BRİCS genişlənəcək

Rusiya üzv olduğu təşkilatların Ukrayna müharibəsində onun işğalçı siyasətinə dəstək verməsinə çalışır. Ancaq Kreml buna nail ola bilmir. 2024 oktyabrda BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının Kazanda keçirilən sammitinin yekunlarına dair qəbul olunan bəyannamədə vurğulanırdı ki, bütün dövlətlər bütövlükdə və qarşılıqlı əlaqədə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməlidirlər. BMT Nizamnaməsi isə Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörməti diktə edir.

Sammit iştirakçıları Ukrayna münaqişəsinin dialoq və diplomatiya yolu ilə tezliklə tənzimlənməsinin tərəfdarları olduqlarını bəyan etmişdilər. “Ukrayna və onun ətrafındakı vəziyyətlə bağlı müvafiq forumlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında qeyd olunan milli mövqeləri xatırlayırıq. Biz vurğulayırıq ki, bütün dövlətlər bütövlükdə və qarşılıqlı əlaqədə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməlidirlər. Münaqişənin dialoq və diplomatiya vasitəsilə, sülh yolu ilə həllini təmin etməyə xidmət edəcək vasitəçilik və xeyirxah işlərə dair müvafiq təklifləri məmnunluqla qeyd edirik”, – deyə bəyannamədə yazılırdı.

Kazan sammitindən bir il sonra Braziliyanın Rio-de-Janeyroda keçirilən sammitdə isə bir qədər fərqli bəyanat qəbul olundu. Sənəddə Ukraynanın Rusiya infrastrukturuna endirdiyi zərbələr pislənib, mülki itkilər qeyd edilib və bu cür hərəkətlərə ən sərt şəkildə qarşı çıxdığı bildirilib: “Biz gözləyirik ki, Ukrayna üzrə hazırkı səylər Ukrayna üzrə davamlı sülh nizamlanmasına gətirib çıxaracaq”. Rusiyanı sammitdə təmsil edən xarici işlər naziri Sergey Lavrov Braziliyada qəbul olunan bəyantdan məmnunluğu gizlətmirdi. Lavrovun sözlərinə görə, Rio-de-Janeyroda keçirilən BRICS sammitinin iştirakçıları Ukraynadakı münaqişənin əsas səbəblərini başa düşdüklərini nümayiş etdiriblər. O bəyannamədə və çıxışlarda sammitin bir çox iştirakçılarının Ukrayna böhranı ilə bağlı balanslı, obyektiv mövqelər ifadə etdiklərini söyləmişdi. Buna baxmayaraq, BRİCS üzvləri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləməkdən çəkinirlər.

BRİCS-in növbəti sammiti hazırda təşkilata sədrlik edən Hindistanda sentyabrın 12-13-də keçiriləcək. Hazırda Hindistan sammitdə müzakirə olunacaq mövzuları hazırlayır. Sammitin dəqiq proqramını formalaşdırmaq üçün nazirlər və mütəxəssislər səviyyəsində müxtəlif görüşlər keçirilir. Hindistanln paytaxtı Yeni Dehlidə keçiriləcək sammitə təşkilat üzvləri ilə yanaşı BRİCS-lə əməkdaşlıq edən dövlətlərin də dəvət olunacağı planlaşdırılır. Hindistan qonşu Banqladeşin təşkilata üzvlüyünü dəstəkləməyə qərar verib. Bu məqsədlə Banqladeşin baş naziri Tariq Rəhman sammitə dəvət olunub. Bu fevral ayında keçirilən seçkilərdən sonra Banqladeş liderinin olduqdan Hindistana ilk səfəri və baş nazir Narendra Modi ilə ilk görüşü olacaq. Məsələ burasındadır ki, Banqladeşdə 2024-cü ildə etiraz aksiyaları nəticəsində istefa verən baş nazir Şeyx Hasina Hindistanda sığınacaq tapmışdı. Bu iki ölkə arasında münasibətləri gərginləşdirmişdi. Bu səbəbdən Banqladeşin yeni baş nazirinin Hindistana səfəri və Yeni Dehlinin qonşusunun BRİCS üzvlüyünə dəstəyi iki ölkə arasındakı münasibətləri normallaşdırmaq məqsədi daşıyır.

Yorum yok
Yorum bırak

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Girish 1009
Bugun 1009
Umumi 1618869
tr_TRTR