Təyyarə razılaşması pozula bilər

ABŞ prezidenti Donald Tramp bu ilin may ayında Çinə səfər edərək bu ölkənin lideri Si Cinpinlə 200 ədəd “Boeing” sərnişin təyyarəsinin satışı ilə bağlı razılaşma əldə etmişdi. Ağ Ev sahibi bu razılaşmanı böyük uğur kimi qiymətləndirmişdi. Söhbət 20 milyar dollarlıq razılaşmadan gedir. Ancaq hazırda razılaşmanın yerinə yetirilməsi təhlükə altındadır. Pekin razılaşmaya yeni şərtlər əlavə edib. Çin alacağı təyyarələrin mühərrikləri, ehtiyat hissələri və texniki xidmətinin uzunmüddətli təminatı ilə bağlı hüquqi zəmanət istəyir.

Pekinin tələbi Vaşinqtonun dəyişən siyasəti ilə bağlıdır. Çində hesab edirlər ki, təyyarələr alındıqdan sonra lazımi ləvazimatların ABŞ-dan alınması çətinləşə bilər. Çünki, ABŞ zaman-zaman Çinə qarşı müxtəlif sanksiyalar tətbiq edir. Bu sanksiyalar isə təyyarələr üçün lazımi avadanlıqların alınmasını çətinləşdirə bilər. Misal üçün Çin Tayvanı ələ keçirmək istəyərsə, bölgədə vəziyyət gərginləşəcək. Bu halda Çin ABŞ-dan heç nə ala bilməyəcək. Maraqlıdır ki, Ağ Ev və “Boeing” şirkəti Pekinin yeni tələbini şərh etməyə tələsmirlər. Ancaq Pekinin tələb yerinə yetirilməsə razılaşma baş tutmayacaq.

Bu arada, Donald Tramp da Çin əleyhinə addım atıb. Ağ Ev sahibi Çinin ABŞ seçkilərinə müdaxiləsini iddia edərək, diqqəti bir daha Pekinin ABŞ-dakı təsirini artırmaq üçün daha geniş səylərinə yönəldib. İddia bundan ibarətdir ki, ABŞ-da Çin üçün lobbiçilik edən şirkətlər qanun pozuntularına yol veriblər. Bu şirkətlər ABŞ-ın Çinlə bağlı qərarlarına təsir etmək üçün on milyonlarla dollar xərcləyiblər. Bu xərclərin bir hissəsi isə qeydiyyata alınmayıb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Çin adından fəaliyyət göstərən qurumlar qeydiyyatdan keçməyə maraq göstəmir və maliyyənin hara və necə xərcləndiyini gizli saxlamağa üstünlük verirlər. ABŞ konqresmenləri hesab edirlər ki, ölkədə Çinin xeyrinə fəaliyyət göstərən qeyri-hökumət və lobbi təşkilatları Çin Kommunist Partiyasıyla sıx əlaqələrə malikdirlər. Buna baxmayaraq, ABŞ-dakı lobbi təşkilatları Çinlə əməkdaşlıqdan imtina etmirlər. Çünki, Çin bu fəaliyyətə istəilən qədər maliyyə xərcləməyə hazırdır.

Çin ABŞ-da lobbi fəaliyyətinə on milyonlarla dollar xərcləsə də, Pekinin Vaşinqtonun qərarlarına təsir gücü barədə qəti fikir söyləmək çətindir. Çünki, ABŞ administrasiyası Çinə qarşı sərt siyasətindən imtina etmir. Buna baxmayaraq, Pekin ABŞ-dakı fəaliiyətini azaltmaq fikirində deyil, tələbələr və akademik dairələr vasitəsilə yumşaq gücün imkanlarından faydalanmağa çalışır.

Без комментариев
Оставьте свой комментарий

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Доступ 101
Bugun 101
Umumi 1600869
ru_RURU