İsveç və Finlyandiyanın iki ümidi qalıb

Finlyandiya və İsveç NATO-ya üzv olmaq üçün Türkiyənin razılığını ala bilmirlər. Çünki Türkiyənin haqlı tələbi var: “Ölkənizdəki terrorçuları bizə təhvil verin”. Bu tələbin yerinə yetirilməsi bir yana, PKK uzantıları bu iki ölkədə fəallaşıblar, üstəgəl İsveçdə Türkiyə səfirliyi qarşısında Quranın yandırılması Stokholmun NATO-ya üzvlüyünü daha da mürəkkəbləşdirib. Türkiyədə bunun qarşılığında İsveçin bayrağını yandırıblar.

Hazırki vəziyyətdə İsveçin və Finlyandiyanın iki ümidi qalıb. Birinci ümidləri onadır ki, Vaşiqnton Ankaraya təzyiqi artırıb bu iki ölkənin Şimali Atlantika Blokuna üzvlüyünü sürətləndirsin. Misal üçün yayılan xəbərlərə görə, ABŞ Türkiyəyə satacağı F-16 hərbi təyyarələri əvəzinə Ankarının İsveç və Finlyandiyanın NATO üzvlüyünə razılığını almaqdır. Ancaq Vaşinqton bu xəbərləri təsdiqləməyib. Helsinki və Stokholmun ikinci ümidi mayda Türkiyədə keçirilən prezident seçkisində Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğana məğlub olmasınadır. Hesab edirlər ki, Ərdoğanın yerinə fərqli siyasətçi Cumhurbaşqanı olarsa NATO-ya üzvlük məsələsi həll olunacaq. Bu hesabların nə dərəcədə özünü doğruldacağını seçkidən sonra biləcəyik. Hər halda seçkiyə qədər Ankaranın mövqeyi dəyişməyəcək və İsveçlə Finlyandiya NATO üzvü ola bilməyəcəklər.

 

 

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 270
Bugun 24
Umumi 258562
azAZ