Çin İrana görə sanksiyalarla üzləşir

Amerika Birləşmiş Ştatlar çərşənbə günü İranın ballistik raket proqramını dəstəklədikləri üçün altı nəfərə və 12 firmaya, o cümlədən bir neçə materik Çin və Honq Konqda yerləşən şirkətlərə qarşı yeni sanksiyalar elan edib.

Aksiya İranın neft sənayesi və nüvə proqramı ilə əlaqəli bir sıra qurum və şəxslərə qarşı Tramp administrasiyasının son həftələrdə tətbiq etdiyi sanksiyalardan sonra həyata keçirilir. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, çərşənbə günü sanksiyalar “İran rejiminə Tehranın ballistik raket proqramı üçün lazım olan kritik materialların istehsalında yerli mənbələrdən kömək etmək səyləri” ilə məşğul olan təşkilatlara qarşı yönəlib.

Çin ilk dəfə deyil ki, İrana görə ABŞ sanksiyaları ilə üzləşir. Pekinin iki çıxış yolu var. Pekin ya İranın raket proqramının təkmilləşməsində iştirakını davam etdirəcək, ya da İranla əməkdaşlığı məhdudlaşdıracaq. Pekin birinci yolu seçdiyindən Vaşinqtonun sərt sanksiyaları ilə üzləşməkdə davam edəcək. Buna baxmayaraq, Çinin hakimiyyət dairələrində bu yolun təhlükəli olduğunu anlayanlar da var. Məsələn burasındadır ki, Pekin Vaşinqtonla yeni ticarət sazişi imzalamaq istəyir. Pekin bu yolla Vaşinqtonla arasında gərginliyi azaltmaq istəyir. Ancaq bunun üçün Pekin İran siyasətini korrektə etməlidir.

No comments
Leave Your Comment

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Girish 1611
Today is 19
Umumi 1406585
en_USEN