Sergey Lavrov həm Azərbaycanı, həm də Ermənistanı tənqid etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında “balans siyasətini” davam etdirir. Rusiyanın xarici işlər naziri tərəflərdən birini tənqid edərkən, o birisini də tənqid etməyə çalışır.

Sergey Lavrov yanvarın 18-də Moskvada ötən ilin yekunlarıyla bağlı mətbuat konfransı keçirdib. O mətbuat konfransında dedi ki, Laçın dəhlizi 9 noyabr 2020-ci il tarixli razılaşmaya əsasən, yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır. Yəni Lavrovun sözlərindən belə nəticə çıxırdı ki, guya azərbaycanlıların yoldakı aksiyasına görə bu sərbəstlik indi  yoxdur. Halbuki, Laçın yolu mülki insanlar və ərzaq daşınması üçün açıqdır.

Sergey Lavrov azərbaycanlıların məlumatı əsasında ermənilərin bu yoldan minaların keçirməsiylə bağlı narazılığını bu şəkildə yekunlaşdırdı: “İndi hərbçilərimiz bu məlumatı öyrənirlər”. Lavrov problemi gizlətmək istəyir. Rusiyaya yoldan silahların keçirilməsinə dair məlumat aksiyadan aylar əvvəl verilirdi. Rusiya bu müddətdə yoldan silahın, sursatın və minaların keçirilməsinə mane olmadı. İndi üstündən aylar keçəndən və aksiya başlayandan sonra Lavrov deyir ki, “məsələni araşdıracaqlar”. Minalar keçirilib, müxtəlif istiqamətlərdə basdırılıb, müharibədən sonra minaların partlaması nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və bu faciələrə şərait yaradan Rusiyanın bölgədəki hərbi kontingenti idi. Bundan sonra Rusiya hərbi kontingenti “araşdırma” apararmı?

Sergey Lavrov mətbuat konfransında Ermənistanı da tənqid etdi. Lavrov dedi ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi barədə sənədi yerinə yetirmək əvəzinə Avropa İttifaqının missiyasına üstünlük verdi. Lavrov bu mövzuda fikirlərini belə yekunlaşdırdı: “Bu əlbəttə ki, Ermənistanın hüququdur. Lakin unutmaq lazım deyil ki, söhbət Azərbaycanla sərhəddən gedir. Yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdiriləcəksə, qeyri-məhsuldar olacaq. Sərhəddə etimadın möhkəmlənməməsi əlavə gərginliklər yarada bilər”.

Lavrov bu məsələdə haqlıdır. Avropa İttifaqının missiyası təmas xəttində monitorinqi uzatmaqla heç nəyə nail olmayacaq, əksinə Brüssel iki mənfi nəticə ilə üzləşəcək. Firstly, rəsmi Bakı Brüsselin bundan sonrakı vasitəçiliyinə şübhəylə yanaşacaq. Second, Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsi uzanacaq ki, bu da əslində Avropa İttifaqının maraqlarına cavab verməməlidir.

 

No comments
Leave Your Comment

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Entry 262
Today is 13
Umumi 255832
en_USEN