Day: November 21, 2026

Müqavilədən daha çox qazanan ölkə Türkiyə olacaq

“Bədr müqaviləsi”ni imzalayan dövlətlərin əməkdaşlıqdan fərdi maraqları var. Türkiyə, Qətər, Pakistan və İndoneziya birgə hərbi istehsal və texnologiya transferi yolu ilə müdafiə sənayelərini gücləndirməyə ümid edirlər. Ancaq qeyri-bərabər texnoloji imkanlar və açıqlanmayan kommersiya razılaşmaları müqavilənin yerinə yetirilməsi prosesində suallar yarada bilər.

Türkiyə, Qətər, Pakistan və İndoneziya 21 oktyabr 2026-cı ildə Dohada Bədr Anlaşma Memorandumunu imzalayaraq müdafiə istehsalı, tədqiqat, texnologiya transferi və texniki təlim üzrə əməkdaşlıq etməyi razılaşıblar. Qətərin müdafiə mövqeyi birbaşa Hörmüz boğazındakı pozuntuların yaratdığı risklərlə və hərbçilərin zəifliyi ilə əlaqəlidir. Türkiyə və İndoneziya şirkətləri birgə tank istehsalını həyata keçirirlər. Bundan başqa Türkiyə 48 ədəd KAAN qırıcı təyyarəsinin ixracı üzrə İndoneziya ilə müqavilə imzalayıb. Bu “Bədr müqaviləsindən” əvvəl imzalanan sazişdir. Bu iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin yaradıb. Ümumiyyətlə “Bədr müaviləsi” ən çox Türkiyəyə kommersiya baxımından gəlir qazandıra bilər. Türkiyə hərbi sənayesi “Bədr müqaviləsi”ndən ən böyük paya iddialıdır. Müqavilə Türkiyəyə daha çox müştəri və investisiya, o cümlədən  uzunmüddətli təchizatçı əlaqələr vəd edir. Müqavilə çərçivəsində əsas mühəndislik Türkiyədə qalarsa, Ankara tərəfdaşlarına axtardıqları texnoloji müstəqilliyi vermədən ixracı genişləndirə bilər. Ancaq Qətər və İndoneziya yalnız layihələri maliyyələşdirməklə kifayətlənməyəcəklər. Qətərin sadəcə tərəfdaşlarının ambisiyalarını maliyyələşdirəcəyini düşünmək səhv olardı. Bu dövlət qabaqcıl silah və hərbi texnikanın istehsal prosesində iştirak etmək istəyir.  Pakistanın isə dəniz istehsalı sahəsindəki təcrübəsi yeni müştərilər cəlb etmək və qlobal istehsal şəbəkələrindəki rolunu genişləndirmək üçün bir platforma rolunu oynaya bilər. İslamabadın rəsmi narrativi hərbi istehsal, tədqiqat və təlimlərdə üstünlüyünü göstərməkdir. Pakistan “Bədr müqaviləsi” ilə paralel olaraq Çinlə hərbi tərəfdaşlığını da davam etdirəcək. İndoneziya Türkiyənin hərbi texnikasına maraq göstərsə də, yalnız müqaviləyə imza atan dövlətlər üçün bazar rolunu oynamaq istəmir. İndoneziyanın prioriteti hərbi texnika istehsal etmək, mövcud şəraitə uyğunlaşdırmaq və nəticədə rəqabət aparmaq üçün təcrübə və səlahiyyət qazanmaqdır.

“Bədr müqaviləsi”nin zəif tərəflərindən biri üzv dövlətlərin hərbi texnikanın istehsalında xarici təhcizatçılardan asılı olmalarıdır. Hərbi texnikanın birgə istehsalı zamanı kommersiya şərtlərinin tərəflərin maraqlarına uyğunluğunu təmin etmək də asan olmayacaq. Müqavilə çərçivəsində layihələri müəyyən etmək, təsdiqləmək və planlaşdırmaq üçün strateji şura yaradılıb. Şura ilk növbədə dördtərəfli proqramları və dizayn hüquqlarının bölüşdürülməsinə təmin etməlidir. Müqavilənin icrası üzv dövlətlər arasında təcrübə və səlahiyyətlərin necə bölüşdürülməsindən asılı olacaq. Əks halda fərqli milli maraqlar kollektiv maraqları üstələyə bilər.

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Login
Today
Umumi 2130254
en_USEN