Vaşinqton Londondan niyə narazıdır?

“The Times” qəzetinin yazdığına görə, Çinin xeyrinə casusluqda şübhəli bilinən iki britaniyalıya qarşı ittihamlar götürüldükdən sonra ABŞ Böyük Britaniya ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmaqla hədələyib. ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Qəzet yazır ki, Ağ Ev baş nazir Keir Starmerə xəbərdarlıq edib ki, bu cür hərəkətlər iki ölkə arasında xüsusi münasibətləri poza bilər. “The Times” həmçinin qeyd edir ki, prezident Trampın Britaniya hakimiyyət orqanlarının etibarlılığından narahatlığı artmaqdadır.

Casusluq iddiaları Britaniya hökumətinin Çinlə münasibətləri yaxşılaşdırmaq istəyi və Londonun şərqində yeni Çin səfirliyi binasının tikintisi ilə bağlı müzakirələr fonunda gündəmə gəlib.

Böyük Britaniyada çinli casusların həbsi barədə keçmiş illərdə məlumatlar var idi. Yeni siyasi və strateji resurs qazanmaq yolunda beynəlxalq rəqabətin şiddətləndiyi bir zamanda Böyük Britaniya ilə Çin arasında kəşfiyyat müharibəsi özünü aşkar şəkildə göstərir. Çin dünya nizamının “format” olunduğu dövrdə alternativ modelə əsaslanan güc faktoruna çevrilməsi üçün rəqib ölkələrin siyasi-iqtisadi sistemlərinə müdaxiləsini genişləndirir.

Son zamanlar Çinin Böyük Britaniya ilə kəşfiyyat savaşı başlatdığını müşahidə edirik, Britaniya kəşfiyyatı bunun ştrixlərini belə izah edir: Pekin casus şəbəkəsinin potensialını işə salaraq Britaniyaya qarşı genişmiqyaslı fəaliyyətə başlayıb.

Çinin addımları qarşılıqlı kəşfiyyat fəaliyyətinin təzahürüdür, belə ki, hazırda Britaniya Çinin Tayvanla bağlı siyasətinin kəskin tənqidçisi qismindədir. Bu, onun dəlilidir ki, Britaniya özünün Çindəki “kölgə kəşfiyyatları”nın hərəkətə keçməsi üçün düyməyə basıb.

Hər iki ölkənin ali kəşfiyyat orqanlarının hibrid müharibəsinin səbəblərindən danışarkən Çinin artan ekspansiyasının inadkar olmasına diqqət çəkmək lazımdır.

Eyni zamanda Çin özü Londonun xarici siyasət istiqamətlərinin perspektivini özündə əks etdirən “Qlobal Britaniya” strategiyasını özünə qarşı təhlükə kimi dəyərləndirir.

Çin ABŞ-Britaniya-Hindistan-Yaponiya dördlüyündən ibarət ittifaqı özünə təhdid olaraq görür. Bu ideyaların “fikir atalarının” Britaniya olduğunu dərk edir.

Çinin Britaniya siyasətçiləri üzərində təsir mexanizmləri yaratması isə Pekin kəşfiyyatının xarici istiqamətlərində prioritet kimi keçir.

Tərəflərin bir-birinə qarşı mübarizəsinin güclənməsi deməyə əsas verir ki:

  1. Bir-birlərində boşluqları müəyyən edə biliblər,
  2. Hər bir tərəfdə kiber fəaliyyət güclənib, ən müasir texnologiyalar əhəmiyyətli dərəcədə çoxalıb.

Çinin Britaniyada siyasətçilərini ələ alma mexanizmi Britaniyada siyasətçilərin, deputatların həssas nöqtə olduğunu göz önünə qoyur, Çinin isə zəif bəndi məhz Tayvanda yaranıb.

Без комментариев
Оставьте свой комментарий

О нас

Исследовательский центр «Атлас» был основан в Баку в 2003 году группой политологов. Возглавляет центр политолог Эльхан Сахиноглу.

Прилавок

Girish 1303
Сегодня 3
Umumi 1386411
ru_RURU