Çin Rusiyanı silahlandırırmı?

“The Telegraph” nəşrində yayımlanan məqalədə Çinin gizli şəkildə Rusiyanı silahlandırdığı yazılıb. Aparılan araşdırmalar göstərib ki, Çin şirkətləri 2023-2024-cü illər ərzində sanksiya altındakı Rusiya firmalarına hərbidə istifadə oluna biləcək ən azı 55 milyon avro dəyərində detalları və materialları tədarük ediblər. Bu məbləğin təxminən dörddə biri – 12,5 milyon avro – Tatarıstandakı xüsusi iqtisadi zonada yerləşən, İran istehsalı olan “Shahed” dronlarını yığan müəssisələrə göndərilib.

Çindən ixrac edilən məhsullar arasında təyyarə mühərrikləri, mikrosxemlər (mikroçiplər), metal ərintiləri, kamera obyektivləri, şüşə lif (fiberglass), şüşə lif üçün birləşdirici maddələr və karbon liflər yer alır – bunların hamısı dron istehsalı üçün vacib komponentlərdir. Araşdırmalar nəticəsində 97 Çin təchizatçı şirkəti müəyyən edilib. Yazıda deyilir ki, Çin rəsmi olaraq neytrallığını bəyan etsə də, bu komponentlərin tədarükü Pekinlə Moskva arasında sıx hərbi əməkdaşlıq olduğunu göstərir.

No comments
Leave Your Comment

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Girish 1619
Today is the 15th
Umumi 1394923
en_USEN