Месяц: Ноябрь 2026

Səhmlər niyə ucuzlaşıb?

Çinin texnologiya nəhənglərinin ABŞ-a çatmaq üçün yarışdığı bir dövrdə cəlbedici investisiya imkanı hesab edilən süni intellekt (Sİ) səhmləri, hazırda zərər gətirən bir strategiyaya çevrilib. “Bloomberg” tərəfindən toplanan məlumatlara əsasən, texnologiya yönümlü üç indeksdə yer alan səhmlərin bazar dəyəri iyun ayının sonundan bəri ümumilikdə 1,7 trilyon dollar azalıb. İlin ilk yarısında müşahidə olunan və “Z.AI Co.” kimi yeni model tərtibatçılarının, eləcə də optik modul istehsalçısı “Zhongji Innolight Co.” şirkətinin səhmlərini rekord səviyyələrə qaldıran kəskin artımlar sürətlə əriyib yox olub.

23 noyabr Bazar ertəsi günü bazar daha bir gərgin sessiyaya hazırlaşır: ABŞ-da süni intellekt ticarəti ilə bağlı narahatlıqlar tam satışa çevrilib və KraneShares China Star 50 ETF ABŞ ticarəti zamanı 4%-dən çox düşüb. “İnvestorlar həm süni intellekt kapital xərclərinin yavaşlamasından, həm də ABŞ-Çin təchizat zəncirindəki müəssisələrin dayanıqlığından narahatdırlar”, – deyə ekspertlər bildiriblər.

Çinin üç əsas texnologiya indeksinin hamısı hazırda ilin əvvəlindən bəri aşağı düşüb, ABŞ, Tayvan və Cənubi Koreya indeksləri isə müsbət olaraq qalır: Honkonqun Hang Seng Tech indeksi iki illik minimuma düşüb, ChiNext ilin əvvəlindən bəri 31% itirib və çiplə zəngin Star 50 rekord qazancından imtina edib.

ABŞ-ın yeni qaydaları Çin şirkətlərinin qabaqcıl Nvidia prosessorlarını xarici məlumat mərkəzləri vasitəsilə icarəyə götürməsini effektiv şəkildə bloklayır və təlim modelləri üçün vacib bir keçidi bağlayır. Bu, artıq təsirini göstərir: Süni Analiz İndeksindəki ən qabaqcıl on modeldən heç biri Çindən deyil, Tencent çip çatışmazlığı səbəbindən HY4 modelinin mümkün gecikməsi barədə xəbərdarlıq edib və Alibaba gələn il bulud satışlarının artımının 30-45%-ə qədər yavaşlayacağını gözləyir. Yüksək süni intellekt xərcləri, zəif istehlak və qiymət müharibələri təzyiqi artırır. Analitiklər hesab edirlər ki, “Qiymətləndirmələrdə çox cəlbedici olmaq üçün bir çox səhm daha 30-50% düşməlidir”.

Bugünkü mühitdə kapital yeni satış nöqtələri tapmalıdır. Passiv ETF-lər arbitraj, korrelyasiya və xəbər sıçrayışlarından istifadə edən aktiv alqoritmik strategiyalarla əvəz olunur. Strategiyaları sürət və sabitliyə əsaslanan komandalar üçün Star 50-nin çöküşü itki deyil, yayılmanın genişlənməsi və ticarət həcminin artmasıdır. Lakin ənənəvi brokerlik çıxışı bu üstünlüyü reallaşdırmaq üçün uyğun deyil.

Bloomberg qeyd edir ki, Honkonqun Hang Seng Tech şirkəti son iki ilin ən aşağı səviyyəsinə düşüb, materik ChiNext isə ilin əvvəlindən bəri 31% itirib. Yarımkeçirici istehsalçıları ilə sıx əlaqəli olan Star 50 indeksi də rekord qazancını itirib. Buna görə də, bu, sadəcə bir zərər çəkən şirkət deyil, müxtəlif texnologiya bizneslərinin qiymətləndirmələrinin yenidən nəzərdən keçirilməsidir.

Rəsmi Hang Seng Tech səhifəsində 20 noyabr üçün son bağlanış 3511,14 bal olaraq qeyd olunub. Sessiya ərzində indeks 138 bal və ya təxminən 3,78% azalıb. Bu, gündəlik bir hərəkətdir; bunu bir neçə ay ərzində bazar kapitallaşmasındakı itki ilə birbaşa müqayisə etmək olmaz.

Hang Seng Tech Honkonqda qeydiyyatdan keçmiş və texnologiya sektorları ilə əlaqəli 30 böyük şirkəti əhatə edir. Səhifədə sadalanan iştirakçılar arasında Alibaba, Tencent, Xiaomi və SMIC var. Bu tərkib xəbərləri anlamaq üçün vacibdir: indeksə yalnız neyron şəbəkəsi inkişaf etdiriciləri deyil, internet platformaları, avadanlıq istehsalçıları və digər bizneslər daxildir.

Müqavilədən daha çox qazanan ölkə Türkiyə olacaq

“Bədr müqaviləsi”ni imzalayan dövlətlərin əməkdaşlıqdan fərdi maraqları var. Türkiyə, Qətər, Pakistan və İndoneziya birgə hərbi istehsal və texnologiya transferi yolu ilə müdafiə sənayelərini gücləndirməyə ümid edirlər. Ancaq qeyri-bərabər texnoloji imkanlar və açıqlanmayan kommersiya razılaşmaları müqavilənin yerinə yetirilməsi prosesində suallar yarada bilər.

Türkiyə, Qətər, Pakistan və İndoneziya 21 oktyabr 2026-cı ildə Dohada Bədr Anlaşma Memorandumunu imzalayaraq müdafiə istehsalı, tədqiqat, texnologiya transferi və texniki təlim üzrə əməkdaşlıq etməyi razılaşıblar. Qətərin müdafiə mövqeyi birbaşa Hörmüz boğazındakı pozuntuların yaratdığı risklərlə və hərbçilərin zəifliyi ilə əlaqəlidir. Türkiyə və İndoneziya şirkətləri birgə tank istehsalını həyata keçirirlər. Bundan başqa Türkiyə 48 ədəd KAAN qırıcı təyyarəsinin ixracı üzrə İndoneziya ilə müqavilə imzalayıb. Bu “Bədr müqaviləsindən” əvvəl imzalanan sazişdir. Bu iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin yaradıb. Ümumiyyətlə “Bədr müaviləsi” ən çox Türkiyəyə kommersiya baxımından gəlir qazandıra bilər. Türkiyə hərbi sənayesi “Bədr müqaviləsi”ndən ən böyük paya iddialıdır. Müqavilə Türkiyəyə daha çox müştəri və investisiya, o cümlədən  uzunmüddətli təchizatçı əlaqələr vəd edir. Müqavilə çərçivəsində əsas mühəndislik Türkiyədə qalarsa, Ankara tərəfdaşlarına axtardıqları texnoloji müstəqilliyi vermədən ixracı genişləndirə bilər. Ancaq Qətər və İndoneziya yalnız layihələri maliyyələşdirməklə kifayətlənməyəcəklər. Qətərin sadəcə tərəfdaşlarının ambisiyalarını maliyyələşdirəcəyini düşünmək səhv olardı. Bu dövlət qabaqcıl silah və hərbi texnikanın istehsal prosesində iştirak etmək istəyir.  Pakistanın isə dəniz istehsalı sahəsindəki təcrübəsi yeni müştərilər cəlb etmək və qlobal istehsal şəbəkələrindəki rolunu genişləndirmək üçün bir platforma rolunu oynaya bilər. İslamabadın rəsmi narrativi hərbi istehsal, tədqiqat və təlimlərdə üstünlüyünü göstərməkdir. Pakistan “Bədr müqaviləsi” ilə paralel olaraq Çinlə hərbi tərəfdaşlığını da davam etdirəcək. İndoneziya Türkiyənin hərbi texnikasına maraq göstərsə də, yalnız müqaviləyə imza atan dövlətlər üçün bazar rolunu oynamaq istəmir. İndoneziyanın prioriteti hərbi texnika istehsal etmək, mövcud şəraitə uyğunlaşdırmaq və nəticədə rəqabət aparmaq üçün təcrübə və səlahiyyət qazanmaqdır.

“Bədr müqaviləsi”nin zəif tərəflərindən biri üzv dövlətlərin hərbi texnikanın istehsalında xarici təhcizatçılardan asılı olmalarıdır. Hərbi texnikanın birgə istehsalı zamanı kommersiya şərtlərinin tərəflərin maraqlarına uyğunluğunu təmin etmək də asan olmayacaq. Müqavilə çərçivəsində layihələri müəyyən etmək, təsdiqləmək və planlaşdırmaq üçün strateji şura yaradılıb. Şura ilk növbədə dördtərəfli proqramları və dizayn hüquqlarının bölüşdürülməsinə təmin etməlidir. Müqavilənin icrası üzv dövlətlər arasında təcrübə və səlahiyyətlərin necə bölüşdürülməsindən asılı olacaq. Əks halda fərqli milli maraqlar kollektiv maraqları üstələyə bilər.

Vaşinqtonla Tehranın vasitəçiyə ehtiyacı yoxdur

ABŞ Prezidenti Donald Tramp yeni ilə qədər İrana qarşı müharibənin başlamayacağına işarə vurub. Onun “İranla bağlı hər hansı qərar qəbul etməkdə tələsmirəm. Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq” sözləri də bundan xəbər verir. Tramp müharibə əvəzinə İrana qarşı iqtisadi təzyiqi artırmağa üstünlük verir.

Vaşinqton eyni zamanda Tehranla danışıqlar aparmağa da həvəs göstərmir. Bu mənada Vaşinqtonun Tehranla danışıqlar aparmaq üçün vasitəçiyə ehtiyacı yoxdur. Pakistan bir müddət ABŞ-la İran arasında vasitəçi rolunda çıxış etsə də, hazırda İslamabad fəallıq nümayiş etdirmir. Çünki, hazırki şərtlər altında ABŞ-la İranın mövqelərini yaxınlaşdırmaq mümkün deyil. İran ballistik raket istehsalından imtina etməyib, Hörmüz boğazı ətrafında gərginlik davam edir. Digər tərəfdən İrandakı rejimin Pakistanın vasitəçiliyinə etibar etmədiyini söyləmək mümkündür. İranlı siyasətçilər, ekspertlər və hətta hökumət rəsmiləri Əfqanıstan-Pakistan gərginliyindən çıxış edərək İslamabadın vasitəçiliyini şübhə altına alıblar. İş o yerə çatıb ki, Tehran İslamabada təklif edib ki, Pakistanla Əfqanıstan arasında münasibətlərin normallaşmasına köməyini təklif edib. İslamabad Tehranın bu təklifini cavabsız qoyub. İran Parlamentində Pakistanın siyasətini tənqid edənlərin sayı artıb. İranlı deputat Möhsün Zənganə İslamabad Vaşinqtondan gələn təlimatlara uyğun hərəkət etdiyini deyib. Tehran Pakistanın əvəzinə Qətərin vasitəçiliyinə üstünlük verib. Vaşinqton Qətər variantından imtina etməyib. Ancaq hazırda Qətərin də vasitəçiliyinə ehtiyac yoxdur.

ABŞ-ın siyasi dairələrində də Pakistana münasibət birmənalı deyil. ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri Şahbaz Şəriflə dostluq münasibətlərinə malik olsa da, Konqresdə İslamabada fərqli baxış var. Konqresi nəzarətə götürən Demokrat Partiyası Trampın xarici siyasətini və baxışlarını bölüşmür. 2025-ci ildə Nümayəndələr Palatasındakı demokratlar dövlət katibi Marko Rubioya məktub yazaraq Pakistan rəsmilərinə viza qadağası və aktivlərin dondurulmasını tələb ediblər. ABŞ 2001-ci ildən bu yana terrorizmə qarşı mübarizə əməkdaşlığı müqabilində Pakistana 30 milyard dollardan çox yardım və hərbi ödənişlər edib. Ancaq 2021-ci ildə Talibanın Əfqanıstanın paytaxtı Kabildə hakimiyyətə qayıtmasından sonra vəziyyət dəyişib. ABŞ-ın Pakistana ehtiyacı azalıb. Bu da İslamabadı bölgədəki tərəfdaşlarıyla fərqli ittifaqlara sövq edir. Bunlardan biri “Məkkə Sazişidir” və “Bədr Müqaviləsi” imzalayıb. Məqsəd bölgə ölkələri ilə hərbi tərəfdaşlığı gücləndirməkdir. Bu sazişlərin işlək olub-olmayacağını gələcək göstərəcək, hələ ki, Yəməndəki husilərin hücumlarına məruz qalan Səudiyyə Ərəbistanı müttəfiqlərindən arzuladığı dəstəyi ala bilməyib.

ABŞ Çinin nüvə potensialını azaltmasını istəyir

Prezident Donald Trampın Pekində Çin lideri Si Cinpinlə iki saatlıq görüşdən sonra gəldiyi qənaət budur ki, hər iki ölkə Hörmüz boğazının açılmasını istəyir. Ağ Ev sahibi həmçinin hər iki ölkənin enerji məhsullarının Hörmüz boğazından keçməsində və İranın nüvə silahına malik olmamasında maraqlı olduğunu bildirib.

Buna baxmayaraq, Pekin Hörmüz boğazının açılması məqsədilə Tehrana təzyiq etmir. Əlbəttə, Çin bölgədə nüvə dövlətlərinin sayının artmasını istəmir. Ancaq Pekin bununla bağlı da Tehranı nüvə çalışmalarından imtinaya məcbur etmir. ABŞ-la Çin arasında digər mövzularda da fikir ayrılıqları ortadan qaldırılmayıb. Bunlardan biri haqqında Tramp Cinpinlə görüşdən sonra deyib. Donald Tramp ABŞ, Rusiya və Çinin nüvə silahı potensialını müqayisə edərkən, Çinin nüvə arsenalını sürətlə genişləndirməsindən narahatlığını ifadə edib. Trampın sözlərinə görə, ABŞ-ın 4 min, Rusiyanın isə 3 min 800 nüvə başlığı var. Çinin nüvə arsenalı bundan azdır. Ancaq Çin nüvə arsenalını sürətlə artırır və qarşıdakı illərdə bu ölkə nüvə başlıqlarının sayına görə, ABŞ və Rusiyaya çata bilər. Məsələ burasındadır ki, “soyuq müharibə” illərdə ABŞ və keçmiş SSRİ arasında nüvə silahlarının artırılmaması barədə müxtəlif razılaşmalar mövcud olub. SSRİ dağıldıqdan sonra Rusiya həmin razılaşmaları qəbul edib. Ancaq Çin bu razılaşmaların kənarındadır. Çünki, “soyuq müharibə” illərində Çinin nüvə potensialı zəif idi. Digər tərəfdən keçmiş SSRİ ABŞ-ın rəbiqi olsa da, Vaşinqtonun Pekinlə sıx dialoqu mövcud idi. O illərdə Vaşinqton Pekindən nüvə anlaşmalarına qoşulmağı tələb etmirdi. Çünki buna ehtiyac yox idi. Hazırda isə Çin sürətli iqtisadi inkişafı hesabına hərbi gücünü dəfələrlə artırıb və bölgədə ABŞ-ın hərbi gücü ilə rəqabətini gücləndirib. Buna görə də, Vaşinqton hesab edir ki, Çinin də nüvə anlaşmalarına qoşulmasına ehtiyac var. Pekin Vaşinqtonun bu tələbini yerinə yetirmək istəmir. Bunu Donald Trampın son açıqlamasından da aydınlaşdırmaq olar.

ABŞ-la Çin arasında süni intellekt sahəsində də böyük rəqabət var. Vaşinqton bu sahədə də Pekinlə oyun qaydalarını müəyyənləşdirməyə çalışır. Ancaq Nvidia şirkəti ətrafında yaranan son vəziyyət iki ölkə arasında süni intellekt sahəsində gərginliyin davam etdiyini göstərir.  “Reuters” agentliyinin məlumatına görə, Çindəki qurumlar süni intellekt sahəsində ABŞ-ın aparıcı şirkətlərinin texnologiyalarını əldə etməyə çalışır. Görünür, Vaşinqton Çinin Nvidia da daxil olmaqla süni intellekt şirkətlərinin qabaqcıl çiplərinə çıxışını daha da məhdudlaşdıracaq.

Liderlər oyun qaydalarını müəyyənləşdirə bilməyəcəklər

Beynəlxalq aləmin diqqəti ABŞ, Rusiya və Çin liderləri – Donald Tramp, Vladimir Putin və Si Cinpin arasında keçiriləcək görüşə yönələcək. Rusiyalı ekspertlər bu görüşü “ikinci Yalta” kimi qələmə verməyə çalışırlar. Yəni guya 3 böyük ölkənin lideri dünyanın gələcəyini və öz aralarında oyun qaydalarını müəyyənləşdirəcəklər. Halbuki, reallıq fərqlidir. 3 dövlət arasında ciddi fikir ayrılıqları ABŞ, Rusiya və Çin arasında oyun qaydalarını müəyyənləşdirməyə imkan vermir. İkinci Dünya müharibəsinin sonuna yaxın 3 böyük dövlətin – ABŞ, Böyük Britaniya və keçmiş SSRİ liderləri Yaltada ona görə razılaşma əldə etdilər ki, birincisi, hər üçü nasist Almaniyasına qarşı savaşda ittifaq yaratmışdılar, ikincisi, dağılan Avropanın gələcəyəni müəyyənləşdirməli idilər. 1945-cı ildə Yaltada keçirilən konfransdan fərqli olaraq hazırda ABŞ, Rusiya və Çin arasında ittifaq yoxdur, üstəgəl bu dövlətlərdən hər biri öz aralarında illərdir oyun qaydalarını müəyyənləşdirə bilməyiblər. Bir görüşlə oyun qaydalarını müəyyənləşdirmək mümkün deyil.

3 liderin Çində razılaşma əldə etməsi həm də ona görə mümkün deyil ki, bu dövlətlərin hər biri daxildə çətinlik yaşayır. ABŞ-da Konqresə keçirilən ara seçkilərin nəticələrinə görə Prezident Donald Trampın mövqeyi zəifləyib, onun xarici siyasətdə əvvəlki manevr imkanları qalmayıb. Görüş ərəfəsində Ukraynanın Krım körpüsünə endirdiyi dron və raket zərbəsi Vladimir Putinin ölkədaxili nüfuzuna xələl yetirib. Çünki, Krım körpüsü Putinin şəxsi layihəsidir və Kreml belə bir təbliğat aparırdı ki, Ukrayna körpüyə zərər yetirə bilməz. Halbuki, körpünün bir hissəsinin uçurulması nəticəsində avtomobillərin Krım yarımadasına hərəkəti hər iki istiqamətdə dayandırılıb. Bu zərbə həm də onu göstərdi ki, Rusiya liderlərin masasında yer alacaq gücə malik deyil. Çində də daxili vəziyyət birmənalı deyil. Si Cinpin korrupsiya ilə mübarizə adı altında partiyadakı rəqiblərinin bir hissəsini və yüksək rütbəli generalları neytrallaşdırıb, bəziləri həbs edilib, digərləri istefaya göndərilib. Böyük ehtimalla Si Cinpin Kommunist Partiyasının növbəti qurultayında yenidən sədr seçiləcək. Ancaq onun bu kürsüdə müddətini uzatmağa çalışması partiyada yeni rəqiblərinin meydana çıxmasına şərait yaradacaq.

ABŞ, Rusiya və Çin liderlərinin Rusiya-Ukrayna müharibəsi və İranla bağlı razılaşma əldə edəcəyi çətindir. Kreml sahibi işğalı bitirməyənə qədər müharibəni dayandırmayacaq. Çin lideri üçlü zirvədə Rusiya-Ukrayna müharibəsi müzakirə etməkdə maraqlı deyil. Eyni zamanda Çin və Rusiya liderləri İran mövzusunu ABŞ Prezidenti ilə müzakirəyə maraq göstərmirlər. Ümumiyyətlə Moskva və Pekin Vaşinqtondan fərqli olaraq İran rejiminin ayaqda qalmasını istəyir.

APEC sammiti çərçivəsində keçiriləcək Si-Tramp görüşündə süni intellekt  sahəsində yaranan vəziyyətin müzakirə ediləcəyi də gözlənilir. Rusiya süni intellekt sahəsində ABŞ və Çindən geri qaldığından bu mövzu Kreml sahibini maraqlandırmır. ABŞ və Çin isə süni intellekt sahəsində xeyli irəliləyiblər və rəqiblərə çevriliblər. ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton Çindəki danışıqlardan istifadə edərək süni intellektlə bağlı ikitərəfli dialoqu irəli aparmaq niyyətindədir. Bununla belə, o, hər iki tərəfin mövcud fikir ayrılıqları ilə bağlı “heç bir illüziyaya qapılmamalı” olduğunu vurğulayıb. Vaşinqton Çinin ən qabaqcıl texnologiyalara çıxışını məhdudlaşdırmağa çalışır. Sammitin nəticəsi nə olursa olsun, Pekin bu məhdudiyyətlərdən yan keçməyin yollarını axtarmağa davam edəcək. “The New York Times” qəzetinin yazdığına görə, Çin son bir neçə ildə müxtəlif vasitələrlə milyardlarla dollar dəyəri olan modern çiplər əldə edib. Bunun qarşısını almaq məqsədilə demokratların nəzarətinə keçən Konqresin süni intellekt sahəsində məhdudlaşdırıcı qanunlar qəbul edəcəyini proqnozlaşdırmaq olar. ABŞ ixraca nəzarəti gücləndirməklə süni intellekt sahəsində liderliyini qorumağa çalışacaq.

 

“Nvidia” qalmaqalı dünya səhm bazarını çalxalayıb

“Nvidia” şirkətinin rəhbəri Censen Huanq ətrafında yaranan qalmaqal şirkətin səhmlərinin 30 faizdən çox ucuzlaşmasına səbəb olub. “Forbes” nəşrinin məlumatına görə, milyarderin öz sərvəti 62 milyard dollar azalıb. Nəşrin məlumatına əsasən, qalmaqaldan “Nvidia”nın daha altı hazırkı və keçmiş rəhbəri, eləcə də direktorlar şurasının üzvləri zərər çəkib — onların ümumi sərvəti 5,6 milyard dollar azalıb.

“Forbes” qeyd edir ki, zərərçəkənlər siyahısındakı üç iş adamı milyarder statusunu itirib. Onların arasında “Nvidia”nın müvəqqəti baş direktoru Kolett Kress və şirkətin qlobal əməliyyatlar üzrə keçmiş vitse-prezidenti Cey Puri də var. Ən böyük itkilərlə vençur kapitalistləri və direktorlar şurasının uzunmüddətli üzvləri Mark Stivens və Tenç Koks üzləşiblər. Onların sərvəti müvafiq olaraq 2 milyard dollar və 2,2 milyard dollar azalaraq 9,7 milyard və 7 milyard dollara enib. “Nvidia”nın tarixində direktorlar şurasının ilk sədri olmuş Harvi Cons isə təxminən 500 milyon dollar itirib və onun sərvəti 1,7 milyard dollara düşüb. Censen Huanq özü də dünyanın ən varlı on insanı siyahısından çıxıb — hazırda onun sərvəti təxminən 145 milyard dollar həcmində qiymətləndirilir.

Beləliklə, “Nvidia”nın baş icraçı direktoru Censen Huanqın Çin casusu olduğu iddia edilən qadınla nikahdankənar münasibəti ətrafında yaranmış vəziyyət investorların diqqət mərkəzində qalır. Şirkətin səhmləri çərşənbə axşamı, noyabrın 10-da birjaöncəsi ticarətdə müəyyən qədər bahalaşıb. “The New York Times” qəzetinin oktyabrın 29-da dərc etdiyi xəbərə əsasən, ABŞ rəsmiləri qadının Çin kəşfiyyatı ilə əlaqəli olduğu və Pekinə məlumat ötürdüyü qənaətinə gəliblər. Onun “Nvidia”nın qabaqcıl süni intellekt çiplərinin Çinə yönləndirilməsində də iştirak etmiş ola biləcəyi iddia olunur. ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Federal Təhqiqatlar Bürosunun (FBI) məsələni araşdırdığını bildirib.

Çinin süni intellekt şirkətləri ABŞ-nin texnologiya sahəsində yeni məhdudiyyətlər tətbiq edə biləcəyi ehtimalı fonunda xaricdə “Nvidia” prosessorları ilə işləyən hesablama resurslarını təmin etməyə çalışırlar. Hazırda ABŞ “Nvidia”nın ən qabaqcıl süni intellekt çiplərinin Çinə ixracını məhdudlaşdırır. Bununla belə, Çin şirkətləri xarici ölkələrdə yerləşən məlumat mərkəzlərindən hesablama gücü icarəyə götürməklə həmin prosessorlardan uzaqdan istifadə edə bilirlər. Mənbələrə görə, Çinin iri bulud xidməti təminatçılarından biri xaricdəki “Nvidia” hesablama resurslarının əvvəlcədən rezerv edilməsi imkanlarını müzakirə edib. Bəzi kiçik süni intellekt laboratoriyaları isə Cənub-Şərqi Asiyadakı məlumat mərkəzləri ilə əlaqə saxlayıblar. Şirkətlərin əsas narahatlığı ABŞ-də müzakirə olunan “Remote Access Security Act” (RASA) qanun layihəsi ilə bağlıdır. Sənəd qəbul edilərsə, ABŞ Ticarət Nazirliyi məhdudlaşdırılmış texnologiyalara xarici ölkələrdən bulud xidmətləri vasitəsilə çıxışı da tənzimləyə biləcək.

Məhdudiyyətlərin sərtləşdirilməsi ehtimalı Çin texnologiya şirkətlərinin səhmlərinə də mənfi təsir göstərib. Honkonq birjasında “Alibaba”nın səhmləri 7,1 faizədək ucuzlaşıb. Süni intellekt modelləri hazırlayan “Z.AI” və “MiniMax” şirkətlərinin səhmlərində isə azı 7 faizlik geriləmə qeydə alınıb. Bundan əlavə, ABŞ-nin qabaqcıl çiplərin Çinə qeyri-qanuni daşınmasına qarşı nəzarəti gücləndirə biləcəyi ehtimalı qeyri-rəsmi bazarda “Nvidia” prosessorlarına tələbatı artırıb. Məlumata görə, bəzi treyderlər mümkün məhdudiyyətlərdən əvvəl həmin çipləri ehtiyatda toplamağa başlayıblar. Jensen Huangın Nvidia-dan ayrılması xəbəri yayılan kimi, bunun yaratdığı şok dalğaları dərhal Çin fond bazarına da çatdı. Nvidia rəhbərinin istefasından sonra, cümə axşamı günü texnologiya nəhəngi Alibaba-nın səhmləri 6%-dən çox dəyər itirdi. Məlumata görə, Alibaba Sinqapurda yerləşən “Megaspeed” texnologiya şirkətinin ən böyük müştərisidir. Həmin şirkətdə rəhbər vəzifədə çalışan Alice Huang isə, iddialara görə, Jensen Huang ilə münasibətdə olmuş və Çin casusu olduğundan şübhə duyulan bir şəxsdir. Bundan əlavə, Çinin süni intellekt (Sİ) sahəsində fəaliyyət göstərən “Z.ai” və “MiniMax” şirkətlərinin səhmləri müvafiq olaraq 9% və 7,8% ucuzlaşdı. Buna səbəb, yaranan qalmaqalın Çinin qabaqcıl mikroçipləri əldə etməsini daha da çətinləşdirəcəyi ilə bağlı narahatlıqlar idi. Çinin aparıcı səhm indekslərindən biri sayılan Şanxaydakı “CSI 300” indeksi ötən həftə 0,9%, Honkonqdakı “Hang Seng” indeksi isə 3,5% gerilədi. Çində süni intellekt sahəsindəki “köpüyün” partlamağa başladığı düşünülə bilər, lakin əslində heç vaxt belə bir “köpük” yaranmamışdı. Çin texnologiya şirkətləri süni intellekt sahəsində irəliləyişlər əldə etsələr və ABŞ bazarı məhz bu texnologiyalar sayəsində yüksəliş yaşasa da, Çin səhmləri uzun müddətdir ki, durğunluq içindədir. Nvidia ətrafındakı böhran isə sadəcə mövcud bazar problemlərini daha da dərinləşdirir. İsveçrənin özəl bankı “Union Bancaire Privée”nin investisiya xidmətləri üzrə rəhbəri Peter Kinsella Çin səhmləri ilə bağlı olduqca kəskin fikir bildirir: “Heç kim bu səhmlərdən pul qazana bilmir”. “CSI 300” indeksi oktyabr ayında 8,5% ucuzlaşaraq son on ilin ən pis göstəricisini qeydə aldı. Çin materikindəki, daha çox inkişafa yönəlmiş “ChiNext” və “Star 50” indeksləri isə ciddi eniş yaşadı; hər iki indeks iyun ayından bəri 40%-dən çox dəyər itirdi.

“Financial Times” qəzetinin məlumatına görə, bu, Çin tənzimləyicilərini ölkənin flaqman indekslərindən yeni səhmlərə kapital axınının qarşısını almaq üçün banklara yeni bazar siyahılarını təxirə salmağı tapşırmağa sövq edib. TSE 100 bankı Standard Chartered-in Şimali Asiya üzrə baş investisiya direktoru Raymond T Çenq deyir: “Çinlilər işləri çox fərqli və ehtiyatla görürlər və daha çox xalqlarının mövcud sərvətinə təsir barədə düşünürlər”. Sürətlə böyüyən süni intellekt şirkətlərinin selinin siyahıya alınmasına icazə vermək, passiv fondlar yeni əlavələri nəzərə almaq üçün portfellərini yenidən balanslaşdırdıqca və pərakəndə investorlar sürətli mənfəət əldə etmək üçün çalışdıqca digər müəssisələrdən kapitalı soracaq. Çenq deyir: “Bu, yalnız bütün bu Çin investorlarının sərvətinə mənfi təsir göstərməyəcək, həm də dövlətin sərvətinə təsir edəcək, çünki indekslərə daxil olan bu dövlət şirkətlərinin çoxunun əksər səhmdarı Çin hakimiyyətidir”. “Ona görə də onlar işləri çox tədricən görməlidirlər. Mən demirəm ki, onlar bu süni intellekt səhmlərini daxil etməyəcəklər, amma düşünürəm ki, onlar qəfil addım atmaq əvəzinə, daxilolmanı diqqətlə və tədricən sürətləndirirlər.”

Çinin fond bazarındakı vəziyyət, süni intellekt bumunu əsasən qaçırmaqla yanaşı, real iqtisadiyyatı dəstəkləmək üçün az iş görən əmlak böhranının və israfçı istehlakçıların təsirlərini əks etdirir. Qiymətlər ölkənin əhəmiyyətli sənaye potensialı səbəbindən donur və ya qismən düşür, bəzi hallarda ölkə istehlak edə biləcəyindən daha çox istehsal edir. Eyni zamanda, Çin istehlakçılarının inamı pessimist ərazidədir və hələ də bir çoxlarının sərvətini məhv edən illərdir davam edən əmlak böhranından əziyyət çəkir. Deflyasiya tez-tez şirkətlərin investisiyaları təxirə salmasına səbəb olur ki, bu da öz növbəsində fond bazarının gəlirlərinə zərər verə bilər. Dünyanın yarısında Nvidia-da baş verən böhran, demək olar ki, vəziyyəti daha da pisləşdirəcək. Müşahidəçilər hesab edirlər ki, Huang-ın Pekin aktivi ilə bağlı iddia edilən münasibətinin araşdırılması Vaşinqtonun Çinə yanaşmasını sərtləşdirəcək və iqtisadi çətinlikləri dərinləşdirməklə hədələyir.

Liderlər razılaşma əldə edə biləcəklərmi?

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının bu həftə Çində keçiriləcək sammitində ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçiriləcəyi xəbəri təsdiqlənib. Bir neçə gün əvvəl ABŞ dövlət katibi Marko Rubio və Çin xarici işlər naziri Vanq Yi arasında telefon danışığı olub. Onlar liderlərin Çində müzakirə edəcəyi mövzuları müəyyənləşdiriblər. Liderlərin görüşündə müxtəlif mövzularla yanaşı Rusiya-Ukrayna müharibəsinin və İran ətrafındakı gərginliyin müzakirə ediləcəyi proqnozlaşdırılır.

Donald Tramp görüşdə Vladimir Putinin Ukrayna siyasətinin dəyişdirib-dəyişdirməyəcəyini müəyyənləşdirməyə çalışacaq. Rusiya Prezidentinin Ukrayna siyasətində dəyişikliyinə işarə edən heç nə yoxdur. Bunu Əbu-Dabi danışıqları da göstərdi. Tramp atəşkəs istəyir. Putin Donbasın tamamının ona təhvil verilməsi şərti ilə atəşkəsə razılaşa biləcəyini vurğulayıb, hələ üstəgəl onun Avropada yeni təhlükəsizlik arxitekturasının qurulmasıyla bağlı əlavə tələbləri də var. Halbuki, Brüssel Avropanın yeni təhlükəsizlik arxitekrurasına ehtiyacı olmadığı qənaətindədir.

Vladimir Putin və Si Cinpin İran məsələsində də Donald Trampla razılaşa bilməyəcəklər. ABŞ kəşfiyyatının son məlumatına görə, İranın hazırda ballistik raketlərinin sayı 2 mini keçib. Tramp rusiyalı və çinli həmkarını inandırmağa çalışacaq ki, onlar Tehrana təzyiq etsinlər. Ancaq Moskva və Pekinin Tehrana təzyiq etmək planları yoxdur, əksinə Rusiya və Çin İranın ABŞ qarşısında müqavimət gücünün artırılmasında maraqlıdırlar. ABŞ rəsmilərinin sözlərinə görə, İran əvvəlcədən ehtiyatda saxladığı komponentlərdən istifadə etməklə raket istehsalını davam etdirir. Bu komponentlərin isə Rusiya və Çindən əldə edildiyi ehtimalı yüksəkdir.

Trampın Çindən bir başqa istəyi bu ölkənin nüvə razılaşmalarına qoşulmasıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmalarına görə, Rusiya – 4 min 400, ABŞ – 3 min 700, Çin – 620 nüvə başlıqlı raketə malikdir. “Soyuq müharibə” illərində ABŞ və keçmiş SSRİ arasında nüvə silahlarının müxtəlif növbləriə dair razılaşmaları mövcud olub. SSRİ dağıldıqdan sonra bu razılaşmalar Rusiyaya miras qalıb. Çin bu razılaşmaların kənarındadır. Vaşinqtonun istəyinə rəğmən, Pekin nüvə razılaşmalarına qoşulmaq istəmir. Bu Çinə imkan verir ki, nüvə silahlarının istehsalını istədiyi qədər artırsın.

Bu arada, Hindistanın Baş naziri Narendra Modinin gündəmi fərqlidir. O noyabrın 15-də Manilada işinə başlayan ASEAN sammində Hindistanın Qlobal Cənub siyasəti çərçivəsində bölgə ölkələri ilə ikitirəfli əlaqələri gücləndirməyə çalışdıığını bildirib. Hindistanın ASEAN-a üzv ölkələrlə əlaqələri Yeni Dehlinin “Şərqə Doğru Hərəkət” siyasətinin özəyini təşkil edir. Buna baxmayaraq, Yeni Dehli ABŞ, Rusiya və Çin liderlərinin Rusiya-Ukrayna müharibəsinin dayandırlması və İran məsələsində ortaq məxrəcə gəlməsində çox maraqlıdır. Çünki bu müharibələr Hindistanın enerjiyə və digər strateji məhsullara çıxış imkanlarını məhdudlaşdırıb.

Tokio təhlükəsizlik konsepsiyasını korrektə edib

Yaponiyanın Baş naziri Sanae Takaiçinin hökuməti əsas təhlükəsizlik sənədlərinə – Milli Müdafiə Strategiyasına, Milli Təhlükəsizlik Strategiyasına və Müdafiə Tikinti Planına genişmiqyaslı nüvə enerjisi ilə işləyən sualtı qayıq donanmasının tikintisi ilə bağlı müddəaları daxil etməyi planlaşdırır. Bu plan haqqında məlumat verən Yaponiya mediası bunun texniki səbəblərdən qaynaqlandığını qeyd edir. Nüvə sualtı qayıqları dizel sualtı qayıqlarından daha uzun müddət döyüş növbətçiliyində qala biləcək. Lakin hökumətin qərarı Yaponiyanın 1967-ci ildə özünə tətbiq etdiyi məhdudiyyətlərdən bir fasilə kimi görünür. Sənədlərdə yaxın gələcəkdə, çox güman ki, dekabr ayının əvvəlində dəyişikliklərin edilməsi gözlənilir. Bir çox yaponların fikrincə, nüvə sualtı qayığı donanmasının tikintisi üç prinsipdən yayınma kimi qəbul edilir.

Onlar 1967-ci ildə o vaxtkı Baş nazir Eisaku Sato tərəfindən elan edilmiş və dörd il sonra Seym onları təsdiqləmişdir: bu prinsiplərə əsasən, Yaponiya öz nüvə silahına malik deyil, onları istehsal etmir və ərazisinə idxalına icazə vermir. Dünyada atom bombardmanına məruz qalan yeganə ölkədə (1945-ci ildə ABŞ tərəfindən) bu qadağalar ictimaiyyət tərəfindən təsdiqlənmişdir. Başqa bir sual nüvə sualtı qayıqlarının nüvə silahı kimi təsnif edilib-edilməməsidir. Takaiçi yox hesab edir, rəqibləri isə yox hesab edirlər.

Yaponiyada nüvə enerjisi ilə işləyən sualtı qayıqlara sahib olmaq ideyasını dəstəkləyənlər də var, buna qarşı çıxanlar da. Nüvə sualtı qayıqlarının tərəfdarları Yaponiya ətrafındakı təhlükəsizlik vəziyyətinin pisləşdiyini qeyd edirlər. Buraya Çinin artan hərbi potensialı, Cənubi Çin dənizində və Şərqi Çin dənizində “aqressiv davranışı”, Senkaku (Diaoyuy) adalarına iddiaları və Tayvanı zorla ilhaq etmək niyyəti daxildir.

Bu ada Yaponiyada yaxşı tanınır. Baş nazir Takaiçinin silahlı münaqişə baş verəcəyi təqdirdə Yaponiyanın Tayvanı dəstəkləmək üçün hərbi qüvvələr göndərməyə məcbur olacağı barədə verdiyi açıqlamanı xatırlatmaq yerinə düşər. Bu açıqlama Tokio ilə Pekin arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb oldu.

Yaponiya hökumətinin güc yolu ilə çəkindirmə potensialını gücləndirmək lehinə irəli sürdüyü digər bir arqument Şimali Koreyanın nüvə raketlərini təkmilləşdirməsidir. Yapon şərhçiləri bunun əsasən Şimali Koreyanın Rusiyaya əsgər göndərməsinə minnətdarlıq olaraq Şimali Koreyaya hərbi istehsalın inkişafında kömək göstərməyə başladığı Rusiyanın sayəsində mümkün olduğunu iddia edirlər. Bu əməkdaşlıq Şimali Koreya ilə Rusiya Federasiyası arasında 2024-cü ildə bağlanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinə əsaslanır. Tokiodakı rəsmilər Rusiyanın Uzaq Şərqdə də hərbi potensialını artırdığını, Yaponiya yaxınlığında hava qüvvələri və donanmasının iştirakı ilə hərbi təlimlər keçirdiyini qeyd edirlər. Beləliklə, Tokio iddia edir ki, nüvə sualtı qayıqlarına sahib olan üç ölkə – Çin, Rusiya və Şimali Koreya – Yaponiya üçün təhlükə yaradır. Üstəlik, Şimali Koreya bu yaxınlarda Moskvanın köməyindən şübhələnilən öz nüvə sualtı qayığını hazırladı.

Yaponlar nüvə enerjisi ilə işləyən sualtı qayıqlar hazırladıqları üçün onlar uzun mənzilli raketlər üçün buraxılış qurğuları ilə təchiz olunmalıdırlar. Bu, raketlərin nüvə başlıqları daşıyacağı anlamına gələ bilər. Baş nazir Takaiçi üç qeyri-nüvə prinsipi ilə bağlı dəqiq bir açıqlama verməyib. Lakin hökumətin Amerika nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmilərinin və sualtı qayıqlarının Yaponiya ərazi sularına daxil olmasına icazə vermək təklifini müzakirə etdiyi məlumdur. Bu, Yaponiyaya nüvə silahlarının idxalını qadağan edən üçüncü prinsipi zəiflədir. Takaiçi-nin əleyhdarları hesab edirlər ki, hücum silahlarının Yaponiya ərazisinə keçirilməsinə icazə verməklə, o, beynəlxalq mübahisələrin həlli vasitəsi kimi müharibədən imtinanı elan edən Konstitusiyanı pozur.

Lakin, hələlik bu, siyasətçilər, hərbi ekspertlər və jurnalistlər arasında müzakirələrlə məhdudlaşır. Nüvə sualtı qayıqlarının tikilməsi ideyasını həyata keçirmək üçün lazımi istehsal müəssisələrinin yaradılması, avadanlıqların alınması və texniki işçilərin hazırlanması lazım olacaq. “Asahi” qəzetinin məlumatına görə, bu, 10 ilə qədər vaxt aparacaq. Bu o deməkdir ki, sənədlər tezliklə dəyişdirilərsə, Yaponiya gəmiqayırma zavodlarında ilk nüvə sualtı qayığının inşası Takaiçinin vəzifədə olduğu müddətdə baş verməyəcəkdir.

Yeni Dehli Kiyev və Moskva ilə təmaslarını genişləndirib

Noyabrın 9-da – Rusiya ilə Ukrayna arasında ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək iki günlük danışıqlardan bir gün əvvəl – Hindistanın Baş naziri Narendra Modi Ukrayna Prezidenti Vladimir Zelenskiyə zəng etdi. Telefon danışığından sonra Modi “X” sosial şəbəkəsində “genişmiqyaslı ikitərəfli əməkdaşlığın nəzərdən keçirildiyi” “məhsuldar telefon söhbəti” barədə paylaşım etdi. Modi həmçinin “Hindistanın sülh yolu ilə həllə mümkün olan hər cür töhfə verməyə dair qəti öhdəliyinə” dair ümumi ifadələr işlətdi.

Bir qədər sonra Zelenski də “X” platformasında paylaşım etdi. Onun şərhləri daha ətraflı məlumat verirdi. Paylaşıma əsasən, Zelenski Modini “son diplomatik inkişaflar” barədə məlumatlandırıb. O, həmçinin bildirib ki, tərəflər “Rusiyanın Qara dəniz vasitəsilə taxıl ixracını bloklaması” məsələsini müzakirə ediblər və Zelenski iddia edib ki, “Hindistan ərzaq dəhlizlərinin yaradılmasında vasitəçilik etməyə hazırdır”.

Bir neçə saat sonra Hindistanın xarici işlər naziri S. Cayşankar rusiyalı həmkarı Sergey Lavrova zəng edərək münaqişə və “davam edən diplomatik təşəbbüslər” barədə danışıb. Bu intensiv telefon danışıqları onu göstərir ki, Yeni Dehli sülh prosesi cəhdlərini yaxından izləyir. Əvvəlki mərhələlərdə olduğu kimi, noyabrın 10-da başlayan Əbu-Dabi danışıqları da heç bir nəticə vermədən başa çatdı. Hər iki ölkə üçün məsələnin əhəmiyyəti o qədər böyükdür ki, bir raund danışıqla razılığa gəlmək mümkün deyil. Müharibəyə son qoymaq üçün tərəflərin öz pozulmuş təhlükəsizlik hissləri, strateji və iqtisadi maraqları ilə bağlı nə dərəcədə güzəştə getməyə hazır olduqları isə hələlik məlum deyil. Münaqişə tərəfləri və onların qonşuları ilə yanaşı, Hindistanın da sülh yaratmaq cəhdləri üçün öz səbəbləri var. Uzun sürən müharibə qlobal iqtisadi sarsıntıların üç əsas səbəbindən biri olub; digər amillər isə Tramp administrasiyası tərəfindən tətbiq edilən gömrük rüsumları və İranla bağlı gərginlikdir. Buna görə də, müharibənin başa çatması Yeni Dehli üçün böyük əhəmiyyət kəsb edir.

Ukraynada sülhün bərqərar olması Hindistana üç birbaşa fayda verə bilər. Birincisi, bu, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı təzyiqləri azalda bilər. Müharibə qlobal neft və qaz bazarlarında pozulmalara səbəb olub. Nəticədə, xam neft ehtiyacının böyük hissəsini idxal edən Hindistan qeyri-sabit qiymətlər və daim dəyişən sanksiya rejimləri şəraitində fəaliyyət göstərmək məcburiyyətində qalıb. Həmçinin gübrə və yeməli yağların tədarükünü azaltdı və daxili inflyasiyanı artırdı. Hindistan dünyanın ən böyük bitki yağı idxalçısıdır və tədarükünün böyük hissəsi əvvəllər Ukraynadan gəlirdi. Sentyabr ayında bu idxal dörd ildən çox müddətdə ən aşağı səviyyəyə düşdü və bu da emal zavodlarını Malayziya və İndoneziyadan palma yağı alışını ən yüksək səviyyəyə qaldırmağa sövq etdi. Modi hətta hindliləri yeməli yağ istehlakını azaltmağa çağırdı, baxmayaraq ki, çox uğur qazanmadı. Qara dəniz taxıl ixracının bloklanması qlobal ərzaq qiymətlərini yüksək səviyyədə saxladı və Hindistan da daxil olmaqla idxaldan asılı iqtisadiyyatlara zərər verdi. Davamlı bir razılaşma enerji qiymətlərini sabitləşdirəcək, proqnozlaşdırıla bilən təchizat zəncirlərini bərpa edəcək və gəmiçilik yollarını yenidən açacaq, Hindistanın idxal xərclərinə və ev təsərrüfatlarının büdcələrinə təzyiqi azaldacaq.

İkincisi, Hindistanın həm Moskva, həm də Vaşinqtonla münasibətləri gücləndirmək üçün diplomatik imkanları Rusiya ilə Qərb arasındakı gərginliyin məhdud şəkildə azalması ilə belə genişlənə bilər. İllərdir ki, Yeni Dehli Rusiya silahlarını alaraq və ABŞ ilə müdafiə, texnologiya və ticarət əlaqələrini dərinləşdirərkən çətin bir yol qət edib. Tramp administrasiyası tərəfindən tətbiq edilən tariflər də daxil olmaqla, Qərbin Hindistanın Rusiyadan alışına təzyiqi Yeni Dehlini narahat izahatlara və baha başa gələn güzəştlərə məcbur etdi. Münasibətlərin yumşaldılması bu diplomatik tapmacanın risklərini azaldacaq. Hindistan tərəf seçən kimi görünmədən strateji muxtariyyətini davam etdirə və Moskva və Vaşinqtonla müdafiə baxımından deyil, öz şərtləri ilə qarşılıqlı əlaqədə ola bilər.

Üçüncüsü, Ukraynada sülh istiqamətində əldə ediləcək irəliləyiş Hindistanın Avropa ilə genişlənən iqtisadi və strateji tərəfdaşlığına yeni təkan verə bilər. Avropa Yeni Dehli üçün əsas tərəfdaşa çevrilib; belə ki, uzun müddətdir müzakirə olunan Hindistan-Aİ azad ticarət sazişi, müdafiə sahəsində əməkdaşlıq və texnoloji əlaqələr getdikcə daha da fəallaşır. Noyabrın ilk həftəsində Hindistan və Aİ, uzunmüddətli institusional tədqiqat əməkdaşlığına doğru potensial bir addım kimi, Hindistanın Aİ-nin əsas tədqiqat və innovasiya proqramı olan “Horizon Europe”a qoşulması ilə bağlı danışıqları yekunlaşdırdılar. Lakin Avropanın şərq cinahındakı müharibə qitənin siyasi diqqətini, büdcə vəsaitlərini və təhlükəsizlik planlaşdırmasını öz üzərinə çəkib, eyni zamanda Hindistanın Rusiya ilə əlaqələri səbəbindən bu ölkə ilə əməkdaşlığı mürəkkəbləşdirib. Münaqişənin həlli Brüssel və Avropa paytaxtlarına diqqətlərini ticarət, investisiya, təmiz enerji və təchizat zənciri tərəfdaşlıqlarına yönəltməyə imkan verərdi. Bu, həmçinin Hindistanın Moskva ilə əlaqələrinə görə Avropada yaranan narahatlığı azalda və daha gələcəyə yönəlik münasibətlərin qurulmasına şərait yarada bilər.

Bu nailiyyətləri təmin etmək məqsədilə, müharibəyə qarışmaqdan əvvəlcə çəkinən Hindistan, son vaxtlar məhdud, lakin səmərəli nəticələr əldə etmək üçün vasitəçi qismində çıxış etməyə çalışır. Sentyabrın 3-də Cayşankar Ukraynaya səfər edərək Zelenski ilə görüşdü və Ukraynanın xarici işlər naziri Andrii Sibixa ilə ikitərəfli məsləhətləşmələr apardı. Bu, Hindistan xarici işlər nazirinin Ukraynaya həyata keçirdiyi ilk müstəqil ikitərəfli səfər oldu. Oktyabr ayında Hindistan üç hissədən ibarət bir atəşkəs təklifi irəli sürdü; bu təklif enerji obyektlərinə və digər infrastruktura hücumların dayandırılmasını, Qara dəniz vasitəsilə taxıl və enerji daşınmasının davam etdirilməsini, həmçinin ticarət gəmilərinə zərbələrin sona çatdırılmasını nəzərdə tuturdu.

Bununla belə, Hindistanın uğur qazanacağına zəmanət yoxdur. Yeni Dehlinin Moskva ilə əlaqələri güclüdür və bu əlaqələr ortaq tarixə, eləcə də davam edən hərbi və enerji sahəsindəki əməliyyatlara əsaslanır. Lakin Ukrayna müharibəsinə gəldikdə, Yeni Dehlinin Kremlin qərarlarına təsir imkanları olduqca məhduddur. Modinin tez-tez səsləndirdiyi “bu, müharibə vaxtı deyil” fikri Putin tərəfindən eşidilsə də, nəzərə alınmadı. Yeni Dehli isə hələ də dərk etməkdə gecikir ki, Moskva üçün strateji bazar olmaqdan kənarda, Hindistanın prioritetlər siyahısındakı yeri olduqca aşağıdır. Əslində, Rusiyanın Ukraynaya qarşı ən ağır hücumlarından bəziləri məhz Cayşankarın sentyabr ayında Kiyevə etdiyi səfərdən sonra baş verib. Buna baxmayaraq, risklər o qədər yüksəkdir ki, Yeni Dehlinin geri çəkilmə ehtimalı azdır. Moskva üzərində məhdud təsir gücünə malik Hindistanın real rolu sülhməramlıdan daha çox vasitəçi rolunu oynaya bilər. O, həm Moskvaya, həm də Kiyevə çıxışından istifadə edərək kanalları açıq saxlamaq və Qara dəniz ərzaq dəhlizi kimi humanitar və iqtisadi tənzimləmələri təşviq etmək üçün istifadə edir. BMT Təhlükəsizlik Şurasında yer almaq da daxil olmaqla qlobal ambisiyaları olan yüksələn bir güc olan Hindistanın etibarlı bir sülhməramlı kimi ortaya çıxması üçün daha güclü diplomatik və institusional təsirlər və münaqişələrin həlli sahəsində uzunmüddətli həllərə sadiqlik inkişaf etdirməsi lazımdır.

Tehran Pekinə üstünlük verir

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehranın Yaxın Şərqdəki mövcud münaqişələrin tənzimlənməsi və bölgədə sabitliyin bərpası üçün Çinin diplomatik vasitəçiliyinə cəlb olunmasında maraqlı olduğunu bəyan edib. Qalibaf eyni zamanda İranın Çinlə münasibətlər üzrə xüsusi nümayəndəsidir. Görünür, bu Qalibafla yanaşı İrandakı mühafizəkar qüvvələrin ortaq təklifidir.

Qalibaf misal olaraq Çinin İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyini göstərib. Hıqiqətən Çinin vasitəçiliyi ilə 2023-cü ilin martında İran və Səudiyyə Ərəbistanı nümayəndələri Pekində diplomatik əlaqələrin bərpasına razılaşmışdılar. Nəticədə 7 illik fasitlədən sonra iki ölkə diplomatik əlaqələri bərpa etdilər. Ancaq iki ölkə arasında diplomatik münasibətlər bərpa edilsə də, bu gərginliyin tam ortadan qaldırılmasına şərait yaratmayıb. ABŞ-İran müharibəsi zamanı İran İslam Keşikçiləri Korpusu Səudiyyə Ərəbistanı ərazisinə də raket zərbələri endirmişdilər. Bu raket zərbələri ABŞ-ın Səudiyyə Ərəbistanındakı hərbi məntəqələrini hədəf götürməklə yanaşı neft hasil edən mərkəzlərə zərər vermişdi. Bundan baqşa husilərin Səudiyyə Ərəbistanına raket və dron hücumlarının arxasında da SEPAH dayanır. İrandan maliyyə və hərbi dəstək almadan husilərin davamlı olaraq Səudiyyə Ərəbistanına hücumlar təşkil etməsi mümkün deyil. Digər tərəfdən Çin şirkətlərinin husilərə raket istehsalı üçün ikili təyinatlı komponentlər satması barədə xəbərlər mövcuddur. Çinli diplomatlar bu iddiaları əsassız hesab etsələr də, reallıq fərqlidir. Çin dron və raket istehsalındakı texnologiyalarını tərəfdaş saydığı ölkələrlə bölüşür. Pekinin əsas məqsədi ABŞ-ın Avrasiya bölgədəki hegemonluğunu azaltmaqdır.

Çin İran üzərindən husilərə dron istehsalı üçün komponentlər göndərsə də, Bab əl-Məndəb boğazında sablitiyin tərəfdarıdır. Çünki Səudiyyə Ərəbistanı Çinin ikinci ən böyük xam neft təchizatçısıdır və 2025-ci ildə Çinin ümumi idxalının 14 faizini təşkil edir. Mümkündür ki, məhz bu səbəbdən husilər Bab əl-Məndəb boğazında ticarət gəmilərinin yük daşımalarına mane olmurlar. Halbuki, İran Hörmüz boğazına nəzarəti əlində saxlamağa çalışır.

Beləliklə, Tehran Çinin Yaxın Şərqdəki proseslərdə vasiəçi olmasını istəsə, buna qarşı çıxacaq dövlət yalnız ABŞ-la məhdudlaşmır. Çinlə münasibətlərdə gənginlik yaşayan bölgə dövlətləri də Pekinin Yaxın Şərqdə əsas vasitəçi olmasını istəməzlər. Çünki, Tehranın təklifi reallaşarsa, Çin bölgədə diplomatik fəallıqla yanaşı hərbi iştirakını da təmin etməyə çalışacaq. Bu isə Avrasiya bölgəsinin bir çox dövlətinin maraqlarına cavab vermir.

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 2134643
ru_RURU