Tramp indi də Starmeri hədəf aldı

Gözlənildiyi kimi, Böyük Britaniyanın baş naziri Kir Starmerin Çinə səfəri və bu ölkənin lideri Si Cinpinlə görüşü və apardığı müzakirələr ABŞ Prezidenti Donald Trampın narazılığına səbəb olub. Tramp Starmerin Çinə səfərinin üçüncü günündə Böyük Britaniyanın Çinlə yaxınlaşmasını “çox təhlükəli” adlandırıb. Buna baxmayaraq, Donald Tramp açıqlamasında Si Cinpini özünün “dostu” adlandırmağı da unutmayıb.

Trampın sözlərinə cavab olaraq, London baş nazir Kir Starmerin Çinə səfərindən və səfərin məqsədlərindən Vaşinqtonun əvvəlcədən xəbərdar olduğunu açıqlayıb. Kir Starmerdən əvvəl Kanadanın baş naziri Mark Karni də Çinə səfər etmişdi. Bu səfər də Trampın narazılığına səbəb olmuşdu. Tramp bu səfəri də Kanada üçün “təhlükəli” adlandırmışdı. Halbuki, yayılan məlumatlara görə, Donald Trampın özü də aprel ayında Çinə səfərə hazırlaşır.

Kir Starmer Çin Bankında keçirilən Böyük Britaniya-Çin Biznes Forumunun iclasında “biz səmimi şəkildə qarşılıqlı əlaqədə olduq və əslində bəzi real irəliləyişlər əldə etdik, çünki Böyük Britaniyanın təklif edə biləcəyi çox böyük məbləğ var” kimi açıqlama verib. Starmerin Çinə səfərindən başqa nəticələr də var. Misal olaraq iki ölkə vətəndaşları arasında vizasız səyahəti, aşağı viski tarifləri haqqında razılaşmanı, həmçinin Çində istehsal müəssisələrinin tikintisi üçün 10,9 milyard funt sterlinq investisiyanı göstərmək olar.

2025-ci ildə Böyük Britaniyanın ən böyük ticarət tərəfdaşı ABŞ olub, Çin bu siyahıda dördüncüdür. Çində fəaliyyət göstərən Britaniya Ticarət Palatasının sədri Kris Torrens Kir Starmerin Pekinə səfərini “uğurlu” adlandırıb. Torrens BBC-yə bildirib ki, “Böyük Britaniyanın Çinə baxması məntiqlidir, çünki o, ən böyük ticarət tərəfdaşlarından biridir”.

Kir Starmerin Çinə səfəri ABŞ-la yanaşı Böyüj Britaniyanın siyasi dairələrində də müzakirələrə səbəb olub. Kir Starmerə ölkəsində müxalif olan siyasətçilər insan haqları vəziyyətinə görə Çini tənqid ediblər. Böyük Britaniya mühafizəkarları Honkonqlu işadamı Cimmi Layın ömürlük həbs cəzası təhlükəsiylə üzləşdiyini xatırladıblar. Onların fikrincə, London milli təhlükəsizlik məsələlərini Çinlə iqtisadi əməkdaşlığın genişlənməsinə dəyişdirməməlidir.

Yorum yok
Yorum bırak

Hakkımızda

"Atlas" Araştırma Merkezi, 2003 yılında bir grup siyasi uzman tarafından Bakü'de kuruldu. Merkezin başkanı siyasi analist Elkhan Şahinoğlu.

Tezgah

Girish 2541
bugün 5
Umumi 1387056
tr_TRTR