Trampın növbəti hədəfi filmlərdir

ABŞ Prezidenti Donald Tramp məşhur cizgi filminin qəhrəmanlarından biri kimi qarşısına çıxana rüsum tətbiq edir. Ağ Ev sahibi bu dəfə kino filmlərinə  rüsum tətbiqinə qərar verib. Ağ Ev sahibi xaricdə istehsal olunan bütün filmlərə 100 faiz rüsum tətbiq ediləcəyini açıqlayıb. Bununla ABŞ Prezidenti məhsullarla yanaşı xidmətlərə də yüksək tariflər tətbiq etməyə başlayacaq. Tramp bu qərarının səbəbini Amerika film sənayesinin digər ölkələrin vergi güzəştləri səbəbilə “çox sürətli şəkildə öldməsi” ilə izah edib. Tramp hazırki vəziyyəti Amerika milli təhlükəsizliyi üçün ciddi təhdid adlandırıb. Bununla əlaqədar olaraq Donald Tramp “filmləri yenidən Amerikada çəkək” şüarını səsləndirib.

Trampın sözlərində həqiqət payı var. Hollivud artıq uzun müddətdir istehsal xərclərinə görə film çəkilişlərini xaricə köçürüb. “The Guardian” nəşrinin məlumatına görə, 2023-cü ildə 40 milyon dollardan çox büdcəli Amerika layihələrinin yarısı xarici ölkələrdə çəkilib. Hollivud xarici ölkələrdə çalışan kinorejisor və studiyalarla filmlərin çəkilişləri ilə bağlı uzun müddətli müqavilələr imzalayıb.

Trampın yeni qərarını ABŞ Ticarət Departamenti yerinə yetirməlidir. Ticarət naziri Hovard Lutnik bu qərarın icrasına məsuliyyət daşıyacaq. Donalt Trampın Çinə qarşı tətbiq etdiyi yüksək tarif siyasəti kino sənayesinə də təsir edəcək. Məsələ burasındadır ki, Çin ABŞ istehsalı olan filmlərin alışını azadlıb. Çin ABŞ-dan sonra ən böyük gəlir gətirən film bazarı sayılır. Bununla ABŞ və Çin arasındakı rəqabət film sənayesində özünü biruzə verəcək.

“Atlas” Araşdırmalar Mərkəzi   

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 1231
Bugun 17
Umumi 1391548
azAZ