Husilər raket və dron istehsalını genişləndiriblər

“The Wall Street Journal” nəşrinin məlumatına görə, Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanından hərbi əməliyyatlara son qoymaq üçün 51 milyard dollar tələb ediblər. Husilər 11 il ərzində Səudiyyə Ərəbistanın Yəmənə endirdiyi zərbələrin nəticələrini ortadan qaldırmaq üçün belə bir məbləğ müəyyənləşdiriblər. Halbuki, Yəmən indiki ağır vəziyyət vətəndaş müharibəsinin nəticəsidir. Husilərin iddiasına görə, 51 milyard dollar Səudiyyə Ərəbistanın Yəmənə tətbiq etdiyi blokada nəticəsində dəyən ziyanı da əks etdirir. Husilərin Ər-Riyaddan başqa bir tələbi də var: Səudiyyə Ərəbistanı husiləri Yəmənin qanuni hakimiyyəti kimi tanımalıdır.

Aydındır ki, Ər-Riyad husilərin tələblərini yerinə yetirməyəcək. Ancaq Ər-Riyad husilərin Səudiyyə Ərəbistanının hava limanlarına, yanacaq mərkəzlərinə raket zərbələrinə də hələ ki, son qoya bilmir. Husilər İrandan aldıqları dəstək sayəsində hrbi arnesallarını artırmaq imkanlarına malikdirlər. Bundan başqa husilər raket və dron istehsalını genişləndirmək məqsədilə Çindən lazımi avadanlıq və komponentlər alırlar. “Bloomberg” agentliyinin məlumatına görə,
2026-cı ilin iyul ayında aparılan ətraflı yoxlama zamanı Yəmən limandakı konteynerlərdən birində raket istehsalında istifadə oluna bilən materiallar aşkarlanıb. Husilərlə savaşan Yəmən qüvvələri 2025-ci ilin iyulunda limanlarının birində böyük silah yükünü ələ keçirmişdilər. Yükün tərkibində İran mənşəli raketlər və digər sistemlər olub. İran və husilərə raket və dron istehsalı üçün ciplər lazımdır. Həmin cipləri isə İran və husilər əsasən Çindən əldə edə bilərlər. Husilər raket və dron istehsalını o qədər modernləşdiriblər ki, Səudiyyə Ərəbistanına məxsus “Abrams” tanklarını da vura bilirlər.

Raket və dron istehsalı üçün İrana və husilərə lazımi komponentlər satan Çinin Səudiyyə Ərəbistanı ilə də yaxşı münasibətləri var. Çin Səudiyyə Ərəbistanın əsas iqtisadi tərəfdaşı və neftinin əsas alıcılarından biridir. Səudiyyə Ərəbistanı ilə Çin arasında ikitərəfli ticarət kəskin şəkildə artaraq 100 milyard ABŞ dollarını keçib, əməkdaşlıq  texnologiya, süni intellekt, infrastruktur, istehsal və enerji sahələrini əhatə edib. Çin Krallığın ən vacib iqtisadi tərəfdaşlarından biri olaraq qalır və Səudiyyə Ərəbistanı Pekinin Yaxın Şərq strategiyasının mərkəzi sütununa çevrilib. Buna baxmayaraq, Çin Səudiyyə Ərəbistanı ilə savaş aparan husilərlə əlaqələrdən də imtina etməyib. Husilərin Çinlə əlaqəli komponentlərdən istifadə edərək daha mürəkkəb raket istehsalını artırmasıyla bağlı narahatlıqlar artıb. Husilərlə Səudiyyə Ərəbistanı arasındakı münaqişə dronlar, dəqiq idarə olunan raketlər və elektron müharibə sistemləri üçün sınaq meydançasına çevrilib. Səudiyyə Ərəbistanı üçün bu məsələ həssas diplomatik çətinlik yaradır.

Pekinin İrana və husilərə lazımi hərbi komponnetlər satmaqda marağı nədir? Görünür, Pekin İran və husilərə gizli dəstək verməklə, ABŞ-ın regional siyasətini zəiflətmək istəyir. Çünki, ABŞ nə İranı ram edə bilib, nə də husiləri neytrallaşdırmaq məqsədilə strateji müttəfiqi Ər-Riyada dəstək verib. Bu vəziyyət Çinin maraqlarına cavab verir.

No comments
Leave Your Comment

About us

"Atlas" Research Center was founded in Baku in 2003 by a group of political experts. The head of the center is political analyst Elkhan Sahinoglu.

Counter

Girish 219
Bugun 219
Umumi 2051232
en_USEN