışları tamamilə sıfıra endirdiyini bildirib. İsrailli general bildirib ki, ölkəsi tərəfdaş hesab etdiyi dövlətlərlə hərbi əməkdaşlığı genişləndirəcək. Həmin Amir Baram iyunun 22-də Hindistana səfər edib.

İsrail Hindistanla ikitərəfli müdafiə və sənaye əməkdaşlığının genişləndirilməsini planlaşdırır.  İsrail Müdafiə Nazirliyinin baş direktoru Yeni Dehlidə hindli həmkarlarıyla geniş fikir mübadiləsi aparıb. Hindistanda aparılan danışıqlar İsrailin müdafiə ixracını genişləndirmək və müdafiə sənayesini dəstəkləmək məqsədi daşıyıb. Baram Yeni Dehlidə bildirib ki, səfər İsrail və Hindistan arasında artan ittifaqı əks etdirir. O Hindistanı İsrailin əsas strateji tərəfdaşı adlandırıb.

İsraillə Hindistan arasında son illər hərbi əməkdaşlıq üst səviyyəyə qalxıb. İki ölkə arasında hərbi texnikanın birgə istehsalı həyata keçirilir. Hindistan hərbi sənayesi İsrail lisenziyaları əsasında müxtəlif növ raketlər və dronlar istehsal edir. İsrail Hindistanla yanaşı Kipr Respublikası, Yunanıstan, o cümlədən Körfəz ölkələrindən Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə hərbi əməkdaşlığı genişləndirib. İsrail bu ölkələrlə hərbi əməkdaşlığı genişləndirməklə Aralıq dənizi ilə Hind Okeanı arasında dəhlizin təhlükəsizliyinə rol oynamağa çalışır. İsrail dəhliz boyu ölkələrlə əməkdaşlığı genişləndirməklə Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsinin təhlükəsizliyinə diqqəti artırmış olur. Bu layihə 2023-cü ildə “böyük iyirmiliy”in Yeni Dehlidə keçirilən sammitində müzakirə edilib. Yeni Dehlidə imzalanan memoranduma görə, Hindistan da daxil olmaqla Cənubi Asiyanı Yaxın Şərq üzərindən Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizi inşa edilməli idi. Ancaq Yaxın Şərq son gərginlik fonunda layihə bir qədər arxa plana keçib. Buna baxmayaraq, İsrail və Hindistan layihənin gerçəkləşməsi istiqamətində səylərini davam etdirirlər.

Birləşmiş Ərəb Əmirlikləri alternativlər axtarır

Amerika Birləşmiş Ştatları İranla müharibə zamanı Körfəz ölkələrindəki müttəfiqlərinin tam qoruya bilmədi. Körfəz ölkələri İranın raket və dron zərbələrinə tuş gəldilər. Digər tərəfdən Vaşinqton Körfəz ölkələri liderlərinin “müharibəyə başlamayın” çağırışlarını qulaqardına vurdu. Çünki, həmin ölkələr müharibə zamanı İranın onlara zərbə endirəcəyini proqnozlaşdırırdılar. Həqiqətən müharibə günlərində ABŞ hərbçiləri itki vermədi, əsas olaraq Körfəz ölkələrinin əraziləri zərbə altında qaldılar. Buna görə də müharibə davam edərkən, Körfəz ölkələri təhlükəsizlik təminatı baxımından alternativlər barədə düşünmək məcburiyyətində qaldılar. Misal üçün müharibə günlərində Səudiyyə Ərəbistanında bölgə ölkələri rəsmilərinin görüşü keçirildi. Bu müzakirələr gələcəkdə genişlənə bilər.

Alternativ axtarışına çıxan ölkələrdən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Çünki, İranın raket və dron zərbələrinə ən çox məruz qalan məhz bu ölkə idi. Bu səbəbdən Birləşmiş Ərəb Əmirlikləri İsraillə hərbi əməkdaşlığı genişləndirdi. ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsrailin İranla yaşanan müharibə zamanı Birləşmiş Ərəb Əmirliklərinə “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemləri və bu sistemləri idarə edəcək heyət göndərdiyini açıqladı. Vaşinqton Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında artan hərbi əməkdaşlığı dəstəklədi. İki ölkə arasındakı normallaşma prosesi Donald Trampın ilk prezidentlik dövründə, 2020-ci ildə imzalanan “İbrahim razılaşmaları” ilə başlamışdı.

Birləşmiş Ərəb Əmirlikləri hazırda İsraillə hərbi əməkdaşlıqla kifayətlənməyib. “Röyters” agentliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri Hindistanla hava müdafiə sistemlərinin alınmasıyla bağlı danışıqlara başlayıb. Birləşmiş Ərəb Əmirlikləri Hindistanda istehsal olunan müxtəlif tip raketlərə də maraq göstərir.

Hindistanın İranla iqtisadi münasibətlərinə baxmayaraq, Körfəz ölkələri ilə də əməkdaşlığa xüsusi əhəmiyyət verir. Hindistan Körfəz ölkələrindən yanacaq alır. Digər tərəfdən Birləşmiş Ərəb Əmirlikləri Hindistana 75 milyard dollar həcmində yatırım qoymağı planlaşdırır. Bu səbbədən Yeni Dehli Körfəz ölkələri ilə hərbi əməkdaşlıəa da genişləndirməyə hazırdır. Hindistanın baş naziri Narendra Modinin müharibədən əvvəl Birləşmiş Ərəb Əmirliklərinə və Qətərə səfəri zamanı Körfəz siyasətinin onun üçün prioritet olduğunu nümayiş etdirmişdi.

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish
Bugun
Umumi 1385082
azAZ