Kemal Kılıçdaroğlu or one of the two mayors?

İyi Partiyanın sədri Meral Akşener Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəkləmək məsələsində tərəddüd keçirir. Meral Akşener İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlunun və ya Ankara bələdiyyə başçısı Mənsur Yavaşın Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla mübarizədə Kamal Kılıçdaroğludan daha çox səs toplaya biləcəklərini ehtimal edir. Ancaq Kamal Kılıçdaroğlu belə düşünmür və partiyasına aid bələdiyyə başçılarının görəvlərinə davam etməsini istəyir. Belə olan halda hadisələr necə inkişaf edə bilər?

Birinci variant Meral Akşenerin “altılı masadan” – “Millət ittifaqından” ayrılıb öz namizədi ilə prezident seçkisinə qatılmasıdır. Bu az ehtimal olunan variantdır. Çünki Meral Akşener 2018-ci ildə prezident seçkisində kifayət qədər səs toplaya bilmədi. O namizədliyini yenə irəli sürsə Rəcəb Tayyib Ərdoğana məğlub olacaq. Digər tərəfdən Meral Akşener “altılı masanı” tərk etməklə müxalifətin birliyini pozacaq. İyi parti lideri dağıdıcı olmaq istəməyəcək.

İkinci variant Meral Akşener Kamal Kılıçdaroğlunun namizədliyi üzərində dayanacaq, ancaq bu güzəştinin qarşılığını istəyəcək. Meral Akşener mümkün Konstitisiya dəyişikliyindən və yenidən parlament respublikasına keçiddən sonra baş nazir olmaq istəyir. Bu parlamentdə İyi Partinin CHP ilə koalisiyanı davam etdirəcəyi halda reallaşa bilər.

Bütün hallarda Meral Akşener müxalifətin vahid namizəd prosesini gecikdirib. Əgər Kamal Kılıçdaroğlu Rəcəb Tayyib Ərdoğana məğlub olarsa, “altılıq masa” dağılacaq və tərəflər bir-birlərini ittiham edəcəklər. Meral Akşener deyəcək ki, “Mən ona görə Kamal Kılıçdaroğlunun yerinə başqa namizədin irəli sürülməsini istəyirdim”, Kamal Kılıçdaroğlunun tərəfdarları isə məğlubiyyətə görə Meral Akşeneri bu şəkildə ittiham edəcəklər: “Meral xanım prosesi gecikdirdiyindən məğlub olduq”.

 

No comments
Leave Your Comment

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Girish 295
Bugun 20
Umumi 257616
en_USEN