Lavrov Bakıya niyə gəlir?

Rusiya xarici işlər naziri Sergey Lavrovun yaxın günlərdə Azərbaycana səfəri iki ölkə arasında “müttəfiqlik sazişinin” imzalanmasının bir illiyi ilə bağlıdır. Həmin saziş fevralın 21-də Moskvada Azərbaycan və Rusiya prezidentlər arasında imzalanmışdı. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariyz Zaxarova bu gün keçirdiyi brifinqdə həmin sazişi tarixi sənəd kimi qiymətləndirib. Mariya Zaxarovanın sözlərinə görə, bu sənəddə ölkələr arasındakı münasibətlərin yeni keyfiyyəti qeyd olunub.

Bu bir ildə Moskvanın Azərbaycana qarşı müxtəlif açıq və gizli təxribatlarını nəzərə alaraq həmin sənədin Zaxarovanın təbirincə desək keyfiyyəti şübhə doğurur. Qarabağ separatçılarının “liderlərini” tez-tez Moskvaya çağıran, onlara təlimat verən, Laçın yolundan separatçıların silah, sursat, mina daşınmasına şərait yaradan mərkəz Azərbaycana “strateji müttəfiq” ola bilməz. Ona görə də Sergey Lavrovun Bakıda deyəcəyi sözləri deyil, onun və ona əmr verənlərin əməlini qiymətləndirmək lazımdır.

 

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 240
Bugun 19
Umumi 257541
azAZ