Kanada təzyiq altındadır

ABŞ Prezidenti Donald Tramp Çinlə əməkdaşlığa görə Kanadanı 100 % tariflərlə hədələdikdən sonra iki ölkə arasında münasibətlər yenidən gərginləşib. Trampın “Truth Social” hesabında bunları yazıb: “Əgər qubernator Karni (Kanadanın Baş naziri Mark Karnini nəzərdə tutub) düşünürsə ki, o, Kanadanı Çinin mal və məhsullarını Birləşmiş Ştatlara göndərmək üçün “transfer limanı”na çevirəcək, o, dərindən yanılır. Çin Kanadanı “diri-diri yeyəcək”, biznesləri, sosial strukturu və ümumi həyat tərzinin dağılması da daxil olmaqla, onları tam “udacaq”. Əgər Kanada Çinlə sövdələşmə bağlasa, Kanadanın ABŞ-yə daxil olan bütün mal və məhsullarına dərhal 100 % rüsum tətbiq ediləcək”.

Donald Trampın tonundan narazı qalan Mark Karni “X” sosial şəbəkəsində paylaşdığı videomüraciətdə xaricdən gələn təhdidlər fonunda kanadalıların seçimlərini etiklədini vurğulayıb. Baş nazir ABŞ-a işarə edərək başqa ölkələrin diktəsini qəbul etməyəcəyini bildirib. Kanada baş naziri çıxış yolunu belə izah edib: “Kanada məhsul alın, Kanada malları istehsal edin. Birlikdə güclü Kanada quracağıq”. Baş nazir bununla işarə edib ki, Tramp Kanadaya qarşı elan etdiyi gömrük rüsumları tətbiq edərsə, kanadalılar ancaq öz imkanlarına arxalanmalıdırlar.

ABŞ-Kanada münasibətlərinin gərginləşməsi Çinin maraqlarına xidmət edir. Pekin fürsətdən istifadə edərək Trampın Kanadaya təzyiqi forunda Ottava ilə tərəfdaşlığı gücləndirmək istəyir. Çinin Kanadakı səfirliyi Trampın təzyiqləri ilə bağlı açıqlama yayıb. Açıqlamada Çin ilə Kanada arasında sağlam və sabit münasibətlərin möhkəmlənməsinin hər iki ölkənin ümumi maraqlarına cavab verdiyi yazılıb.

Kanadanın baş naziri Trampın hədələrini nəzərə almayaraq bu ayın ortalarında Çinə səfər etmiş və bu ölkənin lideri Si Cinpinlə görüşmüşdü. Bu Kanadada hökumətə başçılıq edən şəxsin 2017-ci ildən sonra Çinə ilk rəsmi səfəri idi. Pekindəki müzakirələrdə iki ölkənin iqtisadi əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə kənd təsərrüfatı, enerji və maliyyə sektorlarında əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Bu səfərdən və müzakirlərdən məmnun qalan Si Cinpin iki ölkə arasında əməkdaşlığı daha gücləndirməyə qərar verib.

Buna baxmayaraq, Çin Kanada iqtisadiyyatını ABŞ-ın təzyiqlərindən xilas edə bilməyəcək. Kanada ilə ABŞ iqtisadiyyatları arasında ciddi asılılıq var. İki ölkə arasında müxtəlif məhsulların idxal-ixrac əməliyyatları strateji əhəmiyyətə malikdir. ABŞ Kanada məhsulları üçün əhəmiyyətli bazardır. Kanada gömrük rüsumlarının artırılması nəticəsində bu bazardan məhrum olarsa, gəlirləri azalacaq.

Без комментариев
Оставьте свой комментарий

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Girish 1395
Сегодня 7
Umumi 1386978
ru_RURU