Keren Donfrid iki dövlətin siyasətindən narahatdır

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Keren Donfrid deyib ki, Moskva və Tehranın Cənubi Qafqaz regionunda fəallığı təşviş doğurur. Onun sözlərinə görə, Qarabağdakı Rusiya sülhməramlıları proseslərdə konstruktiv rol oynamırlar: “İran isə Cənubi Qafqazda siyasi, hərbi və iqtisadi rolunu fəal şəkildə genişləndirməyə çalışır”.

Amerikalı diplomat haqlıdır, sadəcə onun sonrakı “Rusiya və İranın regional fəaliyyəti Ermənistan-Azərbaycan sülh prosesinə daha çox töhfə verməlidir” tövsiyyə xarakterli cümləsi ilk söylədiklərinə uyğun gəlmir. Keren Donfridin söylədiyi kimi Rusiya və İran Cənubi Qafqazda konstruktiv rol oynamırlarsa, bu iki ölkə sülh prosesinə necə töhvə verə bilər? Ancaq amerikalı diplomatın bu cümləsindən o da aydın olur ki, Vaşinqton Parisdən fərqli olaraq Ermənistan-Azərbaycan sülh prosesində Rusiyanı əvəz etməyə iddialı deyil. Bizə də o lazımdır ki, Rusiya hərbi kontingentini Qarabağdan yola saldıqdan sonra rusiyalı hərbçilərin yerini doldurmaq barədə kimsə düşünməsin.

 

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 1053
Bugun 18
Umumi 257028
azAZ