Рубрика: Отчеты

Sanae Takaiçi Hindistana səfərə hazırlaşır

Yaponiyanın baş naziri Sanae Takaiçi iyulun əvvəlində Yeni Dehlidə hindistanlı həmkarı Narendra Modi ilə görüşəcək. Yaponiya baş nazirinin üç günlük səfəri zamanı iki hökumət arasında anlaşma memorandumu mübadiləsi imzalanacaq. Müzakirələrin Hindistanın şimal-şərqindəki Assam əyalətinin böyük şəhəri olan Quvahatidə keçirilməsi planlaşdırılır.

Yaponiya və Hindistan hökumətləri ekoloji cəhətdən təmiz enerji mənbəyi kimi qəbul edilən bioqazla işləyən nəqliyyat vasitələrinin təşviqi üçün bir çərçivə yaradacaqlar. Tərəflər Hindistanda sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələri üçün fermentləşdirilmiş inək peyinindən metan istehsal edən zavodların sayını 1000-ə çatdırmağı hədəfləyəcəklər. Hindistanın minik avtomobilləri bazarında ən böyük paya sahib olan Yaponiyanın Suzuki Motor şirkəti bu çərçivədə əməkdaşlıq edəcək. Hindistanda Suzuki Yaponiya hökumətinin Global South subsidiyaları ilə bioqaz istehsalına başlayıb. Şirkət Hindistanda yeni avtomobil satışlarının 20%-dən çoxunu təşkil edən sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələrini daha da təşviq etməyi hədəfləyir.

Təxminən 1,4 milyard əhalisi olan Hindistan, Çin və ABŞ-dan sonra dünyanın üçüncü ən böyük enerji istehlakçısı ölkəsidir, lakin xam neft idxalından çox asılıdır. Buna görə də, Hindistan hökuməti ümidlərini Suzuki-nin təşəbbüsünə bağlayır. Takaiçinin ötən ilin oktyabr ayında vəzifəyə başlamasından bəri ilk səfəri olan Hindistana səfəri, iki ölkə liderlərinin qarşılıqlı səfərlərindən ibarət “məkik diplomatiyası”nın bir hissəsi olacaq. O, ABŞ prezidenti Donald Tramp administrasiyasının beynəlxalq əməkdaşlıq etmək istəməməsi və Çinin artan iddialılığı fonunda Yaponiya və Hindistan arasında əməkdaşlığı gücləndirməyi hədəfləyir. “Biz iqtisadi təhlükəsizlik və iqtisadi artım üçün əməkdaşlığı təşviq etməklə Hindistanla strateji münasibətlərimizi daha da gücləndirmək istəyirik”, – deyə Baş Nazirlər Kabinetinin katibi Minoru Kihara cümə günü keçirilən mətbuat konfransında bildirib. Yaponiya və Hindistan hökumətləri əvvəlcə sammiti çərşənbə günü keçirməyi planlaşdırırdılar, lakin ertəsi günə təxirə salındı. Məkanın dəyişdirilməsinin Hindistan tərəfi tərəfindən tələb olunduğu deyilir.

BRİCS sammitə hazırlaşır

BRİCS təşkilatına üzv dövlətlərin təhlükəsizlik şuraları rəhbərlərinin iyunun 24-də Hindistanın paytaxtı Yeni Dehlidə görüşü keçirilib. Bu görüş həm də sentyabr ayında təşkilatın sammmitinə hazırlıq məqsədi daşıyıb. Hindistanın baş naziri Narendra Modi toplantıda çıxış edərək terrorizm, kibertəhlükəsizlik və inkişaf etməkdə olan texnologiyalar kimi məsələlərdə BRICS üzvləri arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb. Modi geosiyasi və texnoloji çətinliklərin inkişaf etməyə davam etdiyi bir vaxtda BRICS-in əsas təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın gücləndirilməsində mühüm rol oynadığını söyləyib. O həmçinin Hindistanın qruplaşmaya qarşıdakı sədrliyi üçün prioritetləri açıqlayıb və Yeni Dehlinin üzv dövlətlər arasında praktik əməkdaşlığın inkişaf etdirilməsinə və Qlobal Cənubun maraqlarının təşviqinə diqqət yetirəcəyini bildirib.

Narendra Modidən sonra çıxış edən Hindistanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval BRİCS təşkilatının sülh və inkişaf tərəfdarı olduğunu bildirib. “BRİCS sülh və inkişafa inanan dövlətlərin birliyidir” – deyən hindli rəsmi təşkilatın gündən-günə gücləndiyini bildirib. Ajit Doval təşkilatın qlobal Cənubun rolunun güclənməsində əhəmiyyətli rol oynadığını sözlərinə əlavə edib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə BRICS ölkələrində fövqəladə hallar üçün cavab mexanizmlərinin və ehtiyatların yaradılmasının vacibliyini bildirib. Şoyqu beynəlxalq vəziyyətin pisləşdiyini bildirərək BRİCS üzvlərinin birgə resurs ehtiyatlarının formalaşdırılması vacibliyini səsləndirib. Görünür, Şoyqu “birgə resurs ehtiyatlarının formalaşdırılması” dedikdə üzv dövlətlərin bu sahədə inteqrasiyasının sürətləndirməsini nəzərdə tutub. Ancaq bunun reallaşması çətindir. Çünki, Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya ilə bu dövlətə tərəfdaş olanlar belə Moskva ilə  “birgə resurs ehtiyatlarının formalaşdırılmasına” razı olmazlar. Buna baxmayaraq, Sergey Şoyqu Çinin xarici işlər naziri Van İ ilə görüşündə irəli sürülən təşəbbüslərin praktik məzmunla zənginləşdirmək üçün çalışacaqlarını vurğulayıb. Şoyqu “bu məsələlərdə çinli dostlarımızın dəstəyinə güvənirik” ifadəsini işlətməyi də unutmayıb. Şoyqunun Çinə ümidləri özünü doğrultmayacaq. Çin Rusiyanın strateji tərəfdaşı sayılsa da, Pekin yüksək texnologiyalarını tərəfdaşıyla paylaşmağı düşünmür.

Toplantı çərçivəsində Çinin xarici işlər naziri Van İnin Ajit Dovalla görüşü də diqqəti çəkib. Çin və Hindistan münasibətlərini normallaşdırmağa çalışırlar. Bu iki dövlət arasında mübahisələrin həlli hər iki dövlətin maraqlarına xidmət edir. Çinlə Hindistan arasında geosiyasi rəqabət davam etsə də, Pekin və Yeni Dehli bunun gərginliyə səbəb olmaması gərəkliyi fikrindədirlər. Əks halda artan gərginlik BRİCS-in fəaliyyətinə də mənfi təsir edəcək. Kremli hesab edir ki, ABŞ Çinlə Hindistan arasında gərginliyin mövcud olmasında maraqlıdır. Rusiyalı rəsmilərin və ekspertlərin fikrincə, Vaşinqton Yeni Dehlini Çinin əleyhinə formalaşan bloklarda görmək istəyir. Reallıq fərqlidir. Donald Trampın Prezidentliyi dönəmində Hindistanla münasibətlərdə suallar əmələ gəlib.

ABŞ müharibə naziri Pit Heqset mayın sonunda Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumunda çıxışında ölkəsinə protektoratlar deyil, tərəfdaşlar lazım olduğunu söyləmişdi. Heqset alyansların yalnız qarşılıqlı məsuliyyət əsasında işləyə biləcəyini vurğulamışdı: “Müttəfiqliklər yalnız həqiqi tərəfdaşlıq olduqda işləyir. Bu, ikitərəfli hərəkət küçəsidir. Hər kəs özünü riskə atmadan güclü alyans ola bilməz. Burada havayı sərnişinlərə yer yoxdur”. Pit Heqset Amerikanın Hind-Sakit Okeandan geri çəkilmədiyini, ancaq ölkəsinin artıq bölgənin təhlükəsizlik yükünü təkbaşına daşımayacağını söyləmişdi. Vaşinqtonun mesajı budur ki, sabit güc balansı və etibarlı çəkindirmə istəyən ölkələr bu balansın maddi təməllərini qurmağa kömək etməlidirlər və bunlara gəmilər, radarlar, dronlar, təhlükəsiz rabitə, birgə təlim və müdafiə hazırlığı daxildir. Odur ki, Vaşinqtonun planlarında Hindistanla Çin arasında gərginliyin artırması kimi bənd yoxdur.

Omanla Hindistan razılaşma əldə etdilər

ABŞ-la İran arasındakı razılaşma kövrəkdir, sənəddə göstərilən bəndlərin istənilən an pozulması ehtimalı var. Misal üçün İran İsrailin Livana hücumlarını dayandırılmasını tələb edib. Bu tələbin yerinə yetirilməsi ABŞ-dan asılı deyil, çünki Hizbullah İsrail ərazisinə raket atarsa, İsrail ordusu qonşu ölkədə hərbi əməliyyatı genişləndirəcək. Digər tərəfdən hazırda İsrail ordusu Livanın cənubundadır və Tel-Əvivin bölgəni tərk etmək fikri yoxdur. İsrailin Hizbullah təşkilatının tərksilah olunması tələbi yerinə yetirilməyib. Bu o deməkdir ki, ABŞ-la İran arasında Livanla bağlı razılaşmanın yerinə yetiriləcəyi çətindir.

Buna baxmayaraq, ABŞ-la İran arasında əsas iki razılaşmanın yerinə yetirilməsinin əhəmiyyəti daha böyükdür. Birincisi, İran uranı zəninləşdirməməli və Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinə mane olmamalıdır. Uranla bağlı bəndin yerinə yetirilməsi üçün İrandakı nüvə mərkəzlərin daima nəzarət altında olmalıdır. Tehran keçmiş illərdə beynəlxalq müşahidəçilərin nüvə mərkəzlərin tamamında monitorinq aparmasına əngəllər yaradırdı. İkinci bəndin yerinə yetirilməsi üçün isə Tehran Hörmüz boğazında üzən gəmilərə problem yaratmamalıdır. Hazırda gəmilərin hərəkətinə maneə yoxdur, ancaq bunun hər zaman belə olacağını söyləmək çətindir. Bu səbəbdən Körfəz ölkələri neft və qazın müxtəlif ölkələrə daşınmasnın alternativ yollarını arayırlar.

Oman və Hindistan enerji dəhlizi ilə bağlı razılaşma əldə ediblər. İyunun 1-də qüvvəyə minən Hindistan və Oman arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi, Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Yeni Dehliyə Hörmüz boğazından yan keçən alternativ enerji marşrutu təmin edəcək. Omanın coğrafi mövqeyi Hindistana yükləri birbaşa Ərəbistan dənizi vasitəsilə daşımağa imkan verir. Omanın iki ən böyük limanı Hörmüz boğazının xaricində yerləşir ki, bu da mütəxəssislərin fikrincə, regional münaqişələr səbəbindən təchizat tıxanmaları riskini aradan qaldırır. Saziş bu limanlar vasitəsilə Omanın neftinə və mayeləşdirilmiş təbii qazına çıxışı təmin edir.

Oman və Hindistan iki min kilometrlik Oman-Qucarat dərin sualtı qaz boru kəməri layihəsi üzərində işləyirlər. Bu boru kəməri Oman körfəzi və Hörmüz boğazını keçərək Hindistana təbii qaz tədarükünə imkan verəcək və yanacağın birbaşa və təhlükəsiz daşınmasını təmin edəcək.

Fransa Hindistanın Avropada əsas tərəfdaşıdır

Hindistanın baş naziri Narendra Modi Fransaya rəsmi səfəri zamanı bu ölkə ilə xüsusi qlobal strateji tərəfdaşlıq barədə razılığa gəlib. Narendra Modi Fransa Prezidenti Emmanuel Makronla danışıqları son dərəcə məhsuldar adlandırıb. İki ölkə arasındakı münasibətləri yeni səviyyəyə qaldırmağa kömək etdiyini bildirən Hindistanın baş naziri X sosial mediada danışıqların müdafiə, texnologiya, kosmik, təhlükəsizlik, terrorizmlə mübarizə, innovasiya və digər əsas sektorlarda əməkdaşlığın dərinləşdirilməsini əhatə etdiyini yazıb. Modi bildirib ki, ölkələr mineral ehtiyatlar və texnologiya üçün daha güclü təchizat zəncirlərini təmin etmək məqsədilə iqtisadi təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa başlamaq barədə razılığa gəliblər.

İki ölkə 2030-cu ilə qədər təxminən ticarət mübadiləsini 30 milyard ABŞ dollarına çatdırmağı planlaşdırıblar. Bununla yanaşı iki ölkə öz aralarında müdafiə, aerokosmik, süni intellekt, təmiz enerji, rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi kimi sahələrə diqqəti artıracaqlar. Narendra Modi iyunun 14-də Fransanın Nitsa şəhərində keçirilən “Hindistan İnnovasiyaları” (Bharat İnnovasiyaları) tədbirində iki ölkə arasında yüksək texnologiyaların inkişafına xüsusi əhəmiyyət verəcəklərini söyləyib. Görünür, Hindistan süni intellekt sahəsində rəqibi Çindən geri qalmaq istəmir.

Beləliklə, Fransa Hindistanın Avropada əsas müttəfiqinə çevrilib. İki ölkə lideri bu ilin fevral ayında da görüşmüşdülər və o zaman strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə etmişdilər. Son beş ildə ikitərəfli ticarət əhəmiyyətli dərəcədə artıb və bu, qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda dayanıqlığı əks etdirir. Mülki nüvə əməkdaşlığı Hindistan-Fransa ikitərəfli münasibətlərinin ən strateji cəhətdən vacib aspektlərindən biri olaraq qalır. Hindistan Fransanın kosmik çalışmalarından da faydalanmaq istəyir.

Fransa Hindistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlüyünə namizədliyinə əsas dəstəkləyən ölkələrdəndir. Parislə Yeni Dehli arasındakı strateji tərəfdaşlıq eyni zamanda Çinin regional və qlobal gücünü balanslaşdırmaq məqsədi daşıyır. Parisin Pekinlə dialoqu davam edir. Buna baxmayaraq, Paris Çinin artan siyasi və iqtisadi gücündən narahatdır.

Vizalar ləğv olunacaqmı?

ABŞ Prezidenti Donald Trampın Çinə səfərinə baxmayaraq, Vaşinqton Çin vətəndaşları üçün viza prosedurlarını sərtləşdirmək niyyətindədir. “Reuters” agentliyinin yüksək vəzifəli administrasiya rəsmisinə istinadən verdiyi məlumata görə, bu tədbir Çinin ABŞ-da qanunsuz olaraq yaşayan vətəndaşlarını lazımi qaydada geri qaytarmamasından irəli gəlir.

Hazırda ABŞ-da 100.000-dən çox Çin vətəndaşı qanunsuz olaraq yaşayır. Onlardan 30.000-dən çoxu artıq deportasiya əmri alıb. Agentlik yazır ki, Vaşinqton Pekinin ABŞ tərəfindən maliyyələşdirilən Gömrük və Sərhəd Mühafizəsi tərəfindən ölkəyə deportasiya edilənləri daşıyan çarter reyslərinə icazə verməsini istəyir.

ABŞ prezidenti Donald Trampın ikinci müddətinin başlaması ilə müxtəlif yoxlamalar yolu ilə sənədləri qaydada olmayan çinliləri geri qaytarmağa hazır olduğunu açıqlamışdı. 2025-ci ilin əvvəlində Çin ABŞ-dan deportasiya edilən təxminən 3000 vətəndaşını qəbul etdi. O vaxtdan bəri ölkə geri qaytarılma üzrə əməkdaşlığını azaldıb. ABŞ-ın görə biləcəyi mümkün tədbirlər arasında agentliyin mənbəyi artıq viza verilmiş şəxslər üçün vizaların rədd edilməsi və giriş qadağalarının birbaşa artmasına istinad edib. ABŞ viza müraciətçiləri tərəfindən tələb olunan depoziti artırmağa və ölkədən vaxtında çıxdıqdan sonra geri qaytarmağa hazırdır.

ABŞ Prezidenti Donald Tramp ötən ilin qvsut ayında çinli jurnalistlər üçün yeni viza məhdudiyyətləri təklif etmişdi. Amerika hökuməti çinli jurnalistlərə ABŞ-də qalma müddətini 90 günə qədər uzatmaqla onlara sərt viza məhdudiyyətləri qoymağı təklif edirdi. Digər ölkələrdən olan jurnalistlərə 240 günlə məhdudlaşdırılaraq, onlara təyinatlarının sonuna qədər ölkədə qalmalarına icazə verən mövcud qayda aradan qaldırılması nəzərdə tutulurdu. Bundan əvvəl isə ABŞ Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq etmək qərarına gəlmişdi. Vaşinqton bu qərarını Çin hakimiyyətinin xaricilərin, o cümlədən diplomatların və jurnalistlərin Tibetə girişini əngəlləməsiylə əlaqələndirmişdi.

Atəşkəs nisbidir

ABŞ-la İran arasında atəşkəs nisbi xarakter daşıyır. ABŞ zaman-zaman İranın dəniz limanlarına və hərbi katerlərinə zərbələr endirir, İran isə Vaşinqtonun bölgədəki müttəfiqlərini hədəf alıb. İranın Küveytin hava limanına endirdiyi zərbələr iki ölkə arasında münasibətləri gərginləşdirib. Tehranın həmişəki ittihamı bundan ibarətdir ki, ABŞ İrana hücumlarında Körfəz ölkələrindən, o cümlədən Kuveyt ərazisindən istifadə etməkdədir.

Hörmüz boğazıyla bağlı mürəkkəb vəziyyət də dəyişməz olaraq qalır. Hörmüz boğazı ətrafındakı vəziyyət beynəlxalq aləmdə enerji qiymətlərinin artımına səbəb olmaqla yanaşı, müxtəlif ölkələrin iqtisadiyyatlarına mənfi təsir edir. Misal üçün “Bloomberg” agentliyinin məlumatına görə, Hörmüz boğazındakı mövcud vəziyyətlə əlqaədar olaraq 2026-cı ilin may ayında Pakistanda istehlak qiymətləri 11,7 faiz artıb. Bu dinamikanın əsas səbəblərindən biri enerji qiymətlərinin artmasıdır. Bu fonda Pakistan Mərkəzi Bankı aprel ayında təxminən üç ildən sonra ilk dəfə olaraq əsas faiz dərəcəsini qaldırmaq məcburiyyətində qalıb. Hörmüz boğazının bağlanmasının başqa qurbanları da var. Müharibədən əvvəl Yaxın Şərq enerji axınlarının əhəmiyyətli bir hissəsi Asiya-Sakit Okean bölgəsinə yönəldilirdi. İdxalın kəskin azalması yalnız Pakistanda deyil, Sinqapur, Filippin, Şri-Lanka, Hindistan, Yaponiya və bir sıra digər ölkələrdə yanacaq qiymətlərinin sürətlə artmasına səbəb olub.

Hindistan Hörmüz boğazındakı böhran fonunda Rusiyadan daha çox neft almağa başlayıb və bu həcmi artırmağı planlaşdırır. Hindistan enerji ehtiyacının 70-80 faizini idxal hesabına ödəyir. Hörmüz boğazında bir çox dövlətin, o cümlədən Hindistana aid tankerlər var. Tehran ara-sıra dost və tərəfdaş saydığı ölkələrin tankerlərinin keçidinə icazə versə də, bu enerji qıtlığını aradan qaldırmağa şərait yaratmır. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların davamında israrlı olsa da, yanacağa olan tələbat Asiya ölkələrini Rusiyadan neft almağa sövq edir. Hörmüz boğazının mühasirəsi Hindistana mayeləşdirilmiş təbii qaz tədarükünə ciddi təsir edib. Rusiya neftinin əvəzlənməsi əvvəllər Hindistan üçün təhlükəli hesab olunurdu. Çünki, ABŞ Hindistana təzyiq edirdi ki, bu dövlət Rusiyadann eft alışını azaltsın. Ancaq Vaşinqton Hörmüz boğazıyla bağlı mürəkkəb vəziyəti nəzərə alaraq hazırda Hindistanın və digər dövlətlərin Rusiyadan neft alışına mane olmur.

Çin Rusiyanı üstələyib

Avrasiya Iqtisadi Ittifaqının mayın 29-da Qazaxıstan paytaxtı Astanada keçirdiyi sammit Rusiyanın Ermənistanı hədələməsiylə yadda qaldı. Rusiya Prezidenti Vladimir Putin Moskvada söylədiklərini Astanada təkrarladı: “Ermənistan Avropa İttifaqına inteqrasiya olunmaq istəyirsə, Avrasiya İqtisadi İttifaqında üzvlüyünü davam etdirə bilməyəcək”. Halbuki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi İttifaqını tərk etmək planının olmadığının bir daha xatırlatdı.

Rusiya Avrasiya İqtisadi İttifaqı vasitəsilə Ermənistanla yanaşı Mərkəzi Asiya ölkələrinə də təsir imkanlarını artırmağı planlaşdırır. Halbuki, reallıq fərqlidir. Çinin Mərkəzi Asiyadakı fəallığı Rusiyanın fəallığını üstələyib. Qazaxıstanın Çinə borcu sürətlə artır və Astananın Pekin qarşısındakı öhdəlikləri qarşıdakı illərdə artmağa davam edəcək kimi görünür. Qazaxıstan 2025-ci ildə Çindən təxminən 3,5 milyard dollardan çox kredit alıb və bu ölkəyə borcu təxminən 13 milyard dollara çatıb. Qazaxıstan Çinin istiqrazlarından da faydalanmağa çalışır. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev iddialı iqtisadi proqramlar qəbul edib və bu proqramların reallaşması üçün əlavə maliyyə resurslarına ehtiyac var.

Qazaxıstan Energetika Nazirliyinin yaydığı məlumata görə, Rusiya və Qazaxıstan Çinə 35 milyard kubmetr təbii qaz çatdıra biləcək boru kəmərinin tikintisini müzakirə ediblər. Qazaxıstan rəsmiləri bu ideyanı həyata keçirməyə hazır olduqlarını bildirsələr də, Çin Rusiyadan boru kəmərinin tikintisi ilə bağlı üzərinə öhdəlik götürmək istəmir. Bu mənada Rusiya Prezidenti Vladimir Putinin Pekində çinli həmkarı Si Cinpinlə danışıqları da nəticə vermədi. Pekin Rusiya nefti və qazından asılı olmaq istəmir.

Çin Rusiya əvəzinə Mərkəzi Asiya ölkələrinə, o cümlədən Qazaxıstana yatırımlarını artırmaq siyasətini davam etdirir. Misal üçün Çin Qazaxıstanda 100 milyon dəyəri olan mis istehsal edəcək zavodun tikintisinə başlayıb. Bu, bölgədə ən böyük mis istehsal edən zavod olacaq. Ancaq bu zaman başqa problemlər yaranır. Çin müxtəlif ölkələrdə tikdirdiyi zavod və fabriklərdə öz vətəndaşlarını çalışdırır. Bu zaman yerli işçilərlə gəlmələr arasında müəyyən gərginliklər yaşanır. Bu hallar həm Qazaxıstanda, həm də Qırğızıstanda yaşanıb.

Buna baxmayaraq, Pekin yatırımlarını azaltmır. Si Cinpinin bu ilin avqust ayında Qırğızıstana səfəri olacaq. Bişkəkdə əməkdaşlığın dərinləşdirilməsi məqsdəilə yeni sazişlər imzalanacaq.  Çin şirkəti Daşkənd və Səmərqənd arasında 282 kilometrlik pullu yolun tikintisi üzrə tenderi qazanıb. Bu layihənin təxminən 2,2 milyard dollara başa gələcəyi proqnozlaşdırılır və tikinti işlərinin iyul ayında başlanması planlaşdırılır. Çin-Qazaxıstan-Özbəkistan-Əfqanıstan marşrutu üzrə ilk konteyner qatarı yola salınıb. Marşrutun Çin-Əfqanıstan ticarətinin inkişafına kömək etməsi nəzərdə tutulur. Bundan başqa Çin Özbəkistanla yaşıl enerji sahəsində əməkdaşlıq memorandumu imzalayıb.

Pekin yalnız iqtisadi yatırım, zavod və fabriklərin tikintisi ilə kifayətlənmir. Çin Tacikistana iki ölkə arasında yeganə rəsmi quru sərhəd keçid məntəqəsi olan Kulma sərhəd məntəqəsinin modernləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın aparılmasına kömək edir. Çin həmçinin layihənin xərclərini ödəməyi öhdəsinə götürüb. Bu o deməkdir ki, Çin Mərkəzi Asiya ölkələri ilə təhlükəsizlik sahəsində də əməkdaşlığın genişləndirilməsi yollarını arayır. Çinin Mərkəzi Asiyada artan fəallığını müşahidə edən Türkiyə, ABŞ və Avropa İttifaqı da bölgə ölkələri ilə ortaq layihələr reallaşdırmağa çalışırlar. “Tramp yolu”nun işə düşməsiylə Mərkəzi Asiyanın zənginlikləri Türkiyə, Avropa İttifaqı ölkələrinə və ABŞ-a çatdırılacaq.

Tütün istehsalı azalmayıb

2012-ci ilin isti bir yaz günündə Çinin o vaxtkı vitse-prezidenti Si Cinpin Pekində Bill Geytslə görüşdü. Onlar iclas otağından çıxarkən söhbət dünya siqaretlərinin təxminən yarısını istehlak edən bir ölkədə siqaret çəkməyə çevrildi. Keçmişdə siqaret çəkən Si illər əvvəl siqareti tərgitdikdən sonra özünü daha yaxşı hiss etdiyini və tütün istifadəsini Çin üçün ciddi problem kimi təsvir etdiyini xatırladı, o vaxtkı Çindəki Geyts Fondunun rəhbəri Dr. Rey Yip. Gələn il prezident olacaq Si “tütünlə bağlı bir şey edəcəyinə” söz verdi, Yip dedi.

Bir neçə gün sonra Geyts Çin liderinin həyat yoldaşı və məşhur müğənni Penq Liyuanla birlikdə siqaret əleyhinə tədbirdə iştirak etdi. Hər ikisi siqaret əleyhinə şüar yazılmış qırmızı köynəklər geyinmişdilər. Lakin, Si onilliklər ərzində Çinin ən dominant liderinə çevrildiyi 14 il ərzində Pekin tütün istifadəsinin məhdudlaşdırılmasında və ya qapalı məkanlarda siqaret çəkməyə qadağa qoyulmasında yalnız yavaş irəliləyiş əldə etdi. Dünyanın əksər hissəsində siqaret satışları azalsa da, Çin əks istiqamətdə hərəkət edib.

Çində siqaret istehlakı 2003-cü ildən 2023-cü ilə qədər 39% artıb, dünyanın qalan hissəsində isə 26% azalıb. Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin keçmiş rəsmiləri tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatının hesabatına görə, Çində hər il satılan 2,4 trilyon siqaret qlobal ümumi siqaretin təxminən yarısını təşkil edir. Son 13 ildə siqaret çəkən gənclərin sayı azaldıqca siqaret çəkənlərin faizi azalıb, lakin siqaret satışları durmadan artıb. Siqaret qiymətləri aşağıdır: Bir qutu orta hesabla təxminən 3 dollara başa gəlir ki, bu da ABŞ-dakı qiymətin təxminən üçdə biri qədərdir.

Siqaret satışlarının yavaşlamaması, həm sənayeni tənzimləyən, həm də ölkənin dominant siqaret istehsalçısı olan Çin Milli Tütün Korporasiyasını idarə edən Çinin Dövlət Tütün Monopoliyası Administrasiyasının təsirinin ölçüsüdür. Şirkət 2025-ci ildə təxminən 244 milyard dollar mənfəət və vergi gəliri əldə edib ki, bu da milli hökumət gəlirlərinin təxminən 7%-ni və Çinin müdafiəyə xərclədiyini iddia etdiyi məbləğə bərabərdir.

İqtisadi artımın yavaşlaması və uzun müddət davam edən əmlak böhranının yerli hökumətlərin torpaq satışından əldə etdiyi gəlirləri azaltması ilə tütün gəlirləri daha da vacib hala gəldi. Agentlik həmçinin mənfəətini Si-nin bir neçə strateji prioritetini dəstəkləmək üçün istifadə edib. Keçən il maliyyə sistemini gücləndirmək üçün Çinin ən böyük banklarından birinə 1 milyard dollardan çox investisiya qoyub. Həmçinin 100 milyard dollarlıq milli yarımkeçirici investisiya fondunun əsas dəstəkçisi olub.

Maliyyə çəkisi siyasi təsirə çevrilib. Agentliyin baş administratoru hökumət nazirinin müavininə bərabər rütbəyə malikdir. Son yeddi ildə yeddi keçmiş yüksək vəzifəli administrator korrupsiya ittihamları ilə həbs edilib. 2022-ci ildə agentlik veypləri əhatə etmək səlahiyyətlərini genişləndirərək, onların harada satıla biləcəyinə dair məhdudiyyətlər və ətirli məhsullara qadağalar da daxil olmaqla daha sərt qaydalar tətbiq edib. Digər ölkələrdən fərqli olaraq, veypinq Çində siqaret tələbatını azaltmayıb. Pekin Ümumdünya Səhiyyə Təşkilatının tütün nəzarəti müqaviləsini 2005-ci ildə ratifikasiya edib, lakin onun ən sərt müddəalarını heç vaxt tətbiq etməyib.

Administrasiyanın ən aydın qələbəsi 2017-ci ildə, illərdir davam edən qapalı məkanlarda siqaret çəkmə qadağası üçün səylərin qarşısını alaraq məsuliyyəti yerli hökumətlərə ötürdüyü zaman əldə edildi, çünki burada icra tez-tez zəifdir. Bu gün bir çox yerli siqaret çəkmə qaydaları əsasən dişsizdir və ölkənin daha az inkişaf etmiş bölgələrində, xüsusən də ölkənin daha az inkişaf etmiş bölgələrində, ikinci əl tüstüsündən zəif qorunma təmin edir. ABŞ-da və digər Qərb ölkələrində siqaret qutularında görməzdən gəlmək mümkün olmayan sağlamlıq xəbərdarlıqları olsa da, Çində qablaşdırmada pandalar və Səmavi Sülh Qapısı da daxil olmaqla milli simvolların təsvirləri ilə yanaşı tək sətirli xəbərdarlıq da var.

Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) tərəfindən dərc edilən 2022-ci il tədqiqatında ölkənin siqaret çəkməni cilovlaya bilməməsinin dövlət inhisarının müdaxiləsi və hökumətin tütünə qarşı “qeyri-müəyyən münasibətlərinin” nəticəsi olduğu qənaətinə gəlindi. Dövlət Tütün İnhisarçılığı Administrasiyasının yerli şöbələrinin təsiri COVID-19 pandemiyasından sonra, bir çox hökumətin kütləvi test xərcləri səbəbindən maliyyə cəhətdən çətinlik çəkdiyi zaman daha da dərinləşdi. Onların lobbiçiliyi xüsusilə təsirlidir, çünki siqaret istehsalı və istehlak vergiləri yerli büdcələr üçün mühüm rol oynayır. Pekindəki Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin professoru Zheng Rong tərəfindən aparılan bir araşdırma, Çin istehsalçılarının satdığı hər siqaretdən əldə edilən gəlirin təxminən yarısının hökumət xəzinəsinə axdığını müəyyən etdi.

Çinin ən böyük tütün istehsal edən bölgələrində asılılıq kəskindir. Çinin cənub-qərbindəki Yunnan əyalətinin paytaxtı Kunminqdə tütün vergiləri 2024-cü ildə şəhər büdcəsinin yarıdan çoxunu təşkil edib. Çinin mərkəzindəki Hunan əyalətindəki Çanqde şəhərində tütün vergiləri 2022-ci ildə vergi gəlirlərinin 20%-ni təşkil edib. Yerli tütün büroları hətta təvazökar siqaret əleyhinə təşəbbüsləri də azaltmaq üçün mübarizə aparır.

Jiangxi əyalətinin Xinyu şəhərində yerli səhiyyə komissiyası internetdə yerləşdirilən rəsmi sənədlərə əsasən, müəyyən ictimai yerləri “tüstüsüz” elan etməyi təklif edib. Təklif artıq restoran və barları istisna edirdi və bu da Ümumdünya Səhiyyə Təşkilatının bütün qapalı ictimai məkanların siqaret çəkməməsi ilə bağlı tövsiyələrinə uyğun gəlmirdi. Lakin yerli tütün bürosu tüstüsüz məktəblərin tərifini yalnız ibtidai və orta məktəblərə tətbiq etmək üçün daraltmağı təklif etdi. İctimai qalmaqaldan sonra büronun səyləri uğursuz oldu.

Myanma enerji ehtiyatlarını artırır

Myanma təbii qaz hasilatını daha da artırmaq üçün Çin, Hindistan, Tayland, Rusiya və Yaxın Şərq ölkələri ilə əməkdaşlıq edir.

Hazırda Myanma və Tayland Ayeyawady və Mottama çöküntü hövzələrində, eləcə də Myanmanın əlaqəli dəniz ərazilərində neft və təbii qaz layihələrinə birgə investisiyaları genişləndirirlər. Bundan əlavə, Hindistanın Andaman adaları yaxınlığındakı ərazilərdə neft və qaz kəşfiyyatı və qazma işləri apardığı bildirilir.

Myanma dəniz neft və təbii qaz layihələrində Çin, Hindistan, Tayland, Rusiya və Yaxın Şərq ölkələri ilə əməkdaşlığı gücləndirir. Mənbələr bildirib ki, Myanmada, eləcə də Çin və Taylandda təbii qaza tələbat artmaqda davam etdikcə, Myanmanın dəniz bloklarından təbii qaz hasilatını daha da artırmaq üçün Çinlə texnologiya və kapital qoyuluşu sahəsində əməkdaşlıq etmək planları hazırlanır.

Qabaqcıl texnologiyaların tətbiqi ilə yetkin neft və qaz layihələrində istehsalın artırılması, Myanma-Çin xam neft boru kəməri vasitəsilə təchiz edilən xam neftdən istifadə edərək yeni neft emalı zavodunun birgə tikintisi, neft emalı zavodlarının və gübrə zavodlarının modernləşdirilməsi və tikintisi, eləcə də investisiyaların artırılması üçün şərait yaradılması ilə bağlı müzakirələr də aparılıb. Məlumata görə, Myanma və Çin hökumətləri arasında bu təşəbbüslər üzrə əməkdaşlıq çərçivələri də müzakirə olunub.

Hindistan-Rusiya iqtisadi əlaqələri genişlənib

Hindistan-Rusiya iqtisadi əlaqələri enerji və müdafiədən kənara çıxaraq gübrələrə, əczaçılıq məhsullarına, maşınqayırmaya, kənd təsərrüfatına və İT xidmətlərinə sürətlə şaxələnir. Hindistanın əmək tutumlu güclü tərəfləri və Rusiyanın kapital tutumlu imkanları pandemiyadan sonrakı güclü ticarət trayektoriyasını idarə edir. İkitərəfli əlaqələrin və birgə istehsal fəaliyyətlərinin genişlənməsi ilə ikitərəfli ticarətin 2030-cu ilə qədər 100 milyard ABŞ dollarına çatacağı gözlənilir.

Prezident Vladimir Putinin Nyu-Dehliyə son səfəri və Rusiya-Hindistan Biznes Forumu 2025-in nəticələri daha geniş əməkdaşlıq dövrünün başlanğıcını qeyd edir. Hindistan-Rusiya münasibətləri artıq karbohidrogenlər və hərbi təchizat kimi ənənəvi sahələrlə məhdudlaşmır; onlar sürətlə qabaqcıl istehsal, əczaçılıq, rəqəmsal texnologiyalar və insan kapitalı mübadiləsinə doğru genişlənir ki, bu da tarixən güclü tərəfdaşlığın müasir, gələcəyə yönəlmiş transformasiyasını göstərir.

Zirvə görüşünün əsas nəticələrindən biri 2030-cu ilə qədər uzunmüddətli iqtisadi əməkdaşlıq yol xəritəsinin açıqlanması oldu. Bu plan, hazırda Hindistanın ixracını məhdudlaşdıran qeyri-tarif maneələrinin, tənzimləyici maneələrin və logistika maneələrinin aradan qaldırılması öhdəlikləri ilə dəstəklənən ikitərəfli ticarəti 100 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. Hindistan və Avrasiya İqtisadi Birliyi arasında Azad Ticarət Sazişi üzrə irəliləyişlər, hər iki ölkədə biznes üçün proqnozlaşdırıla bilən mühit yaradacaq ikitərəfli investisiya müqaviləsi ilə birlikdə sürətləndirilir. Qlobal geosiyasi çətinliklərə baxmayaraq, iki ölkə arasında ticarət ötən il 12 faiz artaraq təxminən 68 milyard ABŞ dollarına çatdı və ticarətin 96 faizi hazırda milli valyutalarda aparılır ki, bu da ikitərəfli münasibətlərdə daha güclü maliyyə dayanıqlığını əks etdirir.

Hindistanın Rusiyaya ən çox ixrac etdiyi məhsullar arasında nüvə reaktorları, əczaçılıq məhsulları, mexaniki və elektrik maşınları, üzvi kimyəvi maddələr, keramika və müəyyən kənd təsərrüfatı məhsulları var. Nüvə reaktorları, qazanlar və mexaniki cihazlar dəyər baxımından ən böyük kateqoriyalar arasındadır, ardınca əczaçılıq məhsulları və üzvi kimyəvi maddələr gəlir. Bu göndərişlər Hindistanın rəqabət güclərini nümayiş etdirir – generik dərmanlar, ixtisaslaşmış kimyəvi vasitəçilər və kiçik və orta müəssisələrdən artan mühəndislik malları istehsal edir. İdxal baxımından Hindistan 2024-25-ci illər ərzində Rusiyadan 7 milyard ABŞ dolları dəyərində əhəmiyyətli qeyri-neft idxalına malikdir və bu da enerjidən başqa gübrələr və qiymətli daşlar kimi vacib sektorlardakı tələbatını ödəyir.

Rusiya-Hindistan Biznes Forumu həm ənənəvi, həm də inkişaf etməkdə olan sektorlar arasında əhəmiyyətli yaxınlaşmanı müəyyən edən əsas hökumət və biznes liderlərini bir araya gətirdi. Əczaçılıq, mühəndislik məhsulları, maşınqayırma, dəniz avadanlıqları, qida emalı, kibertəhlükəsizlik, süni intellekt, tibbi texnologiya və qabaqcıl sənaye istehsalı birgə investisiyalar və texnologiya əməkdaşlığı üçün perspektivli sahələrə çevrilmişdir. Diqqət kiçik və orta müəssisələrin böyüməsini dəstəkləməyə, logistika səmərəliliyinin artırılmasına, rəqəmsal və dəniz əlaqələrinin gücləndirilməsinə və davam edən kommersiya inkişafını təşviq etmək üçün tənzimləmə proseslərinin sadələşdirilməsinə yönəlmişdir.

Rusiya Hindistanın gübrə idxalının 26 faizini təşkil edən və bu sektoru inkişaf edən iqtisadi tərəfdaşlığın əsas hissəsinə çevirən Hindistana ən çox gübrə tədarükçüsü halına gəlmişdir. Təchizat 2023-cü ilin ortalarından bəri rekord səviyyələrə çatmışdır, Rusiya 2024-cü ildə 4,7 milyon ton gübrə tədarük etmişdir ki, bu da 2021-ci illə müqayisədə 4,3 dəfə çoxdur. Təkcə bu ilin ilk doqquz ayında daşınmalarda 40 faiz artım müşahidə olunmuşdur ki, bu da əsasən Hindistan kənd təsərrüfatı üçün vacib olan fosfor əsaslı gübrələrin hesabına baş vermişdir. Rusiya ekoloji cəhətdən təmiz gübrələrin tədarükünü artırmağa hazır olduğunu bildirib. Rusiya sənaye liderləri azaldılmış tariflərin Hindistan fermerləri üçün xərcləri azaldacağını və daha dayanıqlı gübrə həllərinə doğru keçidi təşviq edəcəyini iddia edərək, daha sürətli FTA danışıqlarına çağırıblar. Rusiyanın BRICS bazarlarına mineral gübrə ixracındakı dəyişiklik Hindistanı əsas alıcıya çevirib və iki iqtisadiyyat arasında uzunmüddətli kənd təsərrüfatı sabitliyinin təmin edilməsindəki strateji əlaqəni vurğulayıb.

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Авторизоваться
Сегодня
Umumi 1385385
ru_RURU