ABŞ Hindistana qarşı sanksiya tətbiq edəcəkmi?

Vaşinqtonun təzyiqinə baxmayaraq, Hindistan Rusiyadan neft almaqda davam edir. Bunun iki səbəbi var. Birincisi, Hindistanın neftayırma zavodları Rusiya neftini ucuz qiymətə aldıqdan sonra onu yanacağın digər növlərinə çevirərək müxtəlif dövlətlərə baha qiymətə satırlar. İkincisi, Dehli Vaşinqtonun “Rusiyadan neft almayın” tələbinin yalnız Hindistana qarşı yönəldiyi qənaətindədir. Halbuki, Rusiyadan qonşu Çin də ucuz qiymətə neft alır. Ancaq ABŞ Prezidenti buna görə Pekini sanksiyalarla hədələmir. Dehli bunu Ağ Evin ikili standart siyasəti kimi qiymətləndirir.

Dehli ABŞ Prezidenti Donald Trampın açıqlamalarından narazıdır. Dehlidə hesab edirlər ki, Trampın açıqlamaları Hindistan-ABŞ münasibətlərinə mənfi təsir edir. Donald Trampın ticarət və sənaye məsələləri üzrə müşaviri Piter Navarro “The Financial Times” qəzetində yayımladığı məqalədə Vaşinqtonun siyasətini belə izah edib: “Rusiya-Ukrayna müharibəsi başlayana qədər Rusiya neftinin Hindistan idxalında payı 1 faiz idi. İndi isə bu 30 faizdir və bu artım Vaşinqtonu narahat edir”. Dehli bu arqmenti qəbul etmir. Çünki, Hindistan Rusiya neftindən qazanc əldə edir.

Buna baxmayaraq, ABŞ-la Hindistan arasında ticarətin həcmi son illər artıb. Hindistan ABŞ-a bir il ərzində 86,5 milyard dollar həcmində mal ixrac edib, ABŞ-dan isə 40,9 milyard dollar həcmində məhsul idxal edib. Hindistan ABŞ-a smartfonların ixracına görə Çini ötüb. Hindistan ABŞ-a 10,6 milyard dollar həcmində smatfon ixrac edib. Bu Hindistandan ABŞ-a smartfon ixracının 90 fazi artımı deməkdir.

Vaşinqton istəyir ki, Hindistan nefti və hərbi texnikanı Rusiyadan deyil ABŞ-dan alsın. Dehli ABŞ-la bu sahədə əməkdaşlıqdan imtina etmir. Ancaq əgər Vaşinqtonun Dehliyə təzyiqi artarsa, Hindistan ABŞ-ın rəbiqləri olan Rusiya və Çinlə əməkdaşlığı artıracaq. Hindistan Çinin ikinci böyük ticarət tərəfdaşına çevrilib. 2024-2025-ci illərdə iki ölkə arasında ticarətin həcmi 127,7 milyard dollara çatıb. Beləliklə, Çinlə Hindistan arasında ticarətin həcmi 2015-2022-ci illər arasında 90 faiz artıb. İki ölkə arasında siyasi əlaqələrdə problemlərə baxmayaraq, ticarət əlaqələri inkişaf edib. Beləliklə, Vaşinqton Hindistana təzyiq edərkən ABŞ-ın milli və təhlükəsizlik maraqlarına zərbə vurur.

 

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 1044
Bugun 15
Umumi 1394483
azAZ