Vaşinqton Ukraynaya dəstəyi artıracaq

“The Telegraph” qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp administrasiyası Ukraynaya maliyyə yardımı üçün yeni mexanizm hazırlayır. Qəzetin yazdığına görə, Tramp komandası Avropa müttəfiqlərinə Çinin Rusiyadan aldığı neftə görə yüksək gömrük rüsumları tətbiq etməyi təklif edəcək və bu rüsumlardan toplanacaq vəsaiti “Ukrayna qələbə fondu” adlandırılan xüsusi fonda yönəltməyi planlaşdırır. Tramp daha əvvəl də Çinlə bağlı bu cür çağırışlar səsləndirmişdi, lakin indi o, toplanacaq vəsaiti Ukraynaya hərbi yardım üçün istifadə etməyi planlaşdırır. ABŞ-ın maliyyə naziri Skott Bessent jurnalistlərə açıqlamasında bildirib:

“Prezident Tramp Avropadakı müttəfiqlərimizə çatdırmaq üçün göstəriş verib ki, biz Çinə qarşı ‘Rusiya nefti rüsumu’ və ya ‘Ukrayna qələbəsi tarifi’ adlandırıla biləcək bir tədbiri dəstəkləyərdik. Amma bizim Avropa və Ukrayna tərəfdaşlarımız da bu addımı atmağa hazır olmalıdırlar. Əgər onlar bizə qoşulsalar, biz də cavab addımları atacağıq”.

Yeni strategiyaya əsasən, Çindən idxal olunan mallara 500%-lik gömrük rüsumu tətbiq olunacaq, və bu yolla toplanan pullar Ukrayna Silahlı Qüvvələri üçün silah və sursat alınmasına sərf ediləcək.

Lakin “The Telegraph” yazır ki, Vaşinqtondakı diplomatik mənbələrin məlumatına görə, Avropa hökumətləri bu ideyanı ehtiyatla qarşılayıblar. Səbəb odur ki, bu addım Çinə qarşı dolayı iqtisadi sanksiya kimi qiymətləndirilə bilər. Tramp sentyabr ayında həm Çini, həm də Hindistanı Rusiyadan neft alışıdan çəkindirmək üçün 50–100% arasında rüsum təklifi ilə çıxış etmişdi. Lakin Avropa İttifaqının Çinlə çoxşaxəli iqtisadi əlaqələri var və Hindistanla azad ticarət zonası haqqında danışıqları başa çatmaq üzrədir. Bu səbəbdən Avropa liderləri Trampın təşəbbüsünü Moskva üzərində iqtisadi təzyiqin məsuliyyətini Avropanın üzərinə atmaq cəhdi kimi dəyərləndiriblər.

Şərhsiz
Şərhinizi buraxın

Haqqımızda

“Atlas” Araşdırmalar Mərkəzi 2003-cü ildə bir qrup siyasi ekspert tərəfindən Bakıda təsis olunub. Mərkəzin rəhbəri siyasi analitik Elxan Şahinoğludur.

Sayğac

Girish 1296
Bugun 9
Umumi 1386689
azAZ