Gün: 20 Kasım 2026

Vaşinqtonla Tehranın vasitəçiyə ehtiyacı yoxdur

ABŞ Prezidenti Donald Tramp yeni ilə qədər İrana qarşı müharibənin başlamayacağına işarə vurub. Onun “İranla bağlı hər hansı qərar qəbul etməkdə tələsmirəm. Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq” sözləri də bundan xəbər verir. Tramp müharibə əvəzinə İrana qarşı iqtisadi təzyiqi artırmağa üstünlük verir.

Vaşinqton eyni zamanda Tehranla danışıqlar aparmağa da həvəs göstərmir. Bu mənada Vaşinqtonun Tehranla danışıqlar aparmaq üçün vasitəçiyə ehtiyacı yoxdur. Pakistan bir müddət ABŞ-la İran arasında vasitəçi rolunda çıxış etsə də, hazırda İslamabad fəallıq nümayiş etdirmir. Çünki, hazırki şərtlər altında ABŞ-la İranın mövqelərini yaxınlaşdırmaq mümkün deyil. İran ballistik raket istehsalından imtina etməyib, Hörmüz boğazı ətrafında gərginlik davam edir. Digər tərəfdən İrandakı rejimin Pakistanın vasitəçiliyinə etibar etmədiyini söyləmək mümkündür. İranlı siyasətçilər, ekspertlər və hətta hökumət rəsmiləri Əfqanıstan-Pakistan gərginliyindən çıxış edərək İslamabadın vasitəçiliyini şübhə altına alıblar. İş o yerə çatıb ki, Tehran İslamabada təklif edib ki, Pakistanla Əfqanıstan arasında münasibətlərin normallaşmasına köməyini təklif edib. İslamabad Tehranın bu təklifini cavabsız qoyub. İran Parlamentində Pakistanın siyasətini tənqid edənlərin sayı artıb. İranlı deputat Möhsün Zənganə İslamabad Vaşinqtondan gələn təlimatlara uyğun hərəkət etdiyini deyib. Tehran Pakistanın əvəzinə Qətərin vasitəçiliyinə üstünlük verib. Vaşinqton Qətər variantından imtina etməyib. Ancaq hazırda Qətərin də vasitəçiliyinə ehtiyac yoxdur.

ABŞ-ın siyasi dairələrində də Pakistana münasibət birmənalı deyil. ABŞ Prezidenti Donald Tramp Pakistanın Baş naziri Şahbaz Şəriflə dostluq münasibətlərinə malik olsa da, Konqresdə İslamabada fərqli baxış var. Konqresi nəzarətə götürən Demokrat Partiyası Trampın xarici siyasətini və baxışlarını bölüşmür. 2025-ci ildə Nümayəndələr Palatasındakı demokratlar dövlət katibi Marko Rubioya məktub yazaraq Pakistan rəsmilərinə viza qadağası və aktivlərin dondurulmasını tələb ediblər. ABŞ 2001-ci ildən bu yana terrorizmə qarşı mübarizə əməkdaşlığı müqabilində Pakistana 30 milyard dollardan çox yardım və hərbi ödənişlər edib. Ancaq 2021-ci ildə Talibanın Əfqanıstanın paytaxtı Kabildə hakimiyyətə qayıtmasından sonra vəziyyət dəyişib. ABŞ-ın Pakistana ehtiyacı azalıb. Bu da İslamabadı bölgədəki tərəfdaşlarıyla fərqli ittifaqlara sövq edir. Bunlardan biri “Məkkə Sazişidir” və “Bədr Müqaviləsi” imzalayıb. Məqsəd bölgə ölkələri ilə hərbi tərəfdaşlığı gücləndirməkdir. Bu sazişlərin işlək olub-olmayacağını gələcək göstərəcək, hələ ki, Yəməndəki husilərin hücumlarına məruz qalan Səudiyyə Ərəbistanı müttəfiqlərindən arzuladığı dəstəyi ala bilməyib.

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Giriş yapmak
Bugün
Umumi 2124758
tr_TRTR