Tayvan ətrafında gərginlik artıb

“Reuters” agentliyinin məlumatına görə, Tayvan adası ətrafında hərbi fəallıq artıb. Tayvan həbi qüvvələri sahilə yaxın sularda təlimlər keçiriblər. Tayvan hərbi qüvvələri Çinin mümkün hücumuna hazırlaşırlar. Məsələ burasındadır ki, Çinin Tayvan adası ətrafında uçan hərbi təyyarələrin və dənizlərdə üzən hərbi gəmilərin sayı artıb. May ayında Çinin 125 hərbi təyyarəsi və 71 hərbi gəmisi Tayvan sahillərinə yaxınlaşıb. Tayvan buna cavab olaraq sahildə raket qüvvələrini gücləndirib.

Tayvanın təlimlərini ABŞ və Yaponiya hərbçiləri izləyib. Tayvan 2030-cü ilə qədər hərbi qüvvələrinin strateji konsepsiyasını təkmilləşdirməyi planlaşdırıb. Bu konsepsiyanın məqsədi Tayvanın hərbi qüvvələrinin Çinin hərbi müdaxiləsinə hazırlıq səviyyəsini müəyyənləşdirmək və hərbi qüvvələrin müqavimət gücünü artırmaqdır.

Çin Tayvana təzyiqi müxtəlif yollarla artırır. Bunlardan biri ada ətrafında hərbi uçuşların və gəmilərin sayının artırılmasıdırsa, digəri Tayvan yaxınlığında süni adaların yaradılmasıdır. Çin bu adalarda iqtisadi fəaliyyətlə məşğul olacağını açıqlayıb. Ancaq Tayvan rəhbərliyi həmin adalardan hərbi məqsədlər üçün istifadə ediləcəyindən şübhəlidir. Digər tərəfdən Tayvanla ticarət aparan gəmilərə də təhlükə yaradıla biləcəyi qorxusu var.  Bütün hallarda Pekin Tayvanı Çinə birləşdirəcəyi siyasətində qətidir. Çin lideri Si Cinpin ABŞ Prezidenti Donald Trampla son telefon söhbətində ona Tayvan məsələsinə qarışmamağı məsləhət görüb.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 2821
Bugun 32
Umumi 1396604
azAZ