Gün: 1 Mayıs 2025

ABŞ Ukraynanın resurslarını qorumalıdır

ABŞ-la Ukrayna arasında imzalanan və qısa adı “resurs anlaşmasına” müxtəlif şərhlər verilir. Bir qismi bu anlaşmanın Ukraynanın zərərinə, digərləri xeyrinə olduğunu vurğulayır. Fikrimcə, həqiqət hardasa bu iki yanaşmanın ortasındadır. Hər halda yeni anlaşmanın şərtləri ilə tanış olduqda, bu sazişin əvvəlkindən Ukrayna üçün daha münasib olduğu qənaətinə gəlmək olar. Tramp administrasiyasının əvvəl təklif etdiyi sazişdə Ukraynanın resurslarının tamamı Amerikanın nəzarətinə keçirdi və resursların istifadəsindən Amerikaya borcun qaytarılması nəzərdə tutulurdu. Yeni sazişin mətnində Ukrayna üçün bu ağır bəndlər yoxdur. Tramp Ukraynanın Amerikaya 500 milyard dollar borcunun olduğunu iddia edirdi. Halbuki, bu rəqəm xeyli şişirdilib. Buna görə də Ukrayna Prezidenti Volodimir Zelenki havadan götürülən borcla razılaşmadı və Vaşinqtonun təzyiqinə baxmayaraq, saziş üzərində işin davam etdirilməsini lazım bildi və ortaya yeni saziş sənədi çıxdı.

Yeni sazişin praktik necə həyata keçiriləcəyi də sual altındadır. Birincisi, Ukraynanın böyük yeraltı resurslara malik olması barədə səhih məlumat yoxdur. İkincisi, Ukraynanın əsas yeraltı resursları işğal altındakı ərazilərdədir, bu halda ABŞ-la Ukrayna həmin resursları necə istismar edəcəklər? Üçüncüsü, resursların istismarı üçün müharibə ya başa çatmalı, ya da uzun müddətli atəşkəs elan edilməlidir. Rusiya isə istəklərini əldə etmədən uzun müddətli atəşkəsə razılaşmır.

Buna baxmayaraq, yeni razılaşmanın Ukrayna üçün müsbət tərəfləri də var. Bu saziş ABŞ-ın Ukraynanın işğal edilməyən ərazisinə təhlükəsizlik təminatı verməsi anlamına gəlir. Çünki, ABŞ bundan sonra Ukraynanın yeraltı resurslarını öz resursları kimi qorumalıdır. Bundan başqa Tramp sazişdən çıxış edərək Ukraynaya hərbi yardımı davam etdirmək məcburiyyətindədir. Kiyevə elə bu lazımdır ki, Vaşinqton Ukraynaya hərbi yardımı dayandırmasın.

Top Rusiyanın meydanındadır. Bundan sonra Tramp Zelenskiyə deyil, Rusiya Prezidenti Vladimir Putinə təzyiq etməlidir. Çünki, müharibə dayanmadan ABŞ şirkətlərinin Ukraynada çalışması çətindir. Ancaq müharibə bitmədən ABŞ-ın bir neçə şirkəti Ukrayna ərazisində fəaliyyətə başlayarsa, bu dəfə Putinin işi çətinləşəcək. Çünki, Rusiya Ukraynadakı hədəflərini vurarkən, raketlərdən hər hansı biri ABŞ-ın çalışmağa başladığı məntəqəyə dəyərsə, Moskva artıq qarşısında ABŞ-ın görəcək.

"Atlas" Araştırma Merkezi

Vasitəçi kim olacaq?

Hindistan-Pakistan sərhədində gərginlik davam edir. İki nüvə dövlətinin qarşıdurması bölgədə gərginliyi artırıb. Beynəlxalq aləm yeni müharibə istəmir. Bəs iki dövlət arasında mövcud gərginliyi hansı dövlət və ya təşkilat azalda və ya vasitəçi rolunda çıxış edə bilər?

Hindistan və Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Ancaq Dehli bu təşkilatın vasitəçiliyini qəbul etməyəcək. Çünki, təşkilatın digər dövləti olan Çin Pakistanı dəstəkləyir. Digər üzv dövlət olan Rusiya isə ehtiyatlı mövqedən çıxış edib. Kreml sadəcə gərginliyin azalmasıyla bağlı bəyanat yayımlayıb. Bu arada, Hindistanın baş naziri Narendra Modinin Moskvada 9 May paradında iştirak etməyəcəyi açıqlanıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Hindistan başqa səviyyədə paradda təmsil olunacaq.

Belə vəziyyətdə yük yenə ABŞ-ın üzərinə düşəcək. Doğrudur, ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi və İran mövzusuyla məşğul olarkən üçüncü problemin həllinə vaxt ayırmaq istəmir. Ağ Ev sahibi sadəcə, Hindistan və Pakistan liderlərinin münaqişəni bu və ya digər şəkildə həll edə biləcəklərinə əmin olduğunu bildirib. “Pakistan və Hindistan arasında çoxlu gərginlik var, lakin bu, həmişə belə olub” – deyən Tramp bununla bu məsələ ilə məşğul olmaq istəmədıyinə eyham vurub.

Buna baxmayaraq, Vaşinqton iki nüvə dövləti arasında müharibə ehtimalının artmasına da seyrçi qala bilməz. Bu səbəbdən ABŞ dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subramanyan Cayşankarla telefonla danışıb. Tərəflər regionda təhlükəsizlik məsələlərini və terrorizmlə mübarizədə əməkdaşlığı müzakirə ediblər. Rubio vurğulayıb ki, ABŞ Cənubi Asiyada təhlükəsizlik və sabitliyin təmin edilməsində Hindistanın etibarlı tərəfdaşı olaraq qalır. O, həmçinin Dehlini ölkələr arasında gərginliyi azaltmaq və regionda sülhü möhkəmləndirmək üçün Pakistanla əlaqə saxlamağa çağırıb.

Hindistanla Pakistan arasında gərginlik də göstərir ki, Donald Tramp bir çox dünyəvi məsələlərin həllindən uzaqlaşmağa çalışsa da, elə problemlər var ki, orada Vaşintonun vasitəçiliyinə ehtiyac duyurlar. Çin və Rusiya nə qədər çoxqütblü dünyanın formalaşmasına çalışsalar da, hazırda Hindistanla Pakistan arasında gərinliyi azaltmaq imkanına malik deyillər.

"Atlas" Araştırma Merkezi

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 1406694
tr_TRTR