Why is it important for Azerbaijan to open an embassy in Israel?

İsrail Azərbaycanda səfirliyi 30 il bundan açıb. Biz isə 30 il gözlədik. Açıq demək lazımdır, İran və ərəb amilinə görə İsraildə səfirlik açmaqdan çəkinirdik. Sonrakı illərdə aydın oldu ki, İsraildə səfirlik olmadan da Tehran Azərbaycana qarşı təxribatlarından əl çəkən deyil. Çünki Tehranın dərdi Azərbaycan-İsrail əməkdaşlığından çox Azərbaycanın dünyəvi müsəlman ölkəsi olaraq varlığıdır. Digər tərəfdən son illərdə ərəb ölkələrinin bir qrupu İsraillə diplomatik əlaqələr qurublar. Ərəb ölkələrinin İsraildə səfirlikləri açılırsa, Azərbaycanın bu ölkədə niyə səfirliyi olmamalıdır?

Azərbaycanın İsraildə səfirliyinin açılmasını şərtləndirən amillərdən biri də iki ölkə arasında artan əməkdaşlıqdır. İsraildən aldığımız hərbi texnikanın İkinci Qarabağ müharibəsindəki uğurumuzda payı az deyil. İsrail Azərbaycanla əməkdaşlığı təhlükə altına atmamaq üçün düşmənimiz Ermənistana hərbi texnika satmadı. Halbuki, İrəvanın belə cəhdləri olmuşdu. Hərb-texniki sahədə əməkdaşlıq o həddə çatıb ki, İsrail şirkətinin dəstəyi ilə bugünlərdə Bakıda kibertəhlükəsizlik mərkəzi açılıb. Bundan başqa Azərbaycan illərdir Ceyhan limanı üzərində İsrailə neft satır. Bu İsrailin neftə olan tələbatının təxminən 30 faizdən çoxunu təmin edir. Bütün bunlardan sonra Azərbaycanın İsraildə səfirliyinin açılmasını yubatmaq olmazdı. Növbəti addım Azərbaycan prezidenti İlham Əliyevin İsrailə rəsmi səfəri olacaq.

No comments
Leave Your Comment

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Girish 267
Today is the 24th
Umumi 257788
en_USEN