BRİCS Avropa İttifaqı və NATO-ya rəqibdirmi?

Hindistanda işini başa çatdıran BRİCS sammiti ətrafında müzakirələr davam edir. BİRCS üzvləri yekun bəyannaməni yekdilliklə qəbul ediblər. Buna baxmayaraq, Rusiya və İran yekun bəyannamədə Qərbin siyasətinin tənqid olunmasını istəyib. Sammitin ev sahibi Hindistan buna imkan verməyib. Yekun bəyannamədə müxtəlif problemlər və gərginliklərin adı çəkilib, beynəlxalq hüquq çərçivəsində həll yolları göstərilib. Ancaq beynəlxalq hüququ pozan elə həmin bəyyanaməyə imza atan Rusiyadır ki, Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir. Bütün hallarda Yeni Dehli sammitdə diqqəti mübahisəli geosiyasi məsələlərdən çox üzvləri ticarətə, texnologiyalara və “Qlobal Cənub” ideyasının inkişafına yönəltməyə nail olub.

Rusiyanın siyasi dairələri sammitin nəticələrindən razı qalıblar. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peksov Hindistandakı sammitdə iştirakçıların sayının artdığını bildirərək Kremlin BRİCS-ə verdiyi əhəmiyyətə işarə edib. Təsadüfi deyil ki, Ukraynaya qarşı müharibəyə başladıqdan sonra xarici səfərlərinin sayını azaldan Rusiya Prezidentinin Hindistana səfəri 3 gün çəkib.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin BRİCS-in Avropa İttifaqı və NATO-dan fərqli olaraq beynəlxalq məsələlərin həllində dominantlığa çalışmadığını bildirib. BRİCS istəsə belə Avropa İttifaqı və NATO-ya bənzəyə bilməz. Çünki, BRİCS üzvlərinin maraqları üst-üstə düşmür. Misal üçün BRİCS üzvlərindən Çinlə Hindistanın və İranla Birləşmiş Ərəb Əmirliklərinin fərqli regional maraqları var. Buna baxmayaraq, Qriqori Karasin BRİCS-in yaxşı gələcəyi olacağı qənaəitnədir. Çoxqütblü dünyanın formalaşmasında BRİCS-in əhəmiyyətli rol oynadığını bildirən Karasin bu fikirlə təşkilatın ABŞ-ın hegemonluğuna son qoymağa çalışacağına işarə edib. Halbuki, bu məsələdə də üzv ölkələr arasında fikir ayrılığı var. Üzv ölkələr arasında ABŞ-la siyasi, iqtisadi və hərbi əməkdaşlığı genişləndirməyə çalışanlar mövcuddur.

Bu arada, BRİCS-ə sədrlik Hindistandan Çinə keçib. Yeni Dehlidə Hindistanın baş nazirinin Çin lideri Si Cinpin arasında 45 dəqiqəlik görüş keçirilib. Bu Si Cinpinin 2019-cu ildən bu yana qonşu Hindistana ilk səfəri olub. Əlbəttə, iki ölkə arasında münasibətlər tam normallaşmayıb, sərhəd və digər məsələlərdə fikir ayrılıqları ortadan qaldırılmayıb. Ancaq önəmli olan iki dövlət arasında mübahəsili mövzular ətrafında dialoqun davam etdirilməsidir. Əhalilərin ümumi sayı 2 milyarddan çox olan iki böyük dövlətin gərginlikdən qaçması Asiya qitəsi üçün vacibdir. Bu mənada iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu söyləmək mümkündür. Bu, iki dövlət arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına müsbət təsir edəcək. Ancaq iki ölkənin geosiyasi maraqları arasında fərqi ortadan qaldırmaq çətindir. İstənilən qığılcım iki ölkə arasında münasibətlərin yenidən gərginləşməsinə səbəb ola bilər.

Без комментариев
Оставьте свой комментарий

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Запись 118
Bugun 118
Umumi 1816723
ru_RURU